Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6242/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, “ÜİX gərginlik stenokardiyası. F.S.Aterosklerotik Kardiomkleroz. Q.D. çatışmamazdlığı. İİ Dərəcə A.K Ş-AN sonrakı vəziyyət” diaqnozları üzrə xəstəlikdən əziyyət çəkdiyi üçün Tibbi Sosial Ekspertiza Komissiyasınının xx.xx.2016cı il tarixli qərarı ilə ona İİ dərəcə əlillik təyin edilmişdir. Lakin sonradan bir qanuni əsas olmadan TSEK tərəfindən ona təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı stasionar və ambulator müalicələrdə olmuş, çoxsaylı müayinələrdən keçmişdir. Müayinələrin nəticələrini təsdiq sənədlər iddiaçı tərəfindən Tibbi Sosial Ekspertiza Komissiyasına təqdim olunmuşdur. Lakin Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən mənə əlillik dərəcəsi təyin edilməsindən əsassız olaraq imtina edilmişdir. Komissiyanın mövqeyinə görə, ona qoyulmuş “UİX.Stabil gərginlik stenokardiyası.İll F/S” diaqnozu əlillik əlamətini təyin etmir. Lakin onda olan xəstəliklərin faktiki olaraq qrup əlilliyin müəyyən edilməsi üçün əsas olduğundan, iddiaçı, bu məqsədlə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tabeliyində yaradılmış tibbi-sosial ekspert komissiyasına müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparan tibbi-sosial ekspert komissiyası əsassız və qanunsuz olaraq öz qərarı ilə ona qrup əlilliyin təyin olunmasından imtina etmişdir. İmtina üçün əsas isə komissiya öz qərarında belə qeyd etmişdir: “göndərişin natamam doldurulması (Səbəb: ExoKQ müayinəsi əsas xəstəliyin ağırlaşmasını təsdiq etmir. Dəqiqləşdirilsin)”. Qeyd olunanlardan da göründüyü kimi hazırkı rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tabeliyində yaradılmış tibbi-sosial ekspert komissiyasının imtinası əsasızdır, iddiaçının əziyyət çəkdiyi xəstəliklər, ona İİ dərəcə əlilliyin təyin edilməsinə əsas verir. İddiaçı barəsində sonuncu dəfə tərtib edilmiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişi əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti Bakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0120003AAF9K nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (xəstənin diaqnostik müayinələri tam aparılmayıb funksional pozğunluq dəqiqləşdirilsin) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, tibb müəssisəsi tərəfindən müayinə olunacağı və iddiaçının göndərişi rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.
4. İddiaçının cavabdeh quruma bir neçə müraciəti olmuş, sonuncu xx.xx.2023-cü il tarixli göndərişə əsasən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu bildirilmişdir. Həkim rəyində əyani müayinədə xəstəyə diaqnozun əlillik təyin etmir qərarı verilmiş, hazırda vəziyyətini dəqiqləşdirmək üçün DTSERA-ya yenidən əyani müayinə olunması məsləhət görülmüşdür.
5. Məhkəmə qərardadı əsasında iddiaçı əyani müayinə olunmuş və ekspert komisiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, X1 əlillik vəziyyəti ilk dəfə Sumqayıt 1 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “ÜİX g/stenokardiyası. FS-İİİ, Postinfarkt kardioskleroz. AKŞ-dan sonrakı vəziyyət. Ürək çatmamazlığı. FS-İİ. Asteno nevrotik sindrom, hepatoxolesistit') əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və ona xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə “ilkin”, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə “təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-cı il tarixinədək ümumi xəstəlik səbəbindən Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0120003AAFU1 nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “Əsas diaqnoz. Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası İİİ f/s Ağırlaşma. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ mərh. Ağırlaşma 150 Ürək çatmamazlığı, ÜÇ İİ dərəcə Yanaşı xəstəliklər Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU- hipertonik angiopatiya Yanaşı xəstəliklər. Dəqiqləşdirilməmiş ensefalopatiya, Hipertonik ensafalopatiya ipertonik ensafalopatiya Yanaşı xəstəliklər. Aortokoronar şuntlu transplantatın olması, AKŞ 3 (2012) c/ə -dan sonrakı vəziyyət'. əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, Xəstədə son bir il ərzində əsas diaqnozun agirlq dərəcəsinə gorə ixtisaslaşmiş müalicə kursu olmaması (son stasionar müalicəni 2019-da alıb) ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var., “Əlavə müalicəyə ehtiyacın olması” qərarı verilmişdir. Növbəti dəfə, Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0120003AAF9K nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “Stenokardiyanın digər formaları, ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f/s. Hipertoniya xəstəliyi İİİ mərh.lV risk qrupu., AKŞ 3 (2012) c/ə -dan sonrakı vəziyyət. ÜÇ İİ dərəcə") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, Göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Yenidən Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli 0120003AAGX0 nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f/s AKŞ 3 (2012) c/ə -dan sonrakı vəziyyət ÜÇ İİ dərəcə AF 44%") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, Göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Bir daha Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli X00011270HJG nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “ÜİX . Stabil gərginlik stenokardiyası.İll F/S") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli R00145119AJR nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə qeyd olunan əsas diaqnoz: “Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ funksional sinif. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Hipertonik angiopatiya") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərərfindən qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı döş qəfəsində baş verən göynəmə hissindən, ürəkdöyünmədən, təngnəfəslikdən, aşağı ətraflarda ödemdən, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında uzun illərdir özünü xəstə hesab etdiyini, miokard infarktı keçirdiyini, AKŞ (aorta koronar şuntlama) əməliyyatı keçirdiyini və mütəmadi olaraq həkim nəzarətində olduğunu, medikamentoz preparatlardan “Furosemid”, "Kardio magnil” kimi dərmanlar qəbul etdiyini bildirmişdir. Müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, sümük oynaq sistemində patoloji dəyişiklik aşkarlanmamış, periferik limfa düyünləri əllənməmiş, aşağı ətraflarda nəzərə çarpan cuzi ödem izlənilmiş, ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, A/T 160/100 mm.c.st müəyyənləşdirilmişdir. Akademik C.Abdullayev adına Elmi Tədqiqat-Kardiologiya İnstitutunun xx.xx.2023xx.xx.2023-cü il tarixli 11332751 nömrəli çıxarışında diaqnoz “Əvvəllər keçirilən miokard infarktı. Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma. Durğunluq ürək çatmamazlığı. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2012). Aorta sərtləşib. Aorta kökü cüzi genişlənib (3,7 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, inferior septumun bazalı və inferior lateralın bazalı hipokinetikdir, sistolik funksiya cüzi azalıb (LVEF=52%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=109)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılmış anamnestik, obyektiv və instrumental müayinələrin nəticəsinə əsasən hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq о İ a ra q “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
6. Cavabdeh qurum tərəfindən əyani müayinənin nəticələri ilə razılaşmayan iddiaçı müxtəlif səhiyyə müəssisələrində keçdiyi müayinənin nəticələrini məhkəməyə təqdim etmişdir. Belə ki, X2 xx.xx.2024-cü ildə aparılmış müayinənin nəticələrinə əsasən qeyd edilmişdir ki, Sol mədəciyin diastolik ölçüsü normal,sistolik ölçüsü bir qədər genişdir. LVEF-45%. relaksativ tip diastolik disfunksiya qeyd edilir. Sol qulaqcıq və sağ boşluqlar normaldır. Seqmentar divar hərəkət pozğunluğu (posteriorun, inferiorun, lateralın mid apikalı ciddi hipokinetik, septum diskinetik) qeyd edilir. Aorta və mitral qapaqlar fıbrokalsifikdir. Pulmonar arteriya normaldır. Pulmonar arteriya təzyiqi normaldır. Perikard boşluğu təmizdir. Rəngli doppler ExoKQ-də: MÇ-min,TÇ-min qeyd edilir. X2 aparılmış müayinənin nəticələri əvvəllər xx.xx.2022-ci il tarixdə X5 PHŞ-də (AKŞ-2013. Aorta divari sklerotik. LV- hipertrofik. Sol mədəcik İ tip diastolik disfu LV- qlobal sistolik funksiyası aşagı. LVEF-42%. LV-arxa, aşagıhipokinetik. РН-yox. İVC MV- AV-fibrotik MR-İ dər.TR-l dər. Müayinə taxikardiya fonu aparıldı), xx.xx.2021-ci il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin 26 saylı Birləşmiş Xəstəxanasında (Aorta kökü ilə həlqəsi qalınlaşıb. Qapaqlar sklerotik. Sol mədəciyin hipertrofiyası. Mədəcikarası çəpər qalınlaşıb 1,2 sm. Sistolo-diastolik ölçülər pozulub EF- 35%, diastolik disfunsiya, relaksativ tip. Seqmentar divar hərəkət qüsuru (arxa-ön-septal, septal divar) hipokinetik. Qulaqcıqlar genişlənməyib, Qlobal f-ya qorunub, lokal pozulub, İAS və İVS tam. Rəqngli exoqramma 0İ-İİ0 MC, 0İ AC. Perkard infarkt. Maye min), xx.xx.2022-ci il tarixdə Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institunda (AKŞ - dan sonrakı vəziyyət. Sol mədəciyin sistola-diastolik ölçüləri N, sistolik funksiyası azalmışdır (EF-38% - otuz səkkiz faiz). Sağ boşluqlar böyüməmişdir. Diastolik funksiya relaksativ tipdə pozulmuşdur. Pulmonar arteriya təzyiqi normaldır. Seqmentar divar hərəkət qüsuru (septum, posterior akinetik, antero-septal hipokinetik, apeks zəif hipokinetik) qeyd edilir. Perikard boşluğu təmizdir. Rəngli doppler exokardioqrafiyada İ MR, ݰTR.) aparılmış müayinənin nəticələri ilə əsaslı şəkildə ziddiyyət təşkil etmir. Lakin DTSERA-da aparılmış müayinənin nəticələrinə əsasən nəticələrdə əsaslı uyğunsuzluqlar mövcuddur.
7. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokolun 7 saylı Cədvəlində Sol mədəciyin atım fraksiyasındakı 45-50%-dən aşağı olan azalma ürək çatışmazlığında ən çox rast gəlinən exokardioqrafik dəyişikliklər kimi nəzərdə tutulmuşdur.
8. İddiaçının təqdim etdiyi sonuncu müayinənin nəticəsində LVEF-45% (əvvəlki müayinələrində LVEF-42%, EF-35% və EF-38% olaraq göstərilsə də), ekspert komissiyasında müayinə zamanı LVEF=52% olaraq müəyyən edilir. Bu göstərici isə əvvəlki müayinənin nəticələrindən kəskin fərqləndiyi üçün müayinənin nəticələrinin təkrar nəzərdən keçirilməsi (zəruri olduğu təqdirdə stress exokardiqorafiyası diaqnostik müayinəsindən keçirilməsi) zərurəti mövcud olduğundan məhkəmə tərəfindən iddiaçının təkrar əyani müayinə olunması (zəruri olduğu təqdirdə stress exokardiqorafiyası diaqnostik müayinə metodu tətbiq edilməklə) cavadehə vaxt verilmişdir.
9. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Bakı Xəzər Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli R00145119AJR nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsində geri qaytarılmış, xx.xx.2024-cü il tarixində şəxs DTSERA-da komissiya şəraitində həkimekspertlər tərəfindən müayinə edilərək, səhhətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, 3-17-4/3-1-9632/2024 nömrəli məhkəmə qərardadı əsasında “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri zəif görməsindən, döş qəfəsində baş verən göynəmə hissindən, ürəkdöyünmədən, təngnəfəslikdən, aşağı ətraflarda ödemdən, yüksək arterial təzyiqdən olmuş, anamnestik olaraq uzun illərdir özünü xəstə hesab etdiyini, “infarktı keçirdiyini”, ona ürəyindən cərrahi əməliyyatın icra edildiyini və mütəmadi olaraq həkim nəzarətində olduğunu, medikamentoz preparatlardan “Furosemid”, “Kardio magnil” kimi dərmanlar qəbul etdiyini bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyi Ərdəbil şəhəri Səhiyyə, Müalicə Xidmətləri və Tibb Universiteti Ərdəbil şəhər Xomeyni adına Müalicə və Tibb Mərkəzinin xx.xx.2012-xx.xx.2012-ci i İ tarixli epikrizinə əsasən diaqnoz “ZVD səbəbindən cərrahi əməliyyat” şəklində göstərilmiş, X3 İnstitutunun xx.xx.2021-ci il tarixli ******* nömrəli Tibbi rəyinə əsasən diaqnoz “ÜİX: stabil gərginlik stenokardiyası, İİİ f.s. Ürək çatışmazlığı İİ f.s. AKŞ əməliyyatından sonrakı vəziyyət, infarktdan sonrakı kardioskleroz.” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 140/95 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 74 vurğu), dili nəm, ərpsizdir, aşağı ətraflarda durğunluq əlamətləri, pastozluq, periferik ödem müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da aparılmış EXO-KQ müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2012). Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=52%) cüzi azalıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru - inferoseptumun bazalı hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Asendan aorta dilatasiyası (37 mm). Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doppler EXO- KQ-də patoloji axın qeyd edilmir” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu müşahidə edilməmişdir. Zəif görməsi ilə əlaqədar şikayətləri nəzərə alınaraq, həmin tarixində DTSERA-da vətəndaşa oftalmoloq müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən (nəticə: VİS OD = 0.6 (onda altı) korreksiya ilə 0.9 (onda doqquz); VİS OS = 0.8 (onda səkkiz) korreksiya etməmiş, diaqnoz “OU - Başlanğıc katarakta.”) əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli R00145119AJR nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.
10. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən İİ dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü
11. Hazırki iddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.
12. İddia ərizəsində ünvan Sumqayıt şəhəri göstərilsə də, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhəri, Xəzər rayonu, Binə Qəsəbəsi, X6, ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
13. Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçı barəsində sonuncu dəfə Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ f\s Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Hipertonik angiopatiya diaqnozu ilə göndəriş əsasında xx.xx.2023-cü il tarixdə müayinə olunaraq “göndərişin natamam doldurulması-Səbəb: Əyani müayinədə xəstəyə diaqnoz əlillik təyin etmir qərarı verilib, hazırkı vəziyyətini dəqiqləşdirmək üçün DTSERA-da yenidən əyani müayinə olunması məsləhət görülür” əsası ilə əlilliyin təyinatından imtina edilmişdir.
14. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
17. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
18. Hazırki iddia məcburetməyə dair iddiadır.
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
20. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti sonuncu xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2023-cü il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir. Həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il il tarixdə müraciət etmişdir
21. İddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2023-cü il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
22. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
24. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) düşüncələri pozulmayıb. İİ qrup əlildir. Uzun illərdir ki, xəstədir. Xəstənin deməsinə görə 2005-ci ildə Miokard infarktı keçirib. 2012-ci ilin yay aylarında sinə ağrılarından və nəfəs çatışmazlığından şikayət etmişdir. Bir müddət şəxsi həkim tərəfindən müalicə təyin olunmuş, amma müalicələr effekt vermədiyindən xəstə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmiş, orada tibb mərkəzinə müraciət etmişdir. EXO müayinəsinə Perikardil Efiugen ilə yanaşı, ürək qüsuru diaqnozu qoyulmuşdur. xx.xx.2012ci ildə AKŞ-3 icra olunub. Xəstə davamlı olaraq ambulator və stasionar müalicə almasına baxmayaraq vəziyyətində yaxşılaşma yoxdur. Şikayətləri: ürəkdə göynəmənin olması, sol qola, sol kürəyə yayılması, tənginəfəslik, hava çatışmazlığının olması, uzanarkən və hərəkət zamanı boğulmanın artması, bağ ağrıları, qulaqlarda küy, ürəkdöyünmə, əsəbilik, zəiflik, yuxusuzluq və aşağı ətraflarda şişkinliyin olmasındadır. Vəziyyəti orta ağırdır. AF=42% -Əsas diaqnoz. İ20.8 Stenokardiyanın digər formaları. ÜİX Stabil stenokardiyası İİİ f/s Ağırlaşma İ50 Ürək çatışmazlığı İİ dərəcə AF=42% UC-İİ dərəcə Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması. AKŞ-3 (2012) Yanakı xəstəliklər İ11.0 (Durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertoniya xəstəliyi. Hipertoniya xəstə İİİ mərhələ İV risk qrup. Tez-tez baş verən krizlərlə ayda 2-3 dəfə. Yanakı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz (2012) Yanakı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri. OU-Hipertonik angiopatiya - Həkim müayinəsi nəticəsində İ20.8, İ95.1, H35.0, İ11.0 diaqnozları qoyulmuş və xx.xx.2023-cü il tarixli doppler rəngli exokardioqrafiya müayinəsinə əsasən sol mədəciyin mülayim hipertrofiyası. Sol mədəciyin lokal və qlobal yığılması pozulub. AF-42% . Seqmentar divar hərəkət qüsuru faneroseptal, septum, apeks, lateral hipokinez qeyd edilir. Aorta kökü sklerozlaşıb. AQ sərtləşib. MQ qalınlaşıb, sərtləşib. İ dərəcə TC.Sol mədəciyin relaksiv tip distolik disfunksiyası. Perkard-N. AKŞ əməliyyatından sonrakı vəziyyət müəyyən edilir.
25. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokolun 7 saylı Cədvəlində Sol mədəciyin atım fraksiyasındakı 45-50%-dən aşağı olan azalma ürək çatışmazlığında ən çox rast gəlinən exokardioqrafik dəyişikliklər kimi nəzərdə tutulmuşdur.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 2.3.....Ürək çatışmazlığı İ50... ... Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95… ...Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ-orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər - orqanizmin funksiyalarının pozulmasının 80 faizi ilə müddətsiz əlillik təyin edilir.
27. Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (Stenokardiyanın digər formaları. ÜİX Stabil stenokardiyası İİİ f/s) əziyyət çəkməsi və ürək ritminin süni tənzimləyicisinin qoyulması (Aortokoronar şuntlu transplantatın olması) tibbi göndərişlə (forma 88) öz təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (doppler rəngli exokardioqrafiya) əsaslanmışdır. Həmin instrumental müayinənin nəticəsi məhkəmə icraatı zamanı digər tibb müəssisəsi tərəfindən də (X2 xx.xx.2024-cü ildə aparılmış müayinənin nəticələrinə əsasən) təsdiqlənmişdir.
28. Məhkəmə müəyyən edir ki, iddiaçının qeyd edilən diaqnozla 2014-2021-ci illərdə İİ dərəcə əlilliyinin olması, sonrakı dövrlərdə verilmiş göndərişlərə əsasən (xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il) əlilliyin təyin olunmasından imtina edilmişdir.
29. Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (2012-2022-ci illərə) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (göndərişin natamam doldurulması və daha sonra diaqnozun əlillik təyin edilməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
30. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 2.3.4-cü bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 80 faizi ilə müddətsiz əlillik təyin edilməlidir.
31. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
32. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
33. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
34. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
35. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
36. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
37. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
38. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
39. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı, iddiaçının xəstəliyi ona müddətsiz əlillik təyinatına əsas verdiyi üçün əlillik müddətsiz təyin edilməlidir.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsindən xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilsin və iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlar ləğv edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz 80 faiz müəyyən edilməsi (İİ dərəcə əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva