Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6277/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X12 və qeyriləri işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X12, X17 və X13 işə cəlb edilməklə X12, X17 və X4 Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli, 2(002)-30/2019 saylı qətnaməsində cavabdeh X5 qətnamənin icra olunduğu günə olan olan Azərbaycan manatı məzənnəsi ilə 35492,72 ABŞ dolları əsas, 23943,75 ABŞ dolları faiz, cəmi 59436,47 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına "xxxx" KB ASC-ə ümumilikdə 59436,47 ABŞ dolları pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110 000 manat məbləğində müəyyən edilməsi göstərilmişdir. Sonradan Qaradağ Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli, 2(002)-30/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. "xxxx" KB ASC ilə hərrac təşkilatı arasında bağlanmış Protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən X8 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzili "xxxx" KB ASC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş 27.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən "Unibank” KB ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzili üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Lakin, Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzili iddiaçı Unibank KB ASC-nin mülkiyyətinə keçsə də, sonradan məlum olmuşdur ki, X12, X17, X9, X13 həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan DİN-in ASAN Gəncə 3-ün verdiyi ******* saylı arayışından da, görünür ki, X12, X17, X9, X13 hazırda Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzilində qeydiyyatdadırlar. Bu isə mülkiyyətçi kimi "xxxx" KB ASC-nin həmin əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaradır. Buna görə də, tərəflərindən sorğu ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edilərək, X12, X17, X9, X4 Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 16.03.2021-ci il tarixli, 082-10838 saylı cavab məktubu ilə X6, X17, X9, X13 Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılmasından imtina olunmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə 09.06.2021-ci il tarixli, 082-21298-124 nömrəli məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan qanuni qüvvəsini almış Qaradağ Rayon Məhkəməsinin 2(002)-30/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin iddia tələbi təmin edilərək, "xxxx" KB ASC ilə cavabdeh X15 arasında bağlanmış 07.12.2007-ci il tarixli, 09/DNK/07 saylı kredit müqaviləsinə xitam verilmiş, cavabdeh X5 "xxxx" KB ASC-nin xeyrinə 35492.72 ABŞ dolları əsas, 23943. 75 ABŞ olları faiz, cəmi 59436.47 (əlli doqquz min dörd yüz otuz altı dollar qırx yeddi sent) ABŞ dolları (ödənildiyi zaman manata məzənnəsi ilə) borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat, "xxxx" KB ASC tərəfindən xidmət haqqı olaraq "xxxx" MMC-yə ödənilmiş 250 manat məbləğində vəsaitin tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş və cavabdeh X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 nömrəli binanın 1 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 110000 (yüz on min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin banka olan borca ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdehlər X12, X13 və X3 həmin mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılması, cavabdeh X7 ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsi, ev 20, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə 27.07.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə "xxxx" Kommersiya Bankı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşdə olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsi, ev 20, mənzil 1 ünvanında X12, X17, X16, X9, X14 və X13 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 16.03.2021-ci il tarixli, 082-10838 nömrəli məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinin tələblərinə əsasən, ünvan 3 ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüquqları var. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş 3M-22/2789 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, iş üzrə mübahisəli mənzili X12, 09DKNi-07 saylı, 07 dekabr 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxalayan "xxxx" Kommersiya Bankı ASCyə ipoteka qoymuş, ipoteka saxlayanla borc alan arasında Bakı şəhərində bağlanmış sözügedən kredit müqaviləsinə əsasən, ipoteka saxlayan borc alana 180 (bir yüz səksən) ay müddətinə kreditdən istifadəyə görə illik 18 (on səkkiz) % ödənilməsi şərtilə 70 000 (yetmiş min) ABŞ dolları məbləğində kredit verir, borc alan isə kreditin 180 (yüz səksən) ay müddətinə, kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim günü bitənə kimi bərabər hissələrlə (hər ay 1128 ABŞ dolları) ipoteka saxlayana tamamilə geri qaytarılmasını, faizlərin isə hər ay əsas borcla birlikdə ödənilməsini öhdəsinə götürmüşdür. İpoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində istifadədə olan 0.3388 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 75.07 kv.m ümumi, 51.77 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzili olmuşdur. Sözügedən ipoteka müqaviləsi bağlanan zaman X13 mənzilin ipoteka qoyulmasına etiraz etməmiş, ipoteka qoyulmuş əmlaka ödəniş ödənilmədiyi halda öhdəsinə götürmüşdür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 saylı binanın 1 nömrəli mənzilinə dair iddiaçı "xxxx" KB ASC ilə X12 arasında (etibarnaməyə əsasən X15) ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsi üzrə borc alan X12 tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X15 arasında bağlanmış 07.12.2007ci il tarixli, 09/DNK/07 saylı kredit müqaviləsinə xitam verilmiş, cavabdeh X5 "xxxx" KB ASC-nin xeyrinə 35492.72 ABŞ dolları əsas, 23943. 75 ABŞ olları faiz, cəmi 59436.47 (əlli doqquz min dörd yüz otuz altı dollar qırx yeddi sent) ABŞ dolları (ödənildiyi zaman manata məzənnəsi ilə) borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat, "xxxx" KB ASC tərəfindən xidmət haqqı olaraq "xxxx" MMC-yə ödənilmiş 250 manat məbləğində vəsaitin tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş və cavabdeh X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsində yerləşən 20 nömrəli binanın 1 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 110000 (yüz on min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin banka olan borca ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdehlər X12, X13 və X3 həmin mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılması, cavabdeh X7 ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 27.07.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. 3-cü şəxslərin məhkəmə qətnaməsinə əsasən sözügedən ünvandan çıxarılması qət edilsə də, onlar qeyd edilən mənzildə yaşamamalarına baxmayaraq, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam etməkdədirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxslər X12, X17 və X4 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmin şəxslərin mübahisəli ünvanda yaşamaması, onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmasına əsas verdiyindən, bu hal isə hazırda mülkiyyətçinin hüquqlarını məhdudlaşdırdığından, iddiaçı iş üzrə 3-cü şəxslərin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə 3-cü şəxslər X12, X17 və X4 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X12, X17 və X4 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6277/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6277/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver