Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6316/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi Cavabdeh Mirzə qızının və vəkili Kazımov Əfqan Xanlar oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Cavabdeh Mirzə qızına qarşı “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan:ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Cavabdeh qarşı “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra (2-1(112)- 6316/2020 nömrə ilə qeydiyyata alınmaqla) İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Cavabdeh Mirzə qızı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, «onun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunmağı ilə əlaqədar məhkəməyə müraciət edilməsi və qətnamə qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 19 avqust 2020ci il tarixli qərarının ləgv edilməsi» tələbinə dair mübahisələndirmə haqqında iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı məhkəməyə müraciət etdiyini, iddia ərizəsinin məhkəmənin hakimi Rüstəm Kərimlinin icraatına qəbul edildiyini bildirmiş və hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ona qarşı “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mübahisə predmetləri eyni olan müstəqil işlər olduğundan, həmin işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə həmin işlərin bir icraatda birləşdirilməsi barədə vəsatət vermişdir. İşin hazırlıq icraatı mərhələsində məlum olmuşdur ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir (hakim Rüstəm Kərimli 2-1(112)-6222/2020 nömrə ilə qeydiyyata alınmaqla). İş üzrə 20 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq icraatı üzrə iclasında müstəqil işlərin bir icraata birləşdirilməsi məsələsi müzakirə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mirzə qızı və vəkili X1 hər biri ayrıayrılıqda hazırkı müstəqil işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini, lakin hakim Mehriban Qarayevanın icraatında baxılmasını bildirdilər. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı iş 2-1(112)-6222/2020 saylı (iddiaçı Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “qərarın ləgv edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, birbiri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Nəzəriyyədə tələblərin birləşdirilməsinin müxtəlif formaları mövcuddur: tələblərin azad, mütləq və məhdud birləşdirilməsi. Azad birləşdirmə iddiaçıdan asılılığını, mütləq birləşdirmə qanunvericilikdə birbaşa göstərilməsini, məhdud birləşdirmə forması isə tələblərin məhkəmənin razılığı ilə birləşdirilməsini nəzərdə tutur. Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində bir-biri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur. Belə ki, MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Məhkəmələrə verilən tələblərin məhdud birləşdirilməsi səlahiyyəti də qanunvericiliklə müəyyən edilir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (MPM-in 169.3-cü maddəsi). Digər tərəfdən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır (MPMin 169.1-ci maddəsi). Qanunvericilikdə müəyyən edilən bu fərqli prosessual qaydalar, mahiyyəti üzrə yaxın tələbləri birləşdirmək və ya müxtəlif səbəblərdən, o cümlədən bir yurisdiksiya daxilində baxıla bilməyən tələbləri ayıraraq fərqli icraatda baxılmasını nəzərdə tutur. İPM-in 37-ci maddəsinin tələblərinə əsasən isə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Beləliklə, inzibati prosessual qanunvericilikdə tələblərin birləşdirilməsi eyni predmetlə bağlı olduqda mümkün sayılır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. MPM-in 169.3.-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 169.4.-cü maddəsinə görə bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Cavabdeh qarşı “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair iş məhkəmənin (hakim Rüstəm Kərimli) icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işlə (iş nömrəsi 2-1(112)-6222/2020) birləşdirilərək bir icraatda baxılması üçün məhkəmənin hakimi Rüstəm Kərimlinin icraatına verilməlidir. İPM-in 83.1-ci maddəsinbə görə şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İPM-in 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37-ci, 83.1, 83.4-cü, MPM-in 169.3., 169.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Cavabdeh qarşı “Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair 2-1(112)-6316/2020 saylı inzibati iş iddiaçı Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2-1(112)-6222/2020 nömrəli inzibati işlə birləşdirilərək bir icraatda baxılması üçün məhkəmənin hakimi Rüstəm Kərimlinin icraatına verilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-6316/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6316/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver