Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-629/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsinə düzəliş edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********141807 nömrəli inzibati aktın ləğv edilməsi və cavabdehin üzərinə şəxsi hesab vərəqəsində qanuni qüvvəyə minmiş məhkəmə aktlarına uyğun olaraq düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qərarına düzəliş edilməsinə dair **********141807 nömrəli qərarla 123 246.38 manat vergi, o cümlədən 2011-ci il üzrə 3770 manat, 2012-ci il üzrə 93913,61 manat mənfəətdən vergi, 2012-ci il üzrə 27634,77 manat ƏDV hesablanmışdır. Bildirilmişdir ki, cəmiyyətə növbəti səyyar vergi yoxlaması ilə 11 oktyabr 2013-cü il tarixli **********664052 saylı vergi yoxlaması aktı ilə 2011-ci il üzrə 50654,92 manat mənfəət vergisi, 2012-ci il üzrə 93805,61 manat mənfəət vergisi, 2011-ci il üzrə 11 881,80 manat ƏDV, 2012-ci il üzrə 244 071,33 manat ƏDV, 2011-ci il üzrə 31 907,28 manat ödəmə mənbəyindən vergi, 2012-ci il üzrə 119403,54 manat ödəmə mənbəyindən vergi və s. maliyyə sanksiyaları hesablanmışdır. Həmin akt əsasında **********704340 saylı xx.xx.2013-cü il tarixli vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərarla akt təsdiq edilmişdi və bu səbəbə görə tərəflərindən mübahisələndirilmişdir. Müxtəlif vaxtlarda məhkəmə qərarları qəbul edilmiş və mübahisləndirilmiş, nəhayət Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(106)-04 qərarı ilə Şirvan İnzibati iqtisdi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-208/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmıdır. Belə ki, Şirvan İnzibati iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-208/2015 saylı qərarı ilə iddia tələbləri qismən təmin edilmiş, 2011-ci il mənfəət vergisinin 3756 manat məbləğində azaldılmış hesab edilən və buna görə 1878 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən. 2012-ci il mənfəət vergisinin 93805,61 manat məbləğində azaldılmış hesab edilən və buna görə də 46902,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən hissəsi istisna olmaqla qalan hissədə inzibati akt ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(106)-04 qərarından cavabdeh vergi orqanı tərəfindən kassasiya şikayəti verilmiş və AR Ali məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2020-ci il tarixli 2-1 (102)-1079/2020 saylı qərarı ilə (icra olunması məcburi olan) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(106)-04 qərarı qismən, **********704340 saylı xx.xx.2013-cü il tarixli vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarla hesablanmış 27684.77 manat ƏDV və ona müvafiq tətbiq edilmiş 13842,39 manat maliyyə sanksiyası, o cümlədən 2011-ci il üzrə vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə tətbiq edilmiş 80 manat maliyyə sanksiaysın, 2012-ci il üzrə hesabatının və arayışının vaxtında verilməməsinə görə tətbiq edilən 160 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilmiş, kassasiya şikayəti qalan hissədə rədd edilmişdir. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Halbuki, cavabdeh vergi orqanı kassasiya şikayəti verərkən yalnız ƏDV məbləğini mübahisələndirmiş, 27 684,77 manat əlavə ƏDV tələb etmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(106)-04 qərarı üzrə iddianın təmin edilmiş hissədə ləğv edilməsini xahiş etmiş, 2011-ci il mənfəət vergisinin 3756 manat məbləğində azaldılmış hesab edilən və buna görə 1878 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən, 2012-ci il mənfəət vergisinin 93805,61 manat məbləğində azaldılmış hesab edilən və bina görə də 46902,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən hissəsi kimi təmin edilmiş hissənin rədd edilməsini xahiş etmişdir. AR Ali məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2020-ci il tarixli 2-1(102)-1079/2020 saylı qərarı ilə xx.xx.2013-cü il tarixli vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarla hesablanmış 27684,77 manat ƏDV və ona müvafiq tətbiq edilmiş 13842,39 manat maliyyə sanksiyası, o cümlədən 2011-ci il üzrə vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə tətbiq edilmiş 80 manat maliyyə sanksiyasının, 2012-ci il üzrə hesabatının və arayışının vaxtında verilməməsinə görə tətbiq edilən 160 manat maliyyə sanksiyası hissədə ödəniş vəzifəsi üzərimizə qoyulmuşdur. Lakin cavabdeh vergi orqanı hazırda mübahiələndirdiyimiz xx.xx.2020-ci il tarixli **********141807 nömrəli qərarla cəmi 123 246.38 manat vergi, o cümlədən 2011-ci il üzrə 3770 manat, 2012-ci il üzrə 93913,61 manat mənfəətdən vergi, 2012-ci il üzrə 27634.77 manat ƏDV hesablanmışdır. Həmin qərarın mənfəət vergisi hesablanması hissəsi ilə razı deyillər, belə ki, preyudisial əhəmiyyətə malik olan, məcburi icra edilməli olan AR Ali məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2020-ci il tarixli 2-1(102)-1079/2020 saylı qərarı ilə mənfəət vergisi cəmiyyətə hesablanması hissəsi ləğv edilmişdir. Hətta həmin qərarın 8-ci səhifəsində 4-cü abzasında 06 may 2015-ci il tarixli ekspert rəyinə istinad edilərək mənfəət vergisinin öz təsdiqini tapmaması qeyd edilmişdir. Hesab edirlər ki, bu əsaslarla mübahisələndirmə barədə hazırki iddialarıyla xx.xx.2020-ci il tarixli **********141807 nömrəli inzibati akt ləğv edilməli və cavabdehin üzərinə şəxsi hesab vərəqəsində qanuni qüvvəyə minmiş məhkəmə aktlarına uyğun olaraq düzəliş edilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1793/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(1063)- 355/2021 saylı qərardadı ləğv edilmiş, inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı "xxxx" MMC (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il tarixli **********664052 nömrəli səyyar vergi yoxlaması aktının qismən, yəni 2011-2012-ci illər üzrə mənfəət vergisi, 2011-ci, 2012-ci və 2013-cü illər üzrə əlavə dəyər vergisi, 2011-ci və 2012-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi hissəsində, həmçinin həmin aktla bağlı qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********704340 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Vergi ödəyicisində aparılmış səyyar vergi yoxlaması 2011-ci ilin sentyabr ayından 2013-cü ilin mart ayınadək olan vergi dövrünü əhatə etmiş və yoxlanılan dövrdə müəssisə xüsusi razılıq tələb olunan fəaliyyət növünə aid edilən qeyri-yaşayış binalarının (orta məktəb binaları) tikintisi və xüsusi razılıq tələb olunan fəaliyyət növünə aid edilməyən təmir fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edilən qaydaların tətbiqi ilə müəssisənin lisensiyasız fəaliyyətdən əldə etdiyi ümumi gəlirin 2623120,82 manat, şərti rentabellik səviyyəsi 20% götürülərək gəlirin əldə edilməsinə görə çəkilən xərclərin 2185934,02 manat, mənfəət vergisinin 87437,36 manat, xalis mənfəətin 349749,44 manat olması müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin 255953,13 manat azaldılması, 228268,36 manat artıq hesablanması, ödəmə mənbəyində tutulan verginin 151310,82 manat, mənfəət vergisinin isə 144460,53 manat azaldılması aşkar edilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********704340 nömrəli Qərar ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 və 57.1 -ci maddələrinə əsasən vergilərin azaldılmasına və vergi hesabatlarının təqdim edilməməsinə görə vergi ödəyicisi barəsində 276102,25 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Şirvan İnzibati-lqtisadi Məhkəməsinin 2-1(86)-208/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçının iddiası qismən təmin edilərək, cavabdehin xx.xx.2013-cü il tarixli qərarı qismən, 2011-ci il üzrə mənfəət vergisinin 3.756,0 manat məbləğində azaldılmış hesab edilən və buna görə 1.878,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən, 2012-ci il üzrə mənfəət vergisinin 93.805,61 manat məbləğində azaldılmış hesab edilən və buna görə 46.902,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən hissələri istisna olmaqla, qalan hissələrdə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından iddianın təmin edilməyən hissəsində apelyasiya şikayəti verilmədiyindən qərar həmin hissədə qanuni qüvvəyə minmişdir. Cavabdeh tərəfindən həmin qərardan iddianın təmin edilmiş hissəsində apelyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə qismən təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilmişdir. İddiaçı tərəfindən Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(106)-04/20 nömrəli qərarı qismən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********704340 nömrəli qərarı ilə hesablanmış 27684.77 manat ƏDV və ona müvafiq tətbiq edilmiş 13842.09 manat maliyyə sanksiyasının, 2012-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilmiş 160.0 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(106)-04/20 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarının icrası məqsədilə Baş İdarə tərəfindən Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq xx.xx.2013-cü il tarixli **********704340 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi məqsədilə **********141807 nömrəli xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Müvafiq qərar əsasında vergi ödəyicisinə 2011-ci il Mənfəət vergisi üzrə 3756 manat əsas, 1878 manat maliyyə sanksiyası, 2012-ci il Mənfəət vergisi üzrə 93805,61 manat əsas, 46902,81 manat maliyyə sanksiyası, 2012-ci il ƏDV üzrə 27684,77 manat əsas, 13842,39 manat maliyyə sanksiyası, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 2011-ci il üzrə 80 manat, 2012-ci il üzrə 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, cəmi 125 246,38 manat əsas, 62 863,2 manat maliyyə sanksiyası hesablanaraq vergi məsuliyyətinə cəlb edilmişdir. İddia ərizəsində qeyd olunanlara əsasən iddiaçı **********141807 nömrəli xx.xx.2020-ci il tarixli qərarın mənfəət vergisinin hesablanması hissəsi ilə razılaşmamış, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********704340 nömrəli qərarın iddiaçıya mənfəət vergisinin hesablanması hissəsinin ləğv edildiyini, cavabdeh orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarını düzgün icra etmədiyini bildirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-04/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-208/2015 saylı iş üzrə xx.xx.2015ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır, yəni cavabdehin xx.xx.2013-cü il tarixli qərarı qismən, 2011-ci il üzrə mənfəət vergisinin 3.756,0 manat məbləğində azaldılmış hesab edilən və buna görə 1.878,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən, 2012- ci il üzrə mənfəət vergisinin 93.805,61 manat məbləğində azaldılmış hesab edilən və buna görə 46.902,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən hissələri istisna olmaqla, qalan hissələrdə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-04/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilmiş hissəsində təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Göründüyü kimi Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə də Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(86)-208/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərarın 2011, 2012-ci illər üzrə mənfəət vergisinin hesablanmış hissəsi qüvvədə saxlanılmış, həmçinin xx.xx.2013-cü il tarixli **********704340 nömrəli qərar ilə hesablanmış 27684.77 manat ƏDV və ona müvafiq tətbiq edilmiş 13842.09 manat maliyyə sanksiyasının, 2012-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilmiş 160.0 manat maliyyə sanksiyasının hesablanması da (iddia tələbinin təmin edilmiş hissəsi) əsaslı hesab edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı vergi orqanının onun barəsində xx.xx.2020-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında qərarının ləğvinə dair iddia ərizəsini xx.xx.2020-ci il tarixdə poçt xidmətinə təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin hallarından görünür ki, cavabdeh vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli, **********704340 nömrəli qərarına əsasən iddiaçı müəssisəyə 2011ci il üzrə mənfəət vergisinin 50.654,92 manat məbləğində azaldılmasına görə 25.327,46 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi, 2012-ci il üzrə mənfəət vergisinin 93.805.61 manat məbləğində azaldılmasına görə 46.902,81 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi, 2011-ci il üzrə əlavə dəyər vergisinin 11.881,80 manat azaldılmasına görə 5940,90 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi, 2012-ci il üzrə əlavə dəyər vergisinin 244.071,33 manat azaldılmasına görə 122.035,67 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi, 2011-ci il üzrə ödəmə mənbəyindən tutulan verginin 31.907,28 manat azaldılmasına görə 15.953,64 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi, 2012-ci il üzrə ödəmə mənbəyindən tutulan verginin 119.403,54 manat azaldılmasına görə 59.701,77 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi, 2011-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyasının və 2012-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 160 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)-208/2015 nömrəli qərarına əsasən, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “vergi ödəyicisinin vergi qanun /endiyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********704340 nömrəli qərarı qismən, 2011-ci il mənfəət vergisinin 3756 manat məbləğində azaldılmış hesab edilən və buna görə 1878 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən, 2012-ci il mənfəət vergisinin 93.805,61 manat məbləğində azaldılmış hesab edilən və buna görə 46.902,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilən hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(106)-215/2015 nömrəli qərarına əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)- 208/2015 nömrəli qərarı cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-225/2016 nömrəli qərarına əsasən, cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1 (106)-215/2015 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(106)-04/2018 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)- 208/2015 saylı qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi həmin hissələrdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1278/2018 nömrəli qərarına əsasən, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(106)-04/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Şirvan Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 14.01,2020-ci il tarixli, 2-1(106)-04/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(86)-208/2015 nömrəli qərarı həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci i! tarixli, 2-1(102)-1079/2020 nömrəli qərarına əsasən, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2-1(106)-04/2020 nömrəli qərarı qismən, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 noyabr 2013cü il tarixli, **********704340 nömrəli qərarı ilə hesablanmış 27.684,77 manat ƏDV və ona müvafiq tətbiq edilmiş 13.842,39 manat maliyyə sanksiyasının, o cümlədən 2011-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilmiş 80 manat maliyyə sanksiyasının, 2012-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilmiş 160 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2-1(106)-04 2020 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdehin xx.xx.2013-cü il tarixli **********704340 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında **********141807 nömrəli xx.xx.2020-ci il tarixli mübahisələndirilən qərarı qəbul edilmiş və həmin qərar əsasında iddiaçıya 2011-ci il Mənfəət vergisi üzrə 3756 manat əsas, 1878 manat maliyyə sanksiyası, 2012-ci il Mənfəət vergisi üzrə 93805,61 manat əsas, 46902,81 manat maliyyə sanksiyası, 2012-ci il ƏDV üzrə 27684,77 manat əsas, 13842,39 manat maliyyə sanksiyası, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 2011-ci il üzrə 80 manat, 2012-ci il üzrə 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, cəmi 125 246,38 manat əsas, 62 863,2 manat maliyyə sanksiyası hesablanaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırkı iddia üzrə iddiaçı Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********704340 nömrəli qərarın iddiaçıya mənfəət vergisinin hesablanması hissəsinin ləğv edildiyini, cavabdeh orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarını düzgün icra etmədiyini iddia edərək **********141807 nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğvini tələb etsə də iddiaçının qeyd etdiyi dəlil iş üzrə qəbul edilmiş məhkəmə qərarları, eləcə də sonuncu dəfə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(102)-1079/2020 saylı qərarına izah verilməsi haqqında xx.xx.2022-ci il tarixli 2-1(102)- 1079/2020 saylı qərardadı ilə də öz təsdiqini tapmamışdır. Belə ki, Ali Məhkəmənin sözügedən qərara izah verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2-1(102)-1079/2020 nömrəli qərarına aşağıdakı məzmunda izah verilmişdir: 1.“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli qərarının aşağıda qeyd olunan hissələri məhkəmə qərarları əsasında qanunsuz hesab edilərək ləğv edilmişdir: -2011-ci il mənfəət vergisinin 46.898,92 manat məbləğində azaldılmış hesab edilən və buna görə tətbiq edilən 23.449,46 manat məbləğində maliyyə sanksiyası; -2011-2012-ci illər üzrə əlavə dəyər vergisinin azaldılmasına görə 114.134,18 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; -2011-ci il üzrə ödəmə mənbəyindən tutulan verginin 31.907,28 manat azaldılmasına görə 15.953,64 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; -2012-ci il üzrə ödəmə mənbəyindən tutulan verginin 119.403,54 manat azaldılmasına görə 59.701,77 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi 2.“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli qərarı qismən ləğv olunduqdan sonra iddiaçının qalan vergi borcu aşağıdakı kimi olmuşdur: -2011-ci il mənfəət vergisinin 3756 manat məbləğində azaldılmış hesab edilən və buna görə tətbiq ediiən 1878 manat məbləğində maliyyə sanksiyası; -2012-ci il mənfəət vergisinin 93.805,61 manat məbləğində azaldılmış hesab edilən və buna görə tətbiq edilən 46.902,81 manat məbləğində maliyyə sanksiyası; -27.684,77 manat ƏDV və ona müvafiq tətbiq edilmiş 13.842,39 manat maliyyə sanksiyası; -2011-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilmiş 80 manat maliyyə sanksiyası; -2012-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə tətbiq edilmiş 160 manat maliyyə sanksiyası. Beləliklə, iddiaçı barəsində xx.xx.2013-cü il tarixli **********704340 nömrəli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi məqsədilə qəbul edilmiş **********141807 nömrəli xx.xx.2020-ci il tarixli qərar Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarının nəticəsinə uyğun olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: -(....) 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi. “İnzibati icarat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsinə düzəliş edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-629/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-629/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver