Məhkəmə qərarları › İş №2-1(112)-6304/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6304/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6304/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, vəkil X6 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X10 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan), 3-cü şəxs X19 və nümayəndəsi, vəkil X8 (ünvan 3 ünvanında qeydiyyatda olan), İddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X19 cəlb olunmaqla ) “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 01.09.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2796/2018 saylı, 2018-ci il 11 oktyabr tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 27 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m. sahədən ibarət torpaq sahəsinə, ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın və yeni ünvanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. İcraata cəlb edilməmiş şəxs - X22 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 03 dekabr tarixli, 2-1(103)-2898/2019 saylı qərardadına əsasən X12 apellyasiya şikayəti mümkün hesab edilməmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 18 may tarixli, 2-1(82)-2796/2018 saylı qərardadına əsasən X22 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan X22 apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və onun 2-1(82)-2796/2018 saylı iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1387/2020 nömrəli, 2020-ci il 11 avqust tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 18 may tarixli qərardadı ləğv edilmiş, X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli, 2- 1(82)-2796/2018 saylı qərarı ləğv edilmiş, hazırkı iddia tələbinə üçüncü şəxsin iştirakı ilə yenidən baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və X12 üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərardadda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, X12 3-cü şəxs qismində işə cəlb edilməsi zəruri olduğu halda birinci instansiya məhkəməsi tərəfindən cəlb edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 807/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli Qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 avqust tarixli, 2-1(103)-1387/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra bir sıra qanunamüvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası 23 fevral 2022-ci il tarixə təyin edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirilməsi dəfələrlə təklif edilsə də, lakin sonuncu tərəfindən nə iddiaçının müraciətinə uyğun məzmunda imtina, nə də iddia ərizəsinə dair yazılı münasibət (etiraz) bildirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddianın mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş 28.07.2017-ci il tarixli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin “Q” tikilisi və “V” tikilisi iddiaçının adına xüsusi mülkiyyət hüququnda rəsmiləşdirilmişdir. Həmçinin texniki pasport tərtib edilmişdir. 03.05.2018-ci il tarixində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin ünvanladığı məktub əsassızdır, imtina sadəcə olaraq formal xarakter daşıyır. “Q” və “V” tikilisinə iddiaçının hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Texniki pasporta və yerləşdiyi sahənin planına nəzər saldıqda isə müəyyən olunur ki, onun yerləşdiyi torpaq sahəsi – həm tikintialtı, həm də həyətyanı sahədən ibarətdir. Belə olan halda torpağa dair real bölgü aparılmalı və hər bir paylı mülkiyyətçinin ona aid torpaq sahəsinə dair plan sxemi mövcud olmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırda iddiaçı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 01.09.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsini istəyir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Ak.Həsən Əliyev küşəsi, 27№li evin mülkiyyətçisi vətəndaş A.E.Həbibliyə ünvanlanan 01.09.2014-cü il tarixli, H-123 saylı məktubdan görünür ki, A.E.Həbiblinin mülkiyyətində olan Ak.Həsən Əliyev küçəsi, 27 №li evin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 may 2014-cü il tarixli ******* №li çıxarış) sökülüb yenidən tikilməsi ilə bağlı müraciətinə Nərimanov Rayon İcra Hakimiyyətində baxıldığı, 01.09.2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq, inşa edilməsi təklif olunun yeni evinin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikintisinə etiraz edilmədiyi, lakin bununla yanaşı tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma hallarının aşkar olunacağı təqdirdə inşaat işlərinin dayandırılacağı, İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə, həmçinin qüvvədə olan qanunvericiliyin digər tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsinin 26.02.2016-cı il tarixli, **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 27 ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti kimi X5 və torpağın faktiki sahəsi 0.09156 ha, tikinti altı sahəsi 0.04812 ha kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 06.07.2018-ci il tarixli, **********08 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 27 saylı fərdi yaşayış evi İddiaçı (“Q” tikiliş (2 otaq, y/s- 30.8 kv.m., k/s-17.4 kv.m.) və “V” tikilisi (1 otaq, y/s-149.6 kv.m, k/s-146.0 kv.m.) qalan hissənin isə X11 mülkiyyətində olduğu qeydi aparılmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 30.07.2018-ci il tarixli, **********03 saylı məktubundan görünür ki, tədqiqat obyektinə baxış keçirildiyi, sözügedən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçının hissəsi “V” və “Q” tikilisindən ibarət olduğu, 11/4243 nömrəli 10.08.2016-cı il tarixli texniki pasportda göstərilən “Q” tikilisinin sökülüb yerində 3 mərtəbəli mansardlı tikilinin inşa edildiyini, iddiaçının hissəsinin (“V” və “Q” tikililəri) Sta =398.6 kv.m.dir. “V” və “Q” tikililərinin arxa hissəsindən giriş olduğu üçün tədqiqat obyektinin və digər mülkiyyətçilərin ümumi istifadə etdiyi yolun sahəsi isə 32.8 kv.m-dir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 27.11.2018-ci il tarixli, 04/8461 inventar nömrəli, **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 27 C ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti kimi İddiaçıdur və torpağın faktiki sahəsi 0.03955 ha, tikinti altı sahəsi 0.03955 ha kimi qeyd olunmuşdur. - İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsinə ünvanlanan 10.04.2018-ci il tarixli ərizədən görünür ki, O, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 27 ünvanında yerləşən əmlakın bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən eyni məzmunlu ərizə ilə 03 may 2018-ci il tarixdə də cavabdehə müraciət etmişdir. - Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlananı 17 may 2018-ci il tarixli **********65 nömrəli imtina məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 27 ünvanında yerləşən torpaq sahəsinin bölgüsü ilə əlaqədar tərəflər arasında razılıq olmadığından bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir və imtinası ilə razılaşmır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanuni qüvvəyə minmiş məhkəmə qərarları hesab olunur. Həmin Qanunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması dövründə iş üzrə zərurət yarandığından ünvan 9 ünvana dair arxiv qovluğundakı bütün sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16.02.2022-ci il tarixli, **********33 saylı məktub əsasında sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq olunmuş surətləri göndərilmişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: - X20 ilə İddiaçı arasında bağlanmış AN-İ№ ******* saylı 21.07.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22.11.2017-ci il tarixdə X13 verilmiş 30/28348a qeydəalma nömrəsi ilə 212 h/e nömrəli kitabın 12431-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanda yerləşən paylı mülkiyyət üzrə 2 otaq (y/s-30.8 kv.metr, k/s-17.4 kv.metr) ünvan 11 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.metr olan mənzili İddiaçı satmışdır. - X1 Qardaşxan Elxan oğlu arasında bağlanmış 04 avqust 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin təsdiq olunmuş surətindən görünür ki, ünvan 12 ünvanda yerləşən, ümumi sahəsi 522.19 kv.metr, yaşayış sahəsi 149.6 kv.metr, yardımçı sahəsi 146 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindın İddiaçı hədiyyə verilmişdir. -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Ak.Həsən Əliyev küşəsi, 27№li evin mülkiyyətçisi vətəndaş İddiaçı ünvanlanan 28.08.2017-ci il tarixli, S-59 saylı məktubdan görünür ki, İddiaçı mülkiyyətində olan Ak.Həsən Əliyev küçəsi, 27 №li evin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 iyul 2017-ci il tarixli ******* №li çıxarış) sökülüb yenidən tikilməsi ilə bağlı müraciətinə Nərimanov Rayon İcra Hakimiyyətində baxıldığı, 01 yanvar 2013-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq, inşa edilməsi təklif olunun yeni evinin təqdim olunmuş fərdi layihə əsasında yenidən tikintisinə etiraz edilmədiyi, lakin bununla yanaşı tikinti zamanı razılaşdırılmış layihədən kənara çıxma hallarının aşkar olunacağı təqdirdə inşaat işlərinin dayandırılacağı, İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə, həmçinin qüvvədə olan qanunvericiliyin digər tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövət reyestrindən RX seriyalı, ******* saylı, 28.07.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evi (“Q” tikiliş (2 otaq, y/s-30.8 kv.m., k/s-17.4 kv.m.) və “V” tikilisi (1 otaq, y/s-149.6 kv.m, k/s-146.0 kv.m.)üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. - X3 etibarnamə üzrə nümayəndəsi X9 ilə X22 arasında bağlanmış AN-İ№ ******* №li 15 aprel 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 05 aprel 2011-ci il tarixdə verilmiş 11/9132 №li Arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsini X2. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ********** saylı, 20.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları X12 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - 16.09.2011-ci il tarixli, 11/7077 160911 inventar nömrəli, **********09-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 25 ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti kimi X16r və torpağın faktiki sahəsi 0.09156 ha, tikinti altı sahəsi 0.04422 ha, 0.04734 digər sahələr kimi qeyd olunmuşdur. Göründüyü kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmçinin, qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Bakı Ərazi İdarəsinin 26.02.2016-cı il tarixli, **********86- 10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi ünvan 15 ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti kimi X7 və torpağın faktiki sahəsi 0.09156 ha, tikinti altı sahəsi 0.04812 ha kimi qeyd olunmuş 21.07.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 27 ünvanda yerləşən fərdi yaşayış evinin 2 otaq y/s-30.8 kv.m., k/s 17.4 kv.m./) alıcı İddiaçı mülkiyyətinə verilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, 28.07.2017-ci il tarixli çıxarışı ilə Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. İşin hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir, qeyd olunan torpaq sahəsində iddiaçıya məxsus 2 mərtəbəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və torpaq sahəsi mübahisəsiz şəkildə iddiaçı tərəfindən istifadə edilməkdədir. Göründüyü kimi iddiaçı sözügedən fərdi yaşayış evinin bir hissəsini yuxarıda istinad olunan alqı-satqı, digər hissəsisini bağışlama müqaviləsi əsasında əldə etmişdir. Satınalma mərhələsində Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 25 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X12 razılığı tələb edilməmişdir. İddiaçı tikinti və şəhərsalma qaydalarına uyğun olaraq rayon icra hakimiyyətinə müraciət etmiş, tikəcəyi fərdi yaşayış evinin təsdiq olunmuş eskiz layihəsini təqdim edərək tikintiyə razılıq əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə...” 16.07.2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Torpaq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Torpaq islahatı ilə bağlı publik münasibətlərin tənzimlənməsi üçün qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən olunmuş qayda və şərtlər pozulduğu halda hüququ pozulmuş şəxs inzibati orqan olan cavabdeh tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququ mübahisələndirə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur (79.2-ci maddə). Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1-ci maddə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb edilir. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1- 1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İşin faktiki hallarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan layihəyə dair hər hansı irad təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdeh inzibati orqana müraciət edərək müvafiq bölgü sxeminin tərtib edilməsini tələb edərək üzərinə düşən vəzifəni icra etmişdir. Cavabdeh inzibati orqan tərəfindən bölgü sxeminin tərtib edilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. O cümlədən qanunvericilyə əsasən müvafiq layihənin razılaşdırılması üçün hər hansı bölgü sxeminin tərtib edilməsi şərti imperativ qaydada hər hansı normada öz əksini tapmamışdır. Belə olan halda inzibati orqanla yanaşı o cümlədən başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) iddiaçının konstitusion hüquq olan mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan inzibati icraatın nəticələri hazırda qüvvədədir və hər hansı digər şəxsin maraqları ilə ziddiyət təşkil etmir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçıya və 3-cü şəxsə məxsus fərdi yaşayış evlərinin ünvanlarının Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 25 və 27 ünvanlar olmaqla biri-digərindən ayrı kordinatlarda yerləşən, müstəqil giriş-çıxışa malik olan mülkiyyətlər olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə iddia etməkdə haqlıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1 -ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün yuxarıda qeyd olunan maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 01.09.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68-ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 01.09.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar