Məhkəmə qərarları › İş №2-1(112)-6318/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6318/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6318/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olub. xx.xx.1981-ci ildə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbəsinə daxı olmuş, xx.xx.1986-cı ildə həmin ixtisası bitirib. O, xx.xx.1986-cı ildə əmək fəaliyyətinə başlamış, aşağıda qeyd olunan müəssisələrdə müxtəlif vəzifələrdə işləyib. Belə ki, o, xx.xx.1986-cı ildə “Xəzərqazmaneftqazsənaye” İB ixtisaslaşdırılmış texniki vasitələrlə X7 İdarəsi “Oktyabrın 60 illiyi” özüqaldıran üzən qazma qurğusuna DVS və gəmi sistemləri üzrə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə həmin qurğuda qazma avadanlıqları üzrə mexanik, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək isə böyük mexanik vəzifələrində, xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilədək “Parketçi kooperativində ekspeditor vəzifəsində, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək “Deutsche Tiefbohr-A.G, Baku”, “KCA Deutag Tiefbohrgesllschaft mbH” şirkətlərində sıravi köməkçi, xx.xx.2004-cü ildən xx.xx.2019-cu ilədək “KCA Deutag Tiefbohrgesllschaft mbH” şirkətində mexanik və baş mexanik vəzifələrində işləyib. xx.xx.2019-cu ildən hal-hazıradək “Turan Drilling and Engineering Company şirkətində baş mexanik vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixində 60 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrir və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanır (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışır. kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından ası olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. O, cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmr pensiyasını təyin etməyi xahiş etsə də, cavabdeh güzəştli iş stajımın olmaması əsas gətirərək pensiya təyin etməkdən imtina etmişdir. O imtina ilə aşağıdakı səbəblərdən razı deyil. Belə ki, əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilən arayışa və vəzifə təlimatlarına əsasən onun xx.xx.2022-ci tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə güzəştli iş stajım 12,6 ildən artıqdır. Çalışdığı sıravi köməkçi vəzifəsi adıçəkilən Siyahının Neftin qazılması və hasilatı neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndinin a) fəhlələr yarımbəndindəki neft və qaz üçün istismar v kəşfiyyat-qazma quyularının qazmaçıları vəzifəsi, mexanik və baş mexar vəsifələri isə qazma qurğularının motorçuları vəzifəsi ilə uyğunluq təşkil edir.

3. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarimbəndində (a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən Turan Drilling & Engineering Company-nin sizə dair xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2019-cu il tarixindən bugünədək baş mexanik vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi əmək stajına xx.xx.1986-cı ildə “Xəzərqazmaneftqazsənaye” İB ixtisaslaşdırılmış texniki vasitələrlə X7 İdarəsi “Oktyabrın 60 illiyi” özüqaldıran üzən qazma qurğusunda DVS və gəmi sistemləri üzrə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə həmin qurğuda qazma avandanlıqları üzrə mexanik, xx.xx.1989-cü ildən xx.xx.1991-ci ilədək isə böyük mexanik, xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilədək “Parketçi” kooperativində ekspeditor, xx.xx.2003- cü ildən xx.xx.2004-cü ilədək “Deutsche Tiefbohr- A.G, Baku”, "KCA Deutag Tiefbohrgesllschaft mbH” şirkətlərində siravı köməkçi, xx.xx.2004-cü ildən xx.xx.2019-cu ilədək “KCA Deutag Tiefbohrgesllschaft mbH” mexanik və baş mexanik, xx.xx.2019-cu ildən hal-hazıradək "xxxx" işlədiyini göstərmişdir. İddiaçı daha əvvəl xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla iddiaçının güzəştli iş stajının olmadığını bildirmişlər. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısr’nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarimbəndində (a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları vəzifələri nəzərdə tutulub. Cavabdehə təqdim edilən Turan Drilling & Engineering Company-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2019-cu il tarixdən bugünədək baş mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

5. Turan Drilling & Engineering (iş yeri) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən bildirilmişdir ki, İddiaçı Göyçə oğlu (FİN: xxxxxxx) həqiqətən, xx.xx.2003-cü il tarixində “Deutsche Tiefbohr - A.G., Baku” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Sıravi köməkçi vəzifəsinə qəbul edilib. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Sıravi köməkçi vəzifəsinə təyin olunub. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Mexanik vəzifəsinə keçirilib. xx.xx.2010-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə təyin olunub. xx.xx.2012-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2012-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyinə Xəzər dənizində yerləşən buruqlarda neft- qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə qəbul edilib. xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyində əmək müqaviləsinə xitam verilib. xx.xx.2019-cu ildə "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə keçirilib. Hal-hazırda "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsində işləyir. Yuxarıda qeyd olunan şirkətlər Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddiaçı Göyçə oğlu yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft- qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Sıravi köməkçi, Mexanik, Baş mexanik vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı Göyçə oğlunun yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi Sıravi köməkçi vəzifəsi siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə, Mexanik və Baş mexanik vəzifələri isə qazma qurğularının motorçuları peşəsinə uyğundur. Həmin işin funksiyaları barədə hazırkı arayışla aşağıdakı kimi izah verilir: Yuxarıda göstərilən peşələr, yəni İddiaçı Göyçə oğlunun: -xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi (1 il, 5 ay, 18 gün) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 5 ay, 1 gün) Mexanik (bu vəzifədə faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2010-cu ildən hal-hazıradək işlədiyi (21.11,2022-ci il tarixinədək 11 il, 11 ay, 21 gün) Baş mexanik (bu vəzifədə faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı Göyçə oğlunun xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 19 il, 10 ay, 8 gün təşkil edir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diplomun surətindən görünür ki, iddiaçı 1981-1986-cı illər ərzində Azərbaycan Neft və Kimya institutunda təhsil almışdır.

7. Əmək kitabçasından görünür ki, iddiaçı 1986-cı ildən 60 yaşının tamam olduğu tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur.

8. Məhkəmənin sorğusuna cavab olaraq “Turan Drilling and Engineering Company" MMC tərəfindən “Turan Drilling and Engineering Company" MMC-də və “KCA Deutag" şirkətnin nümayəndəliklərində çalışan İddiaçı Göyçə oğlunun xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmiş sıravi köməkçi, mexanik və baş mexanil vəzifələri üzrə vəzifə təlimatlatları təqdim edilmişdir. -sıravi köməkçi (qazmaçı fəhləsi) üzrə vəzifə təlimatına əsasən o, buruqda və müvafiq hallarda platformada ümumi təmizlik və materialların yüklənməsi/boşaldılmasına cavabdehdir. Başlıca vəzifələri: (a) İstifadədən əvvəl qazma avadanlığını hazırlamaq və saxlama anbarında olduğu zaman texniki xidmətinə baxmaq. (b) Buruqda qazma və göyərtə sahələrini təmiz və səliqəli vəziyyətdə saxlamaq. (c) Qazma avadanlığını və materialları qazma meydançasından və geriyə eləcə də buruqda bir sahədən o biri sahəyə təhlükəsiz və düzgün qaydada aparmaq. (d) Bütün boruların təhlükəsiz və möhkəm qalaqla yığılmasını təmin etmək. (e) Müvafiq hallarda qaynaqçı üçün “yanğın gözətçisi” vəzifəsini yerinə yetirmək. (f) Qazma meydançasında səriştəli olduğu hesab edildiyi hallarda müvafiq işçiləri əvəz etmək. (g) Göstəriş alanda platformanın göyərtə əməliyyatlarında yardım etmək. (h) Preventor və quyuağzı avadanlığın quraşdırılması və çıxarılmasına kömək etmək. (i) Göstərişə əsasən elektriklərə və mexaniklərə vəzifələrini icra etməyə yardım etmək. (j) Tapşırıq sona çatanda və ya iş müddəti bitəndə bütün avadanlıq və alətləri müvafiq qaydada saxlamaq. (k) Buruqda, boru göyərtəsində, kisə anbarında, nasosxanada, səpələnən materiallar anbarında və saxlama sahələrində ümumi təmizlik təsərrüfat işlərini görmək; məsələn, göyərtə sahələrinin və anbarların təmizlənməsi və səliqə səhmana salınması, göyərtələrin, modul konstruksiyasının, avadanlıq və mexanizmlərin yuyulması üçün Platformanın yüksək təzyiqli yuma sistemindən istifadə daxildir, boyanmış səthlərə baxış, pasın qaşınması, doldurma, parıltılı boyama, bütün qazma alətlərinə baxım (təmizləmə, yağlama, mühafizə, düzgün saxlama), (təmizləmə, sürtgü yağı ilə yağlama, qoruma, düzgün saxlama). Buraya yüksək təzyiqli yuma tapançası da daxildir. (l) Qida tullantılarının qida sıxlaşdırıcı qablarda düzgün atılma məntəqəsinə təhlükəsiz atılmasında kömək etmək. (m) Platformanının xüsusi qaydalarına uyğun olaraq tullantıları müəyyən etmək və çeşidlənmək. (n) Boruların quyuya endirilməsi üçün hazırlıq işləri (məsələn qoruyucularının çıxarılması, boru yivlərinin yuyulması və yağlanması, boruların ölçülməsi və nömrələnməsi, boruların quyuya endirilməsinə yardım etmək və s.). (o) Müvafiq hallarda gəmilərin boşaldılması və yüklənməsi. (p) Qüllə işçisinə və məhlul mühəndisinə məhlul sisteminin işlədilməsində yardım etmək. (q) Səpələnən material anbarlarının təmizlənməsinə yardım etmək; sementləmə işləri zamanı sement qurğusunda yardım etmək və iş qurtarandan sonra avadanlığı təmizləmək. (r) Buruq sürüşdürülməsi üçün hazırlıq işləri, buruq sürüşdürülməsinə yardım etmək və s. (s) Sahə yoxlamalarına yardım etmək. (t) Tələb olunanda alternativ iş görərək hər hansı işçini əvəz etmək. (u) Növbənin əvvəlində və sonunda o biri növbənin sıravi köməkçisi ilə təhvil təslim işləri aparmaq. (v) Lazımi qaydada növbədəqabağı, təhlükəsizlik, mərhələ qabağı və buna bənzər iclaslarda növbədə olan və ya olmayan zaman iştirak etmək. (w) Birbaşa rəhbər tərəfindən həvalə edilmiş hər hansı digər məntiqəsığan tapşırıqları yerinə yetirmək; (x) X2 ilə tanış olmaq və Şirkətin Əməliyyat Bütövlülüyünün İdarəedilməsi Sisteminə (OİMS) uyğun olaraq özlərinin, eləcə də hərəkətləri və ya hərəkətsizliyi nəticəsində təsirə məruz qalmaq ehtimalı olan şəxslərin sağlamlıq və təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etmək. (y) Tullantıların çeşidlənməsi və kənarlaşdırılması qanunvericiliyinə, əllə yükqaldırma işləri üzrə qaydalara, risk qiymətləndirmələri, kimyəvi maddələrlə iş, yükqaldırma, qaldırıcı avadanlıq qaydalarına və digər müvafiq qanı nlara riayət etmək. (z) X3 Müşahidə Sistemindən istifadə etmək və işinin gedişatı ərzində diqqətlərini diqqətlərini cəlb edən sağlamlığa, qurğuya, avadanlıqlara və ətraf mühitə olan həqiqi və potensial təhlükləri müəyyən edərək aradan qaldırmaq və qorumaq üçün cəld tədbilər görmək. (aa) xərəklə işləmək və s. üçün platformanın X5 istifadə edilə bilər. (bb) Nəzarətində olan bütün avadanlıqların qanunvericiyin tələblərinə cavab verməsinə və hər zaman təhlükəsiz vəziyyətdə saxlanılmasına yaxud əks təqdirdə istifadədən kənarlaşdırılmasına əmin olmaq. (cc) qazma avadanlıqları üzrə yaxşı təmizlik təcrübələrində kömək etmək. (dd) Təlim keçirilərsə, işçi platforma kranlarından istifadə edərək yükqaldırma əməliyyatlarında iştirak edəcək və Stropçu və Siqnalçı vəzifəsini icra edəcəkdir. (ее) Təlim keçirilərsə, işçi boruları qazma meydançasına ötürən qurğudan istifadə etməklə boru göyərtəsindən qazma meydançasına və qazma meydançasından borunun endirilməsinə və qaldırılmasına kömək edəcək. (ff) İşçiyə təlim keçirlərsə, o, kisə anbar ərazisində forkliftdən isitfadə etməklə avadanlıqların, kimyəvi maddələrin və yüklərin daşınmasında kömək edəcəkdir. -Mexanik vəzifəsi üzrə vəzifə təlimatına əsasən o, işləyən maşınlara nəzarət edir və digər işçilərə avadanlığın texniki qulluq və təmirinə köməklik göstərir. Başlıca vəzifələri: (a) Düzgün işləməsini təmin etmək üçün bütün avadanlıqları yoxlayır və tələb olunduqda bu avadanlığın təmirində Mexanikə/Elektrikçiyə kömək edir və s. -baş mexanik vəzifəsi üzrə vəzifə təlimatına əsasən o, mexaniki avadanlıqların Şirkətin fəaliyyət sahəsində/məsul olduğu ərazi daxilində mövcudluğuna və tabeliyindəki bütün şəxslərin sağlamlığı və təhlükəsizliyinə görə məsuliyyət daşıyər. Başlıca vəzifələri:

(a) Bütün mexaniki avadanlıqlara vaxtında texniki xidmət göstərilməsini və təmir edilməsini təmin etməli. (b) Birbaşa rəhbəri tərəfindən təlimatlandırıldığı kimi təmir və profilaktik texniki xidmət prosedurlarına uyğun olaraq profilaktik texniki xidmət proqramını həyata keçirməli (c) Техniki xidmət üzrə mühəndislər də daxil olmaqla üçüncü tərəfin bütün heyətinin Şirkət və X1 Prosedurlarına riayət etməsinə əmin olmaq. (d) Müvafiq texniki təcrübəyə uyğun olaraq boru hissələri və avadanlıqlarla bağlı iş tapşırıqlarına rəhbərlik etmək və icra etmək və s.

9. İddiaçı “Turan Drilling and Engineering Company" MMC-də və “KCA Deutag" şirkətnin nümayəndəlikləri bağlanmış əmək müqavilələrini təqdim etmişdir.

10. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

11. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

15. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

16. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022ci ildə müraciət etmişdir.

17. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə stajı iddiaçının ümumi stajı 40 ilə yaxındır.

18. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iş yeri tərəfindən verilən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na İddiaçı Göyçə oğlunun yuxarıda işlədiyi peşələrin (vəzifələr) qazma briqadasına aid olduğu və faktiki olaraq işlədiyi sıravi köməkçi vəzifəsinin siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə, mexanik və baş mexanik vəzifələri isə qazma qurğularının motorçuları peşəsinə uyğun olduğu bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq həmin işin funksiyaları barədə ətraflı izah verilmiş və yuxarıda göstərilən peşələr, yəni İddiaçı Göyçə oğlunun: -xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi (1 il, 5 ay, 18 gün) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 5 ay, 1 gün) Mexanik (bu vəzifədə faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2010-cu ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 11 il, 11 ay, 21 gün) Baş mexanik (bu vəzifədə faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.

19. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

20. İddiaçı Göyçə oğlunun xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilədək cəmi 19 il 10 ay 8 gün əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.

21. Məhkəmə qeyd edir ki, cavabeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

22. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

23. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı oğluna 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar