Məhkəmə qərarları › İş №2-1(112)-631/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-631/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-631/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının məharət dərəcəsinin bərpa edilməsi, müvafiq məbləğlər üzrə pul vəsaitlərinin ona qaytarılması, aşağı vəzifəyə keçirilməsinə hüquqi qiymət verilməsi və medalla təltif olunması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının usta məharət dərəcəsinin bərpa edilməsi, barəsində yeni məlumat vərəqəsinin göndərilməsi və medalla təltif olunması, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) general rütbəsində olan zabit kimi hərbi xidmətlə bağlı Azərbaycan Respublikasının Konstitusiyası ilə və hərbi xidmət keçməni tənzimləyən qanunlarla təsbit olunan hüquqlarının pozulması və pozulmuş hüquqlarının bərpa olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət etmişdir. Müraciətlərdə ehtiyata buraxılma ərəfəsində və buraxıldıqdan sonra pozulmuş hüquqlarını aidiyyəti hüquq normaları ilə əsaslandıraraq bərpa olunması yollarını aşağıdakı qaydada xahiş etmişdir: 1) N013-cü ildə Müdafiə nazirinin əmri ilə qanuni əsaslarla növbəti məzuniyyətdə olduğu müddətdə (nazirin əmri ilə 0N – N9 dekabr N013-cü il tarixlərdə növbəti məzuniyyətdə olmuşdur, 09 – 13 dekabr N013-cü il tarixlərdə aparılan yoxlama imtahanları zamanı “usta” məharət dərəcəsindən məhrum olunmuşdur, halbuki, bu sahəni həmin vaxt tənzimləyən Müdafiə nazirinin N4 noyabr N001-ci il tarixli 01NN saylı əmri ilə məzuniyyətdə olduğu üçün məharət dərəcəsinin müddəti uzadılmalı idi) qanunsuz məhrum olunduğu “usta” məharət dərəcəsinin qanuna müvafiq surətdə bərpa olunaraq həmin qanunsuzluq nəticəsində 1 yanvar N014-cü il tarixdən indiyədək ona vurulan maddi ziyanın ödənilməsi, həmin ziyanın məbləği də ancaq N014-cü il üçün “usta” məharət dərəcəsi üçün vəzifə maaşının 35 faizindən 350 manat təşkil etdiyindən il üzrə 4.N00 manatdır (350 manat x 1N), N014-cü ilin axırlarında N015-ci il üçün ona “usta” məharət dərəcəsi verilməsi əvəzinə “1-ci dərəcəli” məharət dərəcəsi verilmişdir ki, ona görə ödənilən məbləğ də maaşın N5 faizi olduğundan, hər ay 10 faiz olmaqla, N015-ci ildən N0N1-ci ilədək 7 ildə N.940 manat (35 manat x 84 ay) təşkil edir. Bütün bunlardan belə nəticə çıxır ki, ancaq məharət dərəcəsi ilə bağlı yol verilən qanunsuzluqlar nəticəsində ona 7.140 manat (4.N00 + N.940) ziyan dəymişdir; N) N7 dekabr N013-cü il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin tələblərinin kobud surətdə pozulması nəticəsində 4 ildən çox Müfafiə nazirinin əmri ilə qanuni əsaslarla icra etdiyi ali hərbi rütbəli vəzifədən qanunsuz olaraq bir neçə pillə aşağı vəzifəyə təyin olunması ilə bağlı ona vurulan maddi ziyan ödənilməlidir. N015 – N0N1-ci illər ərzində təqaüdünün qanunsuz keçirildiyi aşağı vəzifənin vəzifə maaşı ilə hesablanması nəticəsində hər ay təxminən 500 manat az təqaüd aldığını nəzərə alaraq, ildə 6.000 manat olmaqla 7 ildə ona 4N.000 manat ziyan dəymişdir. Bu qanunsuzluğu aradan qaldırmaq üçün hərbu qulluqçu kimi ona pensiya təyin edən orqana Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən aşağı vəzifəyə keçirilənə qədər icra etdiyi ali hərbi rütbəli vəzifənin pul təminatı barəsində yeni məlumat vərəqəsi göndərilməlidir; 3) Azərbaycan Ordusunun yaradılmasında və inkişafında fəal iştirak edən və general rütbəsində olan zabit kimi onun N018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmaması ilə bağlı pozulmuş hüquqlarının bərpası ilə bağlı bildirilir ki, bu sahədə pozulmuş hüquqlarını bərpa etmək üçün onun adının hazırda təltif olunanların siyahısına daxil edilməsində heç bir maneə yoxdur. Əslində, qanuni və əsaslı olan bu tələblərin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən həll olunmasında heç bir hüquqi maneə yoxdur. Onun pozulmuş hüquqlarının hüquqi müstəvidə aidiyyəti maddi hüquq normaları ilə izahı bir daha göstərilənləri aşağıdakı formada təsdiq edir: (Məharət dərəcəsi ilə bağlı) Qeyd olunduğu kimi, heç bir qanuni əsas olmadan, növbəti məzuniyyətdə olduğu vaxtda 9 – 13 dekabr N013-cü il tarixlərdə aparılan sınaq imtahanları zamanı “usta” məharət dərəcəsindən məhrum olunması ilə bağlı aidiyyəti maddi hüquq normaları kobud surətdə pozulmuşdur. Müdafiə nazirinin əmri ilə 0N – N9 dekabr N013-cü il tarixlərdə məzuniyyətdə olmuşdur, 09 – 13 dekabr tarixlərdə “usta” məharət dərəcəsinin verilməsi ilə bağlı yoxlamadan keçirilərək, “usta” məharət dərəcəsindən məhrum olunmuşdur, halbuki, bu sahəni həmin vaxt tənzimləyən Müdafiə nazirinin N4 noyabr N001-ci il tarixli 01NN saylı əmri ilə məzuniyyətdə olduğu üçün məharət dərəcəsinin müddəti uzadılmalı idi. N013-cü ildə onun malik olduğu “usta” məharət dərəcəsindən N013-cü ilin 09 – 13 dekabr tarixlərində keçirilən yoxlamalar zamanı məhrum olunması, əslində ona qarşı yol verilən qərəzli münasibətlər nəticəsində aidiyyəti maddi hüquq normalarının kodud surətdə pozulmasıdır. Həmin vaxtda məharət dərəcəsinin verilməsi ilə bağlı maddi hüquq norması olan Müdafiə nazirinin N4 noyabr N001-ci il tarixli 01NN nömrəli əmrinin tələblərinə əsasən məharət dərəcəsinin verilməsi üzrə sınaqlar zamanı məzuniyyətdə olan hərbi qulluqçunun məharət dərəcəsi növbəti sınaqların keçirilməsinə qədər saxlanılmalıdır. İddiaçının da 0N – N9 dekabr N013-cü il tarixlərdə məzuniyyətdə olması Müdafiə nazirinin əmri ilə sübut olunur. Belə olan halda, N013-cü ildə malik olduğu “usta” məharət dərəcəsi N014-cü ilin dekabr ayınadək saxlanılmalı idi. General rütbəli bir hər qulluqçunun “usta” məharət dərəcəsindən məhrum olunması qanuni deyil, 35 təqvim ili xidmət illəri olan 15 il general rütbəsində xidmət edən hərbi qulluqçunun bütöv N014-cü ilin 1N ayında heç bir məharət dərəcəsinə malik olmaması da ağlabatan deyil; (Pensiyanın qanunsuz olaraq keçirildiyi aşağı vəzifədən hesablanması ilə bağlı) N7 dekabr N013-cü il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin tələblərinin kobud surətdə pozulması nəticəsində 4 ildən çox Müdafiə nazirinin əmri ilə qanuni əsaslarla icra etdiyi ali hərbi rütbəli vəzifədən qanunsuz olaraq aşağı vəzifəyə təyin olunması ilə bağlı ona vurulan maddi ziyanın ödənilməsi ilə bağlı tələblə əlaqədar yol verilən qanunsuzluqlardan ibarət olan özbaşınalıqlar zamanı maddi hüquq normaları pozulmuşdur. Qeyd olunduğu kimi, aşağı vəzifəyə keçirilənə qədər icra etdiyi ali rütbəli vəzifənin pul təminatı barəsində yeni məlumat vərəqəsi müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Bu məsələyə tam aydınlıq gətirilməsi üçün müraciətlə əlaqədar Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən 8 fevral N0N1-ci il tarixli 11/5N5 saylı cavab məktubunda göstərilən dəlillərə aydınlıq gətirmək lazımdır. İddiaçı Müdafiə nazirinin N7 iyun N009-cu il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin qərargah rəisi – Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsinə (ştat kateqoriyası “polkovnik”) təyin edilmişdir və həmin əmrlə Hərbi Hava Qüvvələrinin komandanı – Müdafiə nazirinin müavini vəzifəsinin icrasına buraxılmışdır. Müdafiə nazirinin N8 oktyabr N013-cü il tarixli müvafiq əmri ilə tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin sərəncamına keçirilmiş və Müdafiə nazirinin N7 dekabr N013cü il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissə komandirinin müavini (ştat kateqoriyası “polkovnik”) vəzifəsinə təyin edilmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 4N.0.N-ci maddəsinə müvafiq olaraq (xəstəliyə görə) istefaya buraxılmışdır. Yuxarıda göstərilənlərlə də təsdiq olunur ki, Nazirliyin rəhbərliyi ona qarşı qərəzli münasibət göstərmişdir. Nazirliyin Hüquq İdarəsindən göndərilən məktublarda ona qarşı yol verilən qanunsuzluqlar başqa formada təqdim olunsa da, qanunsuzluqlar aydın görünür. Belə ki, məktubda qeyd olunanlarla təsdiq olunur ki, N8 oktyabr N013-cü il tarixdə verilən müvafiq əmrlə o, aşağı vəzifəyə təyin olunmuşdur, baxmayaraq ki, Hüquq İdarəsinin rəisi tərəfindən ona göndərilən cavabların birində göstərilmişdir ki, guya o, “polkovnik” vəzifəsindən azad olunaraq “polkovnik” vəzifəsinə təyin olunduğu üçün bərabər vəzifəyə keçirilmişdir; (“Azərbaycan Ordusunun 100 illiyi (1918 – N018)” yubiley medalı ilə təltif olunmaması barəsində yol verilmiş qanunsuzluqla bağlı) Məlum olduğu kimi, N018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi təntənəli surətdə qeyd edilmişdir və həmin tarixi günün şərəfinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən tərtib olunan siyahı əsasında həm xidmətdə olan, həm də təqaüddə olan generalların hamısı həmin medalla təltif olunmuşdur. İddiaçıya olan qərəzli münasibətlərə görə onun adı həmin siyahıya salınmamışdır. Qeyd olunanlarla təsdiq olunur ki, ona qarşı ərizədə göstərilən qanunsuzluqlara həqiqətən yol verilmişdir. Dəfələrlə ünvanlanmış müraciətlərə baxmayaraq onların aradan qaldırılması ilə bağlı indiyədək heç bir tədbir görülməmişdir. Müraciətlərə əsasən yol verilən qanunsuzluqlar barəsində araşdırma aparmaq əvəzinə, məsələyə dair araşdırma aparmadan formal cavablar verilmiş, bəzən, o cümlədən sonuncu dəfə heç bir cavab verilməmişdir. Halbuki, aidiyyəti maddi hüquq normalarına əsasən araşdırmanın aparılmasının təmin edilməsi Müdafiə Nazirliyinin rəhbərliyinin vəzifə borcudur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N4, N8-ci maddələrinə əsaslanaraq, iddiaçı məhkəmədən növbəti məzuniyyətdə olduğu müddətdə qanunsuz məhrum edildiyi “usta” məharət dərəcəsinin məhrum olunduğu vaxtdan bərpa edilməsi, pensiya təyinatı aparan orqana ehtiyata buraxıldığı aşağı vəzifəyə keçirilənə qədər icra etdiyi ali hərbi rütbəli vəzifənin pul təminatı barədə məlumat vərəqəsinin göndərilməsi və N018-ci ildə təltif olunmalı olduğu “Azərbaycan Ordusunun 100 illiyi (1918 – N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması, ona qarşı yol verilən yuxarıda sadalanan qanunsuz hərəkətlər nəticəsində külli miqdarda (49.140 manat) ziyan dəydiyindən Müdafiə Nazirliyinin rəhbərliyinin hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (Nazirliyin Hüquq İdarəsinin) məhkəməyə ünvanlanmış iddiaya qarşı 13 aprel N0NN-ci il tarixli yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üzrə iddia ilə bağlı aşağıdakı hallar müəyyən edilmişdir: İddiaçı iddia ərizəsində 13 dekabr N013-cü il tarixdə aparılan sınaq yoxlama imtahanları zamanı məzuniyyətdə olduğu üçün “usta” məharət dərəcəsindən məhrum edildiyini, N015-ci ilə isə ona “1-ci” məharət dərəcəsi verildiyini, N7 dekabr N013-cü il tarixdə tutduğu vəzifədən azad edilərək digər bərabər vəzifəyə keçirildiyini göstərərək, məhkəmədən “usta” məharət dərəcəsinin bərpası, yeni məlumat vərəqəsinin verilməsi, yubiley medalı ilə təltif olunması və s. tələblərin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı istefada olan general-mayor İddiaçı 13 dekabr N013-cü il tarixdə aparılan sınaq yoxlama imtahanları zamanı məzuniyyətdə olduğu üçün “usta” məharət dərəcəsindən məhrum edilərək, N015-ci ildə ona “1-ci” məharət dərəcəsi verilmişdir. N7 dekabr N013-cü il tarixdə Müdafiə nazirinin sərəncamında olan İddiaçı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsinə təyin edilmişdir. 13 avqust N015-ci il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 4N.0.N-ci maddəsinə müvafiq olaraq (xəstəliyə görə) istefaya buraxılmışdır. Ehtiyat buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata düşmüş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Bundan əlavə, iddiaçı istefada olduğu müddətdə – N018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qarşısında tələb qoymuşdur. Halbuki, mövcud qanunvericiliyə əsasən istefada olan şəxslərin təltif olunması şəxsin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə yerli qurumu (idarə, şöbə) tərəfindən həyata keçirilir. O, Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla, “göndərilən sənədlərin uçotunun aparılması jurnalı”nda imza edərək təyinat vərəqəsini almışdır. Belə olan halda, iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyasına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin iddiaçı bunu etməmiş və 6 il 3 ay keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlara əsasən iddiaçı inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli 5 nömrəli qərarının N.3-cü bəndinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (Nazirliyin Hüquq İdarəsinin) məhkəməyə ünvanlanmış iddiaya qarşı 8 dekabr N0N3-cü il tarixli yazılı etirazında bildirilir ki, İddiaçı Müdafiə nazirinin N7 iyun N009-cu il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin qərargah rəisi – Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsinə (ştat kateqoriyası “polkovnik”) təyin edilmiş və həmin əmrlə Hərbi Hava Qüvvələrinin komandanı – Müdafiə nazirinin müavini vəzifəsinin icrasına buraxılmışdır. 13 dekabr N013-cü il tarixdə aparılan sınaq yoxlama imtahanları zamanı məzuniyyətdə olduğu üçün “usta” məharət dərəcəsindən məhrum edilməsi ilə bağlı bildirilir ki, Müdafiə nazirinin N8 oktyabr N013-cü il tarixli müvafiq əmri ilə tutduğu vəzifədən azad edilərək Müdafiə nazirinin sərəncamına keçirilmiş və N7 dekabr N013-cü il tarixli müvafiq əmri ilə N saylı hərbi hissə komandirinin müavini (ştat kateqoriyası “polkovnik”) vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyi İşlər İdarəsinin N9 yanvar N0N1-ci il tarixli 9/116 nömrəli məktubuna müvafiq olaraq iddiaçı N dekabr N013-cü il tarixdən N9 dekabr N013-cü il tarixədək N013-cü ilin hesabına növbəti məzuniyyətdən N7 gün istifadə etmişdir və N saylı hərbi hissədə müvafiq vəzifəyə təyin olunduğu üçün N9 dekabr N013-cü il tarixdən Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Bu səbəbdən iddiaçı N013cü ildə aparılan sınaq imtahanlarına əvvəlki xidmət etdiyi hərbi hissədən təqdim olunmamışdır. Müdafiə nazirinin N8 fevral N014-cü il tarixli 045 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydaları haqqında» Əsasnamənin N6-cı bəndinin tələblərinə əsasən məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlarda üzürlü səbəbdən (xəstəlik, ezamiyyət) iştirak edə bilməyən hərbi qluuqçuların mövcud məharət dərəcəsi növbəti sınaqların keçirilməsinə qədər saxlanılır, bu barədə komissiyanın aktında qeyd edilir və müvafiq komandirin (rəisin) əmrinə salınır. Qeyd edilən Əsasnamənin N4-cü bəndinə müvafiq olaraq usta məharət dərəcəsi verilmiş hərbi qulluqçular bu dərəcəni iki ildə bir dəfə, digər məharət dərəcələrini isə ildə bir dəfə təsdiq etdirməlidirlər. Məharət dərəcəsi verilmiş hərbi qulluqçular hərbi uçot ixtisaslarını dəyişdikləri zaman bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və vaxtda yeni ixtisas və vəzifə üzrə məharət dərəcəsinin verilməsi üçün sınaqlara cəlb olunurlar. N013-cü ildə məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar zamanı məzuniyyətdə olması səbəbindən malik olduğu “usta” məharət dərəcəsi Müdafiə nazirinin N4 noyabr N001-ci il tarixli 01NN nömrəli əmrinin tələblərinə əsasən növbəti sınaqların keçirilməsinə qədər saxlanılaraq, hərbi uçot ixtisası dəyişdiyi üçün Müdafiə nazirinin N8 fevral N014-cü il tarixli 045 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydaları haqqında» Əsasnamənin N4-cü bəndinə əsasən müəyyən edilmiş qaydada və vaxtda yeni ixtisas və vəzifə üzrə məharət dərəcəsinin verilməsi üçün sınaqlara cəlb olunmuşdur. N013-cü ildə məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaqlara təqdim edilmədiyi, N014-cü ildə N saylı hərbi hissə komandirinin N0 noyabr N014-cü il tarixli müvafiq məktubu ilə “usta” məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaqlara təqdim olunduğu, sınaq imtahanlarında iştirak edərək nəzəri biliklərdən “yaxşı” qiymət aldığına görə Ali İxtisas Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Motoatıcı və tank ixtisasları üzrə yardımçı komissiyanın aktı”na əsasən 1-ci məharət dərəcəsinə layiq görülmüş və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin NN dekabr N014-cü il tarixli müvafiq əmri ilə ona 1-ci məharət dərəcəsi verilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilənləri nəzərə alaraq, əvvəllər malik olduğu “usta” məharət dərəcəsinin bərpa edilməsi üçün əsas yoxdur. İddiaçı 1 iyul N015-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunaraq, “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” kimi qiymətləndirilərək 13 avqust N015-ci il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 4N.0.N-ci maddəsinə müvafiq olaraq (xəstəliyə görə) istefaya buraxılmışdır. İddiaçı öz ərizəsində aşağı vəzifəyə qanunsuz keçirilməyini qeyd edərək, ona dəymiş maddi ziyanın və hərbi pensiyanın son vəzifəyə keçirilənədək icra etdiyi vəzifə ilə hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin 18 dekabr N013-cü il tarixli müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, iddiaçı N saylı hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun N0.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Göründüyü kimi, iddiaçı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vəzifəyə təyin edildiyindən, onun hərbi pensiyasının son vəzifəyə keçirilənədək icra etdiyi əvvəlki vəzifə ilə hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı istefada olduğu müddət N018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmasını Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşısında tələb qoymuşdur. Halbuki, mövcud qanunvericiliyə əsasən istefada olan şəxslərin təltif olunması şəxsin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə yerli qurumu (idarə, şöbə) tərəfindən həyata keçirilir. İddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyasına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin iddiaçı bunu etməmiş və 6 il 3 ay keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. İddiaçı inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. Göstərilənlərə və İPM-in 35, 38.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N015-ci il tarixli 5 nömrəli qərarının N.3-cü bəndinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə icraatının gedişində iddiaçı iddianın dəyişirilməsi barədə ərizə təqdim etmiş və iddiasının aşağıdakı kimi qəbul olunmasını xahiş etmişdir: 1) N013-cü ilin dekabr ayında qanunsuz olaraq ləğv edilmiş “usta” məharət dərəcəsinin bərpa olunması və N014cü il ərzində Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq məhrum olunduğu aylıq vəzifə maaşının 35 faizinin ona qaytarılması; N) N014-cü ilin dekabr ayında Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq kəsilmiş “usta” məharət dərəcəsinin bərpa olunması və N015ci ilin yanvar ayından bu günədək məharət dərəcəsinə görə almalı olduğu aylıq vəzifə maaşının 10 faizinin (“usta” və “1-ci” məharət dərəcələri arasındakı fərq) ona qaytarılması; 3) vəzifədə qanunsuz olaraq bir pillə aşağı keçirilməsinə hüquqi qiymət verilməsi, yerdəyişmə nəticəsində almalı olduğu vəzifə maaşının bərpa olunması və N7 dekabr N013-cü il tarixdən ödənilməsi; 4) «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 53cü maddəsini əsas tutaraq iddiaçıya qarşı qanunsuzluqlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi; 5) “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi ilə bağlı ədalətsizliyin aradan qaldırılması. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun N.0.N-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun N.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 4N.0.N-ci maddəsinə gprı hərbi qulluqçular xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. Həmin Qanunun 53-cü maddəsinə görə bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının 30 iyun N017-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamənin 1-ci maddəsinə görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə N018-ci il iyunun N6-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər. Əsasnamənin N-ci maddəsinə görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının N017-ci il 30 iyun tarixli 760-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyul N017-ci il tarixli 1506 nömrəli Fərmanının N-ci bəndi ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918- N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının müdafiə nazirinə verilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun N-ci maddəsinin 1-ci bəndinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. İPM-in N.N-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (N.N.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (N.N.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (N.N.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); - (N.N.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı iddiasında aşağıdakı tələbləri irəli sürür: Məhkəmə icraatının gedişində iddiaçı iddianın dəyişirilməsi barədə ərizə təqdim etmiş və iddiasının aşağıdakı kimi qəbul olunmasını xahiş etmişdir: - N013-cü ilin dekabr ayında qanunsuz olaraq ləğv edilmiş “usta” məharət dərəcəsinin bərpa olunması və N014-cü il ərzində Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq məhrum olunduğu aylıq vəzifə maaşının 35 faizinin ona qaytarılması; - N014-cü ilin dekabr ayında Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq kəsilmiş “usta” məharət dərəcəsinin bərpa olunması və N015-ci ilin yanvar ayından bu günədək məharət dərəcəsinə görə almalı olduğu aylıq vəzifə maaşının 10 faizinin (“usta” və “1-ci” məharət dərəcələri arasındakı fərq) ona qaytarılması; - vəzifədə qanunsuz olaraq bir pillə aşağı keçirilməsinə hüquqi qiymət verilməsi, yerdəyişmə nəticəsində almalı olduğu vəzifə maaşının bərpa olunması və N7 dekabr N013-cü il tarixdən ödənilməsi; - «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 53-cü maddəsini əsas tutaraq iddiaçıya qarşı qanunsuzluqlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi; - “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi ilə bağlı ədalətsizliyin aradan qaldırılması. Məhkəmə iddiaçının həmin tələbləri ilə bağlı aşağıdakıları diqqətə çəkir: - (1-ci və N-ci tələblər üzrə) iddiaçı hərbi xidmət dövründə, yəni 13 dekabr N013-cü il tarixdə aparılan növbəti sınaq yoxlama imtahanlarında iştirak etdiyindən və həmin imtahanın nəticəsi barədə qərarı tələb edərək (qərar mövcud olmasa da, faktiki hətəkətləri) vaxtında mübahisələndirmədiyindən, habelə N015-ci ildə ehtiyata buraxıldığından, onun “usta” məharət dərəcəsinin bərpası mümkün deyil. Nəzərə alınmalıdır ki, hərbi qulluqçu statusuna malik olan şəxsə hər hansı pillə üzrə məharət dərəcəsinin verilməsi onun xidmət üzrə faktiki göstəricilərindən asılı olan və onu xidmət etdiyi qurum üzrə müvafiq səlahiyyət şəxsin (rəhbərin) qiymətləndirməsi çərçivəsində mövcud hallarla bağlıdır, iddiaçı isə hazırda hərbi xidmətdə qulluq etmir. Odur ki, inzibati məhkəmə icraatında iddiaya “usta məharət dərəcəsinin bərpa edilməsi və müvafiq məbləğlər üzrə pul vəsaitlərinin ona qaytarılması” hissəsində baxılması mümkünsüzdür. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının N-ci tələbi 1-ci tələbdən törəmə və asılıdır. - (3-cü və 4-cü tələblər üzrə) İddiaçı “aşağı vəzifəyə keçirilməsinə hüquqi qiymət verilməsi”ni tələb etsə də, bu tələbin irəli sürülməsi cavabdehin N8 oktyabr N013-cü il tarixli və N8 oktyabr N013-cü il tarixli əmrlərinin mübahisələndirilməsindən yayınma cəhdi kimi qiymətləndirilir. Belə ki, iddiaçı Müdafiə nazirinin N8 oktyabr N013-cü il tarixli müvafiq əmri ilə tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin sərəncamına keçirilmiş və Müdafiə nazirinin N7 dekabr N013-cü il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı N8 oktyabr N013-cü il və N7 dekabr N013-cü il tarixli əmrlərin mübahisələndirilməsi üzrə 1 aylı iddia müddəti buraxılmışdır. Həmin inzibati aktlar (əmrlər) xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, sonuncu vəzifəsini icra etmədiyi halda, xidməti münasibətlərdə digər nəticələrin (o cümlədən, xidmət yerinə gəlməməyə görə, lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur. Halbuki, belə nəticələrdən heç biri olmamışdır. Bundan başqa, iddiaçı iddianı bu hissədə “aşağı vəzifəyə keçirilməsinə hüquqi qiymət verilməsi” kimi təqdim etməklə “müəyyən etmə və tanınma” haqqında iddia kimi irəli sürmüşdür. Bu qəbildən olan iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Həmin iddialar üzrə qanunverici tərəfindən komkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçı ən azı qısa müddət ərzində inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına əmin olmaqda maraqlı olmalıdır. Başqa sözlə, iddia qaldıran şəxs inzibati aktın qanunsuz sayılmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Bu səbəbdən, hazırkı mübahisənin qeyd olunan hissəsinə münasibətdə yuxarıda qeyd olunan şərt (qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Çünki, əmrlərin verilməsindən uzun (8 ildən artıq) müddət kemişdir. Belə olan halda, iddiaçının bir-biri ilə əlaqəli 3-cü və 4-cü tələbləri üzrə iddiaya baxılması da mümkünsüzdür. - (5-ci tələb üzrə) İddiaçının “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi ilə bağlı məsələyə gəldikdə isə, məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və diqqətə çəkir ki, Azərbaycan Respublikası Prezidentinin 11 iyul N017-ci il tarixli 1506 nömrəli Fərmanının N-ci bəndi ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-N018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının müdafiə nazirinə verilmişdir. Lakin bununla yanaşı məhkəmə vurğulayır ki, ehtiyata buraxılmış zabitlərin sözügedən yubiley medalı ilə təltif olunması cavabdeh inzibati orqan hüququdur və hər hansı inzibati icraatın predmeti kimi çıxlış etmir. Ona görə də cavabdeh inzibati orqan Müdafiə Nazirliyinin üzərinə həmin medalla təltif olunma öhdəliyinin qoyulması yolverilən sayıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, məhkəmənin hazırkı iddia üzrə mövqeyi iddiaçının gələcəkdə, inzibati orqanın hərəkətlərini mübahisələndirməklə ona dəymiş ziyanın əvəzi kimi müvafiq kompensasiya ödənilməsini tələb etmək üzrə iddia qaldırmasını istisna etmir. İddiaçının bununla bağlı inzibati orqana qabaqcadan müvafiq müraciəti olmadığından, məhkəmə iddianın dəyişdirilməsinin ona tövsiyəsini məğbul bilməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsaslanaraq hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in N3.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar