Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6291/2024 12.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı (X1, X5, X9, X2, X10 və X4 üçüncü şəxslər olduğu) yaşayış sahəsindən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması barədə iddiası üzrə işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı X1, X5, X9, X2, X10 və X4 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 32A ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli ev xx.xx.2002-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı, evində qeydiyyatda olan üçüncü şəxsləri tanımır, onlarla hər hansı qohumluq əlaqəsi yoxdur. Onlar iddiaçıya məxsus evdə yaşamırlar, həmin evə dair hər hansı əmlak hüquqları yoxdur. İddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmaqla, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1, X5, X9, X2, X10 və X11 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb olunmuş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə və üçüncü şəxslərə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddiaçının evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyini, üçüncü şəxslərin isə evlərinin müvafiq sənədlərinin olmamasını, bu halın iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığını nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İş üzrə üçüncü şəxs X11 məhkəmə iclasında izahatında bildirdi ki, ailə üzvləri X2 və X7 ilə birlikdə 2002-ci ildən yaşadıqları evin ünvanı iddiaçının ünvanı ilə eynilik təşkil edir, onlar iddiaçının evində deyil, həmin məhəllədə yerləşən digər 32A nömrəli evdə qeydiyyatdadırlar. Evlərə eyni ünvanın verilməsi üçüncü şəxslərin təqsiri deyil. Ünvanların fərqləndirilməsinə ehtiyac vardır, lakin onların bu məqsədlə etdikləri müraciətlər nəticə verməmişdir. Qeyd olunanlara əsasən K.Nəbiyev, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə verilmiş izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki: - Bakı Şəhər İcra Hakimiyyətinin Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 015236 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli ev xx.xx.2002-ci il tarixdə reyestrdə xüsusi mükiyyəti növü üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 32A ünvanında üçüncü şəxslər xx.xx.1976-cı il təvəllüdlü X5, xx.xx.1981-ci il təvəllüdlü X9, xx.xx.1949-cu il təvəllüdlü X1, xx.xx.1959-cu il təvəllüdlü X2, xx.xx.1996-cı il təvəllüdlü X11, xx.xx.1999-cu il təvəllüdlü X10 qeydiyyatdadırlar. - Yasamal rayon polis idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubda iddiaçının müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli ev İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş üzrə üçüncü şəxslərin istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Oktyabr rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 32A nömrəli qanunsuz tikilmiş evin Miriyeva Xanımın adına mülkiləşdirilməsinə icazə verilmişdir. X12 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında qeyd olunan ev sonuncunun adına qeydiyyata alınmışdır. - Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli 04 nömrəli məktubda bildirilmişdir ki, iş üzrə üçüncü şəxslərin İddiaçı evinə aidiyyətləri yoxdur, onlar 2-ci Alatava yaşayış massivinin digər yerlərində 32A nömrəli evlərində yaşayırlar. X1, X5 və X9 yaşadıqları ev satılıb, onlar həmin ünvanda yaşamırlar, X2, X10 və X11 isə öz evlərində yaşayırlar. - Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS tərəfindən 19 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 76 nömrəli məktubda bildirilmişdir ki, Yasamal rayonu, 2-ci Alatava 32A ünvana X1, X5 və X9 2003-cü ildə qeydiyyata düşüblər, həmin ünvanda yaşamırlar, ev satılıb. X2, X10 və X11 isə həmin ünvana 2004cü ildə qeydiyyata düşüblər və göstərilən ünvanda yaşamırlar. 56 saylı MKİS tərəfindən xx.xx.2024-cü il tarixli məktubda X2, X10 və X4 öz evlərində (2-ci Alatava yaşayış massivində yerləşən eyni nömrəli evdə) yaşadıqları qeyd olunsa da, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunan şəxslərlə bağlı “göstərilən ünvanda yaşamırlar” ifadəsinin qeyri-dəqiq olduğunu və hansı evin ünvanının nəzərdə tutulduğunun aydın olmadığını nəzərə alaraq, məhkəmə qeyd olunan halın müəyyən edilməsində xx.xx.2024-cü il tarixli məktubun əsas götürülməli olduğunu hesab edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. İşin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxslərin qeydiyyatda olduqları evlərin ünvanları ilə iddiaçıya məxsus evin ünvanı eynilik təşkil edir. Yəni hər üç evin ünvanı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 32A-dır. Lakin üçüncü şəxslər X1, X5 və X9 qeydiyyatda olduqları ev satılmış və onlar həmin ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamırlar. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin şəxslər faktiki olaraq qeyd olunan ünvanda yaşamadıqlarından, onların həmin evə dair hər-hansı subyektiv hüquqları (mülkiyyət, istifadə və icarə) mövcud olmadığından, bununla da, onların həmin ünvanda qeydiyyatda qalmalarının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir. Göründüyü kimi, cavabdeh inzibati orqan üçüncü şəxslər X1, X5 və X6 münasibətdə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış və nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Digər 3-cü şəxslər X2, X10 və X11 isə iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasalar da, yaşadıqları evin ünvanı ünvan 3 ilə eynilik təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbi həmin hissədə əsassız hesab edilməlidir. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra-Komitə) tərəfindən həyata keçirilir. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə görə ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə eyni ünvanla bağlı yaranmış mübahisənin həlli məqsədilə iddiaçının həmin ünvanda yerləşən əmlaka mülkiyyət hüququ ilə sahib şəxsin daşınmaz əmlak obyektinə ünvan verilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etmək hüququ saxlanılır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, X1, X5 və X3 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 32A ünvanından qeydiyatdan çıxarılmaları Bakı şəhəri Yasamal rayon polis idarəsinə həvalə edilməlidir, iddia tələbi qalan hissədə (X2, X10 və X4 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 32A ünvanından qeydiyyatdan çıxarılmaları hissəsində) təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X1, X5 və X3 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 32A ünvanından qeydiyatdan çıxarılmaları Bakı şəhəri Yasamal rayon polis idarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6291/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6291/2024
12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver