Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6229/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilə pasport qeydiyyata alınmasının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 birgə Bakı şəhəri, Qaradağ rayonu. Pula qəsəbəsi, Sovet küçəsi 18 saylı evin 2 nömrəli mənzildə 1994-cü ildən yaşayırlar. Həmin mənzili anası İddiaçı2 mənzilin keçmiş kirayəçisi X4 şifahi razılaşma yolu ilə satın almışdır. Keçmiş mənzilin kirayəçisi anasının savadsızlığından istifadə edərək, pulları götürüb Russiya Federasiyasına köçüb getmiş, onlara yaşamaq üçün heç bir sənəd verməmişdir. Artıq 27 (iyirmi yeddi) ildir ki, onlar birgə bu mənzildə yaşayırlar. Hal-hazırda Qaradağ rayon Polis İdarəsinin yerləşdiyi ünvan üzrə qeydiyyatdadırlar. Mənzilə qeydiyyata alınması ilə əlaqədar dəfələrlə bir neçə quruma şifahi və yazılı müraciət etmələrinə baxmayaraq, imtina cavabı alıblar. Ailənin bu mənzildən başqa yaşayış yeri yoxdur. Bununla bağlı məhkəməyə müraciət etmək fikrində olduğundan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət ediblər və cavabda məhkəməyə müraciət ediməsi tövsiyə olunmuşdur.
3. Qaradağ rayon polis idarəsinin iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir, Bakı şəhəri, Puta qəsəbəsi, Sovet küçəasindəki yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri 18 nömrəli evin 2-ci mənzilinin hər hansı rəsmi sənədi yoxdur. Bu səbəbdən həmin evə yaşayış yeri üzrə qeydiyyata alınma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 5-ci maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Qeyd olunan evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya qeydiyyatla bağlı iddia ilə əlaqədar məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
5. Cavabdeh Bakı şəhəri Qaradağ rayon rayon polis idarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
9. Cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin göstərilməsi formal xəta hesab olunmaqla iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon Polis İdarəsi nəzərə alınmalıdır.
10. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 4 ünvanının qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir.
13. ünvan 5 ünvanında yerləşən 2 nömrəli mənzilə dair order verilib-verilməməsi, verildiyi təqdirdə hüquq sahibi haqqında məlumatın məhkəməyə təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi, ev 18 ünvanında yerləşən bina balansa qəbul edilmişdir. Hal-hazırda bina Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi, ev 18 ünvanında yerləşən yaşayış binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı həmin binanın 2 saylı mənzilinə dair hər hansı hüquqmüəyyənedici sənəd (order, sərəncam və s.) təhvil verilmədiyindən müvafiq məlumatın məhkəməyə məqdim edilməsi mümkün deyildir.
14. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli arayışına əsasən, X7 ünvan 4 ünvanında yaşayır və həmin mənzildə xx.xx.2000-ci il tarixdən qeydiyyatdadır, mənzilin keçmiş icarəyə götürəni X5.
16. X3 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, qeyd edilən ünvan 4 ünvanında pasport qeydiyyatındadır və səlahiyyətli orqanlara təqdim olunması üçün imzaladığı ərizəyə əsasən birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 7 ünvanına qeydiyyata götürülməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində cəlb olunmuşdur.
17. CMS-AZEMİS məlumat-axtarış sistemindən çıxarışa əsasən, İddiaçı1 ünvan 8 ünvanı üzrə qeydiyyatdadır.
18. CMS-AZEMİS məlumat-axtarış sistemindən çıxarışa əsasən, İddiaçı3 ünvan 8 ünvanı üzrə qeydiyyatdadır.
19. CMS-AZEMİS məlumat-axtarış sistemindən çıxarışa əsasən, İddiaçı2 ünvan 9 ünvanı üzrə qeydiyyatdadır.
20. “Azəriqaz” İB tərəfindən tərtib olunmuş qaz sayğacının Bakı şəhəri, Puta qəs., Sovet küç., 18, mən. 2 ünvanında istehlakçı kimi İddiaçı2 adı göstərilməklə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2014-cü il tarixdə akt tərtib olunmuşdur.
21. "xxxx" ASC tərəfindən abonent İddiaçı2 və ünvan Bakı şəhəri, Puta qəs., Sovet küç., 18, mən. 2 göstərilməklə **********020 abonent kodu verilmiş və birgə iddiaçılar tərəfindən çoxsaylı ödəniş qəbzləri təqdim edilmişdir.
22. "xxxx" ASC tərəfindən abonent İddiaçı2 və ünvan Bakı şəhəri, Puta qəs., Sovet küç., 18, mən. 2 göstərilməklə **********80002 abonent kodu verilmiş və birgə iddiaçılar tərəfindən çoxsaylı ödəniş qəbzləri təqdim edilmişdir.
23. Birgə iddiaçılar tərəfindən 2000-ci ildən bugünə kimi abonent İddiaçı2 və ünvan ünvan 12 qəbzləri və ödənişləri təqdim edilmişdir.
24. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında şahid qismində dindirilmiş ünvan 13 ünvanında qeydiyyatda olan X1 ifadə verərək bildirdi ki, iddiaçılar onun qonşusudur. O, 1998-ci il tarixdən 18 nömrəli evdə yaşayır. İddiaçı3 ailəsi, anası və qardaşı ilə birlikdə 1994-cü il tarixdən 18 nömrəli evin 2 nömrəli mənzilində yaşayırlar.
25. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında şahid qismində dindirilmiş ünvan 14 ünvanında qeydiyyatda olan X2 oğlu ifadə verərək bildirdi ki, iddiaçılar ilə qonşudur. Bildirmək istəyir ki, iddiaçılar uzun müddətdir ki, 18 nömrəli binada onunla qonşuluqda, 2 nömrəli mənzildə yaşayırlar.
26. “Azəriqaz” İB tərəfindən tərtib olunmuş daxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işlərini keçirilməsi haqqında akta əsasən xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Puta qəs., Sovet küç., 18, mən. 2 ünvanında istehlakçı kimi İddiaçı2 iştirakı ilə mənzildaxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işləri keçirildi.
27. “Azəriqaz” İB tərəfindən tərtib olunmuş qaz sayğacının Bakı şəhəri, Puta qəs., Sovet küç., 18, mən. 2 ünvanında istehlakçı kimi İddiaçı2 adı göstərilməklə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqıqnda xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuş və istehlakçı kimi İddiaçı2 ilə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
28. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, birgə iddiaçılar bir ailənin üzvüdürlər və yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri evdə birlikdə faktiki olaraq yaşayırlar, həmin ev özbaşına tikili deyil, ünvanı mövcuddur və həmin yaşadıqları evdə X7 pasport qeydiyyatındadır.
29. X7 pasport qeydiyyatına alınmasına əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsinin tələb olunmasına baxmayaraq, müvafiq sənədləri təqdim edilmədən xx.xx.2021-ci il tarixli məktubla işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
36. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, birgə iddiaçılar qeyd edilən mənzildə 20 ildən çoxdur ki, yaşayırlar və kommunal xidmətlərdən istifadə edirlər və həmin mənzildə pasport qeydiyyatına alınmış şəxs onların həmin mənzildə qeydə alınmaqla yaşayı sahəsi vermək niyyətini ifadə etmişdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçıların həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.
37. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
38. Qeyd edilən yanaşma X12 məhkəməsinin təcrübəsinə də əsaslanır. X12 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X12 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
39. Digər tərəfdən həmin evdə yaşayan şəxslə müqayisədə fərqli yanaşma iddiaçılara münasibətdə ayrı-seçkilik və X12 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçılara münasibətdə fərqli rəftarın X12 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi həmin evdə yaşayan şəxslər arasındakı ailə bağları nəzərə alınaraq X12 Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququ və mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçıların fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçılara münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X12 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X9rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
43. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva