Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6237/2024 14.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağtərəfli piramid çatışmazlığı, koordinator pozulmalar və görmə sinirinin hissəvi atrofiyası ilə təzahür edən keçirilmiş kəskin dağınıq ensefalimielitin nəticəsi, mərkəzi sinir sisteminin funksiyalarının mülayim dərəcədə pozulması, hər iki gözün görmə sinirinin diskinin hissəvi atrofiyası, görmə itililiyi 1,0 olmaqla, hərbi travma aldığı ilə bağlı müvafiq əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 19328/2023 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi 23 noyabr 2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. O, 2008-ci il tarixdən Hərbi əməliyyat zamanı yıxılaraq xəsarət almış, dəfələrlə ambulator və stasionar müalicələrdə olmuşdur. Belə ki, nevroloji travma almışdır, baş gicəllənməsi, əhvalın dəyişməsi, yuxusuzluq, yaddaş zəifliyi ilə həkimə müraciət etmişdir. Ona verilən Ambulator çıxarışda göstərilmişdir ki, nevroloq və psixiatorun nəzarətində olması göstərilmişdir. Son vaxtlar baş ağrıları daimi xarakter aldığı üçün hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək üçün MHKH-a göndərilmişdir. xx.xx.2008-xx.xx.2008, xx.xx.2009-xx.xx.2009-cu iİ tarixlərdə MHKH-da xx.xx.2009-cu il tarixdən hal-hazıradək MH MHKH -da müayinədə və müalicələrdədir. Hərbi həkim Komissiyasının xx.xx.2009-cu il tarixli Qərarında da göstərilmişdir ki, diaqnozu sağtərəfli piramid çatışmazlığı, koordinator pozulmalar və görmə sinirinin hissəvi atrofiyası ilə təzahür edən keçirilmiş kəskin dağınıq ensefalimieilitin nəticəsi, mərkəzi sinir sisteminin funksiyalarının mülayim dərəcədə pozulması, hər iki gözün görmə sinirinin diskinin hissəvi atrofiyası, görmə itililiyi 1,0 olmaqla, hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Əlillik təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmiş və oradan imtina olunmuşdur, səbəb isə diaqnozun öz təsdiqini tapmamasıdır. Bu tamamilə əsassızdır. Belə ki, stasionar və ambulator müalicələrdə olmağı barədə bütün xəstəlik çıxarışları vardır. Travması isə sağalmayan xəstəlikdir. İş qabiliyyətini də bu xəstəlikdən itirmişdir. Daimi müalicəyə ehtiyacı vardır. Əgər əlillik təyin olunarsa, əlillik pensiyası verilə bilər. İmtina olunduğundan hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 596 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi və "Sağtərəfli piramid çatışmazlığı, koordinator pozulmalar və görmə sinirinin hissəvi atrofiyası ilə təzahür edən, keçirilmiş kəskin dağınıq ensefalomielitin nəticəsi, mərkəzi sinir sisteminin funksiyalarının mülayim dərəcədə pozulması ilə. Hər iki gözün görmə siniri diskinin hissəvi atrofiyası, görmə itiliyi 1,0 olmağla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıg, yuxusuzlug, yuxuda qorxudan, sinir ağrıları, qıcolmalar, başgicəllənmə, qusmadan şikayətlənmişdir. Medikamentoz preparatlardan Alians, Depakin qəbul etdiyini bildirmişdir. Müayinə zamanı həyəcanlı, əzgin, astenik izlənmiş, nevroloji defisit aşkar edilməmişdir. Anamnezində gıcolma tutmalarını öncədən hiss etmədiyini, tutmadan sonra halsız olduğunu bildirmişdir’’ kimi qeyd olunmuş, əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, başağrıları, başgicəllənmə, ürəkbulanma, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnezində tutmanın 3-5 dəqiqə davam etdiyini, bu zaman özündə olmadığını, kənardakı insanlar tərəfindən başının sağ və ya sol tərəfə döndərildiyini bildirmişdir. Medikamentoz preparatlardan Depakin, Sinarizin, Alians, Fenozepam, Magnezium B6, 2-3 aydan bir Riboksin iynəsi qəbul etdiyini bildirmişdir. Anamnestik məlumatlarda, klinik əlamətlərdə və təqdim edilmiş sənədlərdə Epilepsiya xəstəliyi təsdiqlənməmişdir. Psixi statusu: ünsiyyətdə ilk əvvəl gərgin və həyəcanlı görünmüş, klinik əlamətləri bildirdikcə təşviş və demonstrativ əlamətlər artmış, emosiyaları dalğalanmağa meylli, mühakimə qabiliyyəti saxlanılmışdır. Həkimmütəxəssislər tərəfindən hazırkı psixi vəziyyəti “Üzvi emosional-labil pozuntu" kimi qeyd edilmişdir. 2 saylı X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd edilmişdir. Vital Klinikanın xx.xx.2022-ci il tarixli Baş beyin müayinəsinin nəticəsi “Baş beynin hər iki hemisferdə periventrikulyar aq maddəsində, sentrum semiovaledə, korona radiatada yerləşən, T2 və FLAİR hiperintens, bir-biri ilə birləşməyə meylli mikroanqiopatik ocaqlar aşkar olunur. Həmçinin arası məsafələrin artışı, atrofik dəyişikliklər, çox saylı non-spesifik glial ocaqlar aşkar olunur-mikroanqipatik ensefalopatiya MR dəyişiklikləri, periventrikulyar T2 hiperintens görüntü-leykomalyasiya” kimi qeyd edilmişdir. 2 saylı X1 xx.xx.2023xx.xx.2023-cü il tarixli 6574/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, teztez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-15 dəfə) yaddaşın enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi defisit və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Beləliklə əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır.
5. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2010-cu il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2010-cu il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması – Səbəb: Xəstənin hazırkı vəziyyəti mütəxəssis rəylərində ətraflı qeyd olunsun. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-ciü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz öz təsdiqini tapmaması – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3-1449/2023 saylı 07 mart 2023-cü il tarixli qərarına əsasən Tibbi-Sosial Ekspert Komissiyası 22 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir:
2. Bakı şəhər sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0170003AAER5 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2009-cu il tarixli 596 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi və “Sağtərəfli piramid çatışmazlığı, koordinator pozulmalar və görmə sinirinin hissəvi atrofiyası ilə təzahür edən, keçirilmiş kəskin dağınıq ensefalomielitin nəticəsi, mərkəzi sinir sisteminin funksiyalarının mülayim dərəcədə pozulması. Hər iki gözün görmə siniri diskinin hissəvi atrofiyası, görmə itiliyi 1.0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıq, yuxusuzluq, yuxuda qorxudan, sinir ağrıları, qıcolmalar, başgicəllənmə, qusmadan şikayətlənmişdir. Medikamentoz preparatlardan Alians, Depakin qəbul etdiyini bildirmişdir. Müayinə zamanı həyəcanlı, əzgin, astenik izlənmiş, nevroloji defisit aşkar edilməmişdir. Anamnezində qıcolma tutmalarını öncədən hiss etmədiyini, tutmadan sonra halsız olduğunu bildirmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi xx.xx.2022-ci il tarixli 9220 nömrəli Tibbi rəyin nəticəsi “VİS QU=0.08 k/ilə 0.7. O U-Sadə miopik astiqmatizm. Em və M 1.5 PXRD" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası SN 2 saylı X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsində nəticə “Yüngül dərəcəli diffuz rezidual-oqrqanik tipli dəyişikliklər qeyd olunur" kimi müəyyənləşdiribmişdir. Azərbaycan Respublikası SN 2 saylı X1 xx.xx.2022-xx.xx.2022- ci il tarixli 7712/22 nömrəli Çıxarışda diaqnoz “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-15 dəfə) yaddaşın enməsi ilə” kimi müəyyənləşdiribmişdir. Vital Klinikasının xx.xx.2022-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi ilə klinik əlamətlər arasında uyğunsuzluq aşkar edilmişdir. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə ixtisaslaşdırılmış tibb müəssisələrində müayinə və müalicə olunması məsləhət görülmüşdür. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3-19328/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərarına əsasən Tibbi-Sosial Ekspert Komissiyası 27 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir:
23. Bakı şəhər sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. (ESDAS:3-17-4/3-1- 6534/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 596 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və “Sağtərəfli piramid çatışmazlığı, koordinator pozulmalar və görmə sinirinin hissəvi atrofiyası ilə təzahür edən, keçirilmiş kəskin dağınıq ensefalomielitin nəticəsi, mərkəzi sinir sisteminin funksiyalarının mülayim dərəcədə pozulması ilə. Hər iki gözün görmə siniri diskinin hissəvi atrofiyası, görmə itiliyi 1,0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıg, yuxusuzluq, yuxuda gorxudan, sinir ağrıları, qıcolmalar, başgicəllənmə, qusmadan şikayətlənmişdir. Medikamentoz preparatlardan Alians, Depakin qəbul etdiyini bildirmişdir. Müayinə zamanı həyəcanlı, əzgin, astenik izlənmiş, nevroloji defisit aşkar edilməmişdir. Anamnezində qıcolma tutmalarını öncədən hiss etmədiyini, tutmadan sonra halsız olduğunu bildirmişdir" kimi qeyd olunmuş, əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, başağrıları, başgicəllənmə, ürəkbulanma, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnezində tutmanın 3-5 dəqiqə davam etdiyini, bu zaman özündə olmadığını, kənardakı insanlar tərəfindən başının sağ və ya sol tərəfə döndərildiyini bildirmişdir. Medikamentoz preparatlardan Depakin, Sinarizin, Alians, Fenozepam, Magnezium B6, 2-3 aydan bir Riboksin iynəsi qəbul etdiyini bildirmişdir. Anamnestik məlumatlarda, klinik əlamətlərdə və təqdim edilmiş sənədlərdə Epilepsiya xəstəliyi təsdiqlənməmişdir. Psixi statusu: ünsiyyətdə ilk əvvəl gərgin və həyəcanlı görünmüş, klinik əlamətləri bildirdikcə təşviş və demonstrativ əlamətlər artmış, emosiyaları dalğalanmağa meylli, mühakimə qabiliyyəti saxlanılmışdır. Həkim-mütəxəssislər tərəfindən hazırkı psixi vəziyyəti “Üzvi emosional-labil pozuntu” kimi qeyd edilmişdir. 2 saylı X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur" kimi qeyd edilmişdir. Vital Klinikanın xx.xx.2022-ci il tarixli Baş beyin müayinəsinin nəticəsi “Baş beynin hər iki hemisferdə periventrikulyar ağ maddəsində, sentrum semiovaledə, korona radiatada yerləşən, T2 və FLAİR hiperintens, bir-biri ilə birləşməyə meylli mikroangiopatik ocaqlar aşkar olunur. Həmçinin qiruslar arası məsafələrin artışı, atrofik dəyişikliklər, çox saylı nonspesifik glial ocaqlar aşkar olunur-mikroanqipatik ensefalopatiya MR dəyişiklikləri, periventrikulyar T2 hiperintens görüntü-leykomalyasiya” kimi qeyd edilmişdir. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6574/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-15 dəfə) yaddaşın enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi defisit və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir: 1. İddiaçı canlı müayinə olunmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş tam doldurulmuşdurmu? 2.Göndərişi verən səhiyyə müəssisəsi tərəfindən İddiaçı aid diaqnozu təsdiqləyən müayinələr tam aparılmışdırmı? 3. Göndərişi verən səhiyyə müəssisəsi tərəfindən İddiaçı aid diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 №-li Qərarı ilə təsdiq edilmiş Meyarların hansı bəndinə uygundur? 4. İddiaçı əlillik dərəcəsinin təyin olunması üçün onun əlavə ixtisaslaşdırılmış müayinə, müalicəyə ehtiyacı vardırmı?
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olan məlumata əsasən sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla, onda: 1) “XBT 10 T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (2008). G09 Keçirilmiş ensefalomielitdən sonrakı qalıq əlamətləri(2008)” xəstəliyi aşkar edilirmi? 2) Yanaşı xəstəliklər “XBT 10 kodu İ10 Essensial [birincili] hipertenziya, arterial hipertenziya İİ dərc” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir: 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X5” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş 2853 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU DEPRESSİV DAXİLOLMALARLA, ANAMNEZİNDƏ QİCOLMA TUTMALARİ” (F07.0) aşkar edilir. Bunu iş materialları, anamnestik məlumatlar (xidməti vəzifəsini yerinə yetirən zaman kəllə-beyin travması alması, bundan sonra yaddaşının zəifləməsi, baş ağrılarının olması, qıcolma tutmalannın qeyd edilməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişkənliyi. Kobud davranış pozuntuları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-15 dəfə) yaddaşın enməsi ilə” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması,) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: “XBT 10 T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (2008). G09 Keçirilmiş ensefalomielitdən sonrakı qalıq əlamətləri (2008)” xəstəliyi aşkar edilirmi? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla, anamnezində qicolma tutmaları müəyyən edilir. 2-ci sual: Yanaşı xəstəliklər “XBT 10 kodu 110 Essensial fbirincilil hipertenziya, arterial hipertenziya İİ dərc” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil.
12. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
15. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
16. Əlillik altsistemindən görünür ki, xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
18. Hazırki iddia mübahisələndirmə haqqında iddiadır.
19. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
20. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədaxili travmaların nəticələri.Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsi.Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları.Kəskin ifadə olunmuş astenonevrotik sindrom.Mərkəzi sinir sistemi funksiyasının orta dərəcəli pozulması.Koordinator pozğunluq və sağ tərəfli piramid catışmazlığı.Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş dağınıq ensefalomielitin davamlı qalıq əlamətləri.Koordinator pozğunluq və sağ tərəfli piramid catışmazlığı.Essensial [birincili] hipertenziya, NSD hipertonik tipli.Digər rubrikalarda təsnif olunan xəstəliklərdə görmə sinirinin atrofiyası, OU-görmə sinirinin hissəvi atrofiyasl.” diaqnozu ilə, ”2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsi.Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış...” meyar əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya eyni əsasla (yuxarıda göstərilən) 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri(2008).G09 Keçirilmiş ensefalomielitdən sonrakı qalıq əlamətləri” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası göndərişin natamam doldurulması, səbəb isə xəstənin hazırkı vəziyyəti mütəxəssis rəylərində ətraflı qeyd olunmaması olmuşdur. - xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri (2008). Keçirilmiş ensefalomielitdən sonrakı qalıq əlamətləri (2008).” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası əlavə müalicəyə ehtiyacın olması, səbəb isə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilməsi olmuşdur. - Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-15 dəfə) yaddaşın enməsi ilə.” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnozun öz təsdiqini tapmaması, səbəb isə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilməsi olmuşdur.
24. Göründüyü kimi, iddiaçı xx.xx.2016-cı il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
25. Daha sonra, yəni beş il müddətdən sonra cavabdeh tərəfindən qiymətləndirilmə aparılaraq göndərişin natamam doldurulması əsas gətirilərək əlilliyin təyinatından imtina olunmuşdur. Lakin iddiaçı inzibati aktın qəbulundan imtinanı mübahisələndirməmiş, Tibbi-sosial ekspert komissiyasına müraciət edərək xx.xx.2023-cü ildə əyani müayinə olunmuşdur, Komissiya tərəfindən onun əlilliyinin təyinatından əlavə müalicəyə ehtiyacın olması əsası ilə imtina edilmişdir. Belə ki, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə müalicənin davam etdirilməsi barədə Qərar qəbul edilmişdir.
26. Bununla razılaşmayan iddiaçı yenidən Komissiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə aparılmış qimətləndirilmə nəticəsində əlilliyin təyinatından imtina olunmuş, bu barədə xx.xx.2023-cü il tarixli Qərar qəbul olunmuşdur. İddiaçının anamnestik məlumatlarda, klinik əlamətlərdə əlilliyinin təyin olunmasına əsas olan nevroloji, psixi defisit və digər orqanlar tərəfindən patofunksional pozuntuların müəyyən edilməməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
27. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarının “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” hissəsində ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən etibarən bərpa edilməsini xahiş edir.
28. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması, ikinci dərəcə əlillik təyinatına əsas ola biləcək nevroloji, psixi defisit və digər orqanlar tərəfindən patofunksional pozuntuların öz təsdiqini tapmaması səbəbindən Diaqnoz əlillik əlaməti təyin etmir barədə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilmişdir.
29. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X5” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş 2853 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla, anamnezində qıcolma tutmaları” (F07.0) mövcuddur. Belə ki, iş materialları, anamnestik məlumatlar (xidməti vəzifəsini yerinə yetirən zaman kəllə-beyin travması alması, bundan sonra yaddaşının zəifləməsi, baş ağrılarının olması, qıcolma tutmalannın qeyd edilməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişkənliyi. Kobud davranış pozuntuları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-15 dəfə) yaddaşın enməsi ilə” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
30. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş və əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər inkar edilməmiş, psixiatrik ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular – 7.6.2-ci yarımbənd – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
31. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
32. Odur ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-19328/2023 nömrəli qərarı İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etmir” hissəsində ləğv edilməli və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
33. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19328/2023 nömrəli qərarı İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etmir” hissəsində ləğv edilsin. İddiaçı əlilliyinin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva