Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-627/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “əlavə maddi yardımın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhərinin Yasamal rayon ərazisində aparılan abadlaşdırma işləri ilə əlaqədar söküntüyə məruz qalmış ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə görə dövlət tərəfindən müəyyən edilmiş 62150 məbləğində əlavə maddi yardımın ödənilməsi vəzifəsinin alıcı orqan olan Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, saylı 01 iyul 2021-ci il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli 2-1(81)-2602/2019 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2-1(102)-182/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-779/2021 saylı 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunaraq 07 oktyabr 2022ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və 07 noyabr 2022-ci il tarixdə ona 186450 manat məbləğində kompensasiya məbləği ödənilməsinə baxmayaraq, nəzərdə tutulmuş əlavə maddi yardım ödənilməmişdir. Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 2018-ci il 16 fevral tarixli 51 nömrəli və “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin bir qisminin dövlət ehtiyacları üçün almması haqqında” 2018-ci il 29 dekabr tarixli 572 nömrəli qərarları əsasında Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Yasamal rayonunun keçmiş “Sovetski” adlandırılan ərazisində yerləşən yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması işləri aparılmışdır. Bu qərarların icrasının təmin edilməsi məqsədilə qiymətləndirmə ekspertlərinin rəyi əsasında Bakı şəhəri, Yasamal rayonu, Nəbatət Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Müstafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 800 olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması işləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Köçürülən evlərin mülkiyyət sahiblərinin qiymətlə bağlı narazılığı nəzərə alınaraq Bakı şəhərində 2018-2019-cu illərdə mənzil bazarında olan qiymət artımı ilə əlaqədar “Sovetski” adlanan ərazidən köçürülmüş yaşayış və qeyri-yaşayış ünvan sahiblərinə mərhələli şəkildə alıcı orqan olan Cavabdeh tərəfindən 2002 ünvan üzrə 1972 ünvan sahibinə notariat qaydada hər bir kvadrat metr üçün 500 manat olmaqla əlavə maddi yardım ödənilmişdir. Bildirilmişdir ki, ona kompensasiya məbləği ödənilsə də nəzərdə tutulan maddi yardım ödənilməmişdir. Maddi yardımın ödənilməsi barədə Cavabdehnə rəsmi müraciətinə, alqı-satqı müqaviləsi əsasında kompensasiya məbləğinin ödənilməsi və dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlərin nəzərdə tutulmaması bəhanə edilərək dövlət tərəfindən müəyyən olunmuş maddi yardımın ödənilməsindən heç bir əsas olmadan imtina edilmişdir. Söküntüyə məruz qalmış 1972 ünvan sahibinə notariat qaydada əlavə maddi yardım ödənilməsinə baxmayaraq, ona bu əlavənin ödənilməsindən imtina edilməsinin qanunsuz olduğunu hesab edir. Uzun sürən mübahisədən sonra nəhayət ki, söküntüyə məruz qalmış evə görə kompensasiya ödənilməsi ilə yanaşı, mənzil bazarında qiymətlərin artması ilə əlaqədar digər ünvan sahiblərinə dövlət tərəfindən müəyyən edilib ödənilmiş əlavə maddi yardım ona da ödənilərək pozulmuş hüququ bərpa olunmalıdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin % hissəsinə mülkiyyət hüququm tanınmışdır. Fərdi yaşayış evinə dair tərtib olunmuş çıxarışla evin ümumi sahəsinin 497,3 kv.metr müəyyən olmasını nəzərə alsa bu sahənin ¼ hissəsi olan 124,3 kv.metr sahə iddiaçının payına düşmüşdür. Dövlət tərəfindən hər bir kvadrat metr üçün 500 manat olmaqla əlavə maddi yardım müəyyən olunmasını nəzərə alsaq ona ödəniləcək maddi yardımın məbləği 62150 manat (124,3 kv.metr x 500 manat=62150 manat) təşkil edir. Mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd olunmuşdur ki, inzibati iş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tərəfindən ikinci icraatda baxılaraq 01 iyul 2021-ci il tarixli 2-1(103)-779/2021 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli 2-1(81)-2602/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Məhkəməsinin 2-1(102)-182/2022 nömrəli 26.01,2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2-1(103)-779/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Beləliklə, 07 oktyabr 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə görə 186450 (yüz səksən altı min dörd yüz əlli) manat kompemsasiyanı İddiaçı ödəmişdir. Bildirilmişdir ki, Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarın təsiri altına düşmüş yaşayış və qeyri-yaşayış obyektlərinə görə ödəniləcək kompensasiyadan başqa əlavə maddi yarımın ödənilməsi qanunvericiliklə nəzdərdə tutulmamışdır. Ona görə də hesab edilmişdir ki, iddiaçının əlavə kompensasiya tələbi ilə yenidən əmlakın alıcısına qarşı tələb irəli sürməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 572 nömrəli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-824/2021 nömrəli qərarınında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış və notariatda təsdiq edilmiş müqaviləyə əsasən iddiaçı cavabdehdən kompensasiya almaqla müvafiq daşınmaz əmlakından cavabdehin xeyrinə imtina edir. Müqavilənin şərtinə görə, həmin məbləğə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr daxildir. Bildirilmişdir ki, artıq iddiaçının Cavabdehnə qarşı mübahisə predmeti olan evə görə kompensasiya tələbi ilə bağlı yekun məhkəmə aktı mövcud olduğu üçün əlavə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı iddiaçının inzibatı icraat qaydasında yenidən iddia tələbi sürmək üzrə subyektiv hüququ yoxdur. Bundan əlavə, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.1-ci maddəsi belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istəlinən iddia izibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Bundan başqa, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasında ən ali qanunvericilik sayılan Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası MM-nin 246.1-ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 52.2.3-cü maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir. İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə görə dövlət tərəfindən müəyyən edilmiş 62 150 manat əlavə maddi yardımın ödənilməsi vəzifəsinin alıcı orqan Bakı şəhəri Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mülkiyyət X4, X1, X2, X9, X3, İddiaçı qızının adına qeydiyyatdan keçmişdir. (Daşınmaz əmlakın mülkiyyət növü: xüsusi, torpaq sahəsi üzərində hüququn növü: dövlət)
5. AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində bildirilmişdir ki, İddiaçı əmlakı Cavabdeh mülkiyyətinə verilmişdir.
6. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2602/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş və ünvan 6 ünvanında yerləşmiş fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmuş ¼ hissəsinə görə 186450 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.
7. Cavabdeh iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, 2014-2019-cu illərdə Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin, qeyriyaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin ünvanda yaşayan sakinlərlə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin və qeyri-yaşayış obyektlərinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusu ¼ hissəsinə dair iddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlandığından və müvafiq kompensasiya ödənildiyindən xahişin yerinə yetirilməsi mümkün deyildir. Eyni zamanda əlavə olaraq bildirilmişdir ki, dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmur. Bununla bağlı məhkəməyə müraciət hüququnun olması izah edilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində sökülmüş evlərlə bağlı kompensasiyadan başqa, əlavə maddi yardımın ödənilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka görə qanunveriliklə nəzərdə tutulmuş bütün əlavələr və faizlər daxil olmaqla, məhkəmə qərarı əsasında AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 186 450 manat məbləğində kompensasiya ödənilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 41 saylı Notariat Ofisinin cavab məktubunda qeyd edilmişdir ki, adı çəkilən ərazilər üzrə ödənilmiş hər hansı bir kompensasiya, əlavə maddi yardımın ödənilməsi halları və şərtləri haqqında ayrıca olaraq məlumatların axtarışı müsbət nəticə verməmişdir. Bu barədə Bakı şəhəri Cavabdehnə müraciət etmək daha məqsədəuyğun olar. Lakin konkret hallar üzrə və tərəflər arasında hər hansı bir bağlanılmış müqavilə (əqdlər) haqqında verdiyi sorğusuna əlavə olaraq tərəfindən baxılacağının mümkün olduğunu bildirilmişdir.
10. Məhkəmənin sörğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakıı şəhəri 19 saylı Notariat ofisi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Cavabdeh ilə X6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 3M- 1584 reyestrli razılaşma müqaviləsi və ona əlavə olunmuş sənədlərin surəti göndərilmişdir. “Sovetski” adlanan ərazidə sökülmüş evlərə görə vətəndaşlara əlavə maddi yardımın verilməsi ilə bağlı 2020-ci ilin fevral ayından bu günə kimi heç bir müraciət daxil olmamışdır. - xx.xx.2019-cu il tarixli Cavabdeh və X6 arasında razılaşma: “... 1. Tərəflər təsdiq edirlər ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 39.86 kv.m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə ikinci tərəfə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 63092 (altmış üç min doxsan iki) manat məbləğində kompensasiya ödənilmişdir. 2.İkinci tərəf ona ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyini bildirir və ona kömək məqsədilə bu Razılaşmanın, 1-ci hissəsində göstərilən kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini Birinci tərəfdən xahiş edir. 3.Birinci tərəf yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə ikinci tərəfin xahişini qəbul edir və ona ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu Razılaşmanın predmetinə dair öz aralarında imzalanmış Razılaşma Protokolu, ilə müəyyən edilmiş qaydada hesablanan 14972 (on dörd min doqquz yetmiş iki) manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabına ikinci tərəfin adına köçürülməsi barədə,öhdəlik götürür...”
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
13. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
14. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 51 nömrəli Qərarı: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilsin.
15. “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli xx.xx.2018-ci il tarixli Qərarı:
2. Cavabdehnə tapşırılsın: 2.1. alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçiyə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratsın; 2.2. dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin; 2.3. alınan torpaq və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
16. Məhkəmənin sörğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakıı şəhəri 19 saylı Notariat ofisi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Sovetski” adlanan ərazidə sökülmüş evlərə görə vətəndaşlara əlavə maddi yardımın verilməsi ilə bağlı 2020-ci ilin fevral ayından bu günə kimi heç bir müraciət daxil olmamışdır.
17. İş materiallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya ona məxsus olan əmlaka görə müəyyən edilmiş qaydada kompensasiya ödənişi həyata keçirilmiş, lakin iddiaçının qanunvericiliyə əsasən əlavə maddi yardımın ödənilməsi hüququ nəzərdə tutulmamışdır. Məhkəmə həmin ərazidə sökülmüş evlərə görə kütləvi xarakter daşıyan əlavə maddi yardımın ödənilməsi hallarını, yəni nəticə etibarilə iddiaçıya münasibətdə fərqli rəftarın olduğunu müəyyən etmir.
18. İddiaçının təqdim etdiyi razılaşma (Cavabdeh və X6) əlavə maddi yardımın ödənilməsi ilə bağlı bir hal sabit inzibati təcrübənin mövcud olmasını sübut etmir.
19. Odur ki, iddia mümkün sayılmamalıdır.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva