Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6301/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “cavabdehin 3-17-4/3-3-7410/2024 saylı 18 oktyabr 2024-cü il tarixli və Nxxxxxxx0011 saylı xx.xx.2025ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiası üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur. Cavabdehin etirazı Etirazda qeyd edilir ki, Biləsuvar RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli göndərişi əsasında əyani müayinə həyata keçirilməklə baxılmışdır. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki,İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 3-38-55/2-886/2024 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Soltərəfli posttravmatik koksartroz, sol bud-çanaq oynağının varus deformasiyası, sol bud-çanaq oynağının abduksion kontrakturası, soltərəfli posttravmatik qonartroz, sol diz oynağının açıcı-bükücü kontrakturası (açma 160 dərəcə, bükmə 110 dərəcə), sol aşağı ətrafın əzələ atrofiyası. Sol oturaq sinirinin neyropatiyası, daimi ağrı sindromu ilə, funksiyaların pozulması olmadan. Sol bud sümüyünün orta 1/3-nin qapalı sınığına (xx.xx.1994) görə aparılmış “İntramedulyar ştiftlənmə (1994) və “ştiftin xaric edilməsi” (1995) cərrahi əməliyyatlarının nəticəsində funksiyaların mülayim dərəcədə pozulması ilə sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığının uzaq qalıq əlamətləri. Sol bud sümüyünün əməliyyatdan sonrakı hipertrofik çapıqları. OD-reflaksiyası 2.5D, OSreflaksiyası 3.5D olan orta dərəcəli hipermetropiya. Görmə itiliyinin OD=0.3 k/i 1.0, OS=0.2 k/i 1.0 olması. Qaraciyərin piy distrofiyası. Üzvi mənşəli (xidməti vəzifələrini icra edərkən ağır bədən xəsarətləri, kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Burun çəpərinin kəskin əyriliyi, tənəffüsün kəskin pozulması ilə. Burun çəpərinin kəskin perforasiyası. Dişləm anomaliyası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini icra edərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında olan hərəki məhdudluq, ağrılar, yuxusuzluq, yaddaş pozğunluğu, klaustrofobiyadan şikayətlənmişdir. Müayinə zamanı sol budun yuxarı 1/3-də ~3-4 sm ölçülü, aşağı 1/3-də ~8-10 sm ölçülü əməliyyat çapıqları izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, aşağı ətraflarda nisbi qısalıq ölçülməmiş, osteomielit əlamətləri qeyd edilməmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, refleksləri canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic əlamətləri aşkarlanmamışdır. ElmiTədqiqat X2 xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral zədələnmə: sol oturaq sinirinin (incik hissəsinin daha üstün zədələnməsi ilə) və sol bud sinirinin aksonaldemiyelinizə tipli neyropatiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** AB8337/2024 nömrəli Arayışında diaqnoz “Sol bud sümüyünün orta 1/3-in qeyri düzgün bitişmiş sınığı. Sol bud çanaq oynağının və sağ bud çanaq oynağının koksartrozu. (Grade İİ). Sol bud çanaq oynağının varus deformasiyası. Sol diz oynağının postravmatik qonartrozu (Grade İİ). Sol bud çanaq oynağının abduksion kontrakturası .(˚01) Sol aşağı ətrafın əzələ atrofiyası. Sol diz oynağının açıcı bükücü kontrakturası (açma 160˚, bükmə 110˚). Sol aşağı ətrafın bud nahiyyəsinin postop çapıq toxuması. Osteosintez əməliyyatından sonrakı vəziyyət. Sol oturaq sinirinin neyropatiyası. Daimi ağrı sindromu. Funksiyanın pozulması ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi Tədqiqat X2 xx.xx.2024-cü il tarixli 164 nömrəli Arayışında diaqnoz “Sol oturaq və bud sümüklərinin travmatik aksonal-demiyelinizə tipli neyropatiyası, rezidual dövr. Sol aşağı ətrafın süst parezi, yerişin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 5897 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (xidməti vəzifəsini icra edərkən ağır bədən xəsarətləri, kəllə-beyin travması) şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli Hər iki budçanaq oynağının AP bir proyeksiyada Rengenoqramma müayinəsinin nəticəsi “Hər iki bud-çanaq oynağında: oynaq yarığı ağırlıq mərkəzində qismən daralıb, asetabulyar oynaq səthində osteoskleroz qeyd edilir: bilateral başlanğıc dövr koksartroz” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli Sol diz oynağının iki proyeksiyada Renqenoqramma müayinəsinin nəticəsi “Sol bud sümüyü diafizi orta 1/3-nin kobud sümük döyənəyi ilə bitişmiş köhnə sınığı və periosteal yumşaq toxuma ossifikasiyası aşkar edilir. Tibia interkondulyar qabarlarında və oynaq kənarlarında kiçik osteofitik sivriləşmələr təyin edilir: İİ dərəcə osteoartroz” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Eyni zamanda, əlilliyin təyinatından imtina barədə qərarın mübahisələndirilməsi zərurətinin mövcud olmamasına da münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi məcburetmə növündə iddia olduğundan, qərarın ayrıca mübahisələndirilməsi zərurəti olmamaqla bərabər, əlilliyin təyini barədə öhdəliyin cavabdehə həvalə edilməsi, həmin qərarın mübahisələndirilməsini də ehtiva edir. Əlillik təyinatından imtina barədə olmasa da, inzibati orqan tərəfindən imtinanın qərar formasında olduğu işlər üzrə Ali Məhkəmənin icraatında olmuş işlər üzrə də göstərilən mövqedən çıxış edilmişdir. Belə ki, 2-1(102)-1156/2025 xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi alqı-satqı müqaviləsinə əsasən nağdsız qaydada dəyərini satıcıya tam ödədiyi mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq əlavə dəyər vergisi məbləğinin 30 faizinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur. 2-1(102)-1122/2025 xx.xx.2025 tarixli qərarda da analoji mövqedən çıxış edilmişdir. Bundan əlavə - 1(102)-407/2025 xx.xx.2025-ci il tarixli qərarda (elmi dərəcəsinin verilməsindən imtina barədə qərarla bağlı) və 2-1(102)-2142/2019 xx.xx.2019-cü il tarixli (qaçqın statusunun verilməsindən imtina barədə qərar) qərarda da həmin mövqedən çıxış edilmişdir ki, məhkəmə göstərilən səbəbdən hesab edir ki, əlilliyin göndəriş əsasında təyin edilməsinin cavabdehə həvalə edilməsi, cavabdehin əlillik təyinatından həmin göndəriş əsasında imtina qərarının ləğvini də ehtiva edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron müayinə aktlarından görünür ki, iddiaçıya: -xx.xx.2012-ci il tarixdə “Sol bud sümüyünün orta 1/3 in qapalı sınığına görə aparılmış c/ə-dan s/v. Əzələnin atrofiyası, diz oynağının artrozu, hərəkət funksiyasının pozulması ilə” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir; (Hərbi xidmət dövrü ilə əlaqədar) -xx.xx.2014-cü il tarixdə “Sol bud sümüyünün orta 1/3 in qapalı sınığına görə aparılmış c/ə-dan s/v. Əzələnin atrofiyası, diz oynağının artrozu, hərəkət funksiyasının pozulması ilə” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir; (Hərbi xidmət dövrü ilə əlaqədar) -xx.xx.2015-ci il tarixdə “Bud sınığının nəticələri, bükücü deformasiya” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir; (Hərbi xidmət dövrü ilə əlaqədar) -xx.xx.2015-ci il tarixdə “Bud sınığının nəticələri, bükücü deformasiya” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir; (Hərbi xidmət dövrü ilə əlaqədar) -xx.xx.2019-cu il tarixdə “Bud sümüyünün sınığı. Sol bud sümüyünün orta 1/3 in qapalı, qeyri-düzgün bitişmiş köhnə sınığı, cərrahi əməliyyatların uzaq qalıq əlamətləri, xroniki osteomielit…” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir; (Hərbi xidmət dövrü ilə əlaqədar) Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, (M 16.5) Soltərəfli posttravmatik koksartroz, (М21.1) sol bud-çanaq oynağının varus deformasiyası, (M24.5) sol bud-çanaq oynağının abduksion kontrakturası (10u), (M 17.3) soltərəfli posttravmatik qonartroz, (M24.5) sol diz oynağının açıcı-bükücü kontrakturası (açma 160°, bükmə 110°), (M62.5) sol aşağı ətrafın əzələ atrofiyası. (G58) Sol otuıaq sinirinin neyropatiyası, (M79.2) daimi ağrı sindromu ilə, funksiyaların pozulması olmadan. (S72.3) Sol büd sümüyünün orta 1/3-nin qapalı sınığına (xx.xx.1994) görə aparılmış (Z98.8) “İntramedulyar ştiftlənmə (1994) və “şriftin xaric edilməsi” (1995) cərrahi əməliyyatlarının nəticəsində funksiyaların mülayim dərəcədə pozulması ilə sol bud sümüyünün orta 1/3nin qeyri-düzgün bitişmiş sınığının uzaq qalıq əlamətləri. (L91.0) Sol bud sümüyünün əməliyyatdan sonrakı hıpertrofık çapıqları. OD-refraksiyası 2,5D, OS-refraksiyası 3,5D olan orta dərəcəli hipermetropiya. Görmə itiliyinin OD=0,3 k/i 1,0, OS=0,2 k/i 1,0 olması. Qaraciyərin piy distrofıyası. (F07.0) Üzvi mənşəli (xidməti vəzifələrini icra edərkən ağır bədən xəsarətləri, kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Burun çəpərinin kəskin əyriliyi, tənəffüsün kəskin pozulması ilə. Burun çəpərinin kəskin perforasiyası. Dişləm anomaliyası – “Hərbi travmadır, hərbi xidmət vəzifələrini icra edərkən alınmışdır” “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuban görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunub və ona “Üzvi mənşəli (xidməti vəzifəsini icra edərkən ağır bədən xəsarətləri, kəllə-beyin travması) şəxsiyyət pozuntusu” F07.0 diaqnoz qoyulmuşdur. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndəriş əsasında müəyyən olunur ki, iddiaçıda: Əsas diaqnoz - “İkitərəfli birincili koksartroz. Sol bud çanaq oynağının və sağ bud çanaq oynağının koksartrozu grade İİ sol bud sümüyünün orta 3/1nin qdüzgün bitişmiş sınığı”; Ağırlaşma – “Oynaqların kontrakturası. Sol bud çanaq oynağının abduksion kontrakturası (10 dərəcə). Sol diz oynağının açıcı bükücü kontrakturası (açma 160 dərəcə) bükmə 10 dərəcə”; “Çoxsaylı mononevrit. Sol oturaq sinirinin neyropatiyası”; “Dəqiqləşdirilmiş nevrit və nevralgiya. Dəqiqləşdirilmiş nevrit və nevrologiya”; “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər. Osteosintez əməliyyatdan sonrakı vəziyyət”; “Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Sol bud çanaq oynağının varus deformasiyası”; Yanaşı xəstəlik – “Birinci ikitərəfli qonartroz. Sol diz oynağının postravmatik qonartrozu (grade İİ)” Cavabdehin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressive daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi’hi X3 Üzvi mənşəli (xidməti vəzifəsini icra edərkən ağır bədən xəsarətləri, kəllə beyin travması) şəxsiyyət pozuntusu F07.0” diaqnozu qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxs tərəfindən verilmiş ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ‘"Biləsuvar rayon mərkəzi xəstəxanası" tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, C00207613İTM saylı Forma 088- də göndərişində qeyd edilmiş “Əsas diaqnoz: M16.0-ikitərəfli birincili koksartroz, sol bud-çanaq oynağının və sağ budçanaq oynağının koksartrozu grade İİ, sol bud sümüyünün orta ‘/з-nin q/düzgün bitişmiş sınığı. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, sol bud-çanaq oynağının abduksion kontrakturası (10 dərəcə), sol diz oynağının açıcı-bükücü kontrakturası (açma 160 dərəcə, bükmə 10 dərəcə), M79.2-dəqiqləşdirilməmiş nevrit və nevralgiya, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, osteosintez əməliyyatdan sonrakı vəziyyət, М21.1-digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud- çanaq oynağının varus deformasiyası, M17.0-birinci ikitərəfli qonartroz, sol diz oynağının posttravmatik qonartrozu (grade İİ)” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu”na müayinəyə göndərilmiş və xx.xx.2025-ci il tarixdə İnstitutda aparılmış müvafiq müayinələr əsasında ona “Hər iki bud-çanaq oynağının 111 dərəcəli koksartrozu, sol bud-çanaq oynağının İİİ dərəcəli koksartrozu, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol bud-çanaq oynağının varus deformasiyası, heterotopik ossifıkasiya, sol diz oynağının 11 dərəcəli posttravmatik qonartrozu, sol bud-çanaq oynağının kontrakturası (abb 10 dər.), sol diz oynağının kontrakturası (açma 155 dərəcə, bükmə 100 dərəcə), sol bud nahiyəsinin postop çapıq toxuması, sol aşağı ətrafın təxminən 3sm qısalığı, sol bud sümüyünün osteosintez əməliyyatdan sonrakı vəziyyət, sol oturaq və bud sinirinin neyropatiyası, daimi ağrı sindromu, dayaq- hərəkət funksiyasının pozulması-M16.0, S72.3, М21.1, M61.9, M 17.0, M24.5, L91.0, М21.7, Z98.8, G58.0, R52.2, R26.0, R26.8” diaqnozu müəyyən eilmişdir (********** №-li, xx.xx.2025-ci il tarixli arayış). Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – F06 üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 postensefalit sindromu – F07.1 postkontuzion sindrom – F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları – F07.8 Qiymətləndirmə 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) -35-60 faiz və 2 il 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 faiz və 2 il İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya əlillik təyinatının aparılıb-aparılmaması ilə əlaqədardır. Əlillik təyinatına dair imtina qərarlarından aydın olur ki, cavabdeh diaqnozun öz təsdiqini tapmamasına əsaslanaraq əliliyin təyinatından imtina etmişdir ki, məhkəmə hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Belə ki, mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan ekpert rəyindən və iş materiallarına daxil olan digər sənədlərdən, eləcə də əlillik təyinatına əsas olmalı olan göndərişdən görünür ki, doğrudur, 088 nömrəli arayışda iddiaçıya münasibətdə XBT təsnifatına uyğun olaraq konkret F07.0 kodu birbaşa göstərilməmişdir. Lakin göndərişdə “Çoxsaylı mononevrit. Sol oturaq sinirinin neyropatiyası” və “Dəqiqləşdirilmiş nevrit və nevralgiya” diaqnozlarının əks olunması, eləcə də məhkəmə zamanı təyin edilmiş ekspertiza nəticəsində iddiaçının faktiki olaraq “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozundan əziyyət çəkməsinin tibbi cəhətdən əsaslandırılmış qaydada təsdiq edilməsi onu göstərir ki, mövcud klinik vəziyyət forma 088də göstərilən nevroloji patologiyanın psixi-üzvi fəsadları ilə kompleks şəkildə qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə hüquqi qiymətləndirmə zamanı həlledici meyar diaqnozun sənəddə hansı formada kodlaşdırılması deyil, xəstəliyin real mövcudluğu, onun davamlılığı, klinik təzahürlərinin dərinliyi və şəxsin funksional imkanlarına təsir dərəcəsidir. Ekspert rəyindən də görünür ki, iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusunun davamlı dəyişiklikləri müşahidə olunur, o, zahirən gərgin, emosional baxımdan labilliyi ilə seçilən, affektiv reaksiyaları qeyri-sabit, təfəkkür prosesləri ləng və torpid xarakterli, davranış adekvatlığında pozuntular olan şəxs kimi xarakterizə edilmişdir. Qeyd edilən klinik əlamətlər sosial adaptasiya imkanlarının məhdudlaşmasına, əmək qabiliyyətinin azalmasına və gündəlik həyat fəaliyyətinin keyfiyyətinə mənfi təsir göstərən tibbi-funksional məhdudiyyətlər yaratmaqla, əlilliyin müəyyən olunması üçün meyarlara uyğun gəlir. Məhkəmə xüsusilə vurğulayır ki, forma 088 göndərişində konkret F07.0 XBT kodunun göstərilməməsi, əgər ekspertiza və digər sübutlarla həmin diaqnozun mövcudluğu təsdiq edilirsə, əlillik hüququnun məhdudlaşdırılması üçün yetərli əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozunun mövcudluğu, həmin pozuntunun davamlı və klinik baxımdan ifadəli xarakter daşıması, funksional məhdudiyyətlər yaratması və əlillik meyarlarına uyğunluğu ekspert rəyi və digər sübutlarla tam sübuta yetirilmişdir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilə bilməmiş, diaqnozun öz təsdini tapması isə ekspert rəyi və iş materiallarına daxil olan digər sənədlərlə sübut edilmişdir. Eləcə də, iddiaçıda həmin xəstəliklə yanaşı xəstəliyin yaratdığı ağırlaşmaların (aqressivlik, gərginlik və s) istisna edilmədiyi də xüsusi olaraq göstərilmişdir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, qeyd edilən xəstəlik iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma ilə səbəbli əlaqədə yaranmış və xidmətlə bağlı hesab edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya münasibətdə əlillik müəyyən edildiyi zaman, həmin əlilliyin səbəbi onun hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar yaranmış sağlamlıq pozuntusu kimi rəsmiləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmil edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6301/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6301/2025
23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver