Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6272/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum akt qeydində düzəliş olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı Rayonu VVADQ şöbəsi tərəfındən ona verilmiş 11 noyabr 1982 tarixli, Vİİİ-JQ 410557 saylı arxivdə olan doğum haqqında şəhadətnaməsinin ad qrafasında olan yanlışlığın aradan qaldırılması, ad qrafasında adının “Rafail” kimi yazılması öhdəliyininin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək barəsində olan 11.11.1982-ci il tarixli 24 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Fail” əvəzinə “Rafail” kimi qeyd edilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx xxxxxxxx 1982-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. X1, anası X2r. O, X6 ilə 22 fevral 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 övladı anadan olmuşdur. Onun Şamaxı rayonu VVADQ şöbəsi tərəfındən verilmiş 11 noyabr 1982-ci il tarixli, Vİİİ-JQ 410557 saylı doğum haqqında şəhadətnaməsi vardır. Doğum haqqında şəhadətnaməsində onun adı, soyadı, ata adı düzgün göstərilmişdir. Sonradan ondan doğum haqqında şəhadətnaməni latın qrafikası ilə istəmişlər. O isə bununla bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh isə ona bildirmişlər ki, ona məxsus doğum haqqında şəhadətnamənin kötüyündə adı “Rafail” kimi deyil “Fail” kimi göstərilmişdir. O, təəccüblənmiş və ona məxsus olan doğum haqqında şəhadətnaməsinin əslini onlara göstərmişdir. Bildirmişdir ki, hamı onu Rafail kimi tanıyır. Bu qeydiyyat orqanının problemidir, ona məxsus bütün sənədlərdə onun adı Rafail kimi göstərilmişdir. Doğum haqqında şəhadətnaməsinə düzəliş edilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi 25 yanvar 2022-ci il tarixli məktubu ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin edə bilmədiklərini və ona məhkəməyə müracət etmək tövsiyə olunmuşdur. Bütün sənədlərində, şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, hərbi biletində adı Rafail kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamə bir sıra məsələlərin həll edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsi üçün lazımdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 13-cü bəndinə sasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin edə bilməmişlər. Bununla bağlı vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. İşin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında iştiark edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. - Şamaxı rayon Şərədil İcra Nümayəndəliyi tərəfindən verilmiş 11.11.1982-ci il tarixli, Vİİİ-ЖГ 410557 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1, anası X3 olan İddiaçı xx.xx.1982-ci ildə Şamaxı rayonunda doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 11.11.1982-ci il tarixdə, 24 № ilə lazımi qeyd edilmişdir. - Abşeron RHK tərəfindən verilmiş 13.10.2006-cı il tarixli, AO ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuşdur. - Şamaxı rayon İHB-nın Şərədil kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 307301 №-li, 22.02.2007-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 arasında 22.02.2007-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 18.03.2022-ci il tarixli, 18.03.2022-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyat informasiya sisteminə hazıradək daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı doğumu, F.Mehdiyevin nikahı, övladları, eləcə də hər iki şəxsin ölümü, adının, soyadının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş 21.04.2007-ci il tarixli doğum haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı, anası X4 olan X5 11 oktyabr 2004-cü ildə doğulmuşdur. - Həmin məktuba əlavə edilmiş 06.04.2007-ci il tarixli doğum haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı, anası X4 olan X5 06 mart 2007-ci ildə doğulmuşdur. - Həmin məktuba əlavə edilmiş 22.02.2007-ci il tarixli, 01 №-li nikah haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 arasında 22.02.2007-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. - Həmin məktuba əlavə edilmiş 24 №-li, 11 noyabr 1982-ci il tarixli doğum haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X1, anası X3 olan X13 xx.xx.1982-ci ildə Şamaxı rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2022-ci il tarixli, 394 №-li məktuba əlavə edilmiş AO seriyalı, ******* saylı hərbi biletin qeydiyyat kartasından görünür ki, xx.xx.1982-ci ildə Şamaxı rayonunda anadan olmuş İddiaçı hərbi xidmətə yararsız hesab edilmişdir. - Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.03.2022-ci il tarixli, 018-4784-1222 №-li məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı 03.10.2006-cı il tarixdə Abşeron RPŞ tərəfindən AZE-05137977 nömrəli, 24.08.2010-cu il tarixdə Abşeron RPŞ tərəfindən AZE-08140921 nömrəli, 01.07.2017-ci il tarixdə Binəqədi RPİ tərəfindən AZE-14197761 nömrəli, 06.04.2018-ci il tarixdə 3 saylı “Asan xidmət” mərkəzi tərəfindən AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. X9 şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumat Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində aşkar olunmamışdır. - Bakı şəhəri, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25.01.2022-ci il tarixli, 05/a-196/13 №-li məktubdan görünür ki, Şamaxı rayon Şərədil İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 24 saylı 11.11.1982-ci il tarixli doğum haqqında akt qeydində uşaq qrafasında ad bəndində AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin və digər sənədlərinə əsasən “Fail”-dən “Rafail”-ə düəzliş edilməsi barədə müraciətinə baxılmışdır. Lakin Şamaxı rayon Şərədil İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 24 saylı, 11.11.1982-ci il tarixli doğum haqqında akt qeydində uşaq qrafasında “Fail” qeyd olunduğundan düzəliş edilməsi mümkün olmamışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarında qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsini təmin edə bilmirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X1, anası X3 olan İddiaçı xx.xx.1982-ci ildə Şamaxı rayonunda doğulmuşdur. Ona Şamaxı rayon Şərədil İcra Nümayəndəliyi tərəfindən 11.11.1982-ci il tarixli, Vİİİ-ЖГ 410557 №-li doğum haqqında şəhadətnamə verilmiş, doğum haqqında şəhadətnamədə akt qeydinin 11 noyabr 1982-ci ildə, 24 nömrə ilə qeydə alındığı göstərilmişdir. İddiaçı həmin doğum haqqında şəhadətnaməyə əsasən, şəxsiyyət vəsiqəsi, hərbi bilet almış, nikaha daxil olmuş, uşaqlarına doğum haqqında şəhadətnamələr verilmişdir. İddiaçı adına 03.10.2006-cı il tarixdə Abşeron RPŞ tərəfindən AZE-05137977 nömrəli, 24.08.2010-cu il tarixdə Abşeron RPŞ tərəfindən AZE-08140921 nömrəli, 01.07.2017-ci il tarixdə Binəqədi RPİ tərəfindən AZE-14197761 nömrəli, 06.04.2018-ci il tarixdə 3 saylı “Asan xidmət” mərkəzi tərəfindən AZE-******** nömrəli şəxsiyyət vəsiqələri tərtib edilmişdir. Lakin 11.11.1982-ci il tarixli doğum haqqında akt qeydində isə xx.xx.1982-ci il tarixdə doğulmuş şəxsin ad qrafasında “Fail” adı qeyd edilmişdir. İddiaçı akt qeydində dəyişikliklər edilməsi barədə müraciəti cavabdeh tərəfindən əsaslı sənədləri olmaması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. - 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -189-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. - 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində VVADQ orqanları və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirdikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. Məhkəmə qeyd edir ki, iddiaçının doğum akt qeydində adı “Fail” kimi qeyd edilsə də doğum haqqında şəhadətnamədə adı naməlum şəxs tərəfindən düzəliş edilərək “Rafail” kimi qeyd edilmişdir. Bu faktın iddiaçının iradəsindən asılı olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, iddaçı İddiaçı ona verilmiş doğum haqqında şəhadətnamədən istifadə edərək hüquq müəyyənedici sənədlər əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, kifayət qədər əsaslar olduğundan Şamaxı rayonu Şərədil İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 24 №, 11.11.1982-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilməli, “Fail” adı “Rafail” adına dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Şamaxı rayonu Şərədil İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 11 noyabr 1982-ci il tarixli, 24 №-li doğum haqqında akt qeydində qeydə alınmış “Fail” adının “Rafail” adına düzəliş edilməsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şamaxı rayonu Şərədil İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 11 noyabr 1982ci il tarixli, 24 №-li doğum haqqında akt qeydində qeydə alınmış “Fail” adının “Rafail” adına düzəliş edilməsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6272/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6272/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver