Məhkəmə qərarları › İş №2-1(112)-6250/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6250/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6250/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “arayışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 852 «b» saylı bağ sahəsinə dair mülkiyyət hüququnun onun mərhum anası X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/353 saylı qərarına və Bakı şəhər X3 və İstismarı Birliyinin xx.xx.1991-ci il tarixli 83 saylı orderinə əsasən anası X6 83 № ВТК nəzdində Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 852 «b» saylı bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan bağ sahəsindən fasiləsiz olaraq istifadə edilir, orada həmişə əkin-biçinlə məşğul olur. Anası xx.xx.2016-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra həmin bağ sahəsindən istifadə edir, bağ sahəsinə sahiblik edir. Bağ sahəsinə bu gün mən faktiki sahiblik edir. Vərəsəliklə bağlı mən Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmişdir. Orada anasının vərəsəsi kimi tanınmışdır. Notariat Ofisi tərəfindən cavabdehə bağ sahəsinə (arayışın) çıxarışın verilməsi xahiş edilmiş, lakin cavabdeh imtina etmişdir. Tərəfindən də cavabdehdən bağ sahəsinə dair arayışın-çıxarışın verilməsi tələb olunmuş, lakin cavabdeh imtina etmişdir. İmtina məktubunda qeyd olunur ki, sözügedən torpaq sahəsi digər sahələrlə ümumi hasar daxilində yerləşir, bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir və bağ sahəsinin nömrəsi yerləşmə sxemində qeyd ounmamış və sair. Cavabdehin imtinası əsassız və qanunsuzdur, ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Vişnyovka-İİ bağlar massivində yerləşən 0,1185 ha torpaq sahəsindən ibarət olan 852 “b” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun iddiaçının mərhum anası X6 məxsus olması barədə arayışın onun qanun üzrə vərəsəsinə - iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı hüquq sahibi X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka bağlar massivində yerləşən “852b” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-ci il tarixdə, 852b saylı torpaq sahəsinə bölgü sxemi tərtib edilməsi barədə xx.xx.2023-cü il tarixdə və torpaq sahəsinin döngə nöqtələrinin yazılı formada təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının İdarəyə müvafiq iddia tələbi ilə bağlı müraciəti ilə bağlı İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Daha sonra bölgü sxemi tərtib edilməsi və torpaq sahəsinin döngə nöqtələrinin yazılı formada təqdim edilməsi barədə iddiaçının müraciəti ilə bağlı İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə inventarlaşdırma işləri aparılan zaman məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin mişar daşı ilə hasarlanmış, darvazası yoxdur, giriş sərbəstdir və torpaq sahəsinin faktiki ölçüsü 0.1185 ha təşkil edir. Həmçinin bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir və bağ nömrəsi X2 dair yerləşmə sxemində qeyd olunmamışdır. Bundan əlavə, ərazidə hasarlanmanın sxematik xəritəyə uyğun aparılmaması və sxematik xəritədə qeyd olunan bağ nömrələrinin indekslərinin aydın müşahidə olunmaması səbəbindən torpaq sahəsinin sənəd üzrə yerləşməsini dəqiqliklə araşdırmaq mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə X9 ( ********** nömrəli, xx.xx.2019-cu il tarixdə) müraciəti qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-5147/2023 **********47 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir və bağ nömrəsi X2 dair yerləşmə sxemində qeyd olunmamışdır. Bundan əlavə, ərazidə hasarlanmənın sxematik xəritəyə uyğun aparılmaması və sxematik xəritədə qeyd olunan bağ nömrələrinin indekslərinin aydın müşahidə olunmaması səbəbindən torpaq sahəsinn sənəd üzrə yerləşməsini dəqiqliklə araşdırmaq mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5/20-2- 2-20/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 1 ünvanı 104 saylı mənzil-kommunal istismar sahəsinin balansındadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 9330/2024 **********30 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən 852b saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 33294/2024 **********94 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vahid elektron elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə bağ nömrələri aydın müşahidə olunmur. ВТК sxemində bağ nömrəsi aşkar olunmadı. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı, koordinatlar qeyd olunmuş sxem və sənəd surətləri təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10 ünvanlanmış **********57 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən “853b” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Torpaq sahəsinin nömrəsi X1 bölgü sxemində qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından qeyd olunan torpaq sahəsinin sənəd üzrə yerləşməsini təyin etmək mümkün olmamışdır (torpaq sahəsi istifadənizdə deyil). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 33294/2024 **********94 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vahid elektron elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə bağ nömrələri aydın müşahidə olunmur. ВТК sxemində bağ nömrəsi aşkar olunmadı. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar qeyd olunmuş sxem və sənəd surətləri təqdim edilmişdir. Bakı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 5/353 saylı xx.xx.1991-ci il tarixli qərarına əsasən X6 Vişnyovka–İİ bağ massivində 83 №-li BTK nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X3 və X7–İİ Bağlar Sahəsindəki 83 №-li Kooperativ tərəfindən təqdim edilmiş б/с nömrəli orderdən görünür ki, X6 Bakı Şəhər İcraiyyə Komitəsinin 22 aprel 1991-ci il tarixli 5/353 №-li qərarına əsasən Vişnyovka–İİ bağlar sahəsində 83 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 852 b №-li bağ ayrılmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, (ərizəçi X11) Vişnyovka-İİ bağ massivində 853b saylı (BTK- 83) bağa dair torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1200,0 kv.m, faktiki olaraq 1200,0 kv.m (ayrılmış sahə), 4212 kv.m-dir (ümumi sahə). 853 b savlı bas sahəsi kimi söstərilən sahə ümumi sahəsi 1200 kv.m olan hasar dixilindədir.Həmin sahədən 1200.0 kv.m -i 853 b saylı bağ sahəsi kimi 3 daş hündürlüyündə mişar daşı düzülərək ayrılıb. 853b kimi ayrılmış 1200,0 kv.m sahənin koordinatları:

1. X= 418012,8051 Y=4488157,8051 Z= 0,0000;

2. X= 417974,8810 Y=4488149,5203 Z= 0,0000;

3. X= 417968,7364 Y=4488196,7293 Z= 0,0000;

4. X= 417994,0835 Y=4488183,1789 Z= 0,0000;

5. X= 417998,5066 Y=4488180,0646 Z= 0,0000;

6. X= 418008,6438 Y=4488172,3592 Z= 0,0000. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Vişnyovka-İİ bağ massivində 852b saylı bağa dair torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki olaraq 0,1185 ha təşkil edir. Bağ sahəsinin sərhədləri 5 sıra mişar daşı ilə hasarlanmışdır. Darvaza yoxdur, giriş sərbəstdir. Tikili yoxdur. Vətəndaş öz yerini 5 mişar daşı ilə ayırmışdır. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Vişnyovka-İİ bağ massivində 852b saylı bağa dair torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki olaraq 0,1238 ha (38 kv.m artıq) təşkil edir. Bağ sahəsi qonşu bağlarla ümumi hasar daxilindədir. Ara sərhəd şərtidir. Qonşu bağlara dair sənəd təqdim olunmamışdır. Ümumi ərazinin sahəsi 4155 kv.m təşkil edir. Tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Vişnyovka-İİ bağ massivində 852b saylı bağa dair torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki olaraq 0,1185 ha təşkil edir. Bağ sahəsinin sərhədləri 5 sıra mişar daşı ilə hasarlanmışdır. Tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mərhum anasına verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının göstərdiyi torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X3 və X7–İİ Bağlar Sahəsindəki 83 №-li Kooperativ tərəfindən təqdim edilmiş б/с nömrəli orderdən görünür ki, X6 Bakı Şəhər İcraiyyə Komitəsinin 22 aprel 1991-ci il tarixli 5/353 №-li qərarına əsasən Vişnyovka–İİ bağlar sahəsində 83 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 852 b №-li bağ ayrılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli, sonuncu müayinə (baxış) aktından görünür ki, iddiaçının istifadəsində olan Vişnyovka-İİ bağ massivində 852b saylı bağa dair torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki olaraq 0,1185 ha təşkil edir. Bağ sahəsinin sərhədləri 5 sıra mişar daşı ilə hasarlanmışdır. Tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Lakin cavabdeh qurum tərəfindən təqdim edilmiş digər müayinə aktlarından aydın olur ki, üçüncü şəxs və iddiaçının istifadəsində olan müvafiq olaraq 853b və 852b saylı bağ sahələri əvvəlcə ümumi hasar daxilində yerləşmiş, sonradan hasarlama işləri düzgün aparılmışdır, hazırda torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Məhkəmə cavabdehin bu barədə dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçı üzərinə düşən sübutetmə yükünü icra etmiş, mülkiyyət hüququnun mərhum anasına məxsusluğuna dair arayışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Cavabdehin digər əsas dəlili ondan ibarətdir ki, ərazidə hasarlanmanın sxematik xəritəyə uyğun aparılmaması və sxematik xəritədə qeyd olunan bağ nömrələrinin indekslərinin aydın müşahidə olunmaması səbəbindən torpaq sahəsinin sənəd üzrə yerləşməsini dəqiqliklə araşdırmaq mümkün olmamışdır. Qeyd edilən məsələ “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz ölkəmizdə torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki (qeyd edilən səlahiyyətlər cavabdeh tərəfindən həyata keçirilməlidir): 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə mərhum X5 qanunla müəyyən edilmiş mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Vişnyovka-İİ bağlar massivində yerləşən, sahəsi 0,1185 ha olan 852 “b” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Vişnyovka-İİ bağlar massivində yerləşən, sahəsi 0,1185 ha olan 852 “b” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar