Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6238/2023 18.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona xəstəliyinə və əlilliyinə görə pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilmısi barədə ərizə icraata qəbul edilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 19 oktyabr 2007-ci il tarixindən etibarən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdır, 30 oktyabr 2008-ci il tarixli 1425 ş/h nömrəli əmrlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə keçirilmişdir. Nümunəvi xidməti ilə əlaqədar dəfələrlə orden və medallarla təltif edilmiş və ona mənzil də verilmişdir. 2015-ci ilin əvvəllərində 2021 saylı “Zəfər hərəkət dəstəsi”ndə təlim-döyüş tapşırıqlarının icrası zamanı bədənimin onurğa-bel nahiyyəsindən zədə almış və Dövlət Sərhəd Xidmətinin Mərkəzi hospitalında müayinə və müalicə olunmuşdur. Aparılmış konservativ müalicələr effekt verməmiş və hospital 31 mart 2015-ci ildə “Bel fəqərələrinin osteoxondrozu, polidiskoz L.4-L.5,L5-S1 fəqərəarası disklərinsol tərəfli yırtıqları, Sol tərtəfli kəskin ağrılı bel-oma radikulyar sindromu” diaqnozu ilə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə xəstəxanasına göndəriş vermişdir. Neyrocərrahiyyə xəstəxanasında 03 aprel 2015-ci il tarixdə üzərində cərrahi əməliyyat aparılmış, cərrahi müdaxilə nəticəsində L4-L5 fəqərələrinin soldan hissəvi hemilaminektomiyası, L4-L5 fəqərəarası disk yırtığının çıxarılması icra olunmuşdur. Lakin əməliyyatdan sonrakı reablitasiya dövründə bel nahiyyəsində ağrılar davamlı olaraq narahat etməyə başladı. MRT müayinəsində səviyyədə əməliyyat sahəsində ödem yaranması, L5-S1 səviyyədə sol paramedian disk ekstruziyası aşkar olundu. Neyrocərrahiyyə xəstəxanasında ağrılarının keçməməsi nəzərə alınaraq 30 aprel 2015-ci il tarixdə təkrar cərrahi əməliyyata məruz qaldı. Əməliyyat zamanı cərrahi yaranan təftiş, L5 fəqərəsinin soldan hemilaminektomiyası, meninqoradikuloliz, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması, sol L5-S1 kökcüklərinin dekompressiyası icra edilmişdir. Bir ay ərzində aparılmış hər iki əməliyyat uğursuz olmuş, nəticədə əlavə olaraq sol pəncədə parez və hipesteziya kimi fəsadlar yaranmışdır. Ağrılar nəticədə bel sütunumun əyilməsinə gətirib çıxardı. 24 avqust 2015-ci il tarixdə yenidən MRT müayinəsinə göndərildi, xidmət dövründə sağlamlığında yaranan xəstəlik səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəlinin 66 “b” və 26 “b” maddələrinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlı” olmağı barədə qərar qəbul olundu. Sonrakı dövrdə ağrılar səbəbindən hərbi xidmətini davam etdirməyi mümkün olmadığından DSX-nin Kadrlar İdarəsinin 22 sentyabr 2015-ci il tarixli 4/14-228 nömrəli göndərişinə əsasən DSX-nin Mərkəzi Hərbi-Həkim komissiyasında müayinədən keçirildi. 07 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti (indi Agentliyi) tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar ona 2-ci dərəcəli ilkin, 07 yanvar 2017-ci il tarixdə isə 5 il müddətinə təkrar əlillik qrupu təyin edildi. Lakin həmin tarixdən indiyə qədər mütəmadi olaraq müayinə və müalicələrini davam etdirməyinə baxmayaraq, sağlamlığında əsaslı irəliləyiş baş verməmiş, əksinə davamlı olaraq qəbul etdiyi ağrıkəsici dərmanlar sağlamlığında əlavə fəsadlar yaratmış, onda mədə qanaxması ilə müşaiyət olunan mədə xorası xəstəliyi əmələ gəlmişdir. O, növbəti hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupunun təyin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət etmişdir. 26 may 2022-ci il tarixli **********3 №-li məktubla bildirilmişdir ki, onun əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəyək. Lakin 14 iyun 2022-ci il tarixdə ona SMS vasitəsi ilə bildirildi ki, 17 may 2022-ci il tarixli göndərişə (Forma 088) Diaqnoz əlillik dərəcəsi təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. 31 may 2022-ci il tarixində Agentliyə dəvət edilsə də heç bir müayinə aparılmadan, sağlamlığımın mövcud vəziyyəti obyektiv araşdırılmadan, vizual baxış keçirildi və ona bildirildi ki, hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupu təyin edilmir. Agentlikdən verilmiş 22 iyul 2022-ci il tarixli **********5 nömrəli elektron sənədin çıxarışında qeyd edilmişdir ki, Agentlikdə nəzarət qaydasında əyani müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq “Diaqnoz və ağırlaşması əlilliyin təyinatına əsas vermədiyi” barədə əsaslı və düzgün qərar verilmişdir.
5. xx.xx.2022-ci il tarixli forma 88 arayışına əsasən iddiaçıya əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilib, Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.
6. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirilir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 xx.xx.2023-cü il tarixli T301/2023 saylı ekspert rəyinə əsasən: İddiaçı tibbi sənədlərinə əsasən onun hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Fəqərə arası diskin digər dəqiqləşdirilməmiş yerdəyişməsi, Diskogen bel-oma radikulopatiya. Keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət. L4-L5; L5-S1 hemilaminoektomiyadan sonrakı vəziyyət. L4-L5; L5-S1 f\a disklərin residivləşən yırtıqları. Sol sinir kökünün L5-S1 sıxılması. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L4-L5; L5-S1 hemilaminoektomiya (xx.xx.2015; xx.xx.2015).” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “Əlavə”də müəyyən olunan maddələrin hər hansı birinə aid etmək mümkün olmadı.
9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
12. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçının xəstəliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
14. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
15. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
17. İddiaçıya: - ilkin olaraq İİ dərəcə əlillik bir il müddətinə xx.xx.2016-cı ildən, xx.xx.2017-ci ildən beş il müddətinə təyin olunmuşdur (diaqnoz: L4-L5, L5-S1 disk yirtığına görə “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət. L3-L4 diskin yirtığı. Dural kisənin və sol sinir kökcüyünün sıxılması ilə L4-L5, L5-S1 disklərin residiv gedişli yırtıqları). X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixli qiymətləndirməyə əsasən cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
19. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş, diaqnoz əlilliyin təyininə əsas verməməsi səbəbindən imtina edilmişdir (göndəriş 2709003AADXH). İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022ci il tarixdə əlavə müayinə aparılaraq müəyyən edilmişdir ki, X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 4103/865 nömrəli çıxarışında diaqnoz: “Diskogen bel-oma radikulopatiya L4-L5, L5- S1 hemilanminektomiya əməliyyatından sonrakı nəticələri L4-L5, L5-S1 yırtıqları. Sol aşağı ətrafın süst parezi. Hissi-hərəki funksiya pozulması” kimi qeyd edilsə də, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X5 Hospitalın 18.04.22-ci il tarixli Bel fəqərələrinin MRT müayinəsinin nəticəsi "Fizioloji lumbal lordoz düzləşib. Lumbal spondilyozun və faset oynaqlarında artrozun MRT əlamətləri mövcuddur. L5, S1 fəqərələrdə keçirilmiş sol tərəfli hemilaminektomiya əməliyyatına post op dəyişikliklər qeyd edilir. L4-L5, L5-S1 səviyyələrində sol lateral resessi daraldan post op fibroz dəyişikliklər qeyd edilir. L3-L4 intervertebral diskdə 6mm ölçülü geniş əsaslı sentral protruziya təyin edilir. L4-L5 intervertebral diskdə sirkulyar protruziya fonunda sol lateral resessi daraldan və sol L5- sinir kökcüyünü kompressiya edən 8mm ölçülü sol subartikulyar yırtıq aşkar edilir. L5-S1 intervertebral diskdə ön epidural sahəni daraldan kalsifikasiya olunmuş sentral protruziya fonunda sol lateral resessi daralda və sol S1 sinir kökcüyünü kompressiya edən 7mm ölçülü minimal kaudal miqrasiyalı sekvestrasiya olunmuş sol subartikulyar yırtıq qeyd edilib” kimi qeyd olunmuşdur. Təqdim etdiyi xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi "Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sol ayaqda L5 daha ifadəli olmaqla L4, L5, S1 saqda S1 innervasiyalı əzələlərdə xroniki dövr radikulopatiyaya işarət ediri kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
20. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyinin müəyyən olunmasından imtina haqqında qərarın tamamilə əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən X3 tərtib olunmuş A00034975XCU saylı göndərişdə qeyd edilən iddiaçının səhhətini əks etdirən diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin və xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmadı.
21. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir.
22. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva