Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6290/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13inin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs X8 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) 26 saylı “B” və “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünərək əmlakada dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X13 1 saylı Bakı Ərazi idarəsi tərəfindən çıxarış verilməsinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
2. İş üzrə xx.xx.2024-cü il tarixli qərardad ilə “ünvan 1 ünvanda yerləşən B və E tikililərinə ayrıca ünvan verilməklə çıxarışın verilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X6 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) 26 saylı evin öz mülkiyyətində və istifadəsindəki 101.1 kv.m. yaşayış sahəsi olan “B” və 26.- kv.m yaşayış sahəsi olan “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək izahatında Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) ev 26 ünvanında yerləşən A literi anası X3 paylı mülkiyyətində olduğunu, “B” və “E” tikililərinin isə iddiaçının mülkiyyətində olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, anası vəfat etsə də, hələ ki, vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə edə bilməmişdir. Qeyd edilən sahədə ailəsi ilə birlikdə yaşayır. Yuxarıda qeyd olunanlarla bağlı Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli iş №2(008)-937/2023 nömrəli Qətnamə qəbul edərək Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) 26 saylı “B” və “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünməsi barədə qətnmamə qəbul edərək iddiaçının iddiasını təmin etmişdir. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13i 1 saylı Bakı Ərazi idarəsinə rəsmi qaydada ərizə ilə müraciət edərək, yuxarıda qeyd edilən məhkəmə qərarının icra edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin həmin qurumdan sözügedən Qətnamədə 1 saylı Bakı Ərazi idarəsinin həmin işdə tərəf kimi cəlb olunmadığı və qətnamə ilə onun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığı bildirilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-937/2023 saylı mülki işi ilə bağlı məhkəmə prosesinə 1 saylı Bakı Ərazi İdarəsi tərəf qismində cəlb edilməmiş və sözügedən qətnamə ilə onun üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-937/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə ünvan 3 ünvanında ,yerləşən 26 saylı evin İddiaçı mülkiyyətində olan "B” və faktiki istifadəsində olan "E" literli tikililəri, cavabdeh X4 faktiki istifadəsində olan (üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı) "A” literli tikilisindən naturada ayrılmışdır.
6. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.
7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13inin 1 saylı Bakı Ərazi İdarəsi vəsatət verərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul etməyi xahiş etmişdir.
8. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.
9. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13inin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın ümumi sahəsi faktiki və hüquq müəyyənedici sənəd üzrə 119.66 kv.m-dir və ərazidək “A” tikilisi ilə “B”, “E” tikililəri biri birində daş hasarla ayrılmışdır və ortaqlı divarlara malik deyillər. Buna görədə əmlakların bölünməsi mümkündür.
10. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM 001995 nömrəli Qeydiyyat Vəsiqəsinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı adına “B”, “E” tikililəri və X3 adına “A” tikilisi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 02 saylı reyestr kitabında 217-ci səhifə 30/25249 qeydə alma № ilə xx.xx.1974-cü il tarixində qeydiyyat aparılmışdır.
11. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) 26 saylı “B” və “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünərək əmlakada dair cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13inin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 937/2023 saylı qətnaməsinin icra olunmasına dair ********** saylı ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il, **********32 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-937/2023 saylı mülki işi ilə bağlı məhkəmə prosesinə 1 saylı Bakı Ərazi İdarəsi tərəf qismində cəlb edilməmiş və sözügedən qətnamə ilə onun üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən tikililərin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Balaxanı ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən yerləşən “A” tikilisi X3 , “B” və “E” tikililəri isə İddiaçı adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda “A” tikilisi X3, “B” və “E” tikililəri isə İddiaçı mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini məzmuna uyğun olaraq iddianın təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi.
14. Məhkəmə iclasında üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi iştirak etmişdir.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
18. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. Azərbaycan Respublikası Mülki Məcəllləsindən: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
23. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-937/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə ünvan 3 ünvanında ,yerləşən 26 saylı evin İddiaçı mülkiyyətində olan "B” və faktiki istifadəsində olan "E" literli tikililəri, cavabdeh X4 faktiki istifadəsində olan (üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı) "A” literli tikilisindən naturada ayrılmışdır. Həmçinin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13inin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın ümumi sahəsi faktiki və hüquq müəyyənedici sənəd üzrə 119.66 kv.m-dir və ərazidək “A” tikilisi ilə “B”, “E” tikililəri biri birində daş hasarla ayrılmışdır və ortaqlı divarlara malik deyillər. Buna görədə əmlakların bölünməsi mümkündür.
26. Məhkəmə qeyd edir ki, hazırkı işdə Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM 001995 nömrəli qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 937/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə daşınmaz əmlak naturada bölünmüş və qətnamə qüvvədədir.
27. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və qüvvədə olan məhkəmə aktı ilə naturada bölünmüşdür.
28. Cavabdeh etirazının dəlili olaraq qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-937/2023 saylı mülki işi ilə bağlı məhkəmə prosesinə 1 saylı Bakı Ərazi İdarəsi tərəf qismində cəlb edilməmiş və sözügedən qətnamə ilə onun üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən tikililərin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Balaxanı ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşir. Məlumat üçün bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən yerləşən “A” tikilisi X3 , “B” və “E” tikililəri isə İddiaçı adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda “A” tikilisi X3, “B” və “E” tikililəri isə İddiaçı mülkiyyətindədir.
29. Məhkəmə cavabdehin müvafiq məhkəmə qətnaməsi ilə üzərinə hər hansı vəzifə qoyulmamasına dair etirazına tənqidi yanaşaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydə alınması üçün əsas hesab edilir. Odur ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsinə (ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsinə) dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə idarənin üzərinə hər hansı vəzifə qoyulmadığı təqdirdə belə (belə vəzifə qoyulma tələbi əsaslı hesab edilə bilməz), qanunun tələbinə görə ayrılmış daşınmaz əmlaklar üzərində ünvan verilməklə hüquqların qeydə alınması üçün əsasdır. Belə ki, məhkəmə hesab edir ki, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi zamanı qeydiyyat orqanının üzərinə hər hansı vəzifənin qoyulması zərurəti yoxdur. Bu halda hazırkı iş üzrə cavabdeh müvafiq funksiyanı həyata keçirən qurum kimi qanunun tələbinə uyğun olaraq (8.0.4-cü maddə) qüvvəyə minmiş məhkəmə qərarı əsasında hüququn əmələ gəlməsinin (eyni zamanda ümumi paylı mülkiyyət hüququna xitam verilməsinin) qeydiyyatını aparmalıdır.
30. Məhkəmə nəzərə alır ki, faktiki olaraq Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM 001995 nömrəli Qeydiyyat Vəsiqəsinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı adına “B”, “E” tikililəri və X3 adına “A” tikilisi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 02 saylı reyestr kitabında 217-ci səhifə 30/25249 qeydə alma № ilə xx.xx.1974-cü il tarixində qeydiyyat aparılmışdır. Odur ki, hazırda əmlaka münasibətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Balaxanı ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşməsi səbəbi ilə imtina əsaslı hesab edilə bilməz və etimadın qorunması prinsipi baxımından ziddir. Belə ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati orqanın davranışını qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
34. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13inin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən B və E tikililərinə (yeni) ünvan verməklə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13inin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva