Məhkəmə qərarları › İş №2-1(112)-6260/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6260/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6260/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci ildən güzəşt şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialımı üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. xx.xx.1985-ci ildə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) “Qaz-neft mədən” fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları ” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, xx.xx.1992-cu ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1992-cu ildə əmək fəaliyyətinə başlamış, aşağıda qeyd olunan müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. O, “Bulla” X8 İdarəsi üzrə xx.xx.1992-ci tarixdən xx.xx.1994-cü il tarixədək təmirçi çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-cü il tarixədək böyük mexanik, daxiliyanma mühərriklərinə xidmət üzrə böyük mexanik, xx.xx.1997-ci il tarixdən xx.xx.2001ci il tarixədək daxiliyanma mühərrikləri sexinin rəisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək daxiliyanma mühərriklərinə xidmət üzrə mexanik, “Bayıl Limanı” X5 İdarəsi üzrə 01.11 2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək daxiliyanma mühərrikləri təmir sahəsində mexanik, qazma briqadasında mexanik, X12 İdarəsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək 578 saylı DSÖ- də mexanik, X11 İdarəsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2013- cü il tarixədək 477 saylı buruqda mexanik, Qazmaservis və Logistika İdarəsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək daxiliyanma mühərriklərinə xidmət sexinin rəis müavini vəzifələrində işləmişdir. xx.xx.2014-cü il tarixdən hal-hazıradək “X9” trestində mexanika, buruq avadanlığı şöbəsində böyük mexanik vəsifəsində çalışır. xx.xx.2020-ci il tarixdə onun 52 yaşı tamam olmuşdur. Həmin tarixdə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan-pensiya təminatına imkan verdikdə Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndində (2) fəhlələr (a) yarımbəndində 1100000b—24125 kodu üzrə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1992-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR-ın “X9” trestinin xx.xx.2022-ci il tarixli SOCAR**********81200598X00032 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində daxiliyanma mühərrikləri sexinin rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirl&r Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş ‘‘Yeraltı islərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə apır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının işlədiyi daxiliyanma mühərrikləri sexi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə aid deyil. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (9 il 3 ay 25 gün (xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddianın qanunla müəyyən olunmuş vas həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İPM-nin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-6260/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş НЗ5369364 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1986-cİ il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş ЦB 852225 nömrəli, xx.xx.1992-ci il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Respublikası neft və kimya institutuna daxil olmuş və xx.xx.1992-ci ildə sənayə neftdə qaz mədənlərinin maşın və avadanlıqları ixtisasını bitirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2021-ci il tarixli, 61-825 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, Azərbaycan Neft və Kimya İnstitutu (indki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildiririk: İddiaçı 1985-ci ildə “Qaz-neft mədən” fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: № 02/838,xx.xx.1985-ci il). İddiaçı 1986-cı ildə əyani şöbənin İİ kursundan həqiqi hərbi xidmətə çağırılmışdır. (Əmr: №02/966, xx.xx.1986-cı il) və 1988-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna bərpa edilmişdir (Əmr: № 02/823,xx.xx.1988-ci il). İddiaçı 1992-ci ildə yuxanda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 02/756,xx.xx.1992-ci il). ЦB №852225 seriyalı diplom verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1992-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1992-də “Xəzərdəniznefteqaz” İB “Bulla” X8 İdarəsində beşinci dərəcəli təmir çilingəri işinə qəbul edilib, xx.xx.1994-cü ildə 1-ci dərəcəli DYH baş mexaniki vəzifəsinə köçürülüb, xx.xx.1994-də 12-ci dərəcəli DYH baş mexaniki vəzifəsi verilib, xx.xx.1997-də DYH sexinin rəisi vəzifəsinə keçirilib, xx.xx.2001-də əmək haqqının ödənilməsi ilə 13-cü dərəcəli DYH mexaniki keçirilib, xx.xx.2006-cı il tarixdə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə 759 saylı qazma briqadası 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə 578 saylı DSO-nə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib, xx.xx.2009-cu ildə işdən azad edilib, xx.xx.2009cu ildə X9 tresti X12 İdarəsində 578 saylı DSÖ-ə 12-ci dərəcəli mexanik (DYM üzrə) qəbul edilib, xx.xx.2012-ci ildə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2012-ci ildə X9 tresti X11 İdarəsində Qaradağ 477 saylı buruğa 12 dərəcli mexanik vəzifəsinə işə qəbul edilib, xx.xx.2013-cü ildə işdən azad edilib, xx.xx.2013-də Daxiliyanma mühərriklərinə xidmət sexinə müavin vəzifəsinə işə qəbul edilib, xx.xx.2014-də əmək müqaviləsi ləğv edilib, xx.xx.2014-də Mexanika buruq avadanlığı təmiri şöbəsinə 14-cü dərəcəli mexanik vəzifəsinə təyin edilib, xx.xx.2017-ci ildə böyük mexanik hesab edilib, xx.xx.2017-ci ildə Tarif ixtisas komissiyasının 15-ci dərəcə təyin edilmişdir. Hal-hazırda tutduğu vəzifəyə uyğun olaraq işləməkdə davam edir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “X9” trestinin xx.xx.2023-cü il tarixli, 14- 2-15/2-294/2023 nömrəli məktubu ilə göndərilmiş Güzəştli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən “X9” trestinin nəzdində olan çarələrdə aşağıda göstərilən peşə və vəzifələrdə işləmişdir: Bulla Dəniz X6 İdarəsi üzrə: xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək təmirçi çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək böyük mexanik, daxiliyanma mühərriklərinə xidmət üzrə cöyük mexanik, xx.xx.1997- ci il tarixdən xx.xx.2001-ci il tarixədək daxiliyanma mühərrikləri sexinin rəisi, xx.xx.2001- ci il tarixdən xx.xx.2006-cı il tarixədək daxiliyanma mühərriklərinə xidmət üzrə mexanik. X13 X6 idarəsi üzrə: xx.xx.2006-cı ildən xx.xx.2009-cı ilədək daxili yanma mühərrikləri təmir sahəsində mexanik,qazma oriqadasında mexanik işləmişdir. X12 İdarəsi üzrə: xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilə kimi 578 saylı DSÖ-də mexanik; X11 İdarəsi üzrə: xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə kimi 477 saylı buruqda mexanik; Qazmaservis və logistika İdarəsi üzrə: xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə kimi daxiliyanma mühərriklərinə xidmət sexinin rəis müavini vəzifəsində işləmişdir. Azneft İB-nin 408 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən Bulla DKQİİ -si qazma sexi kimi Bayıl Limanı DKQİİ - nin tərkibinə verilmişdir. ARDNŞ - nin 51 saylı xx.xx.2007-ci il tarixli və 60 saylı xx.xx.2007-ci il tarixli əmri ilə “X9” tresti yaradılmışdır. X9 trestinin 82 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən Xəzər DKQİİ qazma sexi kimi xx.xx.2012-ci il tarixdən Sahil Qİİ-nin tərkibinə verilmişdir. “X9” trestinin xx.xx.2013-cü il tarixli 177 saylı əmrinə əsasən X12 idarəsi ləğv edilmişdir. “X9” tresti üzrə: xx.xx.2014-cü ildən hal-hazıradək “X9” tresti, Mexanika, buruq avadanlığı təmiri şöbəsində böyük mexanik vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına (X.l.Qazma 1100000a - 18497; 1100000b-23485-24125) uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən zərərli və ağır olan işlərdə çalışdığı üçün güzəştli əmək stajı 16 il 5 aydır. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “X9” trestinin xx.xx.2023-cü il tarixli, 14- 2-15/2-614/2023 nömrəli məktubu ilə göndərilmiş iş stajı haqqında Arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən “Bulla” X8 İdarəsində, “Bayıl Limanı” X8 İdarəsində, “Sahil” Qazma İşləri İdarəsində, “Abşeron“ Qazma İşləri İdarəsində, Qazmaservis və Logistika İdarəsində işləmişdir. Azneft" İstehsalat Birliyinin 09 noyabr 2006-cı il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq, “Bulla" X8 İdarəsi qazma sexi kimi “Bayıl Limam” X8 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X9" tresti yaradılmışdır, “Bayıl Limam" X8 İdarəsi və “Abşeron“ Qazma İşləri İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limam” DKQİnin adı dəyişdirilərək “Xəzər” X8 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X9" trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X8 İdarəsi ləğv edilib və onun arxivi “Sahil" Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X9” trestinin "Sahil“ Qazma İşləri İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümü kimi, “Abşeron“ Qazma İşləri İdarəsi ləğv olunaraq "Abşeron" İstehsalat bölümü kimi, "Qazmaservis və Logistika” İdarəsi ləğv olunaraq "Logistika" bölümü kimi fəaliyyət göstərmişdirlər. "X9“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümləri hal-hazırda “Sahil” İstehsalat bölümü kimi, “Siyəzən”, "Qaradağ- Qalmaz”, ’’Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi, “Logistika” və "Tamponaj” istehsalat bölümləri hal-hazırda “Qazmaservis” İstehsalat bölümü kimi fəaliyyət göstərirlər. İddiaçının işlədiyi tarix və vəzifələrin adları: “Bulla” X8 İdarəsində xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək mexaniki sexə 5-ci dərəcəli təmirçi çilingər peşəsinə işə qəbul edilib (Əmr № 82/ş, xx.xx.1992-ci il), xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Daxili yanma mühərrikləri sexinə 1-ci kateqoriyalı böyük mexanik vəzifəsinə keçirilib (Əmr № 88/k, xx.xx.1994-cü il), xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək Daxili yanma mühərrikləri sexinə 12-ci dərəcəli böyük mexanik vəzifəsinə keçirilib (Əmr № 130/k, xx.xx.1994-cü il), xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək Daxili yanma mühərrikləri sexinə 13-cü dərəcəli sex rəisi vəzifəsinə keçirilib (Əmr № 15/k, xx.xx.1997-ci il), xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Daxili yanma mühərrikləri sexinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə keçirilib (Əmr № 22/k, xx.xx.2000-ci il), xx.xx.2001-ci ildən xx.xx.2006-ci ilədək Daxili yanma mühərrikləri sexinə 12-ci dərəcəli böyük mexanik vəzifəsinə keçirilib (Əmr № 26/k, xx.xx.2001-ci il), “Bayıl Limanı” DKQİ-nin “Bulla” Qazma Sexində 01.11 2006-ci ildən xx.xx.2006-cı ildən Daxili yanma mühərrikləri sexinə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib (Əmr № 101/k, xx.xx.2006-cı il), xx.xx.2006-ci idən xx.xx.2008-ci ilədək 759 saylı buruğa 12-ci dərəcəli daxili yanma mühərriklərinə xidmət edən mexanik vəzifəsinə keçirilib (Əmr № 115/ş, xx.xx.2006-cı il), xx.xx.2008-ci ildən xx.xx.2009-ci ilədək 759 saylı buruğa 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib (Əmr №218, xx.xx.2008-ci il) xx.xx.2009-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib (Əmr № 354/k, xx.xx.2009-cu il), xx.xx.2009-cu ildən 16.11 2012-ci ilədək “Sahil” Qazma İşləri İdarəsi 578 saylı X3 12-ci dərəcəli daxili yanma mühərrikləri üzrə mexanik vəzifəsinə işə qəbul edilib (Əmr № 05/k, xx.xx.2009-cu il), xx.xx.2012-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib (Əmr № 738/k, xx.xx.2012-ci il), xx.xx.2012-ci ildən xx.xx.2013-ci ilədək “Abşeron” Qazma İşləri İdarəsi Qaradağ 477 saylı buruğa 12-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul edilib (Əmr № 510/k, xx.xx.2012-ci il), xx.xx.2013-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib (Əmr № 48/k, xx.xx.2013cü il), xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək Qazmaservis və Loqistika İdarəsi Daxili yanma mühərrikləri sexinin rəis müavini vəzifəsinə işə qəbul edilib (Əmr № 03/k, xx.xx.2013cü il), xx.xx.2014-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilib (Əmr № 55/k, xx.xx.2014-cü il) Bu müddətdə iş stajı: 21 il, 05 ay. Güzəştli iş stajı: 14 il, 01 ay, 28 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-18559-kodu ilə bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər peşəsi, 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər vəzifəsi, 14 il, 01 ay, 28 gün güzəştli iş stajı təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “X9” trestinin xx.xx.2023-cü il tarixli, 14- 2-15/2-O-1-42/2023-217 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək istehsalat sahələri dənizdə yerləşən “Sahil” Qazma İşləri İdarəsinin “Daxili yanma mühərrikləri sexi”ndə işlədiyi sex rəisi vəzifəsinin əsas funksiyaları Nazirlər Kabinetinin 320 saylı qərarının 1100000b-24125 saylı kodu ilə quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsinə uyğun gəlir. Quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri, qüllə quraşdırılması və quyuların sınaqdan keçirilməsi ilə birbaşa bağlıdır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********0 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişiləıin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlənə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin.sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısr’nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndində (2) fəhlələr (a) yarımbəndində 1100000b—24125 kodu üzrə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 4 noyabr 1992-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda və SOCAR-ın “X9" trestinin sizə dair xx.xx.2022-ci il tarixli SOCAR**********81200598X00032 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində daxiliyanma mühərrikləri sexinin rəisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz daxiliyanma mühərrikləri sexi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə aid deyil. Bu səbəbdən də sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 10 ildən az (9 il 3 ay 25 gün (xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1968-ci il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.2020-ci ildə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçının yuxarıda qeyd olunan diplom, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1986-cı ildən xx.xx.1988-ci il tarixədək hərbi xidmət dövrü 01 il 10 ay 04 gün, xx.xx.1985-ci ildən xx.xx.1986-cı il tarixədək 10 ay 20 gün və xx.xx.1988-ci ildən xx.xx.1992ci ilədək 04 il 10 gün ali təhsil dövrü (hərbi xidmət dövrü ilə üst-üstə düşməyən dövr), xx.xx.1992- xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü 13 il 03 ay 29 gün olmaqla cəmi 20 il 01 ay 03 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajına gəlincə məhkəmə aşağıdkıları qeyd edir. İddiaçının “Bulla” X8 İdarəsində xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək mexaniki sexə 5-ci dərəcəli təmirçi çilingər peşəsində işlədiyi dövrü işəgötürən təqdim etdiyi güzəştli arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda müvafiq olaraq 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 11000000 1. Qazma:1100000a a) fəhlələr bəndində 1100000a— 18559 koduna- bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Daxili yanma mühərrikləri sexində 1-ci kateqoriyalı böyük mexanik, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək Daxili yanma mühərrikləri sexində 12-ci dərəcəli böyük mexanik vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək Daxili yanma mühərrikləri sexində 12-ci dərəcəli böyük mexanik vəzifəsində işlədiyi dövrü 1 nömrəli Siyahının 1100000b b) Rəhbərlər və mütəxəssislər bəndində-1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə uyğunlaşdırmışdır. Cavabdeh iddiaçının bəhs edilən xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərin güzəştli iş stajı olmasını qəbul edir. Cavabdeh orqanın mübahisələndirdiyi dövr onun xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “Sahil” Qazma İşləri İdarəsinin “Daxili yanma mühərrikləri sexi”ndə işlədiyi sex rəisi vəzifəsində işlədiyi dövrdür. Cavabdehin imtina əsası odur ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş ‘‘Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının işlədiyi daxiliyanma mühərrikləri sexi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə aid deyil. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, qeyd edildiyi kimi iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək Daxili yanma mühərrikləri sexində 13-cü dərəcəli sex rəisi, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Daxili yanma mühərrikləri sexində 14-cü dərəcəli sex rəisi vəzifəsində yerinə yetirdiyi əmək funksiyası quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsinə uyğun gəlir. Məhkəmə sorğusuna cavab olaraq işəgötürənin verdiyi cavabda iddiaçının həmin vəzifədə əsas işinin dənizdə yerləşən quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri, qüllə quraşdırılması və quyuların sınaqdan keçirilməsi ilə birbaşa bağlı olduğu qeyd edilmişdir. X9 Trestinin məhkəmə sorğusuna cavab olaraq həmin peşənin vəzifə təlimatı məhkəməyə təqdim edilmiş və həmin “Daxili yanma mühərriklərinə xidmət sexinin rəisi”nin vəzifə funksiyaları arasında həm də avadanlıqların keyfiyyətlə və vaxtında təmir olunmasını təşkil etmək, quyuların qazılması zamanı (mənimsənilməsi) qazma briqadalarına verilmiş avadanlıqların fasiləsiz işinə və düzgün istimar olunmasına nəzarəti həyata keçirmək (1.9), quraşdırılan buruqların X2 vaxtında komplektləşdirilməsini, lazımi avadanlıqların komplektini qüvvədə olan norma və qaydalara müvafiq olaraq sınaqdan çıxarılmaqla işəsalma, sazlama işlərinin aparılmasını təşkil etmək (1.11) və s. olduğu sadalanmışdır. Beləliklə, iddiaçının Daxili yanma mühərrikləri sexində işlədiyi sex rəisi vəzifəsi 1 nömrəli Siyahının 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 1100000b b) Rəhbərlər və mütəxəssislər bəndində 1100000b—24125 quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri koduna uyğun olduğu müəyyən olunur. Cavabdehin həmin vəzifəni eyni kodlu lakin bölməsi fərqli olan-11000000 2. Neft-qaz və qaz kondensatının hasilatı bölməsində 1100000b b) rəhbərlər və mütəxəssislər bəndində 1100000b—24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri koduna uyğun gəlməməsinə istinad edib həmin peşə ilə bağlı uyğunsuzluğu əsaslandırmağa çalışması əsaslı olmamışdır. İddiaçının qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək dövr üzrə: xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək və xx.xx.2001-xx.xx.2006-cı ilədək işlədiyi vəzifələr güzəştli pensiya təyinatına əsas verir və iddiaçının həmin vəzifələrdə güzəştli stajı cəmi 13 il 04 ay 02 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar