Məhkəmə qərarları › İş №2-1(112)-6293/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6293/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6293/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli 4/N-1525 saylı cavab məktubunda bildirmişdir ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2- 2456 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissədə xx.xx.N9N-cü il tarixdən sonrakı dövrdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.N91-ci il tarixdə Qaradağ Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 0N avqust N92-ci ildən 0N iyun N9N-cü ilədək Qarabağ uğrunda gedən döyüşlərdə, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. Onun döyüşlərdə iştirak etməsi cavabdeh tərəfindən verilmiş Arxiv və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsi tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Belə ki, xx.xx.2020-ci il tarixli, 9/2-2456 saylı arxiv arayışında N saylı hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 5 nömrəli əmrinə əsasən, Ağdam şəhərində döyüş tapşırığını yerinə yetirmək üçün göndərilən şəxsi heyətin siyahısında iddiaçının da adı qeyd olunmuş və xx.xx.N92-ci il tarixli 4N nömrəli əmrinə əsasən xidmətdə fərqləndiyinə görə ona kiçik çavuş hərbi rütbəsi verilmiş, həmçinin N saylı hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli N2 nömrəli əmrinə əsasən MİB-də tağım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Bundan başqa N saylı hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 95 nömrəli əmrinə əsasən Ağdamda gedən döyüşlərdə iştirak etdiyinə görə ona üçqat əmək haqqı verilmişdir, onun döyüşlərdə iştirak etməsi ezamiyyə vərəqəsi ilə də təsdiq olunur və hərbi biletində buna dair müvafiq qeyd də mövcuddur. Təqdim edilən sənədlər komissiya tərəfindən hərtərəfli araşdırılmamışdır, ona müharibə veteranı adının verilməsi üçün kifayət qədər əsas və sübutlar mövcuddur. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını müharibə veteranı olan döyüş yoldaşları da təsdiq edə bilər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 20 fevral 2020-ci il tarixli 9/2-2456 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N9N-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 18 fevral 2020-ci il tarixli HP-01/101 nömrəli məktubuna əsasən İddiaçı barəsində toplanmış 07/869ş saylı material üzrə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N97-ci il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən Respublika Hərbi Prokurorluğu tərəfindən 16 avqust 2001-ci il tarixdə cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. İddiaçının döyüş əməliyyatları aparılan zaman hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” 2N yanvar N96-cı il tarixli 4NN nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N96-cı il tarixli əmrin 1-ci bəndində qeyd edilmişdir ki, 10 fevral N96-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni özbaşına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.N-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, N.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin NN.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin NN.2-ci maddəsinə əsasən bu Məcəllənin NN.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin N8.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan N0 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan N0 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim etmişdir. İddiaçı müvafiq imtina məktubunu 2022-ci ildə əldə etdiyini bildirmiş, cavabdeh iddiaçıya imtina məkubunu hansı tarixdə təqdim etməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 62.N-cü maddəsinə əsasən maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktının və müddətinin sübut edilməsi vəzifəsi inzibati orqanın üzərinə düşdüyündən, cavabdeh bununla bağlı sənəd təqdim etmədiyindən məhkəmə iddia verilməsi üçün müddəti ötürülməmiş hesab edir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndə əlavə edilmiş Qeydə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N7.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə, yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması başa düşülür. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Lakin hazırkı iş üzrə iddiaçının xidmət keçdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması müəyyən olunmur. Belə ki, işdə olan Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-2456 nömrəli arxiv arayışından görünür ki: - İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli N nömrəli əmrində sıravi İddiaçı N-cü tağımın N-cü manqasına istehkamçı vəzifəsinə təyin olunması barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 5 nömrəli əmrində Ağdam şəhərinə döyüş tapşırığını yerinə yetirmək üçün göndərilən şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 4N nömrəli əmrində xidmətdə fəqləndiyinə görə İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilməsi barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli N2 nömrəli əmrində çavuş İddiaçı MİB-də tağım komandirinin müavini vəzifəsinə təyin olunması barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N9N-cü il tarixli 95 nömrəli əmrində çavuş İddiaçı Ağdam döyüş bölgəsində iştirak etdiyi üçün üçqat (01-N1.05.9N) əmək haqqı verilməsi barədə məlumat vardır. Arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin iyun N9N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. İşdə olan N saylı hərbi hissənin xx.xx.N92-ci il tarixli ezamiyyə vərəqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.N92-ci ildən xx.xx.N92-ci il tarixədək hərbi əməliyyat üçün Ağdam şəhərinə ezam olunmuşdur. xx.xx.2001-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, çavuş İddiaçı N saylı hərbi hissə komandirinin N avqust N92-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmiş və adı N iyun N9N-cü ilə qədər (əmr N-95) döyüş əməliyyatlarında iştirak etmiş şəxsi heyət siyahısında göstərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, N92-N9N-cü illərdə Güzdək qəsəbəsində yerləşmiş N nömrəli hərbi hissədə xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etməkdən ötrü Ağdam rayonu ərazisinə ezam edilmiş və N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N97-ci il tarixli Amnistiya qərarının tətbiq edilməsilə bağlı ərizə ilə xx.xx.2001-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna müraciət etmişdir. Həmin müraciət əsasında araşdırma aparılaraq xx.xx.2001-ci il tarixdə İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2001-ci il tarixli qərardan görünür ki, İddiaçı 12 may N91-ci il tarixdən Qaradağ rayonu hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və həmin vaxtdan 895NN, N saylı hərbi hissələrdə xidmət etməyə başlamışdır və o, N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı xx.xx.N9N-cü il tarixdə xidmət yerini özbaşına tərk etmiş və bir daha xidmət yerinə qayıtmamışdır. Bununla da həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin “a” bəndində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qərara əsasən Azərbaycan Respublikası Milli Məclisinin “hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” xx.xx.N97-ci il tarixli qərarının 1.1-ci bəndinə əsasən İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmamış, xidmət yerini özbaşına tərk etmiş, bununla bağlı başlanmış cinayət işi bəraətverici əsaslara görə deyil, amnistiya aktına əsasən rədd edilmişdir. Belə olan halda aydın olur ki, “Veteranlar haqqında” Qanunun N-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. İddiaçı xx.xx.2001-ci il tarixdə ona Bakı şəhəri Qaradağ Rayon Hərbi Komissarlığı tərəfindən 064851 nömrəli vəsiqə verilməsinə istinad edərək hüququnun olduğunu qeyd etsə də, işdən həmin vəsiqənin hazırda qüvvədə olması müəyyən olunmur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, iddiaçıya sosial ödəniş təyin edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçıya müvafiq vəsiqə verilsə də, həmin vəsiqədən irəli gələn güzəşt və imtiyazlarla təmin edilməmiş, vəsiqə qüvvədə olmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, göstərilənlərə əsasən hazırkı iş üzrə iddiaçının müharibə veteranı adının verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.N-cü, 2N.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 7N.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N0 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar