Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6262/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiyanın dayanadırıldığı tarixdən bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzinin hərəkətləri qanunsuz sayılması, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1959-cu ildə Hacıqabul rayonunda anadan olub. Əmək fəaliyyətinə 1980-ci ildə "xxxx" QSC-də kran-maşinist köməkçisi vəzifəsində işləməyə başlayıb. xx.xx.1985-xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.2010-cu illərdə motorli-rels nəqliyyatı, maşın və mexanizmlərin emalatxanasında kran maşinisti vəzifəsində işləyib. 2016-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilmişdir. 2023-cü ilin noyabr ona verilən pensiya əsassız olaraq dayandırılmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə idarəyə müraciət etsə də, AR ƏƏSMN-nin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi xx.xx.2022-ci il tarixli məktubuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsindən imtina edilmişdir. İmtina məktubunda buna səbəb kimi göstərilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzinin hərəkətləri qanunsuz sayılmalı, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzinin üzərinə qoyulmalıdır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 dekabr 2022- ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006- cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.1985-xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, işlədiyi kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən, sizə xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 21080,74 manat artıq pul vəsaitinin ödənildiyi Fondun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilərək göstərilən vəsaitin büdcəyə bərpa edilməsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılıb. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir
4. "xxxx" QSC tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşədə (vəzifədə) qeyd edilən tarixlər arasındakı dövr ərzində işləmişdir.
9. Vəzifəyə təyin edilmə (başqa işə keçirilmə) 10. Vəzif 12. İşdən barədə ədən azad azad
7. Çalışdığı 11. İşə
5. Sıra 8. Vəzifə (peşənin) əmrin tarixi edilməyə olunduğu struktur başladığı
6. №-si adı və nömrəsi dair əmrin (başqa işə vahidi tarix tarixi və keçirildiyi) nömrəsi tarix
Biləcəri yol xx.xx.1993 xx.xx.1996
1. distansiyası yol montyoru 374/k 1061 xx.xx.1993 xx.xx.1996
İşlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı 3 il 2 ay 25 gün təşkil edir. İşlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasına uyğundur. Məlumat üçün bildirilmişdir ki, Biləcəri yol distansiyası magistral dəmir yolları üzrə xidmət göstərmişdir.
13. "xxxx" QSC tərəfindən təqdim edilmiş İddiaçı əmək fəaliyyəti barədə çıxarışa əsasən, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasının arxiv sənədlərindən çıxarışına əsasən İddiaçı həqiqətən 1996-ci ildən 2010-cu il daxil olmaqla zərərli iş şəraitinə gorə 12 faiz miqdarında əlavə əməkhaqqı almışdır (Əsası: Fond 99, siyahı L/5, əməkhaqqı cədvəlləri).
14. İddiaçının pensiya işində olan "xxxx" QSC (İnfrastruktur Departamenti Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası) tərəfindən verilmiş eyni məzmunlu xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tairxli (güzəştli) arayışa əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci ildən xx.xx.1993-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" QSC-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası həssaslıq, zehni gərginliklə bağlı olan şəraitdə dəmir yolu hərəkəti qaldırıcı KDE markalı kran maşinisti peşəsində çalışıb. İşçiyə işlədiyi müddət ərzində əmək şəraitinə görə əlavə 11 təqvim günü məzuniyyət və 12% həcmində əlavə əmək haqqı verilib. xx.xx.1985- Dəmir yolu kran 8 il 2 ay 10 gün 21.4 bənd xx.xx.1993 maşinisti “Dəmiryol nəqliyyatı” “Dəmiryol xətləri hərəkətində kranların maşinistləri və maşinist köməkçiləri” xx.xx.1996- Dəmir yolu kran 13 il 11 ay 23 gün 21.4 bənd xx.xx.2010 maşinisti “Dəmiryol nəqliyyatı” “Dəmiryol xətləri hərəkətində kranların maşinistləri və maşinist köməkçiləri” Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə ümumi əmək stajı 22 il 2 ay 3 gündür. Azərbaycan Respublikasının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Arayış yol emalatxanasının rəisi, kadrlar üzrə köməkçi, həmkarlar ittifaqının sədri və əməyin normalaşdırılması üzrə mühəndis tərəfindən imzalanmışdır.
15. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən bildirilmişdir ki, İddiaçı ADYnin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında çalışdığı dəmir yolu kran maşinisti peşəsi üzrə vəzifə təlimatı aşağıda qeyd edilənlərdən ibarətdir: Vəzifə borcu: Yükgötürmə qabiliyyəti 60 tondan yuxarı olan müxtəlif yük tutan vasitələrlə təchiz edilən və uzunluğu 6 metrdən artıq olan yüksək ehtiyatlılıq tələb edən yüklərin yüklənib boşaldılması, yerdəyişməsi və nəql etdirilməsi, eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların, ştapel və seksiyalı məmulatların, aqreqatların, birləşmələrin, maşın və mexanizmlərin yığılması və sökülməsi, hazır məhsulların, yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin quraşdırılması, kranın bütün mexanizmlərinin, metal konstruksiyanın, digər hissələrinin sazlığının yoxlanılması, ilməkçi ilə birlikdə yük tutan vasitələrin, burazların sazlığının yoxlanılması, ilməkçinin vəsiqəsinin olmasına nəzarət olunması və krana düzgün xidmət edilməsi. Kranın avadanlığının və mexanizmlərinin səliqəli və saz vəziyyətdə saxlanılması, bütün mexanizmlərin və burazların yağlanması. Bilməlidir: Kran və mexanizmlərin quruluşunu, kinematik və elektrik sxemlərini; xidmət edilən istehsalat sahələrinin yerləşməsini, elektrotexnika və çilingər işini, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizənin qayda və normalarını. İşlərin təhlükəsizlik təlimatını, dəmir yoluna aid işarəvermə, hərəkət və manevr işi təlimatlarını, öz vəzifəsi çərçivəsində texniki istismar qaydalarını, həkim gələnə qədər ilk tibbi yardımın göstərilməsi qaydalarını. Bununla yanaşı bildirilmişdir ki, İddiaçı ADY-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında çalışdığı dəmir yolu kran maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyqun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyqun olaraq dayandırılır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-cı il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.1985-xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı S.Hacıyevin işlədiyi kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyqunsuzluğa baxmayaraq, S.Hacıyevə xx.xx.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmiş və qanunvericiliyə uyğun olaraq əmək pensiyasının ödənilməsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərara əsasən vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş; adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi və artıq ödənilmiş pensiyanın dövlət bərpa edilməsi üçün tədbirlər görülməsi qərar alınmışdır.
6. Artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında məhkəmə iddiası yoxdur.
7. Məhkəmənin hüquqi yardımına uyğun olaraq iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi pensiyanın dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və Dövlət Sosial Müdafə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfidnən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş **********2 nömrəli qərarın ləğv edilməsi kimi dəyişdirilmişdir.
8. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi.
9. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
16. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
17. İddianın növü mübahisələndirmə haqqında iddiadır.
18. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü ildə təqdim edilmişdir.
19. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
20. İddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsinə uyğun olaraq olaraq xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş və xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2017-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
22. İddiaçının Biləcəri yol distansiyasında xx.xx.1993-xx.xx.1996-cı illərdə işlədiyi yol montyoru peşəsinin əmək şəraiti zərərli və ağır iş hesab edilməsi mübahisələndirilmir.
23. Cavabdeh xx.xx.1985-xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində iddiaçının "xxxx" QSC-nin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsində işlədiyi işlədiyi dövrün güzəştli şərtlərlə pensiya hüququ verdiyini mübahisələndirir.
24. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
25. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərkən iş yeri tərəfindən verilmiş arayışda yerinə yetirdiyi işlərin əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası həssaslıq, zehni gərginliklə bağlı şəraitdə dəmir yolu hərəkətli qaldırıcı kran maşinisti peşəsində çalışdığı və işlədiyi müddətdə əmək şəraitinə görə əlavə 11 təqvim günü məzuniyyət və 12% həcmində əlavə əmək haqqı aldığı qeyd edilməklə həmin arayış birbaşa tabe olduğu istehsalatın rəhbəri, kadrlar üzrə mütəxəssis və həmkarlar ittifaqı kpmitəsinin sədri, eləcə də əməyin normalaşması üzrə mühəndis tərəfindən təsdiq edilmişdir.
26. Əmək Məcəlləsindən: Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri
1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
27. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ADY-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında çalışdığı dəmir yolu kran maşinisti peşəsi üzrə vəzifə borcu yükgötürmə qabiliyyəti 60 tondan yuxarı olan müxtəlif yük tutan vasitələrlə təchiz edilən və uzunluğu 6 metrdən artıq olan yüksək ehtiyatlılıq tələb edən yüklərin yüklənib boşaldılması, yerdəyişməsi və nəql etdirilməsi, eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların, ştapel və seksiyalı məmulatların, aqreqatların, birləşmələrin, maşın və mexanizmlərin yığılması və sökülməsi, hazır məhsulların, yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin quraşdırılması, kranın bütün mexanizmlərinin, metal konstruksiyanın, digər hissələrinin sazlığının yoxlanılması, ilməkçi ilə birlikdə yük tutan vasitələrin, burazların sazlığının yoxlanılması, ilməkçinin vəsiqəsinin olmasına nəzarət olunması və krana düzgün xidmət edilməsi olmaqla kran və mexanizmlərin quruluşunu, kinematik və elektrik sxemlərini; xidmət edilən istehsalat sahələrinin yerləşməsini, elektrotexnika və çilingər işini, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizənin qayda və normalarını, işlərin təhlükəsizlik təlimatını, dəmir yoluna aid işarəvermə, hərəkət və manevr işi təlimatlarını, öz vəzifəsi çərçivəsində texniki istismar qaydalarını bilməlidir.
28. Odur ki, cavabdeh Nazirlər Kabinetinin müvafiq qərarında Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri vəzifəsinin motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında kran maşinisti vəzifəsindən nə ilə fərqləndiyini əsaslandırmadan və vaxtilə işəgötürən tərəfindən təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almamasının səbəbini izah etmədən iddiaçının işlədiyi kran maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vermədiyi qənaətinə gəlmişdir. Halbuki hər ikisinin iş mexanizmi oxşardır və iddiaçıya əmək qanunvericiliyinə uyğun olaraq işlədiyi müddətdə əmək şəraiti zərərli və ağır işlərdə işlərdə işlədiyinə əlavə əmək məzuniyyəti verilmişdir.
29. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
30. Odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin ləğv edilməsi haqqında qərarlar qanunsuz hesab edilməklə ləğv edilməli və qüvvəyə mindiyi andan hüquqi nəticələri aradan qaldırılmalıdır.
31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva