Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-625/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı (üçüncü şəxs “xxxx” QSC) “əlilliyin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı (üçüncü şəxs “xxxx” QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.1968-ci ildə Sədərək rayonunda doğulmuşdur. xx.xx.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmşudur. Yəni iddiaçı xx.xx.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilik təyinatı zamanı diaqnoz bölməsində “Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stabil stenokardiyası f/s İİİ (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, İİİ dərəcə, çox yüksək risk. Sol mədəcik çatmamazlığı, Ürək çatmamazlığı İİİ fs. (NYHA). Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. QDÇ İİ dərəcə. Digər dəqiqləşdirilməmiş plevra zədələnmələri, hidrotoroks, ürəyin aterosklerotik xəstəliyi. Aterosklerotik kardioskleroz. Ürək anevrizvaması. Sol mədəciyin anevrizması. Ürəyin digər kəskin revmatik xəstəlikləri. Revmatizm fəal faza İİ dərəcəli fəallıq, uzun sürən latent gedişli qayıdan revmakardit. Xroniki xolesistit. Digər xroniki pankreatitlər. Reaktiv pankreatit. Mitral qapağın revmatik mənşəli çatmamazlığı” qeyd olunmuşdur. Daha sonra iddiaçı müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, iddiaçının əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, “xxxx” QSC-nin Tibbi-Sanitar Xidmətinin xx.xx.2019-cu il tarixli NVS-46 №-li məktubu ilə qiymətləndirməyə əsas verən göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlilik müayinəsi Nazirliyin «Əlillik» alt sistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədə keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Cavabdeh inzibati orqan iddiaçının əlilliyinin etibarsız hesab edilməsi üçün “xxxx” QSC-nin Tibbi-Sanitar Xidmətinin xx.xx.2019-cu il tarixli NVS-46 nömrəli məktubunu əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu iddiaçıya təqdim etməmişdir. Bundan başqa, iddiaçıya məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra iddiaçıya nəhayət ki, bir məlumat verilmişdir. Cavabdehin hərəkətləri əsassızdır. Cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda, əlillik meyarlarının müəyyən olunması barədə Nazirlər Kabinetinin müvafiq qərarında əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası tərəfindən iddiaçı təkrar stasionar müalicəyə göndərilmiş, aparılan müayinələr nəticəsində Forma №88-dəki bütün diaqnozlar öz təsdiqini tapmışdır və Poliklinika texniki xətaya yol verildiyini qeyd etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABQB saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xxxx QSC-nin Tibbi-Sanitar Xidmətinin xx.xx.2019-cu il tarixli NVS-46 saylı məktubu ilə, iddiaçının xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə ona rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar İddiaçı əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə»yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABQB saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xxxx QSC-nin Tibbi-Sanitar Xidməti tərəfindən əlilliyin təyininə əsas olan 4384003AABQB saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də “Əlillik altsistemi’ndə iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. 2 saylı Bakı Dəmiryol Poliklinikasının rəsmiləşdirdiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına 4384003AABQB nömrəli göndərişin İddiaçı stasionar müalicə aldığı müəssisələr hissəsində qeyd olunur ki, xx xxxxxx 2017-ci il tarixdə Akademik C.Abdullayev adına X1 daxil olub, xx xxxx 2017-ci il tarixdə çıxıb. Həmçinin üzərində "Akademik C.Abdullayev adına X2" xəstənin xəstəlik tarixindən epikriz № 1275 yazılan vərəqdə qeyd olunur ki, İddiaçı, qəbul tarixi xx xxxxxx 2017, evə yazılma tarixi xx xxxx 2017. xxxx QSCnin Həkim-Sanitar Xidmətinin "Akademik C.Abdullayev adına X2"na ünvanlanmış xx.xx.2019-cu il tarixli NVS-22 nömrəli məktubunda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ADY QSC-nə ünvanlanmış İİ və İİİ qrup əlilliyin araşdırılması ilə əlaqədar xx.xx.2018-ci il tarixli **********1 saylı məktubu əsasında Həkim- Sanitar Xidmətində aparılan araşdırmalar nəticəsində xəstələrin təqdim etdikləri epikrizlərin dürüstlüyünün yoxlanılması zərurəti yaranmışdır. Bununla əlaqədar siyahıda adları olan xəstələrin Kardiologiya Elmi-Tədqiqat institutunda müalicə alıb-almaması (almışsa hansı diaqnozla) barədə məlumat verməyinizi xahiş edirik. Məhktuba, iddiaçının da adının qeyd olunduğu 9 nəfərlik siyahı əlavə edilmişdir. "Akademik C.Abdullayev adına X2"nun xx.xx.2019-cu il tarixli 7/9-48 nömrəli cavab məktubunda qeyd olunur ki, Sizin xx.xx.2019-cu il tarixli NVS-22 saylı sorğunuza cavab olaraq bildiririk ki, aşağıda adları qeyd olunan vətəndaşlar institutun klinikasında müalicədə olublar. X11, X8, X18, X12. Həmin şəxslərin adları xxxx QSC-nin Həkim-Sanitar Xidmətinin göndərdiyi xx.xx.2019-cu il tarixli NVS-22 nömrəli məktuba əlavə edilmiş siyahıda 3,4,6 və 7-ci sırada qeyd olunub. Göründüyü kimi iddiaçının soyadı adı, ata adı siyahının 2-ci sırasında qeyd olunmasına baxmayaraq, "Akademik C.Abdullayev adına X2"nda müalicə alanlar arasında yoxdur. Bundan başqa, xxxx QSC-nin Həkim-Sanitar Xidmətinin saxlanılması mümkün olmayan sənədlərin məhv edilməsi üçün seçilib ayrılması haqqında xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş akt tərtib edilmişdir. Məhv edilən sənədlərin tibbi hissəyə aid olan sırasına baxanda görünür ki, "stasionar xəstələrin tibbi kartoçkaları" (xəstəlik tarixçələri) saxlama müddəti 25 il, "ambulator xəstələrin tibbi kartoçkaları" (xəstəlik tarixçələri) 5 il, "xəstəlik vərəqələrinin qeydiyyatı jurnalı" 3 il, "daxil olan sorğu, arayışlar və qərarların qeydiyyat jurnalı" 5 il, "pullu xidmətin mədaxil qəbzlərinin illər üzrə qeydiyyat jurnalı" 5 il, arxivə aid olan hissədə "çıxan xəstələrin illər üzrə qeydiyyat jurnalı və qovluqlar" 25 ildir. 2 saylı Bakı Dəmiryol Poliklinikasının rəsmiləşdirdiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasına 4384003AABQB nömrəli göndərişdə İddiaçı göndəriş verən müəssisədə xx.xx.2014-cü ildən qeydiyyatda olduğu qeyd edilir. Lakin bunu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Əksinə, xxxx QSC-nin Tibbi-Sanitar Xidmətinin xx.xx.2019-cu il tarixli NVS-46 saylı məktubunda aydın şəkildə qeyd olunur ki, iddiaçının xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilməmişdir. Həmçinin iddiaçının vəkilinin xxxx QSC-nin həkim Sanitar Xidmətinin 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli 595 nömrəli sorğusuna verilən xx.xx.2021-ci il tarixli 05 nömrəli cavab məktubunda da açıq şəkildə qeyd olunur ki, İddiaçı 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC tərəfindən verilən Forma №88 etibarsız hesab olunmuşdur. Qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsinin etibarsız edilməsi zamanı Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin qiymətləndirilməsinə və təyininə əsas verən hüquqi sənəd Forma №88 etibarsız hesab edildiyinə görə şəxsin əlilliyi ləğv edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********8 saylı məktubunda qeyd edilir: Sizin əlillik vəziyyətinizin qiymətləndirilməsi ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, əlillik vəziyyətiniz Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABQB saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xxxx QSC-nin Tibbi-Sanitar Xidmətinin xx.xx.2019-cu il tarixli NVS-46 saylı məktubu ilə, xəstəliyinizə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə Sizə rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar əlilliyinizə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 479 nömrəli stasionar reabilitasiya kartasından çıxarışın surətindən görünür ki, İİ dərəcəli əlil İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin göndərişi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müalicə almış, onun diaqnozu: ÜİX Gərginlik stenokardiyası f/s İİİ tez-tez tutmalarla, aterosklerotik-kardioskleroz, sol mədəciyin xroniki anevrizması, hipertoniya xəstəliyi ən yüksək risk diskogen mənşəli boyun bel radikuliti, köklük ağrı sindromu, nevralgiya kimi qeyd edilmiş və xəstənin daima sahə kardioloqunun müşahidəsi altında olması tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müddəti xx.xx.2022-ci il tarixədək 5 il müddətinə müəyyən edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik, diaqnoz - “Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stabil stenokardiyası İİİ f/s (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, İİİ dərəcə, çox yüksək risk. Sol mədəcik çatmamazlığı, Ürək çatmamazlığı İİİ fs. (NYHA). Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. QDÇ İİ dərəcə. Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, hidrotoroks. Ürəyin aterosklerotik xəstəliyi. Aterosklerotik kardioskleroz. Ürək anevrizvaması. Sol mədəciyin anevrizması. Ürəyin digər kəskin revmatik xəstəlikləri. Revmatizm fəal faza İİ dərəcəli fəallıq, uzun sürən latent gedişli qayıdan revmakardit. Xroniki xolesistit. Digər xroniki pankreatitlər. Reaktiv pankreatit. Mitral qapağın revmatik mənşəli çatmamazlığı” (forma 88 № 4384003AABQB). İş materiallarında olan «xxxx» QSC Həkim-Sanitar Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli NVS-249 nömrəli məktuba əlavə edilmiş 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABQB saylı göndərişindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Akad. C.M.Abdullayev adına ET Kadiologiya İnstututunda xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək stasionar müalicə almışdır. Göndərişə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi X4 xəstənin xəstəlik tarixindən 1275 nömrəli epikrizdən görünür ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək stasionar müalicə almışdır, diaqnozu: ÜİX, stabil gərkinlik stenokardiyası f.s.İİİ, Tez-tez tutmalarla. Aterosklerotik-kardioskleroz. Sol mədəciyin xroniki anevrizması. Hidrotoraks, hidroperikart. Hipertoniya xəstəliyi, ən yüksək risk. ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Yanaşı xəstəlik: Revmatizm aktiv faza, aktivlik İİ mərhələ, uzun sürən latent gedışli qayıdan revmokardit. Mitral qapaq çatmamazlığı. Xr. Q.D.Ç-İİ dər. Ekstrasistolik aritmiya. Xr.xolesistit Reaktiv pankreatit. Xr. bel-oma radikuliti. İş materiallarında olan Binəqədi rayonu 25 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli ambulator kartadan çıxarışdan görünür ki, İddiaçı «ÜİX, stabil gərkinlik stenokardiyası f.s.lll, Aterosklerotik-kardioskleroz. Hipertoniya xəstəliyi, ÜÇ İİİ» diaqnozu ilə 25 saylı poliklinikada dispanser qeydiyyatdadır, vaxtaşırı ambulator və stasionar müalicə alır. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC-nin xx.xx.2021-ci il tarixli 05 saylı məktubunda qeyd olunur: İddiaçı və X5 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC tərəfindən verilən Forma №88 etibarsız hesab olunmuşdur. Lakin xəstələr tərəfindən Forma №88-in etibarsız hesab olunmsas ilə bağlı şikayət daxil olduğundan onlar poliklinika tərəfindən təkrar stasionar müalicəyə göndərilmişdir. İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək DTSERX-da və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 22№-li BŞX-da "UİX, Stabil gərginlik stenokardiyası, İİİ fs. Aterosklerotik kardioskleroz. Durğunluq ÜÇ İİİ fs. Ekstrasistolik aretmiya. Hipertoniya xəstəliyi, İİİ D, çox yüksək risk. Xronik xolesistit diaqnozları ilə müalicə almışdır. X9 xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Ə.D.Məlikov adına 6 saylı BŞX-da " ÜİX, Gərginlik stenokardiya İİİ fs., infarktan sonrakı kardioskleroz, ÜÇ İİİ fs (NXHA), Şəkərli diabet tip İİ , Arterial hipertenziya İİ dər, diaqnozları ilə müalicə almışdır. Aparılan müayinələr nəticəsində yazdıqları Forma №88-dəki bütün diaqnozlar öz təsdiqini tapmışdır. Bunu nəzərə alaraq texniki xətanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların müraciətinin çox olması ilə bağlı olaraq yoxlamalar zamanı baş verdiyi ehtimal olunur. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X13 ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 3.7-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 saylı Dəmiryol Poliklinikasının 4384003AABQB saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Lakin cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, qərar qəbul edilməmişdir. Cavabdeh iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndərişin səhiyyə müəssisəsi tərəfindən ləğv və ya etibarsız hesab edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC-nin xx.xx.2021ci il tarixli məktubundan isə görünür ki, İddiaçı poliklinika tərəfindən təkrar stasionar müalicəyə göndərilmiş, aparılan müayinələr nəticəsində yazdıqları Forma №88-dəki bütün diaqnozlar öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü mübahisələndirsə də, əlilliyi müəyyən edilmiş şəxs, yəni iddiaçı əyani müayinəyə cəlb edilməmiş, müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməmişdir. Həm iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndəriş, həm də iddiaçıya əlilliyin təyini barədə qərar ləğv edilmədiyi halda, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Halbuki qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız edilməsi nəzərdə tutulmamışdır və hazırda iddiaçıya əlilliyin təyini barədə qərar qüvvədədir, cavabdeh həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-625/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-625/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver