Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6226/2023 10.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İİ qrup ikinci Qarabağ müharibəsi əlili kimi imtiyazlı şəxs qismində mənzil növbəsinə götürülməsi haqqında sənədlərinin Bakı şəhəri, Cavabdehnə göndərilməsinə və 15 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstutusiya quruluşunun müdafiəsi zamanı əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışlarına qatılmış, 21 sentyabr 2020-ci il tarixdən 25 dekabr 2020-ci tarixinə kimi hərbi xidmət keçmiş, İİ Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Şiddətli gedən döyüşlər zamanı qolundan yaralanaraq bir qolunu itirmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Mərkəzi Hərbi Poliklinikasının 23 mart 2021-ci tarixli 9088 saylı xəstəlik haqqında şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. O, Silahlı Qüvvələrinin hərbi qulluqçusu olaraq Prezidentin 18 dekabr 2020ci il tarixli 2353 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə (№1-2282 nömrəli vəsiqə) təltif edilmiş, 25 dekabr 2020-ci il tarixli 2362 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə (№1-6453 nömrəli vəsiqə) təltif edilmiş və 29 dekabr 2020-ci il tarixli 2369 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə (M1-3726 nömrəli vəsiqə) təltif edilmişdir.Hazırda Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlilliyə görə pensiya alır. Hazırda qazi olaraq çox acınacaqlı vəziyyətdə yaşayır. Şəraitsiz və qəzalı evdə yaşadığını nəzərə alaraq, yaşayış yeri ilə təmin edilməsini xahiş edir. Bakı səhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 160, 18 savlı mənzildə qeydiyatda olduğunu nəzərə alaraq, müharibə əlili olaraq qeydiyyata götürülməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən uçota götürülməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin iddiaya münasibət bildirilməmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ünvan 4iyyəti başçısının 15 iyul 2021-ci il tarixli sərəncamına əsasən, ikinci dərəcə Qarabağ müharibəsi əlili kimi imtiyazlı şəxs qismində mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla 15 iyul 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından iddiaçının xahişinin yerinə yetirilməsinin mümkün deyildir. -AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1998-ci il təvəllüdlüdür. -SX№0156486 saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Füzuli-Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə (xx.xx.2026-cı il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş 23 mart 2021-ci il tarixli, 9088 №li xəstəlik haqqında şəhadətnamədən görünür ki, partlayış travması, sol çiynin qəlpə yaralanması nəticəsində bazu kələfinin üst gövdəsinin aksoııal zədələnməsının (Erb-Düşen iflici) qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol kürək sümüyünün tin çıxıntısının bitişməkdə olan sınığı. HHK-nın hərbi xidmətə, hərbı-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında Xəstəliklər cədvəlinin 27 b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır qeydi aparılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən elektron arayışdan görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə qeydə alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Azərbaycan Rerspublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2002ci il tarixli arayışından görünür ki, iddiaçı 2-ci dərəcəli müharibə əlilliyinə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) görə 350 manat məbləğində Prezident təqaüdü alır. Təyinatın başlanma tarixi: xx.xx.2021, təyinatın bitmə tarixi: xx.xx.2026. -ünvan 4iyyəti başçısının 15 iyul 2021-ci il tarixli 101 nömrəli sərəncamından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ailə tərkibi 4 (dörd) nəfər olmaqla (özü, atası, anası və qardaşı) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində 24 iyun 2021-ci il tarixdən mənzil növbəliliyinə götürülmüş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin ve konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlil kimi güzəştli qaydada mənzil sahəsi ilə təmin olunmaq hüququna malik olan vətəndaşların mənzil növbəliliyi siyahısına daxil edilmişdir. - ünvan 4iyyəti başçısının 09 avqust 2022-ci il tarixli 119 №li sərəncamından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 4iyyətinin mənzil növbəliyi uçotundan çıxarılması barədə 02 avqust 2022-ci il tarixli ərizəsi və rayon Mənzil-məişət məsələləri komissiyasının 05 avqust 2022-ci il tarixli 46 saylı iclasının qərarı nəzərə alınaraq, ünvan 4iyyətinin mənzil növbəliliyində 24 iyun 2021-ci il tarixdən güzəştli qaydada uçotda olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli Vətən müharibəsi əlili İddiaçı mənzil növbəliliyi uçotundan çıxarılması və onun uçot qovluğu sənədlərlə birgə mənzil növbəliliyinə götürülməsi üçün Cavabdehnə göndərilməsi qərara alınmışdır. -Yasamal Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna verilən 14 mart 2023-cü il məktubdan görünür ki, İddiaçı və onun ailə üzvləri olan X3 ilə X1 Yasamal Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. -AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 mart 2023-cü il tarixli məktubdan görünür ki, X2 xx.xx.2022-ci il, İddiaçı xx.xx.2019-cu il tarixdən hal-hazıradək ünvan 5 ünvanıda yaşayış yeri üzrə qeydiyyatdadırlar. -Bakı şəhəri Cavabdeh Yasamal rayon MKTB-nin 56 saylı MKİS tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və anası X2 ünvan 7 ünvanında yerləşən 18 nömrəli mənzildə qeydiyyatdadır və yaşayırlar. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı və digərlərinin adına qeydə alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı ünvan 4iyyəti başçısının 15 iyul 2021-ci il tarixli 101№li sərəncamına əsasən ailə tərkibi ilə birlikdə ikinci dərəcəli əlil kimi güzəştli qaydada mənzil sahəsi ilə təmin olunmaq hüququna malik olan vətəndaşların mənzil növbəliliyi siyahısına daxil edilmişdir. İddiaçının yaşayış yerini dəyişməsi ilə əlaqədar müraciəti nəzərə alınaraq ünvan 4iyyəti başçısının 09 avqust 2022-ci il tarixli 119 №li sərəncamı ilə Saatlı rayonu üzrə mənzil növbəliliyi uçotundan çıxarılması və onun uçot qovluğu sənədləri ilə birgə mənzil növbəliliyinə götürülməsi üçün Cavabdehnə göndərilməsi qərara alınmışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığını əsas gətirərək iddiaçının xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməyərək formal əsaslarla müraciətin təmin edilməsindən imtina etmiş, sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə faktiki olaraq ünvan 7 ünvanında yerləşən 18 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayır və bu məsələ nəzərə alınaraq ünvan 4iyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddiaçı həmin rayon üzrə mənzil növbəsindən çıxarılması və uçot qovluğu sənədləri ilə birgə mənzil növbəliliyinə götürülməsi üçün Cavabdehnə göndərilməsi qərara alınmışdır. Həmçinin məhkəmə araşdırması ilə iddiaçının və onun ailəsinin mülkiyyətində torpaq sahəsi, mənzil, ev aşkar edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, yeni Mənzil Məcəlləsi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciəti əsasında həyata keçirildiyini bildirir və bunun üçün onların həmin ərazidə minimum yaşama həddini müəyyənləşdirmir. Cavabdeh qurum isə yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 15 və 17-ci maddələrinin tələblərinə uyğun olmamış, iddiaçının qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia təmin edilməli, İddiaçı ünvan 4iyyəti başçısının 15 iyul 2021-ci il tarixli sərəncamına əsasən, ikinci dərəcə Qarabağ müharibəsi əlili kimi imtiyazlı şəxs qismində mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla 15 iyul 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 4iyyəti başçısının 15 iyul 2021-ci il tarixli sərəncamına əsasən, ikinci dərəcə Qarabağ müharibəsi əlili kimi imtiyazlı şəxs qismində mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla 15 iyul 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6226/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6226/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver