Məhkəmə qərarları › İş №2-1(112)-6228/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6228/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6228/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə,, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “çıxarışın və plan, ölçünün verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 saylı Sərəncamı ilə, Goradil № ВТК 247 Nəzdində olan X2 istifadəsinə verilən 302m saylı 125 №li Orderlə qeydiyyata alınan 12 sot torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1768 saylı Sərəncamı əsasında Bağ sahələrinin ayrılması, ada keçməsi, bölünməsinə dair Bakı Şəhər İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 İyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən iddiaçının atası X3 Binəqədi rayonu Görədil ВТК № 247 nəzdində bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən müraciətimiz əsasında verilən H-206-112 nömrəli arxiv arayışında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1768 saylı sərəncamından çıxarış məhkəməyə təqdim edilir. Əsas : Fond - 478,siyahı -1.saxlama vahidi 123. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi Goradil Bağlar sahəsindəki 247 ВТК nəzdində atası X3 302m saylı 0.12 hektar bağ-torpaq sahəsinə dair 125 nömrəli order verilərək qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi tam qanuni istifadəmizə verildiyi tarixdən etibarən həmin ərazini tam ölçüyə uyğun səlahiyyətli şəxslərin iştirakı ilə birlikdə hələ o vaxtlardan hasara almış, daimi, demək olar ki, gündəlik abadlıq işləri aparmış, həmin ərazini bağları kimi istifadə etmişlər və müntəzəm olaraq sanitar ekoloji qaydalara uyğun qulluq etmişlər. Torpaq sahəsi hazırda istifadəsindədir və bağı kimi istifadə edir. Bu illər ərzində bağ qonşuları (qonşuları özləri də təsdiq edə bilərlər) tərəfindən bağ sahəsi ilə bağlı qanuni olaraq bilinərək tanınmış və eyni zamanda heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və bələdiyyə orqanları tərəfindən bağ sahəsi ilə bağlı heç bir mübahisə yaranmamışdır. X1 19 avqust 2010-cu ildə vəfat etmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, indiki (Azərbaycan Respublikası Ə.M.D.X yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi) atası X3 ayrılmış 302m saylı bağ-torpaq sahəsinə dair 125 nömrəli orderin əslini itirdiyi üçün onun arxivinin təqdim edilməsinə görə müraciət etdiyi zaman cavabdeh təşkilat tərəfindən **********82 saylı cavab məktubu ilə bildirilmişdir ki, X2 adına order idarənin arxivində aşkar edilməmişdir. Cavabdeh təşkilatın məhrumiyyət yaradıcı və hüquqlarını məhdudlaşdıran cavabını nəzərə alaraq, eyni zamanda 25 aprel 2019-cu il tarixdə “Azad AZƏRBAYCAN” qəzetində bağ-torpaq sahəsinə Orderin əslinin itirildiyi üçün etibarsız hesab edilməsinə dair müraciəti olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət etmişdir. xx.xx.2019-cu il tarixli 039-6623-1219 saylı müraciətə cavab məktubu ilə Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna heç bir məlumatın daxil olmaması ilə bağlı müraciətinə cavab verilmişdir. Yuxarıda qeyd olunan xüsusatlarla bağlı haqlı etirazlarına baxılmamış, hətta təqdim etdiyi faktlara, əlindəki sübutlara əhəmiyyət verilməmişdir. Çünki itirilən Orderin surətlərini eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamının arxiv arayışını təqdim etsə də müraciətlərinə baxılmamış məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Valideyinləri rəhmətə getdikdən sonra Bakı şəhəri 11 saylı notariat kontorunda vərəsəlik işi açılmış və Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivində yerləşən 247 ВТК nəzdində 0.12 sot ölçülü 302m saylı bağ torpaq sahəsinə daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi üçün ərizə ünvanlanmışdır. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli müraciətinə xx.xx.2022-ci il tarixli **********00 nömrəli bildirişlə başqa bir məzmunlu imtina verilmişdir. İmtinada qeyd edilmişdir ki, qeyd edilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. Həmçinin göstərilən sahə 302 nömrə ilə başlayan bağların ərazisinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Qəbul edilmiş qanunvericilik bazasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını zəruri və məcburi hesab edir. Hesab edir ki, qanunsuz və əsassız inzibati akt qismində təqdim edilmiş imtina vəzifə səlahiyyətindən istifadə olunması, Azərbaycan Respublikası qanunverciliyinin ümumi prinsiplərinə habelə qanunun tələblərinə riayət etməli olan cavabdeh inzibati orqan tərəfindən bilavasitə Azərbaycan Respublikasında dövlət tərəfindən bilinən və tanınan vətəndaş hüquqlarının əsaslı və kəskin şəkildə pozulması halıdır.

3. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.

4. İddiaçıya, cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın geri götürülmüş sayılması

5. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

6. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

7. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Bununla yanaşı xx.xx.2024-cü il tarixli hüquqi yardım barədə məktub iddiaçı tərəfindən nəzərə alınmamışdır.

8. Məhkəməyə ünvanlanan ərizələrə münasibətdə məhkəmə qeyd edir ki, həmin ərizələrdə işə iddiaçının iştirakı olmadan baxılması xahiş edilsə də, iddiaçı ilə əlaqə saxlamaq mümkün olmamış, qeyd edilən əlaqə vasitəsinin başqasına məxsus olduğu aşkar olunmuş, beləliklə iddiaçının şəxsiyyəti müəyyən edilə bilinməmişdir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

10. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X8 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

16. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar