Məhkəmə qərarları › İş №2-1(112)-6253/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6253/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6253/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmuş vəsaitin geri qaytarılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1980-ci ilin avqust ayından 1991-ci ilin 18 oktyabrına qədər partiya orqanlarında işlədiyi müddətləri dövlət qulluğu stajı götürülməklə onun pensiyası yenidən, qeyd olunan qanunlara əsasən 60% hesablanması barədə, 2022-ci ilin dekabr ayından bu günə kimi onun pensiyasından tutulmuş vəsaitin verilməsi, iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə təzminat verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1950-ci il təvəllüdlü, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib təyinatla Bakı Radio zavodunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır, 1977-ci ildə zavodun ən yaxşı səmərələşdiricisi və ixtiraçısı kimi Moskva şəhərində keçirilən Gənclərin X1 olmuşdur, sonralar: 1980-82-ci illər Bakı Radio zavodunda azad partiya komitə katibi vəzifəsinə seçilmişdir, 1982-84-cü illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur, 1984-85-ci illərdə Azərbaycan Kommunist Partiyası Xətai Rayon Partiya Komitəsində təlimatçı, 1985-1991-ci ilin oktyabr ayının 18-ə kimi V.İ. Lenin adına (indiki H.Z. Tağıyev) Toxyculuq kombinatınin azad partiya komitə katibi işləmişdir. Partiya sistemində çalışdığı iş stajı, nədənsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın təsdiq edilməsi barədə” 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanın 1 -ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısi”na salınmamışdır. Lakin 4 aprel 2017-ci il tarixli 121 nömrəli Nazirlər Kabinetinin qərarəna əsasən yuxarıda adı çəkilən “Siyahı”ya dəyişiklik edilməsindən sonra Azərbaycan Kommunist Partiyası rayon (şəhər) komitələrindən əmək haqqı almış azad partiya komitə katiblərinin vəzifələri göstərilən “Siyahı”ya salınmışdır. Bu səbəbdən, 2017-ci ilin may ayından dövlət qulluqçusu statusunda yenidən pensiya hesablanarkən qeyri dəqiqliyə yol verilmişdir. Belə ki, “AR Qanunları Döblət qulluqçularının pensiya təminatı haqqında AR Qanununun” 6.1.2 maddəsinə uyğun, yəni 5 ildən 10 ilə qədər dövlət qulluğuna əsasən (5 il 45%, 5 ildə yuxarı illər üçün hər ilə 2% əlavə olunmaqla) mənə 57%-lə pensiya hesablanmışdır. Əslində isə dövlət qulluğu stajı il iki ay olduğundan adı gedən Qanunun 6.1.3 maddəsinə əsasən hesablanmalı idi, yəni 10 ildən 15 ilə qədər 60% (10 il-55% və 10 ildən yuxarı hər il üçün 5% əlavə olunmaqla). Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əməkdaşları tərəfindən Konstitusiya, habelə Avropa Konvensiyasının müvafiq maddələrinə uyğun hüquqlarım pozulmuşdur. Filialın 6 oktyabr 2023-cü il tarixli 3-l7-1/2-N-232018/2-23 nömrəli məktubunda göstərilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 sentyabr tarixli 2- 1(102)-1227/2022 nömrəli Qərarına əsasən Filialın yox, onun onlara borcu olmuşdur. Qərardad göstərilən 9 il iki ay dövlət qulluğu stajı götürülürsə, bu müvafıq qərardan sonrakı illərə aid edilməlidir. Əgər həqiqətən qəbul edilmiş qərarlar həmin qərarlardan əvvəlki illərə də şamil edilərsə, onda yenidən hesablanmış dövlət qulluğu stajı 2013-cü ildən götürülməlidir. Digər tərəfdən Prezidentin göstərişinə əsasən bu və ya digər səbəbdə artıq hesablanmış pensiyalar 2020-ci ilə qədər olan dövrə maratoriya qoyulmuşdur və ya bunu edən günahkar sayılmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “2022-ci ilin dekabr ayından hal-hazıra qədər pensiyasından tutulmuş vəsaitin geri qaytarılması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 21,02.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müxtəlif yerlərə olan müraciətlərindən aydın olur ki, iddiaçının pensiyasının yenidən hesablanması iki konteksdə başa düşülməlidir: İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla ona təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması; Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1227/2022-ci il tarixli qərarı nəzərə alınaraq onun dövlət qulluğu stajında baş vermiş dəyişikliklərə münasibətdə pensiyasının yenidən hesablanması. Birinci məsələyə münasibətdə qeyd edək ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3343/2024 nömrəli inzibati iş həmin mübahisənin həll edilməsi ilə əlaqədardır. İkinci məsələ ilə əlaqədar inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-N- 5982/2023 nömrəli, eləcə də xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-29805/2023, xx.xx.2023-cü il tarixli, 3-17-1 /2-N-5982/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-297040/2023 nömrəli məktublarda iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması izah edilmiş, eləcə də artıq ödənilmiş məbləğin olması ilə bağlı məlumat verilərək onun razılığı ilə tutulmanın aparılmalı olduğu qeyd edilmişdir. İddiaçı cavabdeh orqan tərəfindən verilmiş cavabı məktublarından, yenidən hesablanma barədə qərarlardan narazı olduğundan Bakı inzibati Məhkəməsinə müraciət etmişdir, iddiaçının iddia ərizəsindən aydın olur ki, onun tələbi üç hissədən ibarətdir: Onun dövlət qulluğu stajı 09 il 01 ay deyil, 11 il 02 ay kimi qəbul edilərək, pensiyası yenidən hesablansın; 2022-ci il tarixdən iddiaçının pensiyasından tutulan məbləğ geri qaytarılsın; Maddi və mənəvi ziyana görə kompensasiya verilsin. Birinci məsələ üzrə iddiaçının dövlət qulluğu stajının müddətinə artıq Azərbaycan Respublikasının Ali Məhkəməsi qiymət vermişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2- 1 (102)-1227/2022 nömrəli qərarının nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: İddia qismən təmin edilir. İddiaçı işlədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Kommunist Partiyasının Xətai (Şaumyan) rayon Komitəsinin Bakı radio zavodunda partiya komitəsinin azad katibi və xx.xx.1984-cü il tarixdən xx.xx.1991- ci il tarixədək Kommunist partiyasının Xətai rayon Komitəsində təlimatçı, Azərbaycan Kommunist Partiyasının Xətai (Şaumyan) rayon Komitəsinin Təşkilat şöbəsinin instruktoru, V.İ.Lenin adma (indiki H.Z.Tağıyev adma) Toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifələri Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında “böyük məsləhətçi” vəzifəsinə uyğunlaşdırılaraq həmin dövrlərin iddiaçının dövlət qulluğu stajına, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Ali Partiya Məktəbində təhsil aldıq» illərin ümumi is stajına hesablanması, iddiaçıya xx.xx.2013-cü il tarixdən əmək pensiyası təyin edilməklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci maddəsinə uyğun olaraq müraciət edilən xx.xx.2018-ci ildən əvvəlki 3 (üç) il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilir. Qərarın nəticə hissəsində qeyd edilənlərə əsasən aydın olur ki, məhkəmə kollegiyası 1982-1984-cü illər iddiaçının Bakı Ali Partiya Məktəbində təhsil aldığı dövr yalnız ümumi staja daxil edilir. Həmin məsələ müvafiq qərarın 44-cü bəndində belə qeyd edilmişdir: İddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Ali Partiya Məktəbində təhsil aldığı dövrə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, dövlət qulluğu qanunvericiliyində və istinad olunan siyahıda partiya məktəbində təhsil müddətinin dövlət qulluğu stajına hesablanmasını təmin edən xüsusi norma olmadığından, həmin dövr iddiaçının ümumi iş stajına hesablanmalıdır. Beləliklə, həmin dövr istisna olmaqla Ali Məhkəmənin mövqeyi nəzərə alınaraq iddiaçının dövlət qulluğu stajı toplamda 09 il 01 ay 27 gün gün təşkil edir, iddiaçının iddia ərizəsində həmin dövrü mübahisələndirməsi, zənnimizcə, lüzumsuzdur, belə ki həmin məsələyə sonuncu instansiya hüquqi qiymət vermişdir. Bu xüsusda, cavabdeh orqan Ali Məhkəmənin inzibati kollegiyasının mövqeyini nəzərə alaraq iddiaçının pensiyasını yenidən hesablamışdır. Belə ki, 16 mart 2015-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 305,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 30,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 13,49 manat olmaqla orta aylıq əməkhaqqı 348,99 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 1 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (348,99 manat) 53 faizi-184,96 manat məbləğində hesablanmışdır. İkinci məsələ ilə bağlı isə bildiririk ki, yuxarıda qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6569,06 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 6632,03 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 62,97 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əməkhaqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 9 il 1 ay 27 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 30,28 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə iddiaçının vəzifə maaşı - 335,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 33,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 14,82 manat olmaqla orta aylıq əməkhaqqı 383,32 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (348,99 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqı (383,32 manat) arasındakı fərq məbləğinin (34,33 manat) 30,28 faizi-10,39 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (184,96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 195,35 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3516,30 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 4365,56 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 849,26 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 505,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 50,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 22,34 manat olmaqla orta aylıq əməkhaqqı 577,84 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (383,32 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əməkhaqqı (577,84 manat) arasındakı fərq məbləğinin (194,52 manat) 30,28 faizi-58,90 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (195,35 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 254,25 manat məbləğində hesablanmalı olduğu halda, 297,27 manat müəyyən edilməklə xx.xx.2019- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 1677,78 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 2590,01 manat artıq pul vəsaiti ödənilmişdir. Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 2590,01 manatdan 1041,29 manata (“Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin yanvar ayı üzrə hesablanmış 41,11 manat vəsaitin artıq ödənilmiş pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla) azaldılmışdır. Həmin artıq ödənilmiş qalıq 1041,29 manat pul vəsaitdən iddiaçıya ödənilməli olan ümumilikdə 280,58 (233,77+46,81) manat pul vəsaiti çıxılmaqla büdcəyə bərpa edilmişdir. Qalan 760,71 (1041,29-280,58) manat pul vəsaiti əmək pensiyasından cari ilin avqust ayından etibarən hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilir. 2022-ci ilin dekabr ayından etibarən iddiaçının əmək pensiyası 254,25 manat müəyyən edilmişdir. Bundan başqa iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. Üçüncü məsələyə münasibət ondan ibarətdir ki, cavabdeh orqan iddiaçıya nə mənəvi nə də maddi ziyan vurmuşdur. İddiaçının iddia ərizəsində qeyd edilənlərə baxsaq, o, ona pensiyanın yanlış hesablandığını bilirdi. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hesablama Qanunun müvafiq maddəsinin xx.xx.2017-ci il tarixədək olan redkasiyasındadır. Yəni iddiaçı ona artıq məbləğdə pensiya ödənərkən məbləğin artıq olduğunun fərqində idi. İddiaçıya dəfələrlə cavabdeh orqan tərəfindən məktub göndərilərək bu barədə xəbər verilsə də, iddiaçı hərəkətsizlik nümayiş etdirərək qanunsuz hərəkətini davam etdirmişdir. Nəticə etibarilə, iddiaçıya nə maddi nə də mənəvi ziyan dəymişdir. İddiaçı dair əmək kitabçasının surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-155038/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı dair məlumatlar tərəfindən xx.xx.2024-cü il 3-17-1/2-61876/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2- 79543/2024 nömrəli məktublarla təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-203254/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə vətəndaş İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, müraciət ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq 6 yanvar 2022-ci il tarixindən 303,42 manata, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 381,66 manata artırılıb. Eyni zamanda, ötən dövr üzrə ödənilməli olan 603,27 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində əmək pensiyası 424,41 manat məbləğində müəyyən edilib. Bundan başqa da cari il üzrə indeksləşdirilmə ilə əlaqədar yanvar ayı üçün 42,75 manat fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1 -1 -ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyası üzrə artıq ödənilmiş 760,71 manat pul vəsaitinin 1 fevral 2024- cü il tarixinə qalıq məbləği 538,71 manat təşkil edib. Həmin qalan 538,71 manat pul vəsaiti ümumilikdə hesablanmış 646,02 (603,27+42,75) manatdan çıxılmaqla büdcəyə bərpa edilib. Qalıq 107,31 (646,02-538,71) manat pul vəsaiti cari ilin fevral ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-N-232018/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli 2-1 (102)-1227/2022 nömrəli Qərarına əsasən əmək pensiyası 16 mart 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi hesablanıb. Aparılan hesablamalar nəticəsində pensiya 2022-ci ilin dekabr ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 254,25 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2590,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar 13 yanvar 2023-cü il tarixli 3-17-1/2-N-5982/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Maddi yardım üzrə 2022-ci il üçün 47,30 manat maddi yardım hesablanıb. Həmin pul vəsaiti cari ilin yanvar ayında əmək pensiyanızdan çıxılmaqla büdcəyə bərpa edilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən əmək pensiyanız 320,79 manat məbləğində müəyyən edilib. Sonradan təqdim edilən sənədlərə əsasən dövlət qulluğu stajı yenidən hesablanıb. Nəticədə 2023-cü ilin iyul ayında əmək pensiyanız yenidən hesablanaraq 320,78 manatdan 370,08 manata artırılıb, həmçinin pensiya üzrə ötən dövr üçün ödənilməli olan 233,77 manat pul vəsaiti hesablanıb. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün ödənilməli olan 46,81 manat pul vəsaiti müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 2590,01 manatdan 1041,29 manata “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin yanvar ayı üzrə hesablanmış 41,11 manat vəsaitin artıq ödənilmiş pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla azaldılıb. Həmin artıq ödənilmiş qalıq 1041,29 manat pul vəsaitdən ödənilməli olan ümumilikdə 280,58 (233,77+46,81) manat pul vəsaiti çıxılmaqla büdcəyə bərpa edilib. Qalan 760,71 (1041,29-280,58) manat pul vəsaiti əmək pensiyasından cari ilin avqust ayından etibarən hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-61876/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə vətəndaş İddiaçı pensiya işinə dair sənədlərin və onun Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilir. İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiyanın növü yaşa görə, pensiyaçı kateqoriyası dövlət qulluqçularının pensiya təyinatı, pensiya müddəti müddətsiz, əllə daxil edilmiş pensiya 381,66 manat, hüququn yaranma tarixi xx.xx.2013-cü il, aylıq pensiya məbləği 424,41 manatdır, 269,30 manat tutulma aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın **********5 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı 254,25 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 297,27 manat). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-1543/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı 381,66 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 370,08 manat). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-7-2141/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 254,25 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 297,27 manat). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-11887/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 293,32 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 320,79 manat). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-7-3402/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 254,25 manat pensiya məbləği hesablanmışdır (hazırkı pensiya məbləği 297,27 manat). Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış phş/3-N-2-2022-4420-15 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-ci bəndinə əsasən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət dövlət qujluğu stajına daxil edilir. Dövlət qulluqçusunun təhsil aldığı müddətin dövlət qulluğu stajına daxil edilməsi onun dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması halı ilə şərtləndirilmişdir. Qaydaların 10cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir. Tərəfindən əmək fəaliyyətini təsdiq edən sənəd kimi əmək kitabçası təqdim edilmədiyi üçün Bakı Ali Partiya Məktəbində təhsili aldığı 1982-1984-cü illərdə dövlət qulluğu vəzifənin və əmək haqqının saxlanılıb-saxlanılmamasını müəyyən etmək mümkün olmamışdır. 1982-1984-cü illərdə Bakı Ali Partiya məktəbində təhsil almağa göndərilərkən dövlət qulluğu vəzifəsi və əmək haqqı saxlanılmışdırsa, həmin məktəbdə təhsil aldığı müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. 1986 1987 1988 1989 1990 1991 Yanvar 234-00 234-00 234-00 240-00 323-00 323-00 Fevral 234-00 234-00 234-00 240-00 323-00 323-00 Mart 234-00 234-00 234-00 240-00 323-00 323-00 Aprel 234-00 234-00 234-00 240-00 323-00 323-00 May 234-00 234-00 234-00 240-00 323-00 323-00 İyun 234-00 234-00 479-00 240-00 323-00 383-00 --- İyul 234-00 234-00 421-00 640-00 763-00 Avqust 318-00 352-00 223-00 69-00 --- 35-00 Sentyab 167-00 123-00 234-00 240-00 323-00 219-00 rOktyabr 234-00 234-00 234-00 240-00 323-00 Noyabr 234-00 234-00 234-00 406-00 323-00 Dekabr 234-00 234-00 239-00 323-00 323-00 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi sənədlər arxivi tərəfindən təqdim edilmiş 196 saylı xx.xx.2017-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X9 saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı V.l.Lenin ad. tikiş kombinatı (sonralar BTTİB adlandırılmışdır) partiya komitəsinin katibi vəzifəsində işləyərkən, 1986 - cı ilin yanvar ayından 1991 - ci ilin sentyabr ayına olan dövr üçün yuxarıda göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl ilə). 1986 1987 1988 1989 1990 1991 Yanvar 234-00 234-00 234-00 240-00 323-00 323-00 Fevral 234-00 234-00 234-00 240-00 323-00 323-00 Mart 234-00 234-00 234-00 240-00 323-00 323-00 Aprel 234-00 234-00 234-00 240-00 323-00 323-00 May 234-00 234-00 234-00 240-00 323-00 323-00 İyun 234-00 234-00 479-00 240-00 323-00 383-00 İyul 234-00 234-00 421-00 640-00 763-00 Avqust 318-00 352-00 223-00 69-00 35-00 Sentyab 167-00 123-00 234-00 240-00 323-00 219-00 rOktyabr 234-00 234-00 234-00 240-00 323-00 Noyabr 234-00 234-00 234-00 406-00 323-00 Dekabr 234-00 234-00 239-00 323-00 323-00 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi sənədlər arxivi tərəfindən təqdim edilmiş 80 saylı xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X9 saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı V.İ.Lenin ad. tikiş kombinatı (sonralar BTTİB adlandırılmışdır) partiya komitəsinin katibi vəzifəsində işləyərkən, 1986 - cı ilin yanvar ayından 1991 - ci ilin sentyabr ayına olan dövr üçün yuxarıda göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl ilə). 1980 1981 1982 1983 1984 1985 Yanvar — 195-00 220-00 220-00 220-00 175-00 Fevral 195-00 220-00 220-00 220-00 200-00 Mart 220-00 220-00 220-00 220-00 200-00 Aprel 273-00 220-00 220-00 220-00 200-00 May 220-00 220-00 220-00 220-00 200-00 jyun. _ 220-00 220-00 220-00 220-00 200-00 İyul 427-00 220-00 440-00 220-00 241-00 Avqust 111-00 96-00 220-00 156-00 Sentyabr 195-00 220-00 220-00 220-00 105-00 200-00 Oktyabr 195-00 220-00 220-00 220-00 175-00 Noyabr 195-00 220-00 220-00 220-00 175-00 Dekabr 195-00 220-00 220-00 220-00 175-00 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi sənədlər arxivi tərəfindən təqdim edilmiş 27/056 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan maliyyə sənədlərinə əsasən müəyyən edilmişdir ki, Nurullayev X7 partiya komitəsinin katibi və Şaumyan (indiki Xətai) rayon partiya komitəsində təlimatçı vəzifələrində işləyərkən, Bakı Ali Partiya Məktəbində müdavim olarkən 1980-ci ilin avqust ayından 1985-ci ilin sentyabr ayına kimi yuxarıda göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl ilə). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia öhdəliyin icrası haqqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. X10 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X4rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasından xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2022-ci il tarixdə 73,61 manat, xx.xx.2023-cü il tarixdə 0 manat, xx.xx.2023-cü il tarixdə 0 manat və xx.xx.2023-cü il tarixdə 0 manat olmaqla cəmi 294,44 manat (iki yüz doxsan dörd manat qırx dörd qəpik) məbləğində pul tutulmuşdur. Cavabdeh tərəfindənxx.xx.2006-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2993.04 manat olduğu halda texniki səhv olaraq 3226.32 manat olaraq hesablandığı qeyd olunmuş və xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 588.92 manat artıq vermə aşkarlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə nəzərə alır ki, pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Belə olan halda, cavabdeh tərəfindən səhvə yol verilməsi nəticəsində müəyyən edilmiş artıq ödənilmə ilə əlaqədar 2022-ci ilin dekabr ayından birtərəfli qaydada, iddiaçı aparılmış inzibati icraata cəlb edilmədən, iddiaçının razılığı olmadan pensiyadan tutulmanın aparılması qanunsuz hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının əmək pensiyasından 2022-2024-cü illər ərzində tutulmuş vəsaitin qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulqoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia tələbi təmin edilməli, iddiaçının hüquqi marağıa uyğun olaraq onun əmək pensiyasından artıq ödəmənin tutulmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının əmək pensiyasından 2022-ci il dekabr ayından etibarən artıqödəmə kimi tutulmuş vəsaitin qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı əmək pensiyasından artıq ödəmənin tutulmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının əmək pensiyasından 2022-ci il dekabr ayından etibarən artıqödəmə kimi tutulmuş vəsaitin iddiaçıya qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar