Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6249/2020 23.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Bakı şəhəri Baş səhiyyə idarəsi Cavabdeh Poliklinika şöbəsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) şifahi məhkəmə baxışı keçirilmədən baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası, 03 mart 1947-ci il təvəllüdlü X2 21 noyabr 2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm şəhadətnaməsinin verilməsi üçün ərizənin nəzərdən keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsinə görə xx.xx.2019-cu il tarixdə gecə saatlarında iddiaçının mərhum anası X2 səhhəti pisləşmişdir. Bununla bağlı iddiaçı qonşuluğunda yaşayan şəxsin köməkliyi ilə təcili tibbi yardımın qaynar xəttinə zəng vurmuşdur. Ünvana gəlmiş və iddiaçının mərhum anası X4 müayinə etmiş həkim onun öldüyünü bildirmişdir. İddiaçı bundan sonra anasının ölümünün qeyd alınması ilə bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Əsas kimi mərhumun ölümü haqqında tibbi şəhadətnamənin və ya ölüm faktının müəyyən edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmadığı göstərilmişdir. İddiaçı anasının ölümü faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti məhkəməyə də müraciət etmiş, lakin məhkəmənin müvafiq qərardadı ilə ərizə geri qaytarılmışdır. İddiaçı qeyd edilən səbəblərdən hazırkı ərizəni məhkəməyə təqdim etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hazırlıq icraatının gedişində iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 6249/2020 saylı qərardadı ilə iş üzrə cavabdeh X9 əsl Cavabdeh poliklinika şöbəsi ilə əvəz edilmiş, iddia tələbi “Cavabdeh poliklinika şöbəsinin üzərinə 03 mart 1947-ci il təvəllüdlü 21 noyabr 2019-cu il tarixində Bakı şəhərində vəfat etmiş X5 dair ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatında, həmçinin, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi inzibati məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilmiş hüquqi tövsiyəsi, iddiaçı tərəfin yazılı razılığı, işin yekun məhkəmə qərarının qəbul edilməsi üçün kifayət qədər hazırlandığı nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq, şifahi dinləmələr keçirilmədən müvafiq məhkəmə qərarının qəbul edilməsi mümkün hesab edilmişdir Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 17098236 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1947-ci il təvəllüdlü X8 yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İşə əlavə edilmiş İ-ЖГ seriyalı, 434993 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı anası X3. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi Cavabdeh Poliklinika şöbəsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanına çağırış baş vermiş, 72 yaşlı X2 həmin ünvanda ölümü hadisəsi baş vermişdir. İşə əlavə edilmiş Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 05Q-1477/15 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi Cavabdeh Poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında bildirilmişdir ki, ünvan 1 ünvanında yaşamış X8 şöbəyə heç vaxt müraciət etməmişdir. Ona görə də ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında İddiaçı anası, xx.xx.1947-ci il təvəllüdlü X2 ölümü hadisəsi baş vermiş, lakin bununla bağlı ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə görə “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X6 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; Həmin Qaydanın 4.5-ci bəndinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.7-ci bəndinə görə şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Həmin Qaydanın 4.8-ci bəndinə əsasən şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında xx.xx.1947-ci il təvəllüdlü X2 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməsi və mərhumun oğlu, İddiaçı təqdim edilməsi vəzifəsi Bakı şəhəri Baş Səhiyyə İdarəsi Cavabdeh Poliklinika şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında xx.xx.1947-ci il təvəllüdlü X2 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməsi və mərhumun oğlu, İddiaçı təqdim edilməsi vəzifəsi Bakı şəhəri Baş Səhiyyə İdarəsi Cavabdeh Poliklinika şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6249/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6249/2020
23.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver