Məhkəmə qərarları › İş №2-1(112)-6301/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6301/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6301/2021 03.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X6, tərcüməçi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin yenidən planlaşdırılması və yenidən təchiz edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin tavanının 1,5 mətrə qədər yuxarı qaldırılmasından ibarət yenidən planlaşdırılması və yenidən təchiz edilməsinə icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında, 17,3 kv.m. yaşayış sahəsi, 23,4 kv.m. ümumi sahəsi olan bir otaqlı mənzildə yaşayır və qeydiyyatdadır. Mülkiyyət hüququ iddiaçıya məxsusdur. Əlavə tikili olduqca vacibdir. Çünki 3 nəfərdən ibarət ailəsinə 17,3 kv.m. düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın mümkün sayılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X8 tərəfindən qaldırılmış iddia Bakı şəhəri Səbail Rayon Məhkəsinin qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında caavbdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə, iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin yenidən qurulmasına icazə verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi (yalnız qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərinin pozulub-pozulmaması məsələsinin araşdırılması) nəzərə alınmaqla baxılması vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Sözügedən ünvanda yerləşən yaşayış sahəsinin yenidən qurulmasına hazırda hər hansı maneə yoxdur. Məhkəmə qərarında qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərinin pozulub-pozulmaması məsələsinin araşdırılması vəzifəsi həvalə edildiyindən və X8 tərəfindən iddia qaldırıldığından görülən işlər dayandırılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə ifadə olmuş və müvafiq iddia növü kimi verilmişdir. Odur ki, irəli sürülmüş tələb mümkünlük şərtləri üzrə qiymətləndirilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 35A, 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2-1(81)-1625/2018 saylı qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 2 ünvanında yeləşən yaşayış sahəsinin tavanının 1,5 metrə qədər yuxarı qaldırılmasından ibarət təkrar planlanmasına və avadanlıqların quraşdırılmasına icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə, iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin yenidən qurulmasına icazə verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi (yalnız qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərinin pozulub-pozulmaması məsələsinin araşdırılması) nəzərə alınmaqla baxılması vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur; Cavabdeh 173 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 35A, 3 nömrəli mənzilin sahibi X8 23.01.2019-cu il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək qonşu tərəfindən aparılan işllərin bir hissəsinin onun evinin divarı üzərində aparıldığından cavabdeh tərəfindən saxlandırılması tələbi ilə çıxış etdiyindən, hazırda görülən işlər dayandırılmışdır; Cavabdeh 17 yanvar 2019-cu il tarixli, məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin yenidənqurma işlərinin işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi DLİ “Azərdövləttikintilayihə” tərəfindən təsdiq olunmuş layihə əsasında təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir. Tikinti-norma və qaydalarına uyğun olaraq görüləcək işlər məhkəmə qərarında əksini tapmış müddəalara əsasən aparılmalıdır; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2(009)-80/2020 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı X8 – cavabdehlər X2 və İddiaçı (3-cü şəxs qismində Cavabdeh göstərilməklə) qarşı “qanunsuz tikilinin sökülməs” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 5 ünvanında yerləşən evin üzərində aparılmış qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər X5, Cavabdehnə və DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanunsuz tikilinin sökülməs” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 tərəfindən ünvan 5 ünvanında qeyri-qanuni yolla inşa edilmiş binanın sökülməsini, DƏDRX-nin ünvan 6 ünvanında yerləşən binanın qeydiyyatı və Cavabdehndən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 35 a, mənzil 3 ünvanında tikintinin aparılması ilə bağlı verilən icazəyə dair materialların alınmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə, ilkin iddia və qarşılıqlı iddia tələbi təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03.03.2021-ci il tarixli, 2(103)- 2494/2021 saylı qətnaməsi ilə, iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır; Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 6ÜŞ-18816/2021 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03.03.2021ci il tarixli, 2(103)-2494/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və mülki iş 10.06.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi, hazırkı iddianın predmetini təşkil edən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin tavanının 1,5 mətrə qədər yuxarı qaldırılmasından ibarət yenidən planlaşdırılması və yenidən təchiz edilməsinə icazə verilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə, iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin yenidən qurulmasına icazə verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi (yalnız qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərinin pozulub-pozulmaması məsələsinin araşdırılması) nəzərə alınmaqla baxılması vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Məhkəmə qərarından da göründüyü kimi, qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərinin pozulub-pozulmaması məsələsinin araşdırılması vəzifəsi cavabdehə həvalə edilmişdir. Qonşulardan olan X8 tərəfindən hazırkı iddiaçıya qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırılmış, bu səbəbdən görülən işlər dayandırılmış, lakin iş materiallarında olan məhkəmə aktlarına əsasən, X3 iddiasın təmin edilməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında veridiyi izahlardan da aydın olur ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsinin yenidən qurulmasına hazırda hər hansı maneə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırması ilə məlum olur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməmişdir (iş materialların bu barədə hər hansı sübut yoxdur), sadəcə yuxarıda adıçəkilən məhkəmə qərarından sonra mülki məhkəmə icraatı qaydasında olan iddia ilə bağlı görülən işlər dayandırılmışdır. Bu hal məhkəmə iclasında iddiaçı tərəfindən də təkzib edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin yenidən planlaşdırılması və yenidən təchiz edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar