Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6249/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın nəticəsi olaraq səyyar vergi yoxlaması aktının tərtib edilməsinin və bunun əsasında vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanının **********533300 saylı məktubu ilə “xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Vergi orqanının **********652000 saylı məktubuna əsasən, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib olunmuş və elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur. Vergi orqanının **********653700 saylı məktubuna əsasən, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar yoxlama keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən yoxlama ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “MN” seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur. Vergi orqanının **********638400 saylı məktubuna əsasən, “Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı (VÖEN **********) üzrə xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Lakin səyyar vergi yoxlaması ilə əlaqədar heç bir sənəd əldə etməmişdir. Yoxlayıcı orqanın heç bir üzvünü görməmişdir. Vergi orqanının **********949700 saylı məktubuna əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar, xx.xx.2021-ci il tarixli KY211701804 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə elektron poçt vasitəsi ilə ona göndərilmişdir. Vergi orqanının **********472200 saylı məktubuna əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt elektron poçt vasitəsi ilə ona göndərilmişdir. xx.xx.2021-ci il tarixli, **********99 saylı səyyar vergi yoxlaması haqqında qərarda vergi orqanı yoxlamanın növbəti olduğunu qeyd etmişdir. Lakin qərarda qeyd olunanın əksinə Səyyar vergi yoxlaması növbədənkənar keçirilmişdir. xx.xx.2021-ci il tarixində sənədlərin təqdim olunmasında imtina haqqında akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı, tələbnamə və digər sənədlərin göndərilməsi haqqında qərar iddiaçıya təqdim olunmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim olunmamışdır. Qeyd olunan hərəkətlərdən elektron kargüzarlıq vasitəsi ilə məlumat almışdır. O, yoxlayıcını görməmiş və müvafiq sənədlər ona təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddia ərizəsi” adlandırılmış, mahiyyət etibarilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********158086 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********158086 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, vergi orqanında olan məlumatlara əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 981.775,5 manat, 2019-cu ildə isə 300.037,07 manat dövriyyəsi olmuş, eyni zamanda, vergi ödəyicisi bu dövrləri zərərlə başa vurmuş və 2019-cu ilin sonuna isə mal qalığı olmamışdır. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi üçün qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçiriməklə yoxlanılmasına zərurət yaranmışdır. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211701804; xx.xx.2021-ci il). Eyni zamanda, “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2022-ci il tarixli **********154206 nömrəli və xx.xx.2022-ci il tarixli **********155807 nömrəli qərarlar da sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********152964 nömrəli Təlabnamə xx.xx.2021-ci il tarixli **********949700 nömrəli məktub ilə vergi ödəyicisinə təqdim edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı tələb olunan sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Tələbnamədə göstərilən yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilmədiyinə görə “Sənədlərin təqdim olunmasından imtina olunması barədə” xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Bununla əlaqədar yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahat verilməməsi ilə bağlı İddiaçı barəsində inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022- ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-380/2022 nömrəli qərarı ilə Cəfərov X2 Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən idxal olunmuş müxtəlif keramik plitələrin (kafel, metlax) satışının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154312 nömrəli qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli **********936500 nömrəli məktub əsasında “MBA LTD" MMC Konsalting və Qiymətləndirmə Şirkətindən ekspert dəvət olunmuşdur. Ekspertizanın keçirilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən yoxlamaya aid zəruri sənədlər ekspertiza tədqiqatının aparılması üçün təqdim edilmədiyinə görə ekspert rəy verməmiş və bu barədə ekspert tərəfindən xx.xx.2022-ci il tarixli MB15-0274 nömrəli məktubla vergi orqanına məlumat verilmişdir. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qeyd olunmuşdur. Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndindən göründüyü kimi yoxlanılan dövrdə İddiaçı faktiki olaraq kafel-metlaxın pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama nəticəsində aşağıdakı vergi məbləğləri hesablanmışdır: 28.839,41 manat ƏDV və 14.419,71 manat maliyyə sanksiyası; 51.779,66 manat gəlir vergisi və 25.889,83 manat maliyyə sanksiyası. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üçün büdcəyə 16.453,35 manat ƏDV hesablanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrin düzgünlüyü yoxlanılan zaman 28.839,41 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə, vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində xx.xx.2018-ci il tarixə göstərilən 577.235,23 manat mal qalığı və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə idxal olunmuş 490.936,26 manat məbləğində malların dəyərinə vergi ödəyicisinin elektron qaimə ilə təqdim etdiyi mallar üzrə müəyyən olunan ticarət əlavəsi (35%) əlavə olunaraq səyyar vergi yoxlaması ilə 1.442.031,51 manat (577.235,23+490,936,26) x 1,35) dövriyyə müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1.281.812,57 manat dövriyyə nəzərə alınaraq, (1.442.031,51-1.281.812,57) 160.218,94 manat məbləğində vergiyə cəlb olunan dövriyyənin az göstərilməsi nəticəsində 28.839,41 manat ƏDV hesablanmışdır. (2018-ci il üzrə 12.675,11 manat, 2019-cu il üzrə 16.164,30 manat). Gəlir vergisinin müqayisəli cədvəli: 2018-ci il üzrə SVY bəyannamə məlumatı-36.16734 manat azaldılmışdır; 2019-cu il üzrə SVY bəyannamə məlumatı-15.612,32, azaldılmışdır; cəmi SVY bəyannamə məlumatı-51.779,66 manat azaldılmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 981.775,50 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 981.775,50 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəliri 978.000,92 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 94.4014,90 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 972.784,08 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 5.216,84 manat gəlir keçmiş illərin çıxılası zərəri ilə bağlanaraq gəlir vergisi hesablanmamışdır. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2018-ci il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 1.052.192,81 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 1.052.192,81 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 1.048.418,23 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7.800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 805.852,43 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 834.621,61 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 213.796,62 manat gəlirdən keçmiş illərin zərəri cəmi 32.959,90 manat (2016-cı il üzrə 1.247,35 manat, 2017-ci il üzrə 31.712,55 manat) çıxıldıqdan sonra, vergiyə cəlb olunan 180.836,72 manat gəlir məbləğindən 20% dərəcə ilə 2018-ci il üzrə 36.167,34 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 180.836,72 manat gəlirin azalmasının səbəbi isə sahibkar tərəfindən ümumi gəlirin 70.417,31 manat və keçmiş illərin zərərinin 27.743,06 manat məbləğində az, malın dəyəri üzrə xərclərin 138.162,47 manat gəlir vergisi bəyannaməsində artıq (70.417,31+138.162,47-27.743,06= 180.836,72) göstərilməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 300.037,07 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 300.037,07 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəliri 299.650,64 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 292.466,43 manat, icarə haqqı 5.904,88 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 303.930,61 manat təşkil etmiş, 2019-cu ili 4.279,97 manat məbləğində zərər ilə başa vurmuşdur. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2019-cu il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 389.838,70 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 389.838,70 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 389.452,27 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 302017,78 manat, icarə haqqı 3.813,57 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 311.390,65 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 78.061,62 manat gəlir məbləğindən 20% dərəcə ilə 15.612,32 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 78.061,62 manat gəlirin azalmasının səbəbi sahibkar tərəfindən ümumi gəlirin 89.801,63 manat, malın dəyəri üzrə xərclərin 9.551,35 manat məbləğində az, icarə haqqının (fiziki şəxslər üzrə) 2.091,31 manat və keçmiş illərin 4.279,97 manat zərərin gəlir vergisi bəyannaməsində (89.801,63-9.551,35- 4.279,97+2.091,31=78.061,62) artıq göstərilməsi olmuşdur. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən 80.619,07 manat məbləğində vergilərin (o cümlədən: əlavə dəyər vergisi üzrə 28.839,41 manat, gəlir vergisi üzrə 51.779,66 manat) dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasına görə 40.309,54 manat (o cümlədən: ƏDV üzrə 14.419,71 manat, gəlir vergisi üzrə 25.889,03 manat) maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********152967 nömrəli səyyar vergi yoxlaması aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********158086 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 №-li qərarından görünür ki, İddiaçı noyabr 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********152967 №-li, xx.xx.2022-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”ndan görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama müddəti xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə 30 gün uzadılmışdır. Həmin aktda müəssisə tərəfindən ƏDV-nin 2018-ci ildə 12675,11 manat məbləğində azaldılması, 6337.56 manat məbləğində maliyyə sanksiyası, 2019-cu ildə 16164,30 manat məbləğində azaldılması, 8082,15 manat məbləğində maliyyə sanksiyası, gəlir vergisinin 2018-ci ildə 36167,34 manat məbləğində azaldılması, 18083,67 manat məbləğində maliyyə sanksiyası, 2019-cu ildə gəlir vergisinin 15612,32 manat məbləğində azaldılması, 7806,16 manat məbləğində maliyyə sanksiyası heablanması müəyyən edilmişdir; Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlaması xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixdə sona çatmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********158086 nömrəli qərarı ilə iddiaçıya 80.619,07 manat vergi hesablanmış və 40.349,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir; İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli, **********152899 nömrəli Qərarına əsasən İddiaçı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2018-oktyabr 2021 dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli **********152967 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktda müəssisə tərəfindən ƏDV-nin 2018-ci ildə 12675,11 manat məbləğində azaldılması, 6337.56 manat məbləğində maliyyə sanksiyası, 2019-cu ildə 16164,30 manat məbləğində azaldılması, 8082,15 manat məbləğində maliyyə sanksiyası, gəlir vergisinin 2018-ci ildə 36167,34 manat məbləğində azaldılması, 18083,67 manat məbləğində maliyyə sanksiyası, 2019-cu ildə gəlir vergisinin 15612,32 manat məbləğində azaldılması, 7806,16 manat məbləğində maliyyə sanksiyası heablanması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********158086 nömrəli qərarı ilə iddiaçıya 80.619,07 manat vergi hesablanmış və 40.349,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbulu üzrə aparılan icraat zamanı qanunuvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin (Səyyar vergi yoxlaması keçirilən dövrdə və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş): 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir; 38.2-ci maddəsinə əsasən, vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********011400 saylı Qərarı (X4 Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda, yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş) Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3- cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7- ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4-cü və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. İş materiallarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152899 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Sözügedən xx.xx.2021-ci il tarixli **********152899 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2021-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2022-ci il göstərilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlamışdır (səyyar vergi yoxlaması aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2022-ci il tarixdə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qanunsuz olaraq davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətin bitməsinə qədər verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 17.2.7-ci maddəsinə əsasən, yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Həmçinin Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin 49.1 və 49.1.1-ci maddələrinə əsasən, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında çıxarır. Cavabdeh vergi orqanı tərəfindən qeyd olunan tələb də pozulmaqla mübahisələndirilən qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixdə müddət bitdikdən 4 ay sonra “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edildiyindən, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda, vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan etiraza əlavəsində qanunvericilik normalarının tələblərini yanlış təhlil etməklə səyyar vergi yoxlamasının müddət ötürülmədən aparıldığını qeyd etsə də, mövqeyini hər hansı mötəbər dəlillə əsaslandıra bilməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarda prosessual pozuntulara yol verildiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********158086 saylı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********158086 saylı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6249/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6249/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver