Məhkəmə qərarları › İş №2-1(112)-6251/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6251/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6251/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bajı şəhərində qeydiyyatdadır), iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, 4 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X9 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və sahəsi 0,12 ha olan “364” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və sahəsi 0,12 ha olan “364” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşməklə sahəsi 0.12 ha olan “364” saylı bağ sahəsi 11 iyun 1990cı il tarixli 4505 saylı müqaviləyə əsasən iddiaçının anası X7 adına rəsmiləşdirilmişdir (göstərilən bağ sahəsi bundan xeyli əvvəl 0,25 ha-dan ibarət olmuş və onun 0,12 ha hissəsi xx.xx.1990-cı il tarixdə digər şəxsin adına keçirilmişdir). Anası X5 12 iyun 2012-ci il tarixdə vəfat etmişdir. Göstərilən bağ sahəsinə dair icarə müqaviləsinin təsdiq edilmiş surətinin verilməsi üçün iddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli müraciəti cavabdehin xx.xx.2020-ci il tarixli **********95 saylı məktubu ilə təmin edilmiş, habelə həmin məktubda yuxarıda göstərilən bağ sahəsi ilə bağlı ilkin və sonrakı rəsmiləşdirmələr üzrə arxiv sənədlərinin mövcud olduğu göstərilmişdir. Bundan sonra o, 3 saylı “ASAN Xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, ərizəsi əsasında V-507/2019 nömrəli vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən edilmiş, odur ki, həmin notarius tərəfindən cavabdehə 24 avqust 2020-ci il tarixli 841 nömrəli məktub ünvanlanaraq həmin vərəsəlik işi ilə əlaqədar göstərilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir. Göstərilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti isə cavabdehin xx.xx.2021-ci il tarixli **********70 saylı imtina məktubu ilə təmin edilməmişdir. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********70 saylı imtina məktubunda göstərilmişdir ki, “Bununla əlaqədar olaraq bildiririk ki,koordinatlarla göstərilən ərazi arxiv cizgisinə əsasən “364a” saylı bağın ərazisinə uyğun gəlir. Belə ki, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Bundan əlavə, təqdim olunan müqavilədə icarədarın adı "İzzət" kimi qeyd edilmişdir... Yuxarıda qeyd olunanları nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun” 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir”. Qeyd edir ki, bölgü sxemi ona təqdim edilməmişdir və cavabdehin xx.xx.2020ci il tarixli **********95 saylı məktubunda yuxarıda göstərilən bağ sahəsi ilə bağlı ilkin və sonrakı rəsmiləşdirmələr üzrə arxiv sənədlərinin mövcud olduğu göstərilmişdir ki, bu halın özü cavabdehdə bölgü sxeminin də olduğunu təsdiq edir. Digər tərəfdən, təqdim olunan müqavilədə icarədarın adının “İzzət" göstəriləməsi halı da məsələnin mahiyyətinə təsir etməməlidir. Belə ki, “İzzət Xanım" adı icarə müqaviləsində bilavasitə keçmiş X8 və İstismarı Birliyinin səlahiyyətli şəxsi tərəfindən “İzzət” kimi yazılmışdır. Odur ki, adın belə qeyd edilməsinə görə o, heç bir məsuliyyət daşımır. Ən nəhayət, cavabdeh öz imtinasının hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun 15-ci maddəsinə istinad etmişdir. Lakin hazırki iş üzrə həmin maddədə göstərilən hallar mövcud deyil. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, koordinatlarla göstərilən ərazi arxiv cizgisinə əsasən “364a” saylı bağın ərazisinə uyğun gəlir. Belə ki, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Bundan əlavə, təqdim olunan müqavilədə icarədarın adı “İzzət Xanım” deyil, “İzzət" kimi qeyd edilmişdir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********95 saylı məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X8 və İstismarı Birliyi ilə X23 (sənəddə olduğu kimi) qızı arasında bağlanılmış xx.xx.1959-cu il tarixli 4505 saylı müqavilə İdarənin arxivində mövcuddur. Sözügedən bağ sahəsinə dair müqavilə xx.xx.1965-ci il, xx.xx.1974-cu il, xx.xx.1989-cu il tarixlərdə yenilənmişdir və bu səbəbdən 1959-cu il tarixli 4505 saylı müqavilənin surətini vermək mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.25 ha olan 364 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X8 və istismarı Birliyi ilə Şahverdiyeva izzətxanım Qədir (sənəddə olduğu kimi) qızı arasında bağlanılmış xx.xx.1981-ci il tarixli 4505 saylı müqavilə İdarənin arxivində mövcuddur. İcarədarın notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən sözügedən bağ sahəsinin 0.12 ha hissəsi digər şəxsin adına keçmişdir və xx.xx.1990-cı il tarixdə müqavilə bsğlanılmışdır.Yerdəqalan 0.12 ha hissəsinə dair keçmiş X8 və İstismarı Birliyi ilə X17 (sənəddə olduğu kimi) qızı arasında xx.xx.1990-cı il tarixli 4505 saylı müqavilə bağlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********70 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, koordinatlarla göstərilən ərazi arxiv cizgisinə əsasən “364a” saylı bağın ərazisinə uyğun gəlir. Belə ki, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Bundan əlavə, təqdim olunan müqavilədə icarədarın adı “İzzət” kimi qeyd edilmişdir. 3 asylı “ASAN Xidmət” mərkəzinin notariat ofisinin notariusu Hüseynzadə K.N. Hüseynzadə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 841 nömrəli məktubuna əsasən, X1 xx.xx.2012-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında V-507/2019 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. AZ-İ 605270 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X5 12 iyun 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir. AZB 165058 nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. X5 onun anasıdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixli **********52 nömrəli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 364 və 364a saylı bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Pirşagı bağ massivində yerləşən 364 və 364 A saylı bağ sahələrinin arxiv govluqları təqdim edilmişdir. Bakı şəhər X12 icraiyyə komitəsi X8 və istismarı birliyinin 11 iyun 1990-cı il tarixli arayışına əsasən X3 qəsəbəsində yerləşən 364 saylı, sahəsi 0.25 ha olan bağ sahəsinin kürəkəni X13 verilməsini xahiş etmişdir. Bağın icarəyə verilməsi haqqında 11 iyun 1990-cı il tarixli 4505 nömrəli müqaviləyə əsasən, Bakı şəhər X12 İcraiyyə Komitəsi X8 və İstismarı Birliyi ilə X2 arasında Bakı şəhəri Pirşağı qəsəbəsində yerləşən 364 saylı sahəsi 0.12 ha olan bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanılmışdır. Bağın icarəyə verilməsi haqqında 11 iyun 1990-cı il tarixli 18928 nömrəli müqaviləyə əsasən, Bakı şəhər X12 İcraiyyə Komitəsi X8 və İstismarı Birliyi ilə X6 Bakı şəhəri Pirşağı qəsəbəsində yerləşən 364 A saylı sahəsi 0.12 ha olan bağ sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanılmışdır. ni, hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; İş materiallarına əlavə edilən sənədlərdən, o cümlədən Bakı şəhər X12 İcraiyyə Komitəsi X8 və İstismarı Birliyi tərəfindən bağ sahələrinə dair icarə müqavilələri əsasında müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 364 nömrəli bağ sahəsi iddiaçının anası X4 məxsus olmuşdur. 11 iyun 1990ci il tarixədək X1 yuxarıda göstərilən ünvanda qanuni istifadəsində olan 0,25 ha torpaq sahəsinin bir hissəsi İ.Q. Şahverduyevanın xahişi ilə kürəkəni N.M.Əliyevə ayrılmış və sahəsi 0,12 ha, nömrəsi 364 A olmaqla, bağ sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Sözügedən 364 nömrəli və 364 A nömrəli bağ sahələrinə dair icarə müqavilələri cavabdehin arxivində saxlanılmaqla hal-hazırda qüvvədədir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən arxiv sənədlərindən göründüyü kimi, iddiaçının mərhum anası X1 adı müxtəlif sənədlərdə fərqli olaraq qeyd edilmişdir: bəzi sənədlərdə İzzət bəzi sənədlərdə İzzət Xanım. Sənədlərdə mövcud olan bu yanlışlıq sənədlərin məhz X4 aid olması faktını təkzib etmir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; Nizamnamənin 3.1.9–cu bəndinə əsasən qanunla müəyyən edilmiş hallarda dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək Xidmətin vəzifələrinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1.hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2.torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi;10.2..4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Belə ki, sözügedən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçının anası X4 bağ sahəsinin ayrılması barədə icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarəsi ilə bağlanılmış icarə müqaviləsi qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mərhum atasına qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, bu haqda arayışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və sahəsi 0,12 ha olan “364” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan “364” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar