Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-628/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçı X1 vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 05 fevral 2015-ci il tarixdən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırkı dövrə qədər ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya 57 yaşının tamam olduğu 05 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 14 dekabr 2020-ci il tarixli cavab məktubu ona "xxxx" MMC-də gəmi çilingəri, "xxxx" MMC-də gəmi təmiri çilingəri, "xxxx" GLX MMC-də gəmi təmiri çilingəri, “X11 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasında gəmi təmir çilingəri işlədiyi vəzifələrin güzəştli işlər olmadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, iddiaçının 05 fevral 2015-ci tarixdə 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçı xx.xx.1974-cü il tarixdən SSRİ-nin ərazisində hərbi xidmət daxil olmaqla, xx.xx.2006-ci il tarixə kimi 30 (otuz) ildən artıq ümumi iş stajı vardır. Həmin ümumi iş stajının 02 yanvar 2002-ci il tarixindən 01 noyabr 2006-cı il tarixədək, yəni 04 (dörd) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün "xxxx" MMC-də gəmi çilingəri, 01 iyul 2007-ci il tarixindən 01 aprel 2010-cu il tarixinədək yəni 02 (iki) il 09 (doqquz) ay "xxxx" MMC-də gəmi təmiri çilingəri, 01 aprel 2010-cu il tarixindən 11 mart 2016-cı il tarixinədək, yəni 05 (beş) il 11 (on bir) ay 10 (on) gün "xxxx" MMC-də gəmi təmiri çilingəri, 14 mart 2016-cı il tarixindən hazırki dövrədək “X11 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasında gəmi təmir çilingəri işləyir. İddiaçının 01 yanvar 2006cı il tarixədək umumi 30 (otuz) ildən artıq əmək stajı vardır ki, 05 fevral 2015-ci il tarixdə 57 yaşı tamam olduğu vaxt 12 (on iki) il 06 (altı) ay əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. İddiaçının yuxarıda qeyd etdiyi zərərli əmək stajı gəmi bölmələrinin daxilində işləyərək təmirçi-çilingər vəzifəsində olmuşdur. "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" GLX MMC-nin və “X11 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasının arayışlarından göründüyü kimi iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli, 12 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 11“a” bəndinə əsasən “güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Lakin iddiaçıya 30 dekabr 2020-ci il tarixli məktubu ilə əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyası almasına əmək stajı olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri yarımbəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.2002 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi çilingəri, xx.xx.2007 - xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMCdə gəmi təmiri çilingəri, xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi təmiri çilingəri peşəsi, xx.xx.2016-cı il tarixindən bugünədək isə “X11 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasında gəmi təmiri çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşələr yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan çilingərlər peşəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay 17 gün) təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçının şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, X4 xx.xx.1958-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. - “X11 Donanması tərəfindən verilmiş SS01/02-49 saylı xx.xx.2020-ci il tarixli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixindən hal-hazıradək həqiqətən X11 X7 Xidmət və Təmir Bazasında 5-ci dərəcəli gəmi təmiri çilingəri (xx.xx.2016-ci il tarixli 386-k saylı əmr) peşəsində çalışır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi təmiri çilingəri” güzəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ii 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 11-ci “Metal emalı” bölməsinin 11.6 bəndinin “a” yarımbəndində göstərilmişdir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 3 il 10 ay 10 gün təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş SS01/02-49 saylı xx.xx.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli jurnalı təmiri çilingəri (xx.xx.2010-cu il tarixli 24-K saylı əmr) peşəsində çalışıb. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olmuşdur. “Gəmi təmiri çilingəri” gözəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 11-ci “metal emalı” bölməsinin 11.6 bəndinin “a” yarımbəndində göstərilmişdir. Əmək şəratinə görə güzəştli şərtlərlə əmək stajı: 5 il 11 ay 10 gün. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1-A saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMC-də 6cı dərəcəli gəmi təmiri çilingəri (xx.xx.2007-ci il tarixli 14 saylı əmr) peşəsində çalışıb. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi təmiri çilingəri” gözəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 11-ci “metal emalı” bölməsinin 11.6 bəndinin “a” yarımbəndində göstərilmişdir. Əmək şəratinə görə güzəştli şərtlərlə əmək stajı: 2 il 10 ay. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli A17 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi həqiqətən "xxxx" MMC-də gəmi çilingəri vəzifəsində çalışmışdır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşqul olub. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A02 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi həqiqətən "xxxx" MMC-də gəmi çilingəri vəzifəsində tam iş günü ərzində çalışmışdır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşqul olmuşdur. Buna görə də X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci li tarixli 12 saylı qərarı ilə (11,11,6-cı yarımbölmə kənarın və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşqul olan gəmi tekalajniklər və bütün adlarda çilingərlər) güzəştli şərtlərlə pensiya hüququ verilir, əmək şəraitinə görə güzəştlərlə əmək stajı 4 il, 9 ay, 29 gün təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş 159A saylı xx.xx.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixli 24-K saylı əmrlə "xxxx" MMC-yə gəmi mühərriklərinin və daxili qurğularının təmiri üzrə çilingər – dizelçi vəzifəsinə işə qəbul edilmişdir. - “X11 Donanması” tərəfindən verilmiş TQ03/02-988 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X11 X7 Xidmət və Təmir Bazasının verdiyi arayışa əsasən gəmi təmiri çilingəri İddiaçı xx.xx.2016-cı il tarixindən hal-hazıradək işlədiyi peşəyə uyğun olaraq, əmək funksiyalarının icrasını gəmi bölmələrinin daxilində yerinə yetirir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 007 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər "xxxx" firmasında motorçu (Əmr № 18, xx.xx.1999), xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər "xxxx" firmasında çilingər (Əmr № 90, xx.xx.1999) peşələrində işləmişdir. Motorçu vəzifəsində işlədiyi müddət ərzində gəmilərdə bilavasitə açıq dənizdə və limanda mühərriklərin təmiri ilə məşğul olmuş və bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2c bəndinə uyğundur. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 008 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" MMC-də motorçu vəzifəsində işləmiş və çalışdığı müddət ərzində gəmi tryumlarında mühərriklərin təmiri ilə bağlı zəruri işləri həyata keçirmişdir. İşlədiyi vəzifə güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2. yarımbəndinin “c” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri yarımbəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi çilingəri, xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Parabola’’ MMC-də gəmi təmiri çilingəri, xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi təmiri çilingəri peşəsi, xx.xx.2016cı il tarixindən bugünədək isə “X11 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasında gəmi təmiri çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşələr yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan çilingərlər peşəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay 17 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin AET-nin (avtomobil ekspedisiya trestinin) 2 saylı ƏNK –da avtoçilingər şagirdi (18/Xİİ-74-cü il tarixli 207 saylı Əmr), xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 1-ci dərəcəli çilingər (23/İV-75-ci il tarixli 77 saylı Əmr), xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək mərkəzi qaraja 3-cü sinif ehtiyat sürücü (xx.xx.1979-cu il tarixli 13 saylı Əmr), xx.xx.1979cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Ərzaquraşdırma” Bakı Quraşdırma İdarəsi 3-cü (üçüncü) dərəcəli çilingər-montajçı (xx.xx.1979-cu il tarixli 97 saylı Əmr), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Port-İliç RA KMTB-də (rayonlararası kimyəvi məhsul təchizatı bazası) 4-cü dərəcəli çilingər (2/X-1979-cu il tarixli 116 saylı Əmr), xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək mexanik (26/V- 1980-ci il tarixli 68 saylı Əmr), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər Azmeliosutikinti trestinin 11 saylı Avtonəqliyyat Müəssisəsində 3-cü sinif sürücü (29/X-80-ci il tarixli 174 saylı Əmr), xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Lənkəran istehsalat-avtonəqliyyat birliyi İnzibati-təsərrüfat şöbəsində Avtobus parkında 2-ci sinif sürücü (xx.xx.1982-ci il 80/л saylı Əmr), xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Dövlət Energetika nəzarəti və enerji satışı müəssisəsinin Lənkəran şöbəsində sürücü, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər "xxxx" firmasında motorçu (Əmr №18, xx.xx.1999), xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər "xxxx" firmasında çilingər (Əmr №90, xx.xx.1999), xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də gəmi çilingəri, xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri (xx.xx.2007-ci il tarixli 14 saylı əmr), xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli çilingər-dizelçi (xx.xx.2010-cu il tarixli 24-K saylı əmr), xx.xx.2016-cı il tarixindən X11 X7 Xidmət və Təmir Bazasında 5-ci dərəcəli gəmi təmiri çilingəri (xx.xx.2016-ci il tarixli 386-k saylı əmr) peşəsində hal-hazıradək işləmişdir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, xx.xx.2015-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin iddiaçının xüsusi iş stanın 12 il 06 aydan az (4 il 7 ay 17 gün) təşkil etdiyini əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun xx.xx.2015-ci il tarixdə qüvvədə olan redaksiyasına uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2015 tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2. Dəniz və çay donanması c) sahil heyəti: yarımbölməsində tryum motorçuları, 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bölməsində çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşələri təsbit olunmuşdur. İddiaçı da xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər "xxxx" firmasında motorçu (8 ay 28 gün), xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi "xxxx" MMCdə gəmi çilingəri (4 il 10 ay ), xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri (2 il 10 ay), xx.xx.2010-cu il tarixindən xx.xx.2015-cı il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri (4 il ay 10 ay 04 gün) peşələrində 13 il 03 ay 01 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. İddiaçının ümumi iş stajı isə iş materiallarında sənədlərə (hərbi bilet və əmək kitabçasına) əsasın xx.xx.2015-ci il tarixdə qədər tələb olunan 25 ilin qarşılığında 31 il 07 ay 23 gün olduğu müəyyən edilmişdir. Ümumiyyətlə, isə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktın düzgün realizə etməmişdir. İddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığı bildirilmişdir. Halbuki, iş materiallarına əsasən iddiaçının məhz həmin siyahıda nəzərədə tutulan peşələrdə işləyərək tələb olunan xüsusi iş stajını toplaması müəyyən edilmişdır. Buna görə də iddiaçıya cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi əsassızdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının güzəştli şərtlətlə əmək pensiyası ala bilmək üçün Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2015-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının xx.xx.2015-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, iddiaçı X3 57 yaşının tamam olduğu 05 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X3 57 yaşının tamam olduğu 05 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-628/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-628/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver