Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6266/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu RİH) 08 fevral 1991-ci il tarixli 4/73 nömrəli qərarına əsasən İddiaçı Rəcəbli oğlunun adına fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, sahə 57 “A” ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu RİH) 08 fevral 1991-ci il tarixli, 4/73 № li qərarına əsasən iddiaçının adına ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 16 may 2023-cü il tarixli, 3-48- 2F/2-Ə-03271/2023 № li arxiv arayışına əsasən keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu RİH) 08 fevral 1991-ci il tarixli, 4/73 № li qərarına akt və cizgi əlavə edilməmişdir. İddiaçının uzun müddət istifadəsində olan ünvan 3 ünvanında yerləşən 1200 m2 torpaq sahəsinin yerləşmə sxemi xx.xx.2023-cü il tarixdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 5-18/2-Ə-451-091/2023 №-si ilə təsdiq edilmişdir. İddiaçı torpaq sahəsini Dövlət Reyestrindən qeydiyyatdan keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli, **********72 № li cavab məktubu ilə torpaq sahəsnin Dövlət Reyestrindən qeydiyyatdan keçməsinə imtina vermiş və imtinaya səbəb kimi isə həmin torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazisində yerləşməsini bildirmişdir. Qeyd olunan ərazi 80-cı illərə qədər Abşeron rayonunun balansında olmuş və Maştağa Tərəvəzçilik- Südçülük sovxozunun istifadəsinə verilmişdi. Lakin, həmin ərazilər artıq əkinçilik üçün yararsız olduğundan fərdi yaşayış evinin tikintisi üçün vətəndaşlara ayrılmış həyətyanı torpaq sahələri kimi keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinə (indiki Sabunçu rayonu) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Bakı səhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliyinin artırılması tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli, 2866 № li Sərəncamı ilə Abşeron Rayonunun balansında və Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun istifadəsində olmuş torpaq sahələri Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Həmçinin, qeyd etmək istəyir ki, hasar daxilində yerləşən ünvan 4 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi uzun müddətdir ki, mübahisəsiz iddiaçının istifadəsindədir. Bundan əlavə həmin torpaq sahəsinin ətrafını fərdi yaşayış evləri əhatə edir. Cavabdehin imtinası əsassızdır. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı ilə hasar qonşusu olan X2 torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə texniki pasport və çıxarış verilmiş, həmin ərazidə bir neçə torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə, bildirirlər ki, məhkəmə təcrübəsinin vahidliyinə əsasən oxşar məhkəmə mübahisələri üzrə (anoloji işlər üzrə) məhkəmənin formalaşmış mövqeyi (qərarı) mövcuddur. Belə ki, eyni predmet üzrə eyni məhkəmənin (president) müvafiq qərarları mövcuddur. İddiaçının qonşusu X4 Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 4482/2022 saylı qərarı ilə (hakim Günel Sevdimalıyeva) iddiaçı X3 iddiası təmin olunmuş, qərar qanuni qüvvəsini almış və X1 rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, sahə № 28 "V"də yerləşən torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə yeni ünvanla çıxarış əldə etmişdir. İddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun torpaq üzərində sahiblik hüququna təminat verilməlidir. Beləliklə, torpaq ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR-nin 7 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi topraq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin qərarı və yaxud da müvafiq X8 İcraiyyə Komitəsinin qərarı əsasında, bu Məcəllənin 18,19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********72 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, həmin zaman göstərilən torpaq sahəsinin ayrılması Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. İdarənin mutəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki olaraq 1800 kv.m təşkil edir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-21-3-30/2-45472/2023 **********72 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə yerləşir.
8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 3-48-2F/2-531/2024 nömrəli 23 fevral 2024-cü il tarixli məktubla təqdim edilmiş Lenin rayon XDS İK-nin (indiki Sabuçu rayon İH) arxiv fondu üzrə xx.xx.1991-cü il tarixli 4/73 saylı qərarına əsasən İddiaçı ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır.
9. Sabunçu rayon İcra Hakimiyyəti Rayon Təsərrüfat Şöbəsi tərəfindən Lenin rayon XDS İK-nin (indiki Sabuçu rayon İH) xx.xx.1991-cü il tarixli 4/73 saylı qərarına əsasən İddiaçı ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
16. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lenin rayon XDS İK-nin (indiki Sabuçu rayon İH) xx.xx.1991-cü il tarixli 4/73 saylı qərarına əsasən İddiaçı ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsinə istinad edilməklə imtina edilmişdir.
17. Məhkəmə cavabdehin dəlillərinə müasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
18. İlk öncə cavabdeh tərəfindən torpaq sahəsinin Maştağa Tərəvəzçilik- Südçülük Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamında göstərilmişdir ki, Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron rayon icra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983.31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın.
19. Göründüyü kimi, əvvəllər Bakı şəhərinin inzibati ərazi hüdudlarında Əzizbəyov rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən torpaqlar sonradan Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Sabunçu rayonuna aid edildiyi müvafiq qurum tərəfindən təsdiq edilir. Eləcə də, iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Bundan başqa, cavabdeh etirazda iddiaçının istifadəsində faktiki istifadəsində 1800 kv.m torpaq sahəsi olmasına istinad etsə də, iddia tələbindən göründüyü kimi, iddiaçı əlavə sahə üzərində deyil, sadəcə sənəd üzrə ona ayrılmış torpaq sahəsinə dair iddia tələbi irəli sürmüşdür.
20. Göründüyü kimi, iddiaçıya sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş ( qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
22. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
23. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
24. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 5 ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva