Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6247/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı oglunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı oglunun Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oglunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı oglu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" 19 avqust 2021-ci il tarixli. **********069100 nömrəli qərarının ləgv olunmasına, inzibata icrala xitam verilməsinə dair qərar qəbul etməklə iddianı təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli Qərarı ilə vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı cavabdeh orqan tərəfindən barəsində qəbul etdiyi 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli Qərarını qanunsuz və əsassız hesab edir. İddiaçı qeyd edir ki, qərarın qəbul edilməsi qanunla müəyyən edilmiş qaydada onun hüquqlarının pozulmasına səbəb olmuş, sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər vurmuşdur. Odur ki, qərar ləgv olunmalı, inzibati icraata xilam verilərək ədalət bərpa olunmalıdır. Belə ki, İddiaçı oglu 2016-cı il tarixdən etibarən vergi ödəyici kimi qeydiyyyata alınaraq əsas fəaliyyəti "Ofis və Ticarət müəssisəsləri üçün mebellərin istehsalı" fəaliyyəti ilə məşğuldur. Fəaliyyəti dövründə heç bir riskli əməliyyatlar aparmamışdır. Qərarın qəbul edilməsi qanuni və əsaslı deyil. Belə ki, qərarda müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020- 23.0.2021-ci il tarixlərdə cəmi 117.3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "Alüminium arakəsmə, siyirtmə qapılı. Mətbəx stolu. Kitab rəfi 98x46. İşçi stolu, kastamonu malta, dəmir ayaqlı 1250x650x750 mm və s. Qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə-faktura üzrə xvergi ödəyicisinin alışında, idxalında qeyd edilən mal (iş. xidmət) müəyyən edilməmişdir.Bu səbəbdən cavabdeh orqan iddiaçının əsas fəaliyyət növünün "OFİS VƏ TİCARƏT MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBELLƏRİN İSTEHSALİ" fəaliyyətinin olduğunu və təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığını müəyyən edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin o cümlədən riskli əməliyyatların” Meyarları-nın 2.1.1-ci. 3.1.1-ci və 2.1.3-cü xarımbəndlərinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab edərək qanunsuz qərarın qəbul edilməsinə nail olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-6247/2023 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı münasibət (etiraz)məhkəməyə təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı (VÖEN: **********) qarşılıqlı əməliyyatları təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində cəmi 117,3 min manat dəyərində təqdim edilmiş qaimə faktura üzrə satışda "Alüminium arakəsmə, siyirtmə qapılı, Mətbəx stolu, Kitab rəfi 98x46, İşçi stolu, kastamonu malta , dəmir ayaqlı, 1250x650x750 mm və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir.Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021- ci il tarixli **********069100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, mənim tərəfimdən istehsal edilməsi məqsədi ilə alınan malların əksəriyyəti mağazalardan adi ödəniş çekləri əsasında alınmışdır. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi vergi ödəyicisinin fəaliyyət sahəsinə uyğun olan malları alması barədə heç bir sənəd müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, qərarın qəbul olunmasının digər əsası da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinin pozulması ilə bağlıdır. Belə ki, həmin Meyarların 2.1.3-cü bəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Bildiririk ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2021-ci illər üzrə tarix aralığında elektron-qaimə fakturalar təqdim olunsa da onun vergi orqanında qeydiyyatda olan heç bir təsərrrüfat subyekti (obyekti) mövcud olmamışdır. Hansı ki, obyekt olmadan vergi ödəyicisinin mebellərin istehsalı fəaliyyəti ilə məşğul olması mümküsüzdür. Vergi ödəyicisinin obyekti xx.xx.2021ci il tarixli **********069100 nömrəli qərar çıxarıldıqdan sonra xx.xx.2022-ci il tarixində vergi orqanında uçota alınmışdır. Yuxarıda qeyd olunan halların hər biri vergi ödəyicisinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarın qanunvericiliyə uyğun olduğunu, iddiaçının riskli vergi ödəyicisi olmasını, iddia ərizəsini əsaslandırmaq üçün ümumi ifadələrdən istifadə etdiyini bir daha sübut edir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində)inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə İdarəsinin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********069100 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - vergi ödyicisi İddiaçı VÖEN: ********** İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 iizrə Baş İdarəsinə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Şikayət ərizəsi ilə müraciət edərək, riskli vergi ödəyicisi hesab edilməsi ilə razı olmadığını bildirmişdir. - cavabdeh inzibati orqan tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli etiraz məktubu təqdim etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.),elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.), elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda istinad olunan hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin iddiaçı tərəfindən yoxlanılması imkanı mövcud olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar iddiaçıya çatdırılmış sayıla bilməz.Bu zaman həm də nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla göndərilmədiyi işin təkzib olunmaz faktıdır. İddia müddətinin axımı inzibati aktın, konkret mübahisəyə münasibətdə mübahisələndirilən qərarın iddiaçıya təqdim olunduğu vaxtdan başlayır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən inzibati aktın iddiaçıya qanunla müəyyən olunmuş qaydada təqdim olunduğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada təqdimetmənin mövcud olmadığı halda, müddətin ötürülməsi iddia oluna və bunun neqativ nəticələri iddiaçıya aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətə əməl etmişdir. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş cavabdehin hüquqi ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 üzrə İdarəsinin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********069100 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-23.0.202 l-ci il tarixlərində cəmi 117,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "Alüminium arakəsmə, siyirtmə qapılı. Mətbəx stolu. Kitab rəfi 98x46. İşçi stolu, kastaınonu malta, dəmir ayaqlı. 1250x650x750 mm və s" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə taktına üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin fəaliyyət növü OFİS VƏ TİCARƏT MÜƏSSİSƏLƏRİ ÜÇÜN MEBELLƏRİN İSTEHSALİ kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1 -ci.3.1.1 -ci və 2.1.3-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin), obyektin adı (mebel sexi) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “icraçı” (fiziki şəxs İddiaçı) “Sifarişçi” "xxxx" ASC ilə ofis mebellərinin hazırlanması kimi xidmətlərin göstərilməsininə dair müqavilə bağlayaraq, sifarişçinin müəyyən etdiyi qaydada qeyd olunan xidmətləri göstərməyi öhdəsinə götürür. Həmçinin “Sifarişçi” "xxxx" ASC ilə bağlanılmış müqaviləyə əsasən elektron qaimə fakturalar iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “icraçı” (fiziki şəxs İddiaçı) “Sifarişçi” "xxxx" BOKT MMC ilə ofis mebellərinin hazırlanması kimi xidmətlərin göstərilməsininə dair müqavilə bağlayaraq, sifarişçinin müəyyən etdiyi qaydada qeyd olunan xidmətləri göstərməyi öhdəsinə götürür. Həmçinin “Sifarişçi” "xxxx" BOKT MMC ilə bağlanılmış müqaviləyə əsasən elektron qaimə fakturalar iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, “icraçı” (fiziki şəxs İddiaçı) “Sifarişçi” "xxxx" MMC ilə ofis mebellərinin hazırlanması kimi xidmətlərin göstərilməsininə dair müqavilə bağlayaraq, sifarişçinin müəyyən etdiyi qaydada qeyd olunan xidmətləri göstərməyi öhdəsinə götürür. Həmcinin “Sifarişçi” "xxxx" MMC bağlanılmış müqaviləyə əsasən elektron qaimə fakturalar iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimə fakturalardan da görünür ki, iddiaçının idxal etdiyi mal çeşidlər eyni (mebel istehsalından ibarət) olmuşdur. Belə ki, iş materaillarına əlavə edilmiş sənədlərdən (elektron-qaimə fakturalar) görünür ki, iddiaçının faəliyyəti, bağlanılmış müqavilələrdə göstərildiyi kimi mebel idxalından ibarət olmuşdur. Məhkəmə hazırki iddia tələbi ilə bağlı olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilə bilməsi üçün vergi ödəyicisi tərəfindən riskli və əmtəəsiz əməliyyatların əlamətləri olan əməliyyatlar rəsmiləşdirilməlidir və yalnız bundan sonra vergi orqanı tərəfindən həmin əməliyyatlar araşdırılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.
3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunvericiliyin tələbinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilərdi: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi. Göründüyü kimi, əməliyyat o halda riskli hesab edilir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, yaxud da aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə malların təqdim edilməsi halı aşkar olunsun. Hazırki işdə isə bu halların heç biri müəyyən olunmur. Məhkəmə iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki, iddiaçı riskli əməliyyat aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü inzibati orqan müvafiq inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi eləcə də, həmin inzibati orqanın (cavabdehin) üzərinə düşür. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi olması bağlı müvafiq inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh inzibati orqan olan X2 üzrə Baş İdarənin üzərində olduğundan onun riskli vergi ödəyicisi olması üçün müvafiq əsasları sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması ilə də müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı həmin əsasların mövcudluğunu tam sübuta yetirmədən iddiaçının riskli vergi ödəyicisi olması barədə müvafiq qərarı qəbul etmişdir. Beləliklə, vergi orqanının mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini də sübut edə bilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən dəlil və sübutları vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə cavabdeh inzibati orqan tərəfindən qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati akt ləğv edildikdə onun yaratdığı bütün hüquqi nəticələr də aradan qalxmış olur. Beləliklə də, iddiaçının riskli vergi ödəyiciləri siyahısına əlavə edilməni müəyyən edən qərar ləğv edildikdə, onun həmin siyahıdan çıxarılması da inzibati orqan tərəfindən icra edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 14.3-cü bəndinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev