Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6250/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı göndərişin verilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tutulduğu xəstəliyin peşə xəstəliyi kimi qeydə alınması və əlilliyinin peşə xəstəliyi ilə əlaqəli təyin olunması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X1 İnstitutuna (X4) tibbi müayinədən keçməyi üçün göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1967-ci ildən neft sənayesində əmək fəaliyyətinə başlamış, ayrı-ayrı dövrlərdə neft, qaz, kimya sənayesində ağır və zərərli əmək şəraitində işləmişdir. Xüsusilə 06.09.1984-cü il tarixdən 30.04.2003-cü il tarixinədək olan dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli, 92 nömrəli qərarında göstərilən əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə zərərli və ağır peşə olan quyuların sementlənməsi üzrə maşinist-operator peşəsində çalışmış və bu səbəblə 15.03.2006-cı il tarixdən güzəştli şərtlərlə təqaüdə çıxmışdır. Sonuncu iş yeri "Azneft" İB-nin Qobustan Nəqliyyat İdarəsinin 1 saylı təmir emalatxanasında 6-cı dərəcəli təmir çilingəri peşəsi olmuşdur. 2014-cü ilin fevral ayında qəfil xəstələndiyi üçün xəstəxanaya müraciət etdikdə onda "Sağ ağ ciyərin infiltrativ vərəmi" müəyyən edilmiş və həmin ilin oktyabr ayına qədər 1 saylı vərəm dispanserində stasionar müalicə olunmuşdur. 03.11.2014-cu il tarixdə Milli Onkologiya Mərkəzində növbəti müayinədən keçən zaman onda sağ ağ ciyərin yuxarı payının periferik xərçəngi xəstəliyi aşkar olunmuş və xəstəliyi ilə əlaqədar ona İİ qrup müddətsiz əlillik təyin olunmuşdur. İşlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq olunmuş "İşçilərin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı"nın 1-ci sırasında peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yeri kimi göstərildiyindən dəfələrlə "Azneft" İB-nə xəstəliyinin peşə xəstəliyi kimi qeydiyyata alınması üçün müvafiq tədbirlərin görülməsi (X2 və Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş verilməsini) və peşə xəstəliyinə görə ona dəymiş ziyanın əvəzinin ödənilməsinə köməklik göstərilməsi üçün müraciət etsə də heç bir nəticəsi olmamışdır. Respublika ərazisində peşə xəstəliyi yalnız bir qurum (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X1 İnstitutu (X4)) tərəfindən müəyyən olunur. Buna görə də o, peşə xəstəliyinin müəyyən olunması üçün bir qayda olaraq işəgötürənə ("Azneft" İB-nə) müraciət edərək əziyyət çəkdiyi xəstəliyinin peşə xəstəliyi olub-olmamasını müəyyən etmək məqsədi ilə X2 göndəriş verilməsini xahiş etmişdir. Lakin işəgötürən dəfələrlə rəsmi qaydada müraciət edilməsinə baxmayaraq müxtəlif əsassız bəhanələr gətirərək X2 göndəriş vermədiyi üçün "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında" ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qaradağ rayon Məhkəməsi tərəfindən məhkəmə gedişatı zamanı peşə xəstəliyinin müəyyən olunması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X1 İnstitutu (X4tu) tərəfindən verilmiş 23.05.2017-ci il tarixli, 71/2 nömrəli rəydə göstərilmişdir ki, onun tutulduğu xəstəlik peşə xəstəliyi hesab oluna bilər. Buna görə də onun "hüquqi əhəmiyyətli faktın müəyyən olunması" haqqında ərizəsi Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(002)-1084/2017 saylı qətnaməsi ilə təmin olunmuş, xəstəliyinin peşə xəstəliyi kimi qeydə alınmalı olduğu qət edilmişdir. Lakin Qaradağ rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(002)-1084/2017 saylı qətnaməsindən iş üzrə maraqlı şəxs qismində çıxış edən "Azneft" İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 12.10.2017-ci il tarixli, 2(103)-9129/2017 saylı qətnaməsi ilə təmin olunmuş, Qaradağ rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(002)-1084/2017 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək onun "hüquqi əhəmiyyətli faktın müəyyən olunması" məzmunlu ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməsində göstərmişdir ki, peşə xəstəliyinə məruz qalmağının araşdırılması üçün məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə o, Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etməli, həmin orqan müvafiq araşdırmanı həyata keçirməkdən və şəhadətnaməni verməkdən imtina etdikdə aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Bakı Apellyasiya Məhkəməsinin 12.10.2017-ci il tarixli, 2(103)-9129/2017 saylı qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 03 mart 2018-ci il tarixli, 2(102)-1604/18 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmışdır. Bundan sonra o, tutulduğu xəstəliyin peşə xəstəliyi kimi qeydə alınması və əlilliyinin peşə xəstəliyi ilə əlaqəli təyin olunması üçün rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. Lakin inzibati orqan onun müraciətinə hər hansı bir cavab vermədiyi üçün o, həmin orqana qarşı yuxarıda qeyd etdiyi tələbə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-1648/2021 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Qərardadın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, İddiaçı 05.05.2015-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçı əlilliyinin ümumi xəstəlik səbəbinin dəyişdirilərək peşə xəstəliyi kimi qeyd olunmasını cavabdeh inzibati orqandan tələb etsə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10-cu bəndində nəzərdə tutulmuş müvafiq sənədlərə (peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi ücün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin bas verməsini təsdiq edən akt və ya məhkəmənin qərarı, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlmlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd) malik deyildir. Belə olan halda Məhkəmə hesab etmişdir ki, İddiaçı inzibati orqana qanunvericilklə tələb olunan sənədləri təqdim etmədiyindən cavabdeh inzibati orqan tərəfindən onun hansı hüquqlarının pozulduğu və ya hüquqlarının pozulması ilə nəticələnən hər hansı hərəkətin edildiyi, vəzifənin yerinə yetirilmədiyi müəyyən olunmur. Məhkəmənin nəzərinə çatdırır ki, göstərilən sənədlərinin natamam olmasının səbəbi yuxarıda da qeyd etdiyi kimi işəgötürən SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən müvafiq göndərişin verilməməsidir. Göndərişin verilməsi ilə bağlı o, 16.12.2021-ci il tarixdə tutulduğu xəstəliyin peşə xəstəliyi kimi qeydə alınması və əlilliyinin peşə xəstəliyi ilə əlaqəli təyin olunması üçün rəsmi qaydada tibbi müayinədən keçməyi üçün göndərişin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin bugünədək cavabdeh onun müraciətinə hər hansı bir cavab verməmişdir. Göstərilənlərdən də məlum olur ki, onun "Azneft" İB müraciətindən 35 gündən artıq müddət keçsə də, "Azneft" İB müraciətilə bağlı ona hər hansı bir cavab verməmişdir. Buna görə də müvafiq göndərişin verilməsi vəzifəsinin işgötürən "Azneft" İstehsalat Birliyinin üzərinə qoyulması tələbi ilə Səbail rayon Məhkəməsində də iddia qaldırmışdı. Lakin Səbail rayon Məhkəməsinin 12.02.2020-ci il tarixli, 2(009)-730/2020 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş və izah olunmuşdur ki, qeyd olunan məsələ ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərdən məlum olur ki, iş üzrə cavabdeh SOCAR-ın "Azneft" İstehsalat Birliyi ona münasibətdə işəgötürən kimi hakimiyyət səlahiyyətlərini tətbiq edərək qanunla müəyyən olunmuş öhdəliyini yerinə yetirməkdən yayınır. Belə olan halda isə onunla işəgötürən arasında qeyd olunan mübahisə ilə əlaqədar yaranmış münasibətlər publik hüquq münasibətlərinə uyğun gəlir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır - 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. - 3.2-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı hüququ marağı, yəni çatmaq istədiyi məqsədi tutulduğu xəstəliyin peşə xəstəliyi kimi qeydə alınması və əlilliyinin peşə xəstəliyi ilə əlaqəli təyin olunması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X1 İnstitutuna (X4) tibbi müayinədən keçməyi üçün göndərişin işəgötürən, yəni SOCAR-ın Cavabdeh tərəfindən verilməsindən ibarətdir. SOCAR-ın Cavabdeh əmək müqaviləsi üzrə işəgötürən olmaqla inzibati orqan deyil və tərəflər arasında olan mübahisə inzibati hüquq münasibətləri ilə bağlı deyil, əmək münasibətlərində irəli gələn mübahisədir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh SOCAR-ın Cavabdeh arasında olan münasibətlər ümumi (publik) hüquq münasibətlərindən irəli gəlmədiyindən hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı pozulmuş hüquqlarının bərpasını mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Ona görə də İddiaçı oğlunun iddia tələbi inzibati icraat çərçivəsində mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin iddiaçıya mübahisənin mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququna malik olmasını izah edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6250/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6250/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver