Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6256/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon polis idarəsinə qarşı (X2, X4 və X1 üçüncü şəxslər olduğu) yaşayış sahəsindən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması barədə iddiası üzrə işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon polis idarəsinə qarşı X2, X4 və X1 Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 49/4B ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında 1983-cü ildə fərdi yaşayış evi inşa etmiş və həmin evdə ailəsi ilə birgə yaşamışdır. Həmin ünvana dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 1983-cü ildə iddiaçının adına texniki pasport verilmişdir. İddiaçı həmin evə yalnız ailə üzvlərini və qohumlarını qeydiyyata almışdır. Lakin evin sənədlərinin hazırlanması zamanı həmin ünvanda digər şəxslərin – xx.xx.1976-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2003-cü il təvəllüdlü X1 qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçı həmin şəxslərin qeydiyyata düşməsinə razılıq verməmiş, həmin şəxslərin iddiaçı ilə hər hansı əlaqəsi yoxdur, onlar iddiaçının evində heç bir zaman yaşamamışlar. İddiaçı onların qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciətinə cavabdeh tərəfindən baxılaraq müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmaqla, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2, X4 və X3 üçüncü şəxslər qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə və üçüncü şəxslərə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə, iddiaya etiraz edib bildirmişdir ki, onlara məxsus evin ünvanı iddiaçının evinin ünvanı ilə eynilik təşkil edir. Bu iki ev bir-biri ilə aralıda yerləşir və aralarında bir neçə ev var. Onların heç birinin Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 49/4B ünvanına mülkiyyət hüququnu təsdiq edən sənədi – çıxarışı yoxdur. İddiaçının iddiasının təmin olunaraq, onun və ailə üzvlərinin qeydiyyatdan çıxarılması onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, hər ikisi ayrı evdir, sənəddə ünvanların eyni qeyd edilməsi isə onların təqsiri deyildir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X2 məhkəmə iclasında iddia tələbinə etiraz edib, izahatında onlara məxsus evə dair mənzil-kommunal istismar sahəsi tərəfindən tərtib edilən texniki plandan başqa hər hansı sənədin olmadığını, onlara həmin ünvanın da məhz MKİS tərəfindən verildiyini, həmin ünvana polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən qeydiyyata alındıqlarını, hazırkı mübahisə ilə əlaqədar onlara başqa ünvanın verilməsi üçün müraciət etsələr də, müraciətlərinin nəticə vermədiyini bildirdi. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 49/4B nömrəli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən 1983-cü ildə Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 49/4B nömrəli evə dair İddiaçı Məmməd oğlunun adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmişdir. Texniki pasporta əsasən, qeyd edilən ev 1977-ci ildə tikilmişdir. Texniki pasportun təsdiq edilmiş surəti iddiaçının müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. - Xətai rayon MKTB-nin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən iş üzrə üçüncü şəxslərin yaşadıqları evə dair tərtib edilmiş planda qeyd edilən evin ünvanının ünvan 3 evdə X2 ilə övladları X4 və X1 yaşadıqları qeyd edilmişdir. - Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 49/4B ünvanında iddiaçı və onun ailə üzləri, həmçinin üçüncü şəxslər X2, X4 və X3 qeydiyyatdadırlar. - Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, X2, X4 və X3 xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 49/4B ünvanında qeydiyyatdadırlar. Onların qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən, həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. - Xətai rayon polis idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubda iddiaçının hazırkı tələblə bağlı müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 49/4B nömrəli fərdi yaşayış evi 1977-ci ildə tikilmiş, həmin evə dair Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən xx.xx.1983-cü il tarixli texniki pasport tərtib edilmiş, həmin texniki pasportun əsli, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinin arxivində saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Həmin məhəllədə iş üzrə üçüncü şəxslərin yaşadıqları ev isə 2013-cü ildə tikilmiş, qeyd olunan evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, üçüncü şəxs iddiaya etirazında həmin evin ünvanının da ünvan 4 ünvanın verilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim ediməmişdir, yalnız səlahiyyətli olmayan orqan (mənzilkommunal istismar sahəsi) tərəfindən tərtib edilmiş evin texniki planında iddia olunan ünvan, yəni “ünvan 5a isə qeyd olunan daşınmaz əmlakın etibarlı ünvanı müəyyən edilmir. Bununla belə üçüncü şəxslər 2015-ci ildə iddiaçıya məxsus evin ünvanına, ünvan 6ə olan təqdirdə məhkəmə hesab edir ki, üçüncü şəxslər faktiki olaraq iddiaçıya məxsus evin ünvanında deyil, öz evlərində yaşadıqlarından, onların iddiaçıya məxsus evin ünvanı üzrə qeydiyyata alınmalarının və həmin ünvanda qeydiyyatda qalmalarının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı iş üzrə üçüncü şəxslərin iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 49/4B nömrəli evdə qeydiyyatda olmaları müəyyən olunsa da, onların həmin evdə əmlak, o cümlədən istifadə hüquqlarının olmaması, həmçinin həmin şəxslərin qeyd olunan evdə yaşamadığı müəyyən olunmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun «şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması» adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55 saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli, X2, X4 və X1 ünvan 7 ünvanından qeydiyatdan çıxarılmaları Bakı şəhəri Xətai rayon polis idarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2003-cü il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 49/4B ünvanından qeydiyatdan çıxarılmaları Bakı şəhəri Xətai rayon polis idarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 11ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6256/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6256/2025
16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver