Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6243/2022 08.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi ilə, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası bioloq, işsiz), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Cavabdehndə inspektor vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2021-ci il tarixli, 355 nömrəli əmrinin ləğv olunması, işə bərpa olunması və cavabdehdən iddiaçının xeyrinə məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər əmək haqqının tutularaq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilədək Cavabdehndə inspektor vəzifəsində işləmişdir. Xidmətin rəhbərinin xx.xx.2021-ci il tarixli 355 nömrəli əmri ilə iddiaçı vəzifələrinin icrası zamanı kobud nöqsanlara və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiyinə görə işdən azad edilmişdir. İddiaçı işdən çıxarılmağını qanunsuz hesab edir. İddiaçının xidmətdə işlədiyi dövrdə heç bir intizam tənbehi tədbiq olmamış, əksinə hər il fəxri fərman, təşəkkür ilə mükafatlandırılmışdır. İddiaçı xx.xx.2021-ci ildə “Miqrasiya orqanıarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. O, idən çaxarıldığı gündən işləmir. Həmin 4 ayda onun gəliri 2728 manat və hər ay Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə miqrasiya əməkdaşlarına ödənilən əlavələr minimum 1500 manat təşkil etməli idi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı Cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru, İ dərəcəli mqrasiya xidməti qulluqçusu İddiaçı vəzifə səlahiyyətlərini aşaraq şəxsi tanışının xahişi əsasında QMSM-ə heç bir aidiyyəti olmayan əcnəbinin MYİ müraciətinin icra vəziyyətinin gedişatına sistemdə baxış keçirməsi müəyyən edilmiş və əldə etdiyi məlumatları kənar şəxsə ötürməsi ehtimalı yaranmışdır. Belə ki, əldə edilmiş loq məlumatlarına əsasən İddiaçı 25 və 27 avqust 2021-ci ildə ESD üzrə “Müraciətlər” alt bölməsinə daxil olaraq Türkiyə Respublikasının vətəndaşı Ucar Muratın MYİ ilə bağlı müraciətinə baxış keçirmiş, hər iki halda sistemdə axtarış aparılarkən əcnəbinin ad qrafasında “MUR”, soyad qrafasinda isə “UC” simvollarını yazaraq axtarış aparmışdır. Bu da İddiaçı məqsədli şəkildə məhz Murad Ucarın məlumatlarının əldə edilməsinə dəlalət etmişdir. İddiaçı tərəfindən verilmiş izahata əsasən qrup yoldaşı olan Elşən adlı şəxsin xahişi əsasında Ucar Muradın MYİ müraciəti ilə bağlı icraat materialına, o cümlədən NBİNnin, DTX-nin, XKX-nin və Tibb müəsissəsinin VMMS-də olan rəylərinə baxdığını və icraatın nəticələri barədə məlumatları Elşənə ötürdüyünü etiraf etmiş, eyni zamanda bu məsələ ilə bağlı sonuncu ilə aralarında aparılmış Whatsapp yazışmalarını təqdim etmişdir. Araşdırma ilə o da müəyyən olunmuşdur ki, İddiaçı həmçinin Elşənin xahişi əsasında Türkiyə Respublikasının vətəndaşı Odabaşı Kadrinin MYİ sənədlərinə VMMS-də baxmış və nəticəsi barədə ikincini məlumatlandırmış, əcnəbinin ailəsinin qeydiyyati ilə bağlı ona öz tövsiyyələrini vermişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı keçmiş həyat yoldaşının yaxın qohumlarının xahişi əsasında ikincinin əmisi nəvəsi olan Çin Xalq Respublikası vətəndaşı Mehralı Fatimənin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı icraat materiallarına VMMS-də baxmış, icraçı əməkdaşlarla əlaqə yaradaraq icraatın gedişi ilə maraqlanmış və qəbul edilmiş qərar barədə məlumatları əcnəbinin atasına və nənəsinə ötürmüşdür. А.Həsənova bu faktları da izahatında etiraf etmişdir. Həmçinin müəyyən edilmişir ki, İddiaçı 2021-ci ilin ötən dövr ərzində Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzinə heç bir aidiyyəti olmayan 9 nəfər əcnəbinin icraat materiallarına baxış keçirmişdir. Bütün hallarda sistemdə axtarış apararkən əcnəbi haqqında məlumatları axtarmışdır ki, bu da onun tərəfindən məqsədli şəkildə məhz həmin əcnəbilərin məlumatlarının əldə edilməsinə dəlalət etmişdir. Qeyd olunan faktlar loq materiallarına əsasən təsdiq olunsa da, İddiaçı müxtəlif əsassız bəhanələr gətirərək izahatında həmin faktları etiraf etməkdən yayınmış, beləliklə qeyrisəmimilik nümayiş etmişdir. İddiaçı Miqrasiya vahid informasiya sisteminin təminatı şöbəsinin inspektoru vəzifəsində işlədiyi dövrdə xidməti fəaliyyətində yol verdiyi nöqsanların araşdırılması məqsədi ilə Xidmət rəisinin xx.xx.2013-cü il tarixli əmri ilə 3 ayadək müddətə sərəncama götürülmüş, nəticədə Bakı şəhər QMSM-ə inspektor vəzifəsinə göndərilmişdir. Azərbaycan Respublikası Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin müvafiq protokoluna əsasən işçinin qulluq keçməsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir, habelə mübahisənin mediasiya vasitəsilə həlli qaydasına iddiaçı tərəfindən əməl edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahis etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini və cavabdehin etirazını nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsinə mediasiya prosesinin tətbiqi barədə təklifini, cavabdehin 355 №li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışı,mediasiyaya dəvət məktubunu,”İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı” öz şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir, cavabdeh iddiaçının iddiasına etirazının əsaslarını təsdiq edən sübut qismində məhkəməyə cavabdehin xx.xx.2016-cı il tarixli, 99 №li əmri ilə təsdiq edilmiş “Cavabdeh Bakı şəhəri qanunsuz miqrantların saxlanılması mərkəzinin, Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin və Tibb müəssisəsinin Əsasnamələrini”, cavabdehin xx.xx.2013-cü il tarixli, 47 №li “İşçilərin sərəncama götürülməsi haqqında əmri”ni, iddiaçı tərəfindən imzalanmış “Azəbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları” ilə tanışlıq haqqında öhdəlik vərəqələrini, “TNBİ-nin xx.xx.2021-ci il tarixli, 1695 nömrəli raportun araşdırılmasının nəticələrinə dair” arayışı, cavabdehin iddiaçının miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi haqqında” 355 nömrəli, xx.xx.2021-ci il tarixli əmrini, cavabdehin 166 nömrəli, 568 nömrəli “Növbəti xüsusi rütbənin verilməsi haqqında” əmrini, xasiyyətnaməni, “Başqa vəzifəyə keçirilmə haqqında” 105 nömrəli əmrini, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətini,iddiaçıya xüsusi rütbənin verilməsi üçün təqdimatları,raportları,iddiaçının izahatını, vatsap yazışmalarını, vəzifə təlimatına əsasən iş bölgüsü ilə tanışlıq vərəqəsini, əcnəbilərin MYİ müraciətlərinin icra vəziyyətinin gedişatına sistemdə baxış keçirilməsi barədə “loq” məlumatlarını təqdim etmişdir. Məhkəmə qeyd edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzinin inspektoru İ dərəcəli miqrasiya xidməti quluqçusu olmuşdur, cavabdehin xx.xx.2021-ci il tarixli, 355 nömrəli “İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi haqqında” əmrinə əsasən vəzifələrinin icrası zamanı kobud nöqsanlara və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiyinə görə barəsində miqrasiya orqanlarından xaric etmə intizam tənbehi tətbiq edilmişdir.Hazırda iddiaçı həmin əmri qanunsuz hesab edərək cavabdehin xx.xx.2021-ci il tarixli, 355 nömrəli əmrinin ləğv olunması, işə bərpa olunması və cavabdehdən iddiaçının xeyrinə məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər əmək haqqının tutularaq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli, 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin preambulasına əsasən bu Əsasnamə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür, 2-ci bəndinə əsasən miqrasiya orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş miqrasiya orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Miqrasiya orqanlarının işçiləri qulluq keçərkən, qanunun tələblərini rəhbər tutaraq, səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər, 3-cü bəndinə əsasən miqrasiya orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Əsasnamə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. Həmin Əsasnamənin 30-cu bəndinə əsasən miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 30.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etməli;30.2. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli;30.3. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;30.4. başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;..30.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı;30.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; Həmin Əsasnamənin 32-ci bəndinə əsasən miqrasiya orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur:32.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;..32.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; Həmin Əsasnamənin 111-ci bəndinə əsasən aşağıdakı əsaslar olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir:..111.11. miqrasiya orqanlarından xaric edildikdə;111.12. qanunla nəzərdə tutulmuş digər hallarda. Həmin Əsasnamənin 113-cü bəndinə əsasən miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir. Həmin Əsasnamənin 95-ci bəndinə əsasən miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 95.1. irad tutma; 95.2. töhmət; 95.3. şiddətli töhmət; 95.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 95.5. aşağı vəzifəyə keçirmə; 95.6. xüsusi rütbənin bir pillə aşağı salınması;95.7. vəzifədən azad etmə (bu halda miqrasiya orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin miqrasiya orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, miqrasiya orqanlarında işə təyin edilir); 95.8. miqrasiya orqanlarından xaric etmə;95.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə miqrasiya orqanlarından xaric etmə. Həmin Əsasnamənin 103-cü bəndinə əsasən bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, miqrasiya orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda miqrasiya orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. Həmin Əsasnamənin 104-cü bəndinə əsasən miqrasiya orqanlarının işçisinə intizam tənbehi bu Əsasnamənin 95-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Miqrasiya orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Həmin Əsasnamənin 109-cu bəndinə əsasən intizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və miqrasiya orqanları işçisinin şəxsi işinə əlavə olunur. Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Həmin Əsasnamənin 110-cu bəndinə əsasən miqrasiya orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Cavabdeh Kollegiyasının xx.xx.2020-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları”nın 3.4-cü bəndinə əsasən işçi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etediyi yazılı əmri, sərəncmı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Həmin Qaydaların 2.4.3-cü və 2.7.2-ci bəndlərinə əsasən işçi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı. Qulluq keçmə ilə bağlı vəzifələrinin icrası iıə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə kiqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlrədən çəkinəlidi. İşçi peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Həmin Qaydaların 3.13-cü bəndinə əsasən işçi xidmət etdiyi miqrasiya orqanının sərəncamında olan məlumatların qanunverciliklə müəyyən olunmuş qaydada əməl olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir, 3.14-cü bəndinə əsasən işçi xidməti fəaliyyəti zamanı əldə etdiyi mlumatları şəxsi maraqları üçün istifadə edə bilməz. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə əsasən fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür, həmin qanunun 5.2-ci maddəsinə əsasən konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. İşin faktiki hallarına əsasən iddiaçı ilə bağlı aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən Türkiyə Respublikasının vətəndaşları Ucar Muratın və Odabaşı Kadrinin, həmçinin Çin Xalq Respublikası vətəndaşı Mehralı Fatimənin barəsində aparılan inzibati icraatla bağlı məlumatların sistemdən əldə edilərək kənar şəxslərə ötürülməsi müəyyən edilmişdir, belə ki,qeyd edilən xüsusatlar aparılmış araşdırmanın nəticələrinə dair tərtib edilmiş arayış, iddiaçının nömrəsindən aparılmış vatsap yazışmaları, sistemə baxışın nəticələrinə dair “loq” sənədləri ilə təsdiqlənmişdir ki, bununla da iddiaçı tərəfindən “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları”nın, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunun, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin yuxarıda istinad edilən tələbləri pozulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddiaçı barədə mübahisələnidirilən əmrlə intizam tənbehi tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli, 355 nömrəli əmrinin ləğv olunması, iddiaçının işə bərpa olunması və cavabdehdən iddiaçının xeyrinə məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər əmək haqqının tutularaq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 33, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli, 355 nömrəli əmrinin ləğv olunması, iddiaçının işə bərpa olunması və cavabdehdən iddiaçının xeyrinə məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər əmək haqqının tutularaq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-6243/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6243/2022
08.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver