Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6311/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızınınsədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə hərəkətlərinin qanunsuz sayılması, 30 yanvar 1984-cü ilt arixdən 25 dekabr 2004-cü il tarixədək X7 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1956-cı ildə Ağdam rayonunda anadan olmuşdur. 1972-ci ildən Ağdam 6 nömrəli dəzgahqayırma zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin müəssisədə fəhlə peşəsində əmək fəaliyyətini davam etdirmişdir. 1980-ci ildə öz ərizəsinə əsasən həmin müəssisədə işdən azad olunduqdan dərhal sonra Ağdam şəhər pərakəndə ticarət birliyinin 45 nömrəli mağazasında satıcı vəzifəsində işə daxil olmuş və 1983-cü ilin avqust ayınadək həmin müəssisədə işləmişdir. 30.01,1984-cü ildən isə X7 əmək fəaliyyətinə başlamış və 2004-cü ilədək həmin müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. Qeyd olunduğu kimi, 1975-1977ci illərdəki hərbi xidmət dövrü daxil olmaqla 1972-ci ildən 2004-cü ilədək ümumilikdə 30 ildən artıq sığorta stajına malik olduğundan xx.xx.2021-ci ildə 65 yaşı tamam olması ilə əlaqədar o, yaşa görə əmək pensiyasına çıxması üçün aidiyyəti icra hakimiyyəti orqanına müraciət etmişdir. Cavabdeh tərəfindən onun qeyd olunan müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək, bildirilmişdir ki, tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd olunmuş digər dövrlər nəzərə alınmaqla sığorta stajı 10 il 2 ay 25 gün təşkil etməklə qanunvericiliklə müəyyən olunmuş müddətdən (25) azdır. Eyni zamanda, 10 il 2 ay 25 gün sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19230,92 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Cavabdehin qeyd olunan məktubunda həmçinin bildirilmişdir ki, Azərbaycan Rsepublikası Dövlət X1 xx.xx.2021-ci il tarixli, T-191 nömrəli arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək işlədiyi X2 dövrə aid əmrlər kitabı və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən həmin dövrün (xx.xx.1984- xx.xx.2004-cü il) sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Cavabdeh həmin məktubunda yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasının hüquqi əsası olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 7-ci maddələrinə istiad etmişdir. Hesab edir ki, cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə hərəkətləri qanunsuz hesab edilməli və 30 yanvar 1984-cü il tarixdən 25 dekabr 2004-cü il tarixədək X7 müxtəlif vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalır. Belə ki, cavabdeh imtinasında bildirir ki, xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək X7 işlədiyi dövr onun əmək kitabçasında qeyd edilsə də, arxiv sənədləri ilə təsdiq olunmadığından qanunvericiliyin tələbinə görə pensiya təyini zamanı həmin dövr nəzərə alına bilməz. Halbuki, 2002-2005-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə isə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Onun da, mübahisə olunan dövrdə əmək fəliyyəti ilə məşğul olduğu əmək kitabçası ilə təsdiq olunur. Qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajı təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Qaydaların 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də, arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. Əlavə olaraq bildirir ki, əgər mübahisə olunan dövrlər üzrə işə götürən tərəfindən hər hansı sənədin saxlanılmaması və yaxud lazımi qaydada dövlət arxivinə təqdim edilməmişdirsə bu onun təqsirimdən olmamışdır və buna görə onun yaşa görə əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən 65 yaşının tamam olması ilə əlaqədar yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində 25 ildən artıq sosial sığorta stajının olduğunu qeyd etmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək X7 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırırlar ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 № li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd eoilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sosial sığorta stajı 10 il 02 ay 25 gün təşkil etməklə qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda qəbul edilən sosial sığorta stajına müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19230,92 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.1984 - xx.xx.2004-cü illərdə X7 işlədiyi dövrlərdir. Əlavə olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Migəçevir filialının xx.xx.2021-ci il tarixli T-191 nömrəli arxiv arayışına əsasən əmək iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi X2 dövrə aid əmrlər kitabı və əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda X10 fəaliyyət göstərmədiyi və iddiaçının arxiv sənədləri arxivə təhvil verilmədiyi üçün iddiaçının həmin müəssisədə işləməsi faktını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq, İddiaçı tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 13 yanvar 2022-ci il tarixli, **********3 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı10 il 2 ay 25 gün təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 10 il 2 ay 25 gün sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19230,92 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2021-ci il tarixli T-191 nömrəli arxiv arayışına əsasən əmək kitabçası surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi X2 dövrə aid əmrlər kitabı və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən həmin dövrün (xx.xx.1984-xx.xx.2004-cü il) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial Müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Məlumat üçün bildirirlər ki, ona xx.xx.2021-ci il tarixindən 130 manat yaşa görə müavinət təyin olunmuşdur. Əlavə olaraq yaşa görə sosial müavinətin məbləği xx.xx.2022-ci il tarixindən 180 manat müəyyən edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 06 iyun 1975 – 02 iyun 1977-ci illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçının Bakı Konverv Zavodunda işə başlayana qədər əmək stajı olmamış, o, xx.xx.1972-ci il tarixdə Ağdam 6 nömrəli SMD üzrə iknci dərəcə ilə çilingər-quraşdırıcı təyin edilmiş, xx.xx.1973-cü il tarixdə ərizəsinə əsasən oxumağa getdiyindən ikinci dərəcə ilə çilingər-quraşdırıcılıqdan azad eidlmiş, xx.xx.1979cu il tarixdə İ dərəcli fəhlə kimi zavoda işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdən ikinci dərəcəli torna dəzgahının sazlayıcısı keçirilmiş, xx.xx.1975-ci ildə Sovet ordu sıralarına çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordu sıralarında olmuş, xx.xx.1977-ci ildə Ağdam dəzgah təchizatı zavoduna MYS ikinci dərəcəli tornaçı qəbul edilmiş, xx.xx.1978-ci ildə ikinci dərəcəli cilalayıcı peşəsi verilmişdir. xx.xx.1979-cu ildə 2 saylı mex.sexə revolver dəzgahlarının sazlayıcısı keçirilmiş, xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə Avtomobil yollarının tikintisi və istismarı Nazirliyinin Ağdam 8 saylı YTS Ağdam-Fizuli obyektində 5-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1980-ci ildə Ağdam SMD-48 3-cü dərəcəli quraşdırıcı qəbul edilmiş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1980-ci ildə Ağdam şəhər Pərakəndə Ticarət Birliyi 45 nömrəli mağazaya satıcı təyin edilmiş, xx.xx.1983-cü il tarixdə ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1984-cü il tarixdə X7 Kolbasa sahəsində 3-cü dərəcə ilə süni qabıq hazırlayan qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə 2-ci dərəcəli qiymə hazırlayan keçirilmiş, xx.xx.1986-cı il tarixdə 3-cü dərəcəli qiymə hazırlayan keçirilmiş, xx.xx.2004-cü il tarixdə X9 tutduğu vəzifədən azad edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 14 mart 2022-ci il tarixli, **********86 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 908 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X8 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış (yaradılma tarixinə hüquqi ünvanı - Mingəçevir şəhəri, Sağ sahil küçəsi) və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2011-ci il tarixində tam başa çatdırılmışdır. Müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar məlumatların əldə edilməsi məqsədilə cəmiyyətin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət edilməsi məqsədəuyğun hesab olunur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət X5 tərəfindən təqdim edilmiş T-32 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X8 şəxsi heyət üzrə arxiv sənədləri filiala təhvil verilmədiyi üçün İddiaçı işləməsini təsdiq etmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş 11 mart 2022-ci il tarixli, **********724100 nömrəli cavab məktubundan görünür ki, məlumat-uçot bazasına əsasən “X10”nın bazasında hüquqi ünvanı “Mingəçevir şəhəri, Sağ sahil, ev 7” olmaqla "xxxx" ASC xx.xx.2013-cü il tarixində ********** VÖEN ilə vergi ödəyicisi olaraq qeydiyyata alınmışdır. Hal-hazırda fəaliyyəti aktivdir. İşdə olan sənədlərdən görünür ki, X10 tərəfindən iddiaçı barəsində 10 yanvar 1987ci il tarixdə xidməti xasiyyətnamə verilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” 13 yanvar 2022-ci il tarixli, **********3 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki mübahisənin predmetini iddiaçının hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya hüququna malik olub-olmaması təşkil edir. Həmin maddənin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən artıq təşkil edir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 10 il 2 ay 25 gündür. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı müddəti isə onun X7 xx.xx.1984-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan müddətdir. Cavabdehin dəlili isə ondan ibarətdir ki, X2 dövrə aid əmrlər kitabı və əmək haqqı cədvəllləri Dövlət Arxivinə təhvil verilmədiiyndən, həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamış, bu səbəbdən də, sözügedən dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan (25 il) az təşkil edir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının 1984-2004-cü illərdə X7 iş stajının əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, həmin dövrə aid iş stajı müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının 1984-2004-cü illərdə X6 əmək fəaliyyətinin qanuniliyi işdə olan məhkəmə sorğularına əsasən müvafiq dövlət qurumları tərəfindən daxil olmuş cavab məktublarına əsasən bir daha öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslı hesab edilərək, təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6311/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6311/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver