Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6250/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğvi və işə bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh idarənin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(ş/h)1461 saylı əmrinin ləğv edilməsi və işə bərpa edilməyi və cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ali təhsilli olmaqla, Moskva Dövlət Universitetinin Maliyyə-sənaye fakültəsinin məzunudur. xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Mühafizə İdarəsinə işləməyə dəvət olunmuş və cavabdehin xx.xx.2022-ci il tarixli BMİ-1872ş/h əmri əsasında arasında əmək müqaviləsi bağlanaraq Yasamal Rayon Mühafizə İdarəsinin Mülki Mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. 2023-cü ilin sentyabr ayında səhhətində baş vermiş xəstəlik səbəbindən əmək qabiliyyətini müvəqqəti itirdi. Bununla bağlı müvafiq sahə həkiminin təsdiq etdiyi, ilk dəfə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair sənədi cavabdehə təqdim etmişdir. Həmin sənədə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. Buna baxmayaraq, xəstəliyi ağırlaşaraq davam etmiş və üzrlü səbəbdən xx.xx.2023-cü il tarixdə işə başlaya bilməmişdir. Lakin bu üzrlü səbəblərə rəğmən cavabdeh tərəfindən əsassız şəkildə xx.xx.2023-cü il tarixli 3-13-17/Ə (ş/h)1461 saylı əmri ilə Azərbaycan Respublikasının ƏM-nin 70-cı maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad edilmişdir. İşdən azad olunduğu tarixədək sınaq müddəti daxilində çalışmışdır və sınaq müddəti bu tarixədək tamamlanmamışdı. Əgər qeyd etdiyi hal üzrə əmək və icra intizamını pozmuş hesab olunursa, Əmək Məcəlləsinin 186-cı maddəsində sadalanan intizam tənbehləri sırasından ilk olaraq daha yüngül tənbeh tədbiri seçilə bilərdi. Lakin cavabdeh idarənin vəzifəli şəxsi tərəfindən barəsində daha yüngül tənbeh tədbiri (töhmət, şiddətli töhmət və s.) seçilməkdən imtina edilərək birbaşa olaraq ən sərt intizam tənbehi seçilmişdir. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri ilə verilir. İşçi həmin əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İşdən azad edildikdən sonra cavabdeh ilə dəfələrlə əlaqə yaradılsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqqhesabını ödəməkdən boyun qaçırmış, nəhayət xx.xx.2024-cü il tarixdə gecikmə ilə əmək kitabçasıyla birgə poçt vasitəsilə təhvil verilmişdir. Cavabdeh tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə ƏMR-lə tanış olmamış və Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli idi. Məhkəmə tərəfindən sorğu edilərək bağlanmış əmək müqaviləsi, işdən azad edilməyi barədə əmrin araşdırılması zəruridir. Həmin əmək müqaviləsinin bir nüsxəsi işə götürüldüyü zaman ona təqdim edilməmişdir. Bu səbəbdən həmin müqavilə məhkəməyə təmin edilməlidir. Beləliklə, uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Gənc yaşında əmək fəaliyəti ilə məşğul olmaqdan məhrum edilmişdir. Belə ki, ƏM-nin müvafiq maddəsi əsasında əsassız olaraq işdən azad edildiyi üçün başqa müəssisələrdə də işə qəbul edilmir. Hazırda çıxılmaz vəziyyətdədir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh idarənin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə (ş/h)1461 saylı əmri ləğv edilməli və işə bərpa edilməlidir.
3. Cavabdeh iddiaıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “müraciətinizdə qeyd olunduğu kimi Sizə məxsus ******* nömrəli əmək kitabçası özünüzə təqdim olunması üçün Baş İdarənin 17 oktyabr 2023-cü il tarixli 3-13-17/2-19073/2023 məktubu ilə Bakı şəhəri Yasamal Rayon Mühafizə İdarəsinə göndərilmişdir. Son haqqhesabın ödənilməsi və əmrin surətinin alınması üçün sözügedən İdarəyə müraciət etməyiniz tövsiyə olunur.”
4. Məhkəmənın iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
II. İddianın mümkünlüyü
6. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
7. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı mümkün saymır:
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən:
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
11. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-i maddəsinə əsasən əmmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
12. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinin ləğv olunması barədə əmrin (sərəncam, qərar) ləğvi ilə əlaqədar mübahisələr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən həll edilə bilər. Belə olan halda, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır.
13. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, Cavabdehndə iddiaçının dövlət qulluğunda (o cümlədən dövlət qulluğunun xüsusi növü və s.) vəzifə tutması halı yox, onunla bağlanmış əmək müqaviləsinə əsasən yalnız əmək münasibətləri mövcud olmuşdur.
14. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (Bakı şəhəri Yasamal rayon məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.
15. Məhkəmə xüsusilə qeyd edir ki, iddia mümkünlük qaydalarına riayət edilmədən qaldırıldığından ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsi zəruri hesab edilməmişdir.
16. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İddia mümkün sayılmadığından iş üzrə inzibati məhkəmə icraatına cəlbetmə ilə bağlı iddia tələbinin vəsatət xarakterli ikinci hissəsinə münasibət bildirilməmişdir.
18. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva