Məhkəmə qərarları › İş №2-1(112)-6299/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6299/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6299/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək X2 Universiteti tərəfindən 02 İyul 2004-cü ildə (Dİ 002853 №-li) verilən diploma dair işə mahiyyəti üzrə baxılması, diplomdakı ixtisasın tanınması, onun ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə Ukrayna dövlətinin Dnepropetrovsk Milli universitetinə qəbul olunmuş və 2004-cü ildə bu universiteti bitirmişdir. Təhsil zamanı iddiaçı Ukraynada olmuşdur, buna onun xarici pasportundakı viza ştamları sübutdur. Təhsilini bitirmək haqqında iddiçıya Ukrayna bakalavr diplomu təqdim olunmuşdur. İddiaçı qeyd edir ki, o universitetə qəbul olduğu 1999-cu ildə universitetin adı Dnepropetrovsk Dövlət Universiteti idi. 2000-2001-ci illlərdə Ukrayna hökumətinin müvafiq qrumlarının qərarı ilə universitet Dnepropetrovsk Milli Universiteti adlandırıldı və bu günə kmi də Dnepropetrovsk Milli Universiteti adlandırılır. Dövlət imtahan Komissiyasının 29 iyun 2004-cü il tarixli qərarı ilə iddiaçıya Hüquq ixtisası üzrə Bakalavr dərəcəsi verilmişdir. Sözü gedən diplomun özündə, həmçinin onun leqalizasiyasını təsdiq edən ştamp mövcuddur. X3 İşlər Nazirliyi tərəfindən 18 Oktyabr 2004-cü ildə leqalizasya olunmuşdur. İddiaçı xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil nazirliyi tərəfindən ilk dəfə xx.xx.2007-ci il tarixli (H-2512/03- 24) imtina məktubu təqdim olunmuşdur. Məktubda qeyd olunmuşdur: Məlumat üçün bildiririk ki, sizin sənədləriniz Nazrlər Kabinetinin 13.05.2OO5-cü il tarixli ,64 saylı qərarı ilə təsdiq olunmuş “xarici dövlətlərin al təhsil sahəsində ixtiasların tanınması və ekvivalentliyin müəyyən ediməsi nostrifikasiya qaydaları"na uyğun gəlmədiyi daimi komissiya tərəfindən müəyyən olunmuş və sizə müvafiq şəhadətnamənin verilməsmm məqsədə uyğun sayılmaması haqqında qərar qəbul edilmişdir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı qərarının 2.5 bəndinə əsasən Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilməlidir. Təhsil Naziriyi iddiaçının tələbini eyni məzmunda məktublarla cavablandırmışdır. Lakin xx.xx.2014-cü il H-5841/0324 nömrəli məktubu ilə müraciətimi cavablandıran Təhsil Nazirliyi bildirmişdir ki, Təhsil aldığı universitetin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (5 il) buna riayyət etmədiyi müəyyən edilmişdir.Lakin Təhsil Nazirliyinin iddiasına görə iddiaçı təhsil müddətində Ukraynada yox, Londonda olmuşdur. Bununla əlaqədar Təhsil Nazirliyi Daxili İşlər Nazirliyinin və Dövlət Səhəd xidmətinin adından məhkəməyə saxta (möhürsüz və imzasız) sənədlər təqdim etmişdir. İddiaçı qeyd edir ki, heç vaxt Londonda və ümumiyyətcə, Avropada olmamışdır. İddiaçı hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı ilk dəfə 2007-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəməyə iddianı müddəti ötürdüyünə görə rədd etmişdir. İddiaçı yenidən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, iş üzrə ətraflı 2007-ci ildə ətraflı cavab verilmişdir.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı adına X2 Universiteti tərəfindən 04 iyul 2004-cü ildə verilən diplomun (Dİ 002853 №-li) ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza apararaq ekspert qrupu tərəfindən rəyin verilməsi üçün 3 (üç) ay müddət təyin edilmişdir.

4. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə təqdim edilən (dəftərxana vasitəsilə) məktubda bildirilmişir ki, İddiaçı Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, Dİ №002853 diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Müvafiq şəhadətnamə məhkəməyə təqdim edilmişdir.

5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

6. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar