Məhkəmə qərarları › İş №2-1(112)-6276/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6276/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6276/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1na qarşı “tibbi göndərişin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin qiymətləndirilməsi üçün Tibbi-Sosial Ekspertiza Müayinəsinə göndərişin verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəkərli diabetin insulindən asılı formasından uzun müddətdir ki, əziyyət çəkir. Xəstəliklə bağlı sonuncu dəfə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək X7 müalicə almış və bunla bağlı Ambulator kitabçadan çıxarış verilmişdir. Bundan başqa ƏƏSMN tərəfindən 14 aprel 2010-cu il tarixdən başlayaraq 2-ci qrup əlil kimi qeydə alınmışdır. 2022-ci ildə əlilliyə görə yenidən yoxlanışdan keçmək zərurəti yarandığından Əlilliyin müəyyən edilməsi və qeydə alınması üçün göndərişin verilməsi üçün Cavabdeh1na müraciət etmişdir. Lakin, cavabdehin xx.xx.2022-ci il tarixli “X8 X5 Edilməsi üçün Göndərişlərin verilməsindən İmtina Aktı” əsasında ona Azərbaycan Respublikası NK-nin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı əsas gətirilərək imtina verilmişdir. Verilmiş imtina tamamilə əsasızdır və cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə əliiliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Şahmar oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 2 nömrəli Həkim Məsləhət Komissiyası tərəfindən əliliyin təyin edilməsi üçün göndərişlərin verilməsindən imtina Aktında qeyd olunmuşdur ki, Biz, Cavabdeh1 sədri və üzvləri X3, Naibov Q. Əli oğlu, İ.H.Manafov, M.R.Cəfərova, K.M.Qurbanova bu Aktı tərtib etdik ondan ötrü ki, İddiaçı Şahmar oğlu əlilliyin müəyyən edilməsi məqsədilətibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmişdir və xx.xx.2022-ci il tarixdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun E 10.9 diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasrıamə”yə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsin tibbi sənədlərinin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Cavabdeh2”X15 16 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 251 və xx.xx.2023-cü il tarixli, 3-17-4/2-12410/2023 nömrəli məktublarında bildirilmişdir ki, ünvan 2 ünvanında yaşayan, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2009-cu ildən Cavabdeh1nda dispanser qeydiyyatdadır. D/z: Şəkərli diabet tip İ. 2011-ci ildən İİ qrup əlildir. xx.xx.2021-ci ildən əlilliyin təsdiqi üçün növbəti TSEK-ya göndəriş verilmişdir. xx.xx.2021-ci il tarixində TSEK-nın cavabı: Əlavə müayinə və müalicə. Xəstə müalicədən imtina etmişdir. xx.xx.2022-ci ildə xəstə yenidən poliklinikaya müraciət etmişdir. Əlilliyin qiymətləndirilməsi üçün TSEK-ya göndəriş tələb etdi. Nərimanov, X14 və X9 müayinədə olmuşdur. Müvafiq laborator və funksional diaqnostik müayinələrdən keçmişdir. Yazılan diaqnozlar və alınan nəticələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun gəlmədiyi üçün xx.xx.2022-ci il tarixində poliklinikanın HMK tərəfindən imtina aktı verilmişdir. Bütün xəstəxana epikrizləri xəstənin özündədir Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-12410/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixində qiymətləndirilmə aparılmış və 16 yaşınadək (xx.xx.2005-ci il ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2005-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti növbəti dəfə xx.xx.2014-cü ildə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Vətəndaşa təyin edilmiş ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair 16 nömrəli Bakı Şəhər Poliklinikası tərəfindən 0085003AAD5F nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və stasionar müalicə günləri yeterli olmadığından əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Həmin məktubla göndərilmiş iddiaçıya aid əlillik alt sistemi sənədlərindən görünür ki: -İddiaçının əlillik vəziyyətinə Bakı şəhər endokrinoloji dispanseri tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli göndəriş əsasında xx.xx.2004-cü il tarixdə baxılmış və Səbəb: Sağlamlıq imkanları məhdud uşaqlar, X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X12 diabet, Diaqnozun mətni: Şəkərli diabet İ tip, ağır forma, insulin tələbli, Meyar:4. 16 yaş tamam olana qədər: => DİGƏR: şəkərli diabet İ tip səbəbi ilə 16 yaşınadək əlillik dərəcəsi verilmişdir. -Növbəti dəfə əlillik təyinatına Cavabdeh1 xx.xx.2014-cü il tarixli göndəriş əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X12 diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik polineyropiya. Diabetik nefropatiya, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-alergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. -Növbəti dəfə əlillik təyinatına Cavabdeh1 xx.xx.2015-ci il tarixli göndəriş əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X12 diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik polineyropiya. Diabetik nefropatiya, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-alergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə elektron təyinatla xx.xx.2016-cı il tarixdə Səbəb: ümumi xəstəlik, X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X12 diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik polineyropiya. Diabetik nefropatiya, Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-alergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə əlillik dərəcəsinə Cavabdeh1 xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və X1: İV sinif – Endokrin sistemi xəstəlikləri, maddələr => E10 – E14 – Şəkərli diabet => E10 X12 diabet, Diaqnozun mətni: E10.7 insulindan asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, X12 Diabet Tip 1 Ağır Forma, Ağırlaşma G63,2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi İlə), Diabetik Polinevropatiya, Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), Ou- Diabetik Retinopatiya, Ağırlaşma 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, X10 Angiopatiyası, Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Hipertoniya Xəstəliyi 2-ci Mər, Resu 4, Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Normoxrom Anemiya, İmtina: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6276/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməsi qərara alınmış və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və X6” X15 tərəfindən verilmiş 3600 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş T 551/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 14 avqust 2023-cü il tarixdə Mehdiyev X4 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə 2009cu ildən “Şəkərli diabet” xəstəsidir. Hal-hazırda xəstəliyi insulin tələblidir. 18 ildir pensiya alır. TSEK tərəfindən İİ qrup əlillik təyin edilmişdir. 2021-ci ilin aprel ayında pensiya müavinəti dayandırılmışdır. Hal-hazırda şikayəti ayaqların keyləşməsindən, göynəmə hissindən görmənin zəifləməsindən, diurezin tezləşməsindən, ağızda quruluqdandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Müayinə olunan Akademik M.Topçubaşov adma X11 aşağı ətraf damarlarının doppler müayinəsinə göndərildi. Müayinə olunan telefonla məlumat verdi ki, radioloq olmadığından onu “Olimp Hospital”a göndərdilər. xx.xx.2022-ci il tarixdə “Olimp Hospita”da hər iki aşağı ətrafların divarlarında kirəclənmə. Axım forması trifazikdir. Nəticədə: 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı adma Cavabdeh1nda tərtib edilmiş xx.xx.2021-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “E10.7- X12 diabet, çoxsaylı ağırlaşmalarla, X12 diabet tip 1 ağır forma. Ağırlaşma: G63,2*-diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), diabetik polinevropatiya.- Ağırlaşma: H36.0*- diabetik retinopatiya (El0-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU-diabetik retinopatiya. Ağırlaşma: 179.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamam rast gəlinən periferik angiopatiya, X10 angiopatiyası” diaqnozda olan əsas xəstəlik və ağırlaşmalarından o, hazırda da əziyyət çəkir. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”mn bəndlərindən birini aid etmək mümkün olmadı. 2. Həmin xəstəliklərin bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir, lakin kəskinləşdiyi halda müalicə oluna bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının aşağıdakı bəndlərinə əsasən: -1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. -1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. -1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. -2.1 Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. -2.2 Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. -2.3 Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın aşağıdakı bəndlərinə əsasən: -1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq (...)müəyyən edilir. -11.2 Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. İşin hallarından görünür ki, iddiaçı ilkin olaraq xx.xx.2004-cü il tarixində sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, xx.xx.2014-cü ildə növbəti qiymətləndirmə zamanı ümumi xəstəlik səbəbi ilə Diabetik polineyropiya. Diabetik nefropatiya diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış, iddiaçının əlillik təyinatı xx.xx.2016-cı il tarixində 5 il müddətinə xx.xx.2021-ci ilədək elektron təyinatla avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti əlillik təyinatı zamanı sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar əsasında əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə iddiaçı barəsində tibbi göndərişin tərtib edilərək əlillik alt sistemində yerləşdirilməsi üçün qeydiyyatda olduğu Cavabdeh1na müraciət etmiş, poliklinikanın həkim komissiyası tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin müayinəsi zamanı diaqnoz və alınan nəticələrin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına uyğun gəlməməsi əsası ilə tibbi göndərişin verilməsindən imtina edilmişdir. İş üzrə məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyində iddiaçının əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadığı nəticəsinə gəlinmişdir. Həmin ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, iddiaçının şikayəti ayaqların keyləşməsindən, göynəmə hissindən görmənin zəifləməsindən, diurezin tezləşməsindən, ağızda quruluqdan olmuş, “Olimp Hospita”da hər iki aşağı ətrafların divarlarında kirəclənmə olduğu, axım formasının trifazik olduğu müəyyən edilmişdir. Ekspert rəyində qeyd edilənlərdən görünür ki, iddiaçı şəkərli diabet xəstəliyindən əziyyət çəksə də onda müşahidə onda şəkərli diabet xəstəliyinin əlillik təyinatına əsas verən ağırlaşmaları- adıçəkilən “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərinə- (11.2.1, 11.2.2, 1.2.3, 11.2.4 və (....) digər) uyğun olan xəstəlik əlamətləri- böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya, xroniki böyrək çatışmazlığı İ mərhələ, İİ mərhələ, gözlərin zədələnməsi, nevroloji fəsadlaşmalar, periferik qan dövranının pozulması, aşağı ətraflarda zədələnmə və s. aşkar olunmamışdır. Yuxarıda adıçəkilən qaydaların tələblərindən görünür ki, tibbi göndərişlər şəxsin sağlamlıq vəziyyətinə uyğun xəstəliyin əsas diaqnozu, xəstəliyin ağırlaşmaları və xüsusən də əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər olduğu halda həkim komissiyası tərəfindən tərtib edilərək əlillik vəziyyətinin qiymətləndirilməsi üçün əlillik təyinatı alt sisteminə yerləşdirilir. Hazırkı halda iddiaçının sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmaları müəyyən olunmadığından cavabdeh inzibati orqan tibbi göndərişin tərtibindən imtina etməkdə haqlı olmuşdur və bu hal iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığıdan təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh1na qarşı “tibbi göndərişin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar