Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6273/2022 01.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “arxiv sənədlərinin verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun bağ sahəsinin arxiv sənədinin araşdırılıb, həmin sənədin ona rəsmi təqdim olunması və hüquqi payların müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci ildən Bakı şəhərində X6 ilə birgə nikahları var, iki övlad oğul-qız sahibidir. xx.xx.1995-ci ildə həyat yoldaşı Arif vəfat etmiş, bu günə kimi uşaqların bütün təminatı üzərində qalıb və davam edir. Bunlara baxmayaraq həyat yoldaşı Arifin babasından miras qalmış Şüvəlan qəsəbəsi (keçmiş Qala ərazisi) sayılan Artiyomski rayon sonrakı Əzizbəyov hal-hazırda Xəzər rayonunda yerləşən təxminən 8.000 kv.metr torpaq sahəsində yerləşən həyat yoldaşının ulu babasına məxsus olan yaşayışa yararlı olan ev otaqları, sarayı, hovuz, sanitar otaqları olan bağ-bağçalarını savadsızlıqlarından istifadə edilərək 19 fevral 2008-ci ildə 17/1/11- 1012 saylı cavab və 19 mart 2008-ci il 17/1/11-1720 nömrəli cavab məktubuna əsasən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 may 1983-cü il tarixli 316 nömrəli əmri ilə islah-əmək müəssisələri idarəsinin balansına verilmişdir. 14 dekabr 1983cü ildən göstərilən yarımçıq təsərrüfat sahəsi Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin balansındadır. Dəfələrlə şifahi danışıqlar da getsə heç bir nəticə əldə edə bilməmişdir. Sonuncu dəfə onlarla görüşü xx.xx.2022-ci ildə sözügedən bağ sahəsində olmuşdur. Qapının açarının birini onlar iddiaçıdan xahiş edib götürmüşlər, lakin apardıqları söhbətin rəsmi nəticəsi olmadığı üçün məcbur olub inzibati məhkəməyə müraciət etməyə qərara gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6273/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən təxminən sahəsi 8.000 kv.m olan torpaq sahəsinə dair arxiv sənədlərinin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim olunmuş və etirazda bildirilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 8000 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 may 1983-cü il tarixli 316 nömrəli əmri ilə İslah-Əmək Müəssisələri İdarəsinin balansına verilmiş və 14 dekabr 1983-cü il tarixdən yardımçı sahə kimi Pentensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin balansındadır. Qeyd olunan torpaq sahəsi ilə bağlı X6, X7 və X3 adına hər hansı arxiv sənədləri Pentensiar Xidmətin arxivində mövcud deyil. Göstərilənləri və iddianın əsassız olduğunu nəzərə alaraq İddiaçı iddiasınin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1948-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İ-ЖГ № 349400 nömrəli, xx.xx.1975-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X6 ilə X4 xx.xx.1975-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 1640 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəcəbov, arvada Rəcəbova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ № 448634 nömrəli, xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.1995-ci ildə Bakı şəhəri, Mərdəkan, Əzizbəyov rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 01 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, BA-01002-2022 nömrəli məktubda bidirilmişdir ki, keçmiş Əzizbəyov (Artyom) RXDS İK-nin arxiv fondu üzrə 1930-cu ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Əlavə olaraq bildirilir ki, Cavabdeh arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-11369 nömrəli məktubunda bidirilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 8000 kv.metr torpaq sahəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 24 may 1983-cü il tarixli 316 saylı əmri ilə İslah- Əmək Müəssisələri İdarəsinin balansına verilmiş və 14 dekabr 1983-cü ildən yardımçı sahə kimi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin balansındadır. Qeyd olunan torpaq sahəsi ilə bağlı X6, X7 və X3 adına hər hansı arxiv sənədləri müəyyən edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2008-ci il tarixli, 17/1/11-1012 nömrəli məktubda bidirilmişdir ki, müraciətdə qeyd etdiyiniz Şüvəlan qəsəbəsində yerləşən 8000 kv.metrlik ərazi yardımçı təsərrüfat sahəsi kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin balansındadır. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2008-ci il tarixli, 17/1/11-1720 nömrəli məktubda bidirilmişdir ki, müraciətdə göstərdiyiniz ərazi yardımçı təsərrüfat sahəsi kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 may 1983-cü il tarixli 316 nömrəli əmri ilə İslah-Əmək Müəssisələri İdarəsinin balansına verilmişdir. 14 dekabr 1983-cü ildən isə göstərilən yardımçı təsərrüfat sahəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin balansındadır. Beləliklə, işin hallarından görünür ki, iddiaçının tələbi bilavasitə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən təxminən sahəsi 8.000 kv.m olan torpaq sahəsinə aid arxiv sənədlərinin verilməsi ilə bağlıdır. Qeyd edilən əmlak hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin balansında olsa da iddiaçının iddiasına görə həmin torpaq sahəsi və üzərindəki tikililər onun mərhum əri X5 babasından qalma əmlaklardır. Həmin əmlakların mərhum yoldaşı A.M.Rəcəbov və N.R.Rəcəbov, M.R.Rəcəbova məxsus olması barədə arxiv sənədləri cavabdehdə saxlanıldığından əmlaka dair hüquqlarını həyata keçirmək üçün qeyd edilən həmin arxiv sənədləri ona təqdim edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqandan tələb etdiyi hüquqmüəyyənedici sənədlərin nəinki surətlərini (ksero) təqdim etmiş, ümumiyyətlə həmin əmlakla bağlı belə bir sənədlərin mövcud olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan iddiaçının iddia etdiyi əmlakın cəzaçəkmə müəssisəsinin balansında olduğunu, arxivində isə qeyd edilən şəxslərin adlarına həmin əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin aşkar olunmadığını bildirmişdir. Belə olan halda cavabdeh orqanda mövcud olmayan hüquqmüəyyənedici sənədlərin, eləcə də iddiaçının məhkəmə icraatında da mövcud olmasını sübuta yetirə bilmədiyi sənədlərin verilməsindən imtina edilməsi inzibati orqanın hüquqlara müdaxilə edən hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “arxiv sənədlərinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6273/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6273/2022
01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver