Məhkəmə qərarları › İş №2-1(112)-6271/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6271/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6271/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X6 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (1 saylı Bakı, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********74 saylı məktubunun qanunsuz hesab edilməsi, iddiaçə İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına hüququnun dövlət qeydiyyatına alınması (mülkiyyət hüququna dair çıxarışın verilməsi) vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına hüququnun dövlət qeydiyyatına alınması (mülkiyyət hüququna dair çıxarışın verilməsi) vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26 oktyabr 2021-ci il tarixli 2-1(112)-6271/2021 saylı qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********74 saylı məktubu ilə iməxsus olan ünvan 3 binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasına hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina aşağıdakı səbəblərə görə qanunsuzdur. Bakı Şəhır Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 18/03-8/3150 saylı məktubu ilə torpaq sahəsinin cizgisi təsdiq olunmuş və obyektin yerləşdiyi 271 kv.metr torpaq sahəsinə dair 13 noyabr 2017-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında icarə müqaviləsi imzalanmışdır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-cı il tarixli 18/03- 8/3491 saylı məktubu ilə ünvan 3 binanın yaxınlığında inşa ediləcək qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılması layihəsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsi həmin obyektə 22 08.2018-ci il tarixli, 24928 saylı müsbət ekspertiza rəyi vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 25 oktyabr 2018-ci il tarixli. 37/C-00862 saylı məktubla ünvan 3 binanın yaxınlığında inşa ediləcək qeyri-yaşayış binasının yanğın təhlükəsizliyinə cavab verməsi barədə müsbət rəy vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən tikintiyə istismara hazırlıq aktı verilmişdir. Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-cı ildə tikinti obyektinin istismarına 22 saylı icazə sənədi verilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********74 saylı məktubunun qanunsuz sayılması, ona məxsus olan ünvan 3 ünvanda yerləşən qeyriyaşayış binasəna hüququnun dövlət qeydiyyatına alınması (mülkiyyət hüququna dair çıxarışın verilməsi) vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı, Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin rəyi, tikintiyə icazə verilməsi barədə qərar, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihə təqdim edilməmişdir. Həmçinin, təqdim edilən qeyri-yaşayış binasına dair təqdim edilən tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, qeyri yaşayış binasının 1-ci mərtəbəsində arakəsmələrin və 1 ədəd qapının yeri dəyişdirilmişdir. 2-ci mərtəbəsində tikinti obyektin daxilində əlavə arakəsmələr tikilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********74 saylı, xx.xx.2021ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasında imtina barədə bildiriş və **********01 saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən obyektin müəyyən hisəsi yolun üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməsinin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11. 2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlərə əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 18/03- 8/3150 saylı məktubla əlavədə ölçüləri göstərilən və İddiaçı xx.xx.2017-ci il tarixli müraciət məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62 saylı yaşayış binasının qarşısında, “Neftçilər” stansiyasının yaxınlığında yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair 13 noyabr 2017-ci il tarixli, 1404 №li icarə müqaviləsi bağlanmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 18/03-8/3150 saylı məktubla əlavədə ölçüləri göstərilən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62 saylı yaşayış binasının qarşısında qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün nəzərdə tutulan 0.0271 ha-dan ibarət torpaq sahəsinin cizgisi tərtib olunaraq təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2017-ci il tarixli, 18/03-8/3491 saylı məktubdan görünür ki, iddiaçınn müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62 saylı yaşayış binasının qarşısında tikintisi nəzərdə tutulan qeyri-yaşayış obyektinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmasının razılaşdırıldığı bildirilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 18/03-8/3150 saylı məktubla əlavədə ölçüləri göstərilən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62 saylı yaşayış binasının qarşısında qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün nəzərdə tutulan 0.0271 ha-dan ibarət torpaq sahəsinin cizgisi tərtib olunaraq təsdiq edilmişdir. - Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə ünvanlanan 13 fevral 2018-ci il tarixli 40N-10/3-195 saylı məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" QSC-yə 26 may 2017-ci il tarixdə məktub ünvanlanaraq ünvan 5aş İddiaçı müraciətinə əsasən təqdim olunmuş layihə cizgilərinə müvafiq yüngül konstruksiyalı ticarət obyektinin tikintisi məsələsinə rəy bildirməsini xahiş etmiş, qeyd olunanları nəzərə alaraq həmin obyektin tikintisinə "xxxx" QSC tərəfindən müsbət rəy verilmiş, 6 bənddən ibarət texniki tələblərin müəyyən edildiyi, həmin şərtlərin göstərilmiş havalandırma köşkünün köçürülməsinin "xxxx" QSC-nin tələblərinə uyğun yerinə yetirildiyi qeyd edilmişdir. - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının memarlıq işçi layihəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı sifarişi əsasında qeyri yaşayış binasının eskiz layihəsi tərtib edilmiş və Dövlətbaşekspertizası tərəfindən razılaşdırılmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62 saylı yaşayış binasının qarşısında yerləşən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixli, 24928 saylı müsbət ekspertiza rəyi vermişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndisi-Geoloji Mərkəz tərəfindən 22 yanvar 2018-ci il tarixli, 06-11458 saylı məktubu əsasında ünvan 3 binanın qarşısında iki mərtəbəli qeyri-yaşayış obyektinin layihələndirilməsi məqsədilə aparılmış mühənsisigeoloji işlər tədqiqat işlərinin nəticələrinə dair rəy vermişdir. Rəydə qeyd olunanlardan görünür ki, sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək məqsədi ilə, ərazidə ara məsafələri 11.5-25.8m olmaqla, dərinlikləri 6.0 m olan 4 ədəd mühəndisi geoloji kəşfiyyat quyusu qazılmışdır. Qazmanın ümumi həcmi 24.0 p.m olmuşdur. Qazılmış quyulardan sahəni və geoloji-litoloji kəsilişi əhatə etməklə müxtəlif dərinlikdən 6 ədəd qrunt nümunəsi götürülüb laboratoriya tədqiqatlarına cəlb edilmişdir. Aerasiya zonası qruntları normal və nəmli şəraitdə dəmir-beton və metal konstruksiyalara qarşı qeyri aqressivlidir. Qruntlar üçün fiziki-mexaniki xassələr laboratoriya tədqiqatlarının nəticələrinə əsasən mövcud normativ sənədlərə uyğun tərtib edilmişdir. Aparılmış mühəndisi-geoloji tədqiqat işlərinin tərkibi, həcmi sahənin mühəndisi-geoloji şəraitini qiymətləndirmək üçün yetərlidir. Tikinti sahəsinin fon seysmikliyi 82(səkkiz) baldır. AzDTN 2.3-1 dəyişiklik 1 cədvəl 1-ə əsasən, geoloji-litoloji kəsilişlərdə iştirak edən qruntlar fiziki-mexaniki (seysmik) xassələrinə görə İİ sinfə aiddir. Hesabat məqbul qiymətləndirilir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2018-ci il tarixli ünvan 3 binanın qarşısında inşa edilmmiş İddiaçı məxsus iki mərtəbəli qeyri-yaşayış obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında Aktdan görünür ki, tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlə araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2 08 02-89 «ictimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı. Xarici xəttlər və qurğular” Tikinti Norma və Qaydalarının; 2 04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının, "X1 Qayadaları”nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» Dövlətlərarası tikinti Norma və Qaydalarının, tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən İddiaçı məxsus iki mərtəbəli qeyri-yaşayış obyektinin müfəttişlik tərəfindən Dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsini təsdiq edən Ö/002248№li 30 may 2018-ci il tarixli tikintinin istismarına hazırlıq Aktı verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli ünvan reyestrindən Arayışa əsasən ünvan 3 binanın qarşısında iki mərtəbəli qeyri-yaşayış binasının mərkəzi nöqtə kordinatları təsdiq edilmişdir. - 22 nömrəli Tikinti obyektinin istismarına İcazə sənədinə əsasən ünvan 3 binanın qarşısında yerləşən torpaq sahəsində tikinti layihəsinə uyğun inşa edilmiş ikimərtəbəli qeyri-yaşayış sahəsinin istismarına xx.xx.2018-ci il tarixdən İddiaçı icazə verilmişdir. -Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən verilmiş “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 62 saylı binanın qarşısında inşa edilmiş X5 məxsus ikimərtəbəli qeyri-yaşayış obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında” 24 oktyabr 2018-ci il tarixli, YTNƏŞ 0672 saylı Aktdan görünür ki, tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlə araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 "Su təchizatı Xarici xəttlər və qurğular” Tikinti Norma və Qaydalarının; 2 04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının, "X1 Qayadaları”nın. 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» Dövlətlərarası tikinti Norma və Qaydalarının, tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya verilmiş 29 aprel 2021-ci il tarixli, **********74 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 62 saylı binanın qarşısında inşa edilmiş İddiaçı məxsus ikimərtəbəli qeyri-yaşayış obyekti üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin rəyi, tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Həmçinin, təqdim edilən qeyri-yaşayış binasına dair təqdim edilən tikinti obyektinin istismarına icazə sənədləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan əlavə, qeyri yaşayış binasının 1-ci mərtəbəsində arakəsmələrin və 1 ədəd qapının yeri dəyişdirilmişdir. 2-ci mərtəbəsində tikinti obyektin daxilində əlavə arakəsmələr tikilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" əsasnaməsinin 4.11.11.5. və 4.11.12,-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlərə əlavə olunmalıdır. Yuxarıda qeyd olunanlara istinad olunara “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqlarır dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı ona məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına hüququnun dövlət qeydiyyatına alınması (mülkiyyət hüququna dair çıxarışın verilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İşin faktiki hallarından müəyyən edilir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin (torpaq sahəsinin icarəyə verilməsi barədə müvafiq Müqavilənin) və istismara icazə sənədinin (Tikinti obyektinin istismarına İcazənin) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin imtina məktubunda qeyd etdiyi tikintiyə icazə sərəncamının olmamasına dair dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, münasibətlərin mövcud olduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsasən tikintiyə icazə sərəncamının deyil, qərarın qəbul edilməsi tələbi nəzərdə tutulmuşdur ki, həmin qərarın forma və məzmunu nəzərdə tutulmadığından, yuxarıda qeyd edilən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/3491 nömrəli məktubu tikintiyə icazə verilməsinə dair inzibati akt kimi qəbul edilməlidir. Belə ki, məhkəmə təcrübəsində digər işlərlə bağlı (yuxarı instansiya məhkəmələrində) tərəfindən formalaşmış hüquqi mövqeyə əsasən qüvvədə olan qanunvericilikdə hər hansı məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilməli olan inzibati akt qəbul edilmədikdə və həmin inzibati orqanın qeyd edilən məsələ ilə bağlı öz iradə ifadəsini məktubda göstərdiyi hallarda həmin məktub inzibati akt kimi qiymətləndirilir. Qeyd olunanlarla bağlı məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə - yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 75 -ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11 -ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.9-cu maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Həmin Məcəllənin 75.10-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. Həmin Məcəllənin 75.11 -ci maddəsinə əsasən Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Beləliklə, iş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 18/03- 8/3150 saylı məktubla əlavədə ölçüləri göstərilən və İddiaçı xx.xx.2017-ci il tarixli müraciət məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62 saylı yaşayış binasının qarşısında, “Neftçilər” stansiyasının yaxınlığında yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair 13 noyabr 2017-ci il tarixli, 1404 №li icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 18/03-8/3150 saylı məktub əsasında torpaq sahəsinin cizgisi tərtib olunaraq təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/3491 saylı məktubuna əsasən qeyri-yaşayış obyektinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmasının razılaşdırıldığı bildirilmiş, qeyri yaşayış binasının eskiz layihəsi tərtib edilmiş və Dövlətbaşekspertizası tərəfindən razılaşdırılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X3 Ekspertiza Baş İdarəsi tərəfindən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixli, 24928 saylı müsbət ekspertiza rəyi verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən qeyri-yaşayış obyektinin Dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsini təsdiq edən Ö/002248№li 30 may 2018-ci il tarixli tikintinin istismarına hazırlıq Aktı verilmiş, 22 nömrəli Tikinti obyektinin istismarına İcazə sənədinə əsasən qeyri-yaşayış sahəsinin istismarına xx.xx.2018-ci il tarixdən İddiaçı icazə verilmişdir. O cümlədən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən verilmiş qeyri-yaşayış obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında” 24 oktyabr 2018-ci il tarixli, Akta əsasən Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 "Su təchizatı Xarici xəttlər və qurğular” Tikinti Norma və Qaydalarının; 2 04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının, "X1 Qayadaları”nın 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» Dövlətlərarası tikinti Norma və Qaydalarının, tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına icazə verilməsi, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Başqa sözlə iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair yuxarıda sadalanan sənədlərinin olduğu təqdirdə cavabdeh inzibati orqan tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına hüququnun dövlət qeydiyyatına alınması (mülkiyyət hüququna dair çıxarışın verilməsi) vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına hüququnun dövlət qeydiyyatına alınması (mülkiyyət hüququna dair çıxarışın verilməsi) vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar