Məhkəmə qərarları › İş №2-1(112)-623/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-623/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-623/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı ( Xocəvənd rayonu ünvanında qeydiyyatdadır, sürücü, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N90-N93-cü illərdə N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinin təsdiq olunması və müharibə veteranı statusunun verilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N90-N93-cü illərdə N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinin təsdiq olunması və müharibə veteranı statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki,iddiaçı Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı hərbi hissəyə könüllü gedərək qeydiyyatda alınmış və bütün növ təminatlarla təmin edilmişdir. Həmin hərbi hissədə bir neçə gün silahdan istifadə qaydalarını öyrənərək təlim keçmiş, yaşadığı Füzuli rayonunun düşmənlə həmsərhəd kəndləri olan Güzdək, Qaradağlı, Gorazilli kəndlərinin müdafiəsi üçün dislokasiya üzrə həmin kəndlərə ezam edilmişdir. Lakin, xidməti ilə əlaqədar Qarabağ Müharibəsi veteranı statusunun alınması üçün lazımı və tələb olunan sənədlərin alınması üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət etsə də, xx.xx.20N-cu il tarixində arxiv idarəsi tərəfindən ona verilmiş cavabda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N aprel N92-ci il tarixli, 9 nömrəli əmrində İddiaçı (əsas 99 səh 25) əmrdə atasının adı Qəni yazılmış, hərbi rütbəsi göstərilməmiş,bölmə komandiri vəzifəsinə qəbul olunması barədə məlumat vardır. Lakin, N saylı hərbi hissə komandirinin may - iyun N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Həmin illərdə yəni, N90-cı ildən N93-cü ilə kimi iddiaçının xidmət etdiyi N saylı hərbi hissədə İddiaçı Qəni oğlu adlı şəxs olmamışdır. Həmin illərdə iddiaçı ilə eyni hərbi hissədə olan silahdaşları da bunu təsdiq edə bilərlər. Həmin ildə N saylı hərbi hissədə yalnız İddiaçı adı ilə yazılmışdır. Hərbi hissənin əmrlər kitabına yazılmış Qəni adı iddiaçının atasının adı ilə düz gəlməsə də, güman etmək olar ki, bu adın hərf səhvləri, o illərdə rus əlifbası ilə yazan və ya hansısa bir texniki səhvdən baş vermişdir. Bunu da iddiaçı ilə hərbi xidmətdə eyni hərbi hissədə və döyüş əməliyyatlarında birlikdə olan hərbiçi yoldaşları - Qarabağ müharibəsinin 1-ci qrup əlili X7, Qarabağ müharibəsi veteranı X2 və X5 iddiaçının həqiqətən onlarla birlikdə N saylı hərbi hissədə xidmət etməsinin canlı şahidləridirlər. Buna görə də, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndəsini məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclаsındа İddiaçı iddiа ərizəsinin məzmununа uyğun izаhаt vеrərək iddiаnın təmin оlunmаsını хаhiş еtmişdir. Məhkəmə iddiаçının izаhаtını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının hərbi biletinə əsasən iddiaçı xx.xx.N92-cü il traixdən xx.xx.N92-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-8631 saylı arxiv arayışından görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 9 nömrəli əmrindəİddiaçı Qəni oğlunun ( əsas § 99, səh 25 atasının adı Qəni yazılmışdır, hərbi rütbəsi göstərilməmişdir.) bölmə komandiri vəzifəsinə qəbul olunması barədə məlumat vardır. Əmrin üzərində “xx.xx.N92 ləğv edilsin” yazılmışıdır. N saylı hərbi hissə komandirinin iyun N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumatlar aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.20N-cu il tarixli 1/Z -9398 nömrəli məktubuna əsasən, Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-86331 saylı arayışına əsasən iddiaçının tərxis olunmağı barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının hüquq şöbəsinin 24 dekabr 20N-cu il tarixli, 01/737 saylı məktubuna əsasən İddiaçı N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib-etməməsi barədə rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 fevral 2020-ci il tarixli, 9/2-N51 saylı məktubundan görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 9 nömrəli əmrindəİddiaçı Qəni oğlunun ( əsas § 99, səh 25 atasının adı Qəni yazılmışdır, hərbi rütbəsi göstərilməmişdir.) bölmə komandiri vəzifəsinə qəbul olunması barədə məlumat vardır. Əmrin üzərində “xx.xx.N92 ləğv edilsin” yazılmışdır. N saylı hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N92-xx.xx.N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. N saylı hərbi hissə komandirinin N90-N91-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş X3 və X1 məhkəməyə təqdim etdikləri “şahid ifadələrinə” əsasən, onlar İddiaçı N saylı hərbi hissədə xidmət etdiyinin və döyüş əməliyyatlarında iştirakının canlı şahidləridir. Məhkəmə aşagıdakı əsaslara görə iddiaçının iddia tələbini əsassız hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”nin 1-ci bölməsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir:.. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Natiq, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Natiq, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İşin faktiki hallarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivində olan N saylı hərbi hissə komandirinin iyun N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumatlar aşkar olunmamışdır. Füzuli rayon İcra Hakimiyyətində də İddiaçı N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak edibetməməsi barədə heç bir məlumat yoxdur. Beləliklə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N90-N93-cü illərdə N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinin təsdiq olunması və müharibə veteranı statusunun verilməsi” tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N90-N93-cü illərdə N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinin təsdiq olunması və müharibə veteranı statusunun verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan apelyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar