Məhkəmə qərarları › İş №2-1(112)-626/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-626/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-626/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zaqulba-Buzovna dəmir yolunun 34-cü km-də yerləşən 12,5 sot torpaq sahəsi Azərbaycan Dəmir Yolu İdarəsinin Yol Xidmətinin xx.xx.1983-cü il tarixli qərarı ilə iddiaçıya ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi istifadəsində olub və orada fərdi yaşayış evi inşa etmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində özünün adına qeydiyyata alınması barədə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixdə imtina məktubu göndərmişdir. İddiaçı inzibati orqanın cavabının həqiqəti əks etdirmədiyini və formal olduğunu düşünərək pozulmuş hüququnun bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İş üzrə məhkəmə iclasları təyin edilərək bu barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclaslarında iddiaçı iştirak etməmiş, iddiaçının nümayəndəsi isə son iclaslara gəlməmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən 5 fevral 1927-ci il tarixdə doğulmuş X2 8 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, mövcud qanunvericiliyə görə daşınmaz əmlaka hüquqların qeydiyyata alınmasını və bu barədə reyestrdən çıxarışın verilməsini hüququ olan şəxsin ərizəsinin (müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə) inzibati orqan kimi qeydiyyat orqanına təqdim olunması ilə şərtləndirilir və həmin orqanda aparılan inzibati icraat məhz hüququ olan şəxsin ərizəsi əsasında başlanır. Lakin nəzərə alınmalıdır ki, qanunvericilik daşınmaz əmlaka hüququ qeydiyyata alınmadığı halda, şəxs öldükdən sonra onun vərəsəsinin qeydiyyat orqanından daşınmaz əmlaka hüququ təsdiq edən çıxarış deyil, yalnız əmlaka mərhumun hüququnun olmasına dair arayışın alınması ilə bağlı müraciət etmək hüququnu verir, hansı ki, həmin arayış əsasında alınmış vərəsəlik sənədləri əsasında sonradan vərəsənin hüququ qeydiyyata alına və bu barədə reyestrdən çıxarış verilə bilər. Bu isə o deməkdir ki, daşınmaz əmlaka hüququn qeydiyyatı ilə bağlı qeydiyyat orqanına hüququ olan şəxsin vaxtilə etdiyi müraciətlə həmin şəxs öldükdən sonra onun vərəsəsinin müvafiq müraciəti eynilik təşkil edə bilməz, məzmunca fərqlidirlər. Ona görə də mərhumun vaxtilə qaldırdğı iddia ilə onun vərəsəsinin sonradan irəl sürə biləcəyi iddia da eyni ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə mərhum iddiaçı X1 qaldırdığı iddia üzrə barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Belə olan halda, məhkəmə hesab edir ki, MPM-in 261.0.7-ci maddəsinin tətbiqi İPM-lə müəyyən edilmiş prinsiplərə zidd olmadığından, həmin normaya və İPM-in 1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad elan olunduğu gündən 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2imli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar