Məhkəmə qərarları › İş №2-1(112)-6221/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6221/2020

28.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6221/2020 28.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinə qarşı «təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) şifahi məhkəmə baxışı keçirilmədən baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmağına dair Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən aparılmış 235 nömrəli doğum akt qeydinə müvafiq olaraq, təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X1r. Hazırda anası X5 ilə birlikdə yaşayır. İddiaçının doğum haqqında akt qeydi 05 avqust 1994-cü il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində 235 nömrəsi ilə tərtib edilmişdir. Həmin qeyd əsasında tərtib edilmiş doğum haqqında şəhadətnaməsini itirmişdir. Bu barədə müvafiq olaraq qəzetdə də elan vermişdir. Hazırda doğum haqqında şəhadətnaməsinin əslinin olmaması səbəbindən şəxsiyyət vəsiqəsi ala bilmir. Bu barədə Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü Polis şöbəsinə müraciət edilmiş, sonuncunun cavab məktubunda iddiaçıya aid doğum haqqında şəhadətnamənin Nizami rayonu ərazisində naməlum şəraitdə itməsi bildirilmişdir. Hazırda doğum haqqında şəhadətnamə iddiaçıya şəxsiyyət vəsiqəsi alması üçün lazımdır. Hesab edilir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)- 6221/2020 saylı iş üzrə şifahi dinləmələr keçirilmədən qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatında, həmçinin, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi inzibati məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilmiş hüquqi tövsiyəsi, iddiaçının yazılı razılığı nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq, şifahi dinləmələr keçirilmədən müvafiq məhkəmə qərarının qəbul edilməsi mümkün hesab edilmişdir Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1965-ci il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş X5 yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 934840 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1963-cü il təvəllüdlü X6 ilə xx.xx.1965-ci il tarixdə doğulmuş X7 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrəsi ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş Bakı şəhəri üzrə Təhsil idarəsi Z.Məmmədov adına 171 nömrəli orta məktəb tərəfindən verilmiş 187 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 2009/2010-cu tədris ilində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmiş və bu barədə A seriyalı, 966394 saylı şəhadətnamə almışdır. İşə əlavə edilmiş Bakı şəhəri üzrə Təhsil idarəsi Z.Məmmədov adına 171 nömrəli orta məktəb tərəfindən verilmiş A seriyalı, 966394 saylı əsas təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, 1993-cü ildə anadan olmuş İddiaçı Bakı şəhəri Z.Məmmədov adına 171 nömrəli orta məktəbində oxumuş və 2010-cu ildə əsas təhsilini bitirmişdir. İşə əlavə olunmuş Vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarışdan məlum olur ki, xx.xx.1994-cü il tarixdə doğulmuş İddiaçı aid doğum haqqında akt qeydi xx.xx.1994-cü il tarixdə 285 nömrəsi ilə tərtib edilmişdir. X2, anası X3r. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 76 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 861 saylı, xx.xx.2019-cu il tarixli arayışdan aydın olur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, 76 saylı MKİS ərazisində C.Naxçıvanski küçəsi, 11 saylı evin 2 saylı mənzilində qeydiyyatsız yaşayır. İşdə olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-69/15 saylı məktubda bildirilmişdir ki, ’’Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı Qaydası” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 9.8-ci bəndinə müvafiq olaraq şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən ərizənizin təmin edilməsi mümkün deyil. Sonda şəxsiyyətinin müəyyən edilməsi və doğum haqqında təkrar şəhadətnamənin verilməsinin qeydiyyat orqanına həvalə edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 05/Q-1428/13 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş İddiaçı aid doğum haqqında xx.xx.1994-cü il tarixli, 285 saylı akt qeydinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonunda doğulmuşdur. X2, anası X3r. İş materiallarına, eyni zamanda, Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q-69/15 saylı məktubu, Qaradağ rayon ƏSMM tərəfindən verilmiş 015394 saylı vəsiqəsinin kserosurəti və digər sənədlər də əlavə edilmişdir. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı xx xxxx 1994-cü ildə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuş, X2, anası X3r, bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı aid doğum haqqında xx.xx.1994-cü il tarixli, 285 saylı akt qeydi tərtib edilmiş, lakin ona məxsus doğum haqqında şəhadətnaməni itirdiyindən təkrar şəhadətnamə almaq üçün Qaradağ rayon qeydiyyat şöbəsinə müraciət etsə də, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin Qaydanın 9.3-cü bəndinə görə təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxx 1994-cü ildə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuş İddiaçı Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 05 avqust 1994-cü il tarixdə tərtib edilmiş 235 nömrəli doğum haqqında akt qeydinə müvafiq olaraq təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx xxxx 1994-cü ildə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuş İddiaçı Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 05 avqust 1994-cü il tarixdə tərtib edilmiş 235 nömrəli doğum haqqında akt qeydinə müvafiq olaraq təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar