Məhkəmə qərarları › İş №2-1(112)-6265/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6265/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6265/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinin akademiyanın heç bir zaman işçisi olmamış X6 adından çıxarılması, İddiaçı Geologiya İnstitutunun “Mineral” Bağçılıq Birliyinə geri qaytarılması haqqında qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X8 qarşı “ Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinin akademiyanın heç bir zaman işçisi olmamış X6 adından çıxarılması, İddiaçı Geologiya İnstitutunun “Mineral” Bağşılıq Birliyinə cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması haqqında qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub göndərilərək, iddiaçı, cavabdeh və iddia tələbininin dəqiqləşdirilməsinin zəruri olduğu, iddia ərizəsində birinci tələb üzrə cavabdeh qismində göstərilmiş X6 3-cü şəxs qismində göstərilməsi, iddiaçı qismində İddiaçı göstərilsə də, iddia ərizəsinə Geologiya və Geofizika İnstitutunun direktor müavini imza etdiyi, onun Akademiya adından məhkəmədə iddia qaldırmaq, iddia ərizələri imza etmək səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyi, iddia ərizəsinə iddiaçının hazırkı iddianı qaldırmaq subyektiv hüququnun mövcudluğunu, yəni Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinin Akademiyaya məxsus olmasına dair heç bir sənəd əlavə edilmədiyi bildirilmiş və 20 gün müddət təyin edilərək, həmin müddətə məsələ ilə əlaqədar yazılı izahatların (vəsatətlərin) təqdim olunması təklif olunmuşdur. İddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun iddiaçı qismində tanınmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 06 aprel 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu ilə əvəz edilməsi qərara alınmışdır. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ sahələri İddiaçı Geologiya İnstitutunun “Mineral” Bağçılıq Birliyinin üzvləri üçün ayrılmışdır. Bağçılıq Birliyinin üzvlərindən olan X2 ayrılmış 37 saylı bağ sahəsinə Daşınmaz əmlakın reyestrinə dair çıxarış almaq üçün müraciət etdikdə həmin bağ sahəsinin akademiyanın heç bir zaman işçisi olmamış X7 adına qeydə alınmış kadastr planı ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Bu bir yalnışlıq nəticəsində baş vermişdir və hüquqi cəhətdən bu yanlışlığın düzəldilməsi üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, X6 adına qeyd edilən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan ölçü (kadastr planı) verilsə də, həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə, Geologiya və Geofizika İnstitutunun baş direktorunun müavini S.Q.Məmmədovun plan ölçünün ləğv edilərək torpaq sahəsinin İddiaçı Geologiya İnstitutunun “Mineral” bağçılıq birliyinə geri qaytarılmasına dair idarəyə müraciətləri daxil olmuş, müraciətində qeyd etdiyi məsələnin idarənin səlahiyyyəti xaricində olması barədə xx.xx.2023-cü il tarixli, **********69 saylı məktub ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsinə əsasən iddiaçının tələbi Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinin akademiyanın heç bir zaman işçisi olmamış X6 adından çıxarılması, İddiaçı Geologiya İnstitutunun “Mineral” Bağçılıq Birliyinə geri qaytarılması haqqında qərar qəbul edilməsindən ibarətdir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunu müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, X5 İddiaçı Geologiya İnstutu “Mineral” bağçılıq birliyinə üzv qəbul edilmiş və mübahisəli torpaq sahəsi ona ayrılmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüquqununa dair müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinin akademiyanın heç bir zaman işçisi olmamış X6 adından çıxarılması, İddiaçı Geologiya İnstitutunun “Mineral” Bağçılıq Birliyinə geri qaytarılması haqqında qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsinin akademiyanın heç bir zaman işçisi olmamış X6 adından çıxarılması, İddiaçı Geologiya İnstitutunun “Mineral” Bağçılıq Birliyinə geri qaytarılması haqqında qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar