Məhkəmə qərarları › İş №2-1(112)-6243/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6243/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6243/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Rari oğluna məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbinini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Vedi rayonu, Şirazlı kəndində anadan olmuş, 1977-1979-ci illərdə hərbi xidmətdə olmuşdur. İlk dəfə əmək fəaliyyətinə 1981-ci il tarixdən başlamış, 2005-ci ilə kimi müxtəlif idarələrdə müəyyən vəzifələrdə çalışmışdır. İşlədiyi iş yerləri barədə bütün məlumatlar, qanunvericiliyə uyğun olaraq əmək kitabçasında işə qəbul əmrləri və işdən çıxmaq əmrləri ona aid olan BT-1 ******* nömrəli xx.xx.1981-ci il tarixli əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə iddiaçı 2005-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Nəqliyyat Departamentində mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur. Beləliklə də yuxarıda adı çəkilən idarədə qanunvericilik əsasında 9 (doqquz) ay işləmiş, bu fakt əmək kitabçasında öz təsdiqini tapsa da, sonradan ona məlum olmuşdur ki, 9 (doqquz) ay işlədiyi müddət ərzində Nəqliyyat Departamenti tərəfindən Dövlət Sosial sığorta şəhadətnaməsinə ödənilməli olan məcburi dövlət sosial sığorta ödənişləri hesabına köçürülməmiş, idarə qanunvericiliyin tələblərinin kobud surətdə pozmuş, həmin ödənişlərin əksikliyi onun pensiya hüquqlarını məhdudlaşdırır. Belə ki, işə qəbul olunarkən onunla Nəqliyyat Depatrtamenti arasında əmək müqaviləsi bağlanmışdır. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003cü il tarixli 880 saylı sərəncamı ilə təsdiqlənmiş “Nəqliyyat Nazirliyi haqqında əsasnamə”yə müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti ləğv edilərək onun tabeçiliyindəki müəssisə və təşkilatlar əmlakı ilə birlikdə Nəqliyyat Nazirliyimim tabeliyinə verilməsi qərara alınmışdır. Sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7ci bəndini rəhbər tutularaq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respoublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmış və müvafiq sərəncam ilə nazirliyin adı cavabdehin adı kimi dəyişdirilmiş, bu səbəbdən də mübahisə ilə bağlı öhdəliklər cavabdehə aid edilməlidir. Təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, Cəmiyyətin xx.xx.2023-cü il tarixinə Məcburi Dövlət Sosial ödənişlər üzrə hərhansı bir borcu yoxdur, əksinə 3790,93 manat artıq ödənişi var. Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli № 3-17 ½ -H 290022/2013 saylı fərdi sazişi hesab haqqında məktubunun üçüncü yeni sətrində: “Eyni zamanda bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti” (SUN **********8) tərəfindən 2006-cı il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (Forma B1) və buna uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyi üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz eləcə də xeyrinizə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarınız **********215 nömrəli fərdi şəxsi hesablarınızda əks olunmamışdır” kimi qeyd olunsa da "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, Cəmiyyətin xx.xx.2023-cü il tarixinə Məcburi Dövlət Sosial ödənişlər üzrə hər-hansı bir borcu yoxdur, əksinə 3790.93 (üç min, yeddi yüz, doxsan manat, doxsan üç qəpik) artıq ödənişi vardır. Görünür Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilmiş məcburi dövlət sosial sığorta haqqını ödəməkdən boyun qaçırır və hesab iddiaçının şəxsi sığorta ödənişdə göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, İddiaçı 04 dekabr 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək “Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti”ndə işlədiyi 2006-cı ilin 07 ay üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 11 dekabr 2023-cü il tarixli 3-17-1/2-H-290022/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti” tərəfindən 2006cı il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (Forma B1) və buna uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyi üçün İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Bundan sonra İddiaçı iddia ərizəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması hesab edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. Fərdi uçot sahəsində elektron xidmətlər (sığortaolunanın və sığortaedənin uçota alınması, sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatların təqdim olunması, sosial sığorta nömrəsinin öyrənilməsi və s.) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır. Bu Qanunun 4.1-ci maddəsi əmək pensiyası və digər sosial sığorta ödəmələrinin verilməsi üçün bu Qanunun 5.2.10-5.2.12-ci və 5.2.14-cü maddələrində qeyd olunan məlumatların sığortaedən və sığortaolunan tərəfindən yazılı sənəd formasında sığortaçıya təqdim edilməsini istisna etmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 01 yanvar tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrlər üzrə məlumatların Nazirliyin təqdim etdiyi e-sosial internet portalında əks etdirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən “Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti” tərəfindən 2006-cı il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (Forma B1) və buna uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyi üçün İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haggı üzrə məlumatları onun fərdi şəxsi hesabında əks olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haggında” Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunanlar haggında məlumatları dürüst və müəyyən edilmiş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafig icra hakimiyyəti organına təgdim etmək sığortaedənin vəzifəsi hesab edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1)iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3)İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4)qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; 5)İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6)prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən edilmiş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Sığortaedən “Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti” tərəfindən 2006-cı il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (Forma B1) və buna uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyindən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları onun fərdi şəxsi hesabında əks olunmamışdır. Yuxarıda sadalanan halları və İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsini nəzərə alaraq məhkəmədən, İddiaçı "məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair iddia tələbinin mümkünsüz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından görünür ki, xx.xx.2005-ci ildə M. və H.T.Ş.nə mühəndis vəzifəsinə qəbul edilib, xx.xx.2006-cı ildə əmək müqaviləsinə xitam verilib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-290022/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrlər üzrə məlumatlarınızın Nazirliyin təqdim etdiyi e-sosial internet portalında əks etdirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən “Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti” (SUN: **********8) tərəfindən 2006-cı il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (Forma B1) və buna uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyi üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də xeyrinizə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarınız **********215 nömrəli fərdi şəxsi hesabınızda əks olunmamışdır.Məlumat üçün bildiririk ki, həmin dövrdə qüvvədə olmuş “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin hallarından müəyyən olunur ki, iddiaçı oktyabr 2005-ci il tarixdən Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentinə işə qəbul olmuş, avqust 2006-cı il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçı hazırkı iddiasında pensiya təyinatı üçün zəruri olan fərdi hesabına işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək hazırkı iddianın subyekt və predmet baxımından mümkünlüyünə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən: -1.İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: (...) işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini. Həmin Məcəllənin 304-cü maddəsinə əsasən: -1.Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. -2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən: -2.İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. -4.İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər. Qanunun sadalanan normalarından müəyyən olunur ki, məcburi dövlət sosial haqlarının ödənilməsi pensiya təyinatını həyata keçirən orqanın deyil, işəgötürənin vəzifəsidir. Hazırkı iş üzrə Dövlət Sosial Müdafiə Fondunun ödənilməmiş sığorta haqlarının ödənilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş vəzifəsi mövcud deyildir. İddiaçının qeyd edilən tələbi əmək hüquq münasibətlərindən irəli gələn tələb olub işəgötürənə qarşı mülki məhkəmə icraatında mübahisələndirilməli olduğu halda inzibati məhkəmə icraatında tələb üzrə səlahiyyətli sayılmayan inzibati orqana qarşı iddia qaldırılmışdır. Bundan əlavə qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10095/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddiası hazırkı qərardadda qeyd edilən eyni əsaslarla mümkün sayılmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd). İddiaçının eyni əsaslarla qaldırdığı hazırki tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar