Məhkəmə qərarları › İş №2-1(112)-623/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-623/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-623/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil Şəmşir oğlunun (Ünvan:Qubadlı rayonu, Seləli kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 10/9R; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquq idarəsinin cavabdeh qismində işlər üzrə şöbəsinin hüquqşünası) iştirakları ilə, iddiaçı - İddiaçı MMC-nin cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********196751 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4330 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********184465 nömrəli qərarına əsasən iddiaçı "İddiaçı" MMC-də may 2016-aprel 2019 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə bitmişdir. 5 halda yoxlamanın müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********184570 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2020-ci il tarixli **********196751 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya ümumilikdə 144999,49 manat əlavə vergi məbləği hesablanmış və 138100,60 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********196751 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı tamamilə əsassız və qanunsuz hesab edirlər. Səyyar vergi yoxlamasından göründüyü kimi, iddiaçı "İddiaçı" MMC yoxlama ilə əhatə olunan dövrlər üzrə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə hesabatlar təqdim edərək vergiyə cəlb edilən dövriyyəsini bəyan etdiyi və ona müvafiq vergiləri hesablayaraq dövlət büdcəsinə ödədiyi halda, vergi orqanı həmin bəyannamələr üzrə faktiki vergidən yayınma halı aşkar edə bilməmiş və əsassız olaraq iddiaçının vergiyə cəlb edilən dövriyyəsini ciddi hesabat blankı sayılmayan və mötəbərliyi şüphə doğuran elektron məlumatlar əsasında Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasım tətbiq etməklə hesablamış və vergi qanunvericiliyində müəyyən edilən ardıcıllığı pozmuşdur. Cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə elmədən birbaşa Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları tətbiq etmişdir. Beləliklə, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozaraq sonuncuya əsassız və qanunsuz əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********184465 nömrəli qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: may 2016 - aprel 2019) təyin edilmişdir. Yoxlama xx xxxx 2019-cu il tarixdə başlanmış və xx xxxxxx 2019-cu il tarixdə başa çatdırılmışdır. Son olaraq yoxlamanın nəticələri xx xxxxxx 2019-cu il tarixli **********184570 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamqdan imtina etdiyi üçün yoxlama aktı elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmişdir (AVİS: **********852600). Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun əsasən xx.xx.2020-ci il tarixli **********196751 nömrəli "Vergi ödəyicisinin Vergi Qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar çıxarılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi faktiki olaraq daşınmaz əmlakın icarəsi, ictimai iaşə və mehmanxana fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın aylıq icarə haqqı üzrə real bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin edilmişdir. "İddiaçı" MMC tərəfindən yoxlamaya təqdim olunmuş müqavilələrdə göstərilən icarə qiymətlərinin hazırkı bazar qiymətlərindən 30 faizdən çox aşağı olmadığı üçün vergilər faktiki təqdimolunma qiymətləri əsasında hesablanmışdır. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 147082.70 manat (mənfəət vergisi 20240.63 manat, ƏDV 99276.83 manat, ödəmə mənbəyində tutulan vergi 23491.70 manat, sadələşdirilmiş vergi 4073.54 manat) azaldıldığı, 2083.21 manat (sadələşdirilmiş vergi 2083.21 manat) artıq hesablandığı qeyd edilmiş, eyni zamanda Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 63518.15 manat, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 52485.86 manat, həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən 22096.59 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama ilə cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 130.1 və 130.2 maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlara əsasən vergi ödəyicisinin gəlirləri müəyyən edilərək mənfəət vergisi Vergi Məcəlləsinin 67.14-cu maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablandı. Vergi Məcəlləsinin 67.14-cu maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər xx xxxxx 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablandı. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Yoxlama ilə vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən etibarən Vergi Məcəlləsinin 157.3.1- ci maddəsinin tələblərinə əsasən ƏDV qeydiyyatına qoyulmalı olduğunu nəzərə alaraq, cəmiyyətin fəaliyyət göstərdiyi təqvim ili üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ədv öhdəliyi yarandığından 2017-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi əhatə edilmişdir: Cəmiyyət tərəfindən 2017-ci ilin mənfəət vergisi bəyannaməsi təqdim olunmadığından yoxlama ilə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə əsasən yenidən hesablandı. Vergi Məcəlləsinin 130.4. maddəsinə əsasən vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Həmin Məcəlləninin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəlləninin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlar əsasında müəyyən edildi ki, cəmiyyət malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəliri 179279,52 manat (xx.xx.2017ci il tarixdən xx.xx.2017-ci il tarixədək) olmuşdur. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı üçün mənfəət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər xx xxxxx 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında aşağıdakı kimi hesablandı: G1 M1 =------------ x R; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 179279,52 M1 =------------------ x 20 = 29879,92 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəət 29879,92 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi = 29879,92 x 20% = 5975,xx xxxxx 2017-ci il üzrə yoxlama zamanı büdcəyə 5975,98 manat məbləğində mənfəət vergisi hesablandı. Yoxlama ilə 2018-ci ilin mənfəət vergisi bəyannaməsi əhatə edilmişdir. Cəmiyyət tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 159825,14 manat (o cümlədən işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlir 104374,62 manat, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 55450,52) gəlirin əldə edilməsi ilə bağlı xərclər 145850,66 manat, o cümlədən: əmək haqqı 16882,96 manat, sosial sığorta haqları 3798,67 manat, xammal və materiallar 49842,61 manat, enerji xərcləri 22876,17 manat, qaz xərcləri 20376,73 manat, su və kanalizasiya xərcləri 2415,32 manat, rabitə xərcləri 4450,08 manat, bank xidməti üzrə xərclər 4477,72 manat, reklam xərcləri 481,24 manat, sair xərclər 2899,96 manat, amortizasiya ayırmaları 15738,66 manat, sığorta üzrə xərclər 1295,77 manat və gəlirdən çıxılan vergi və yığımlar 314,77 və nəticədə 13974,48 manat vergiyə cəlb olunan mənfəət göstərilmişdir və 2018-ci il üzrə müəssisə tərəfindən 2794,90 manat mənfəət hesablanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlar əsasında müəyyən edildi ki, cəmiyyətin 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərin 351961,40 manat(511786,54-159825,14) əskik göstərilməsi aşkar olundu və yoxlama ilə cəmiyyətin gəlirlərinin 511786,54 manat olduğu müəyyən edilmişdir. 2017-ci il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 M1 =------------ x R; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 -vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R- şərti rentabellik normasıdır: 511786,54 M1 =------------------ x 20 = 85297,76 100 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-cı il üzrə vergiyə cəlb edilən mənfəət 85297,76 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi = 85297,76 x 20% = 17059,xx xxxxx 2017-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 14264,65 manat (17059,55- 2794,90) məbləğində mənfəət vergisi hesablandı. Beləliklə, yoxlama zamanı büdcəyə əlavə olaraq 20240,63 manat (5975,98 +14264,65) məbləğində mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 20240,63 manat vergi məbləğinin 50 faizi miqdarında 10120,31 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Əlavə dəyər vergisinin azaldılmasına səbəb: Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlar və bank əməliyyatları barədə məlumatlara əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 155.1-ci, 157.3.1-ci, 159.1-ci və 175.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirlər zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlara əsasən müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan xx.xx.2017-ci il tarixə kimi artıq olmuşdur. Cəmiyyət faktiki olaraq 2017-ci ilin aprel ayından etibarən fəaliyyətə başlamış və başladığı dövrdən etibarən sadələşdirilmiş vergi sistemi üzrə bəyannamələri vergi orqanına təqdim etmişdir. Yoxlama ilə müəyyən olundu ki, Cəmiyyətin bəyannamə məlumatlarına əsasən 2017-ci ilin aprel ayı üzrə vergiyə cəlb olunan dövriyyə 2113,00 manat göstərilməsinə baxmayaraq elektron məlumatlara əsasən cəmiyyətin kassasına həmin dövrdə (xx.xx.2017-xx.xx.2017) 3396,0 manat göstərilmiş xidmətlərə görə vəsait daxil olmuşdur. Eyni zamanda, bəyannamə məlumatlarına əsasən 2017-ci ilin may ayında vergiyə cəlb olunan dövriyyə 3163,61 manat, 2017-ci ilin iyun ayında vergiyə cəlb olunan dövriyyə 9021,40 manat, 2017-ci ilin iyul ayında vergiyə cəlb olunan dövriyyə 20601,85 manat, 2017- ci ilin avqust ayında vergiyə cəlb olunan dövriyyə 35115,92 manat, 2017-ci ilin sentyabr ayında vergiyə cəlb olunan dövriyyə 23274,15 manat olmuşdur. Yoxlama ilə elektron məlumatlara əsasən 2017-ci ilin may ayında vergiyə cəlb olunan dövriyyənin 44970,80 manat, 2017-ci ilin iyun ayında vergiyə cəlb olunan dövriyyənin 109342,17 manat, 2017-ci ilin iyul ayı üzrə əldə edilmiş məlumatlarda hər hansı məlumat aşkar edilmədiyi üçün bəyannamə məlumatı (vergiyə cəlb olunan dövriyyə 20601,85 manat) qüwədə saxlanıldı, 2017-ci ilin avqust ayı üzrə vergiyə cəlb olunan dövriyyənin 160749,72 manat olması müəyyən edildi. Nəticədə cəmiyyət xx.xx.2017-ci il tarixə qədər fəaliyyət göstərdiyi dövrə qədər vergi tutulan əməliyyatların həcmi 200000 manatdan (3163,61 +44970,80 +109342,17 +20601,85 +160749,72) artıq olmuşdur. Göstərilənləri nəzərə alaraq "xxxx” MMC-nin (VÖEN: **********) xx.xx.2017-ci il tarixdən etibarən Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə əsasən ƏDV qeydiyyatına qoyulması təklif olunmuşdur. Cəmiyyət tərəfindən Əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: - 2017ci il üzrə: Cəmiyyət tərəfindən ƏDV tutulan dövriyyənin düzgün göstərilməməsi nəticəsində büdcəyə çatası ƏDV məbləği 2017-ci il üzrə 32270,31 manat (o cümlədən sentyabr ayı üzrə 13002,68 manat, oktyabr ayı üzrə 6646,63 manat, noyabr ayı üzrə 4880,02 manat, dekabr ayı üzrə 7740,98 manat) azaldılmışdır (ƏDV müqayisəli cədvəl akta əlavə olunur). ƏDV tutulan dövriyyənin əskik göstərilməsinə səbəb 2017-ci il üzrə cəmiyyətin ədv qeydiyyatına dair ərizəyə verməyə borclu olduğu halda ədv qeydiyyatına dair ərizə verilməmiş və nəticədə büdcəyə çatası ədv məbləğinin azaldılması faktı aşkar edilmişdir. - 2018-cı il üzrə: Cəmiyyət tərəfindən ƏDV tutulan dövriyyənin düzgün göstərilməməsi nəticəsində büdcəyə çatası ƏDV məbləği 2018-ci il üzrə 67006,53 manat (o cümlədən yanvar ayı üzrə 1371,54 manat, fevral ayı üzrə 1531,72 manat, mart ayı üzrə 1657,00 manat, aprel ayı üzrə 1048,32 manat, may ayı üzrə 5033,39 manat, iyun ayı üzrə 1280,88 manat, iyul ayı üzrə 30308,41, avqust ayı üzrə 24815,55 manat cəmi: 67046,81 manat əskik, sentyabr ayı üzrə 40,28 manat cəmi: 40,28 manat artıq) azaldılmışdır (ƏDV müqayisəli cədvəi akta əlavə olunur). ƏDV tutulan dövriyyənin əskik göstərilməsinə səbəb cəmiyyətin 2018-ci ilin ilk 6 ayı üzrə ədv qeydiyyatında olmalı olduğu halda ədv qeydiyyatında olunmaması və nəticədə büdcəyə çatası ədv məbləğinin ilk 6 ay üzrə 12386,28 manat əskik göstərilməsidir. Bəyannamə məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan dövriyyənin 2018- ci ilin iyul ayı üzrə 45009,52 manat, 2018-ci ilin avqust ayı üzrə 24963,16 manat göstərilməsinə baxmayaraq yoxlama ilə vergi tutulan dövriyyə 2018-ci ilin iyul ayında 212925,91 manat, 2018-ci ilin avqust ayında 162733,69 manat göstərilməli olduğu aşkar olundu. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Belə ki, yoxlama ilə müəyyən olundu ki, "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş HT seriyalı 820015 nömrəli vhf əvəzləşdirilməsinə baxmayaraq VM-nin 175.1-ci maddəsinin tələbləri pozulmuş ədv məbləği ƏDV-nin depozit hesabına ödənilməmişdir və yoxlama ilə 2018-ci ilin iyul ayı üzrə əvəzləşdirilmiş 83,46 manat ədv məbləği əvəzləşdirilmiş vergi məbləğindən çıxarılmışdır. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Belə ki, yoxlama ilə müəyyən olundu ki, "xxxx" ASC (VÖEN: **********) tərəfindən əldə edilmiş HT seriyalı 901571 nömrəli vergi hesab-fakturasının ədv məbləği olan 579,19 manat əskik ödənilməsinə baxmayaraq (562,33 manat) 2018-ci ilin avqust ayı üzrə tam əvəzləşdirmə (579,19 manat) aparılmışdır və yoxlama ilə ödəniş miqdarında (562,33 manat) əvəzləşmə bərpa edilmişdir. Yoxlama ilə 2018-ci ilin sentyabr ayı üzrə “Ayan MMC” tərəfindən əldə edilmiş xx.xx.2018-ci il tarixli HU seriyalı 244599 nömrəli vhf əvəzləşdirilməsi nəticəsində vergi məbləğinin 40,28 manat artıq göstərilməsi müəyyən olundu. Təqvim ilinin digər aylarında (oktyabr, noyabr və dekabr) kənarlaşma aşkar edilməmişdir. 2017-ci il üzrə cəmiyyət tərəfindən ƏDV tutulan dövriyyənin düzgün göstərilməməsi aşkar olunmamışdır. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 155.1ci, 157.3.1-ci, 159.1-ci və 175.1-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 99276,83 manat (32270,31+67006,53) məbləğində əlavə dəyər vergisi hesablandı. Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində 44193,16 manat büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında 22096,59 maliyyə sanksiyasının tətbiq edilməsi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrı - ayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 55123,96 manat vergi məbləğinin 50 faizi miqdarında 27561,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Sadələşdirilmiş verginin azaldılmasına səbəb: Yoxlama ilə cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinin tələbi pozulmuşdur. Yoxlama ilə müəyyən olundu ki, Cəmiyyətin bəyannamə məlumatlarına əsasən 2017-ci ilin aprel ayı üzrə vergiyə cəlb olunan dövriyyə 2113,00 manat göstərilməsinə baxmayaraq elektron məlumatlara əsasən cəmiyyətin kassasma həmin dövrdə(xx.xx.2017-xx.xx.2017) 109342,17 manat göstərilmiş xidmətlərə görə vəsait daxil olmuşdur. Eyni zamanda, bəyannamə məlumatlarına əsasən 2017-ci ilin may ayında vergiyə cəlb olunan dövriyyə 3163,61 manat, 2017-ci ilin iyun ayında vergiyə cəlb olunan dövriyyə 9021,40 manat, 2017-ci ilin iyul ayında vergiyə cəlb olunan dövriyyə 20601,85 manat, 2017-ci ilin iyul ayında vergiyə cəlb olunan dövriyyə 35115,92 manat, 2017-ci ilin avqust ayında vergiyə cəlb olunan dövriyyə 23274,15 manat olmuşdur. Yoxlama ilə elektron məlumatlara əsasən 2017-ci ilin may ayında vergiyə cəlb olunan dövriyyənin 44970,80 manat, 2017-ci ilin iyun ayında vergiyə cəlb olunan dövriyyənin 109342,17 manat, 2017-ci ilin iyul ayı üzrə əldə edilmiş məlumatlarda hər hansı məlumat aşkar edilmədiyi üçün bəyannamə məlumatı (vergiyə cəlb olunan dövriyyə 20601,85 manat) qüwədə saxlanıldı, 2017-ci ilin avqust ayı üzrə vergiyə cəlb olunan dövriyyənin 160749,72 manat olması müəyyən edildi. Göstərilənləri nəzərə alaraq cəmiyyət xx.xx.2017-cu il tarixdən etibarən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmişdir. Beləliklə, yoxlama zamanı büdcəyə əlavə olaraq 1990,32 manat (4915,41-2925,09) məbləğində sadələşdirilmiş vergi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 4915,41 manat vergi məbləğinin 50 faizs miqdarında 2457,71 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Ödəmə mənbəyində tutulan verginin azaldılmasına səbəb: Yoxlama ilə cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 122.1-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlara əsasən cəmiyyət öz təsisçisi X2 yoxlama ilə əhatə olunan dövrdə 234917,00 manat (aprel 2017-12,00; may 2017-26381,00; iyun 2017-51214,00; avqust 2017-44051,00; sentyabr 2017- 16605,00; oktyabr 2017-5000,00; noyabr 2017- 3820,OO;dekabr 2017- 7644,00; iyul 2018- 47020,0 və avqust 2018-33170,00) kassasından pul vəsaiti ödəmişdir. Buna baxmayaraq, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi hesablanmamışdır. Beləliklə, yoxlama zamanı büdcəyə əlavə olaraq 23491,70 manat (234917,00*10%) məbləğində ödəmə mənbəyində vergi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinc əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 23491,70 manat vergi məbləğinin 50 faizi miqdarında 11745,85 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi Məcəlləsinin 58.7-1 əsasən qanun pozuntuları: Cəmiyyət tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikas: Qanununun tələblərinin pozulması halı yoxlama ilə müəyyən edilmişdir. Belə ki, Qanunun 3.3-cü maddəsinə əsasən digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməli olduğu halda Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirlər zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlar əsasında müəyyən edildi ki, 2017-ci ilin may ayı üzrə on beş min manatdan artıq olan 30824,40 manat (45824,40- 15000,00), 2017-ci ilin iyun ayı üzrə on beş min manatdan artıq olan 92673,61 manat (107673,61-15000,00), 2017-ci ilin avqust ayı üzrə on beş min manatdan artıq olan 109313.60 manat (124313,60-15000,00) cəmi: 232811.61 manat (30824,40+92673,61+109313,60) hesablaşma yalnız nağdsız qaydada həyata keçirilməli olduğu halda nağd qaydada həyata keçirilmişdir. Yoxlama ilə vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən etibarən Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə əsasən ƏDV qeydiyyatına qoyulmalı olduğunu nəzərə alaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməli olduğu halda, 2017-ci ilin sentyabr ayı üzrə otuz min manatdan artıq olan 47349,65 manat (77349,65-30000,00), 2017-ci ilin oktyabr ayı üzrə otuz min manatdan artıq olan 9132,55 manat (39132,55-30000,00), 2017-ci ilin dekabr ayı üzrə otuz min manatdan artıq olan 15186,73 manat (45186,73-30000,00) , 2018-ci ilin iyul ayı üzrə otuz min manatdan artıq olan 194539,40 manat (224539,40-30000,00) və 2018-ci ilin avqust ayı üzrə otuz min manatdan artıq olan 136161,55 manat (166161,55-30000,00) cəmi: 402369,88 manat (47349,65+9132,55+15186,73+194539,40+136161,55) hesablaşma yalnız nağdsız qaydada həyata keçirilməli olduğu halda nağd qaydada həyata keçirilmişdir. Nəticədə yoxlama ilə əhatə olunan dövr ərzində Vergi Məcəlləsinin 58.7-1.1ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 635181,49 manat (232811,61+402369,88) məbləğinin 10 faizi miqdarında 63518,15 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” şəhadətnaməyə əsasən İddiaçı MMC xx.xx.2014-cü il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********184465 nömrəli qərarı ilə "İddiaçı" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: may 2016 - aprel 2019) təyin edilmişdir. Yoxlama xx xxxx 2019-cu il tarixdə başlanmış və xx xxxxxx 2019-cu il tarixdə başa çatdırılmışdır. Son olaraq yoxlamanın nəticələri xx xxxxxx 2019-cu il tarixli **********184570 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 147082.70 manat (mənfəət vergisi 20240.63 manat, ƏDV 99276.83 manat, ödəmə mənbəyində tutulan vergi 23491.70 manat, sadələşdirilmiş vergi 4073.54 manat) azaldıldığı, 2083.21 manat (sadələşdirilmiş vergi 2083.21 manat) artıq hesablandığı qeyd edilmiş, eyni zamanda Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 63518.15 manat, həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 52485.86 manat, həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən 22096.59 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında xx.xx.2020-ci il tarixli **********196751 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatlar əsasında cavabdeh tərəfindən iddiaçıya əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən inzibati aktla iddiaçıya əlavə vergilər hesablamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.); -vergi yoxlaması materiallarına (83.2.3.); -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4.). Göründüyü kimi vergi ödəyicisinə vergi məbləğlərinin hesablanması üçün qanunvericiliklə dairəsi dəqiq müəyyən edilən məlumat mənbələri müəyyən edilmişdir. Lakin vergi orqanı tərəfindən mübahisələndirilən inzibati aktla iddiaçıya əlavə vergilərin hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulmuş məlumat mənbələrindən hər hansı birinə (və ya bir neçəsinə) istinad edilməsi iş materialları ilə müəyyən olunmur. Belə ki, əlavə vergilərin hesablanmasının əsası kimi mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, istər mübahisələndirilən inzibati aktda, istərsə də cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazda və ona əlavə edilmiş sənədlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatların məzmununun nədən ibarət olması, bu məlumatların hansı rəsmi maliyyə-uçot sənədləri ilə təsdiq olunması qeyd edilməmiş, ümumiyyətlə iddiaçı tərəfindən həmin məlumatlarda göstərilən əməliyyatların aparılması, eləcə də həmin məlumatların mənbəyi barədə hər hansı rəsmi təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh vergi orqanının mübahisləndirilən qərarının qanuniliyi araşdırılarkən məlum olmuşdur ki, həmin inzibati akt qəbul edilərkən qanunvericiliyin forma və icraat ilə bağlı bir sıra müddəaları pozulmuşdur. Belə ki, İnzibati İcraat haqqında qanunun: 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsində əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatların mənbəyinin məlum olub-olmaması, bu məlumatların vergi ödəyicisinin sahibkarlıq və maliyyə faəliyyətlərini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilinməsi, eləcə də əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün bu məlumatların əsas təşkil edilib-edilməməsi müəyyən edilmədiyindən, həmin məlumatlar əsasında cavabdeh vergi orqanı tərəfindən əsassız olaraq iddiaçı barəsində əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bu baxımdan cavabdehin mübahisəli qərarı iddiaçıya münasibətdə icraatla bağlı müddəalara riayət olunmadan qəbul edilmiş akt qanunsuz əlverişsiz (yükləyici) inzibati aktdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4330 nömrəli Ekspert Rəyində göstərilmişdir: “Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə üzrə hesablanmış vergilərin (ƏDV,SV,MV və ÖMV-nin) düzgünlüyü tədqiqatla müəyyən olunmur. Səyyar vergi yoxlması ilə elektron məlumatlar (“Qara mühasibatlıq") əsas götürülməklə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Eyni zamanda həmin “Qara mühasibatlıq” sənədlərinin nədən ibarət olması xx.xx.2019-cu il tarixli **********184570 nömrəli Səyyar vergi yoxlaması aktında göstərilməyib. Tədqiqi hissədə göstərildiyi kimi, iş materiallarında olan ilkin mühasibatlıq sənədlərinə, yəni müəssisəyə aid gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri, kassa mədaxil və məxaric qəbzləri, bank reysterleri, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları, e-qaimə fakturalar, ƏDV Depozit hesabından çıxarış və s. Sənədlərə əsasən İddiaçı MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatla görə dövlət büdcəsinə mənfəət, sadələşdirilmiş, əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergilər üzrə dövlət büdcəsinə az hesablama və eyni zamanda “Nağd hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə maliyyə sanksiyasının tədbiq edilməsi müəyyən edilmir. Qeyd edilir ki, "İddiaçı" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatla görə dövlət büdcəsinə hesablanmalı olan vergilər vergi ödəyicisinin bəyannamə məlumatlarında öz əksini tapmışdır.” İş materiallarından görünür ki, cavabdeh “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 9/4330 nömrəli ekspert rəyinə mülahizə təqdim edərək rəy ilə razı olmadığını bildirmişdir. İş materiallarından görünür ki, cavabdehin ekspert rəyinə dair mülahizəsində qeyd edilmişdir ki, «xxxx» MMC-yə məxsus kompyuter prosessorlarından götürülmüş sənədlər və məlumatlarda İddiaçı MMC-yə aid məlumatlar aşkar edilmişdir. Məhkəmə cavabdehin «xxxx» MMC-yə məxsus kompyuter prosessorlarından götürülmüş sənədlər və məlumatlarda iddiaçıya aid məlumatların aşkar edilməsi barədə mülahizəsini əsassız hesab edir. İlk öncə ona görə ki, əgər «xxxx» MMC-yə məxsus müvafiq sənədlərdə iddiaçıya aid məlumatların aşkar olunmuşdursa, bu məlumatlar əsasında iddiaçının vergi öhdəliyi müəyyən edilmişdirsə, bu hal mübahisələndirilən inzibati aktda və səyyar vergi yoxlaması materiallarında göstərilməli, həmin sənədlərin iddiaçıya aid olmasını və bu sənədlər əsasında əlavə vergi öhdəliyinin müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməli idi. İş materiallarından görünür ki, cavabdeh tərəfindən qeyd edilənlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, kompyuter prosessorlarının yaddaşından, informasiya daşıyıcılarından müxtəlif formatlı məlumatların əldə edilməsi xüsusi bilik tələb edilən sahələrə aiddir. «xxxx» MMC-yə məxsus kompyuter prosessorlarından müvafiq məlumatların əldə edilməsi zamanı həmin məlumatların tamlığının qorunması və məlumatlara hər hansı müdaxilənin edilməməsinin təmin olunması məqsədi ilə, eləcə də bu sahə bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahə hesab edildiyindən həmin məlumatlar mütəxəssisin (ekspertin) iştirakı və arayışı əsasında əldə edilməli idi. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, səyyar vergi yoxlaması aktında və mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı əsaslandırılmadığından və MMC-nin təqsiri sübuta yetirilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı hər hansı əlavə sübut və dəlillər məhkəməyə təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixli, **********196751 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”la İddiaçı MMC vergi məsuliyyətə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196751 saylı qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196751 saylı qərar ləğv edilir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar