Məhkəmə qərarları › İş №2-1(112)-6247/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6247/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6247/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vətən müharibəsində 23 sentyabr 2020-ci il tarixindən 10.10.2020-ci il tarixinədək 704, N saylı hərbi hissələrinin Qubadlı və Zəngilan istiqamətində iştirak etməsinin əmdən çıxarışa dair arxiv arayışının verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən 27.05.2021-ci il tarixli, 11/2544 nömrəli iddia ərizəsinə münasibət göndərilərək bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.2-ci maddəsinə əsasən, “iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir.” Həmin Məcəllənin 46.3-cü maddəsinə görə: “iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sərdlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.” İddia ərizəsində X2 faktiki ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 139 C ünvanı göstərildiyindən, məhkəmənin sərəncamında da, həmin ünvan göstərilərək məhkəmə sənədləri ora göndərilmişdir. Halbuki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 139 C, İctimai Birliyin ünvanıdır. Müxtəlif məhkəmələrdə olan çəkişmələrdə İctimai Birlik iddiaçıların nümayəndəsi qismində iştirak edərək tərəfin ünvanı kimi Nobel prospekti 139 C qeyd edir. Nümayəndəliklə bağlı münasibətlərə aydınlıq gətirilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında fiziki şəxslər yaxın qohumları vasitəsilə təmsil oluna bilər göstərilmişdir. Göstərilənlərə əsasən, iddiaçı X2 iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən həmin Məcəllənin 46.1-ci maddəsinin tələblərinə uyğunlaşdırmaq üçün müddət təyin edilməsi və iddiaçının həqiqi ünvanının müəyyən edilərək, bundan sonra iddia tələbinə dair etiraz (münasibət) təqdim edilməsi üçün cavabdehə ağlabatan müddət təyin edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclası 22.06.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə mübahisənin aidiyyəti məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6247/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində faktiki ünvan kimi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 C qeyd etmiş, lakin, məhkəmə araşdırması zamanı həmin ünvanın Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin ünvanı olduğu, iddiaçının Bakı şəhərində faktiki yaşayış yerinin olmadığı, bundan əlavə onun yaşayış yerinin Qax rayonu, Qıpçaq ərazi dairəsi, Qıpçaq kəndi olması müəyyən edilmişdir. Qeyd edilənləri məhkəmə iclasında iddiaçı özü də, təsdiq etmişdir. İddiaçı X2 yaşayış yeri Qax rayonudur. Qax rayonu isə Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 19.6-cı maddəsinə əsasən bəndinə əsasən Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı inzibati işin baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Qax rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından hazırkı iş aidiyyətı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5, 80-ci və 85-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vətən müharibəsində 23 sentyabr 2020-ci il tarixindən 10.10.2020-ci il tarixinədək 704, N saylı hərbi hissələrinin Qubadlı və Zəngilan istiqamətində iştirak etməsinin əmrindən çıxarışına dair arxiv arayışının verilməsi barədə iddia tələbinə dair 2-1(112)-6247/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X6yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar