Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-628/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 sentyabr 2021-ci il tarixli 216326-01104 saylı məktubunun qanunsuz hesab edib, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci ilədək fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 26.1, 27.1, 29.1 maddələrinə, Qaydaların 5.1, 5.2, 5.3 bəndlərinə və illik inflyasiyalar nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidentinin illik indeksləşdirmə əmsallarına müvafiq indeksləşdirərək, ona pensiya təyin edildiyi tarixdən, yəni 17 noyabr 2013-cü ildən xx.xx.2020-ci ilədək olan dövrlərdə yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi və həmin dövrlərdə əskik ödənilmiş məbləği maddi ziyan kimi qəbul edib, illər üzrə infilyasiyanı nəzərə alaraq indeksləşdirib ödənilməsinin cavabdehə həvalə edilməsi və dəymiş maddi və mənəvi ziyana görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun maddələrinə müvafiq cavabdehin 10.000 (on min) manat təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2013-cü ildə güzəştli şərtlərlə pensiya təyin edilərkən xx.xx.2006-ci ildən xx.xx.2013-cü illərədək yığılmış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə müvafiq indeksləşdirib pensiyanı yenidən hesablayıb ödənilməsini və xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək işlədiyi dövrdə yığılmış pensiya kapitalının iddia ərizəsində göstərdiyi qaydada “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərinə müvafiq indeksləşdirib 37.3.1-ci maddəsini tətbiq edib pensiyanın yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş, iddia tələbi dəqiqləşdirilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 17 noyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. xx.xx.2020-ci ildə 6 ildən çox işlədiyi üçün cavabdehə ünvanladığı ərizəsinə lazım olan sənədləri, o cümlədən fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı barədə sosial arayışı əlavə edərək “Əmək pensiyaları haqqında” Qanunun 26.1, 27.1, 29.1 və 37.3.1-ci maddələrinin tələblərinə müvafiq yenidən hesablamağı xahiş etmişdir. Həmin ilin dekabr ayında pensiyasını 94.22 manat artırmışlar. 29 dekabr 2020-ci ildə pensiyasının düzgün hesablanmaması barədə yenidən müraciət etmiş, 4 aydan sonra ərizəsinə cavab verilərək pensiyanın düzgün hesablandığı bildirilmişdir. 2021-ci ilin mart ayının 3-də 17 noyabr 2013-cü ildə iddiaçıya pensiya təyin edilərkən həmin dövrədək və pensiyaya çıxıldıqdan sonra yığılmış pensiya kapitalının Qanunun 26.1, 27., 29.1 -ci maddələrinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.1, 5.2 və 5.3-cü bəndlərinin şərtlərinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik inflyasiya artım tempinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin hər il verdiyi qərarlara əsasən indeksləşmə əmsallarına müvafiq özü hesablayıb, hesablama apardığı cədvəlləri ərizəsinə əlavə edib təkrar müraciət etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini bilərəkdən kobud şəkildə pozaraq dəfələrlə müraciət etdiyi ərizələrə (30 iyul və 12 avust 2021-ci il tarixli ərizəsi istisna olmaqla) 4 aydan çox müddətə “bir daha” sözünü təkrarlayaraq iddiaçıya eyni məzmunlu məktublar göndərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı daha əvvəl ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********4 nömrəli iddiaçıya ünvanlanmış güzəştli şərtlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında cavab məktubu ilə hal-hazırki pensiyasının hesablanma qaydasına izah vermişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər — 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən İddiaçı vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 8196,89 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyqun qaydada əmək pensiyası (8196,89:87 ay (65 yaş-63 yaş 9 ay=15 ay+144 ay-72 ay)=94,22 manat) yenidən hesablanaraq 268,08 manatdan 362,30 manata artırılmışdır. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2021-ci il tarixindən etibarən 403,60 manat müəyyən edilmişdir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 403,60 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Həmçinin, iddiaçı iddia ərizəsində “əksik ödənilmiş məbləği maddi ziyan kimi qəbul edib, illər üzrə infilyasiyanı nəzərə alaraq indeksləşdirilib ödənilməsini, eyni zamanda 10000 manat təzminat ödənilməsi”ni məhkəmədən xahiş etmişdir. Bununla bağlı iddiaçı inzibati orqana müraciət edərək ancaq “güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması”nı xahiş etmişdir. Buna görə da iddia tələbi o hissədə mümkünsüz sayılmalıdır. Yuxarıda qeyd edilənləri və İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********4 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2 iyul 2021-ci il tarixli **********6 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 30 iyul 2021-ci il və 12 avqust 2021-ci il tarixlərində daxil olmuş ərizələrinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, sizə 17 noyabr 2013-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən xx.xx.2020-ci il tarixli ərizənizə əsasən sizə vaxtilə pensiya təyin edildikdən sonra qazandığınız 8106,89 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyanız (8196,89:87 ay (65 yaş-63 yaş 9 ay=15 ay+144 ay-72 ay)=94,22 manat) yenidən hesablanaraq 268,08 manatdan 362,30 manata artırılmışdır. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2021-ci il tarixindən etibarən 403,60 manat müəyyən edilmişdir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 403,60 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. Xahiş edirik, nəzərə alasınız.” - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20604,81 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 21407,74 manat olmaqla cəmi pensiya kapitalı 42012,55 manat təşkil edir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 25 il 4 ay 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20604,81 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 21407,74 manat pensiya kapitalı qeydə alınmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin Mərkəzi Filiala xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun əmək pensiyası yenidən hesablanaraq 268,08 manatdan 362,30 manata artırılmışdır. Əlavə olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 manat, xx.xx.2022-ci il tarixindən isə 467,32 manat məbləğində müəyyən edilmişdir. - Cavabdeh tərəfindən verilmiş 003755 pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2011ci il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 saylı, xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubları ilə bildirilmişdir ki, İddiaçı Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin 27 avqust 2020-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən pensiya təyin edildikdən sonra işlədiyi dövrdə topladığı 8196,89 manat məbləğində sığorta kapitalı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 87 (65 yaş - 63 yaş 9 ay = 15 ay+144 ay-72 ay) aya bölünməklə (8196,89 /87=94,22 manat) əmək pensiyasının (268,08 manat) üzərinə əlavə edilərək 362,30 manat məbləğində olmaqla, xx.xx.2020-ci il tarixindən müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildiririk kı, “Əmək pensiyaları haqqında" Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 (11,4 %) manat, xx.xx.2022-ci il tarixdən isə 417,32 (3,4 %) manat məbləğində müəyyən edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-45482/23 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 27 avqust 2020-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən pensiya təyin edildikdən sonra işlədiyi dövrdə topladığı 8196,89 manat məbləğində sığorta kapitalı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 87 (65 yaş - 63 yaş 9 ay = 15 ay+144 ay-72 ay) aya bölünməklə (8196,89 /87=94,22 manat) əmək pensiyasının (268,08 manat) üzərinə əlavə edilərək 362,30 manat məbləğində olmaqla, xx.xx.2020-ci il tarixindən müvafiq kart hesabına köçürülüb. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 (11,4 %) manat, xx.xx.2022-ci il tarixindən isə 417,32 (3,4 %) manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək Mərkəzi Filiala müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2022-ci il tarixində 424,01 manat məbləğində hesablanmalı olduğu halda, 417,32 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 167,74 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin əskik ödənilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə yğun olaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsin əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada sığorta kapitalı əsasında hesablanaraq ona ödənilir. Həmçinin, İddiaçı pensiya məbləğinin tərkibində hər hansı əlavə ödənc mövcud deyil. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2681 №-li məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, “Təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-45482/23 saylı məktubunda İddiaçı əmək pensiyasının hesablanması haqqında məlumat nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 (11,4 %) manat, xx.xx.2022-ci il tarixindən isə 417,32 (3,4%) manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək Mərkəzi Filiala müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2022-ci il tarixində 424,01 manat məbləğində hesablanmalı olduğu halda, 417,32 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 167,74 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin əskik ödənilmiş pensiya məbləği "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüləcəyi müəyyən edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 10.2. yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 26.3-1-ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixdən yenidən hesablanır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. (29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş) İşdə olan materiallardan göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 27 avqust 2020-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən pensiya təyin edildikdən sonra işlədiyi dövrdə topladığı 8196,89 manat məbləğində sığorta kapitalı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 87 (65 yaş - 63 yaş 9 ay = 15 ay+144 ay-72 ay) aya bölünməklə (8196,89 /87=94,22 manat) əmək pensiyasının (268,08 manat) üzərinə əlavə edilərək 362,30 manat məbləğində olmaqla, xx.xx.2020-ci il tarixindən müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 (11,4 %) manat hesablansa da, xx.xx.2022-ci il tarixindən səhvən 417,32 (3,4 %) manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək cavabdehə müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2022-ci il tarixində 424,01 manat məbləğində hesablanmalı olduğu halda, 417,32 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 167,74 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin əskik ödənilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı hazırki iddia tələbində ona təyin edilmiş əmək pensiyasının düzgün hesablanmadıgını, yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əmək pensiyasının məbləğinin düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-45482/23 saylı məktubunda İddiaçı əmək pensiyasının hesablanması haqqında məlumat nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2021-ci il tarixində 403,60 (11,4 %) manat, xx.xx.2022-ci il tarixindən isə 417,32 (3,4%) manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində pensiyasının düzgün hesablanmadığını əsas gətirərək Mərkəzi Filiala müraciət etmiş, təkrar araşdırma zamanı onun əmək pensiyasının xx.xx.2022-ci il tarixində 424,01 manat məbləğində hesablanmalı olduğu halda, 417,32 manat hesablandığı və nəticədə xx.xx.2020-xx.xx.2021 tarixləri arasındakı dövr ərzində ona 167,74 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin əskik ödənilmiş pensiya məbləği "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüləcəyi müəyyən edilir. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, xüsusi biliyə məxsus olan ekspert də cavabdehin hərəkətlərində hüquq pozuntusuna yol verilməməsini təsdiq etmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1). Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva