Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-632/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxslər “Ankara məktəbi” məktəb-liseyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə (3-cü şəxs “Ankara məktəbi” məktəb-liseyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara məktəbi” məktəb-liseyində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq yaranacaq fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən qəbul edilmiş 23 noyabr 2020 tarixli **********2 nömrəli qərara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatı ilkin mərhələdə Bakı şəhərinin Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Sabunçu, Suraxanı, Xətai, Nəsimi, Yasamal, Səbail, Xəzər və Pirallahı, Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Mingəçevir, Yevlax, Naftalan, Xocalı şəhərləri, Ağsu, Goranboy, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Laçın, Füzuli, Beyləqan, Daşkəsən, Göygöl, Samux, Kəlbəcər, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Şuşa, Zəngilan rayonları üzrə mərkəzləşdirilmiş qaydada qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi tərəfindən yerinə yetirildiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə dəyişdirilməsi nəzərə alınmışdır. Məhkəmənin 20 aprel 2020-ci il tarixli Qərardadı əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 3-cü şəxs qismində işə cəlb edilmişdir. 3-cü şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə məktub ünvanlanaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəf olması üçün heç bir əsas olmadığndan iddia tələbinə münasibət bildirilməsi mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1993-cü il tarixdə 123/2 №li əmri ilə Bakı şəhəri 77№li məktəbinə kimya müəllimi qəbul edilmişdir. xx.xx.2006-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 150 №li qərarı ilə məktəbin adı dəyişdirilərək “Ankara Məktəbi” adı verilmişdir. xx.xx.2019-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onunla “Ankara Məktəbi” arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, xx.xx.1993-cü il tarixdən xx.xx.2019-cü il tarixədək o “Ankara Məktəbi” orta məktəbində kimyə müəllimə vəzifəsində işləmişdir. 2015-ci ilin iyunun 29-da yaşa görə pensiyaya çıxmışdır. Lakin, “Ankara Məktəbi” orta məktəbində kimya müəllimi vəzifəsində işləməyə davam etmişdir. Lakin tam təqaüdə çıxdıqdan sonra aşkar olunmuşdur ki, pensiyası düzgün hesablanmamışdır. Belə ki, ona pensiya hesablayarkən xx.xx.2006-ci il tarixdən xx.xx.2010-cü il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara Məktəbi” məktəb Liseyində işlədiyim dövr üzrə əmək haqqımdan tutulmuş məcburi dövlət sosial sığortasını nəzərə almamışdır. Bununla əlaqədar, o AR ƏƏSMN yanında DSMF Binəqədi rayon şöbəsinə xx.xx.2006-ci il tarixdən xx.xx.2010-cü il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara Məktəbi” məktəbliseyində işlədiyi dövr üzrə əmək haqqımdan tutulmuş məcburi dövlət sosial sığorta nəzərə alınaraq pensiyanın yenidən hesablanması üçün ərizə ilə müraciət etmişdir.Cavabdeh AR ƏƏSMN yanında DSMF Binəqədi rayon şöbəsi xx.xx.2010-cu il tarixli **********90№li məktubu ilə xx.xx.2006-ci il tarixdən xx.xx.2010-cü il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara Məktəbi” məktəb-liseyində işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat (pensiya kapitalı) pensiya alt sistmində (PAS) əks olmadığı üçün pensiyanın yenidən hesablanması mümküm olmadığını bildirmişlər. Bundan başqa, o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinə müraciət edərək, “Ankara Məktəbi Məktəb Liseyi” nin 2007-2009-cu və 2011- 2015-ci illər üçün “X1 Sistemi” nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə onun ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarını təqdim edilməsini xahiş etmişdir. AR ƏƏSMN yanında DSMF Bakı şəhər İdarəsi **********l№li xx.xx.2019-cu il tarixli məktubu ilə bildirmişlər ki, “Ankara Məktəbi Məktəb Liseyi “ tərəfindən 2007-2009-cu və 2011-2015-ci illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan, İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunan hesabları” bölümündə sığortaolunan malumatları öz əksini tapmamışdır. Bununla bağlı olaraq, onun 2007-2009-cu və 2011-2015-ci illər üzrə məlumatlarının araşdırılması üçün “Ankara Məktəbi Məktəb Liseyi”nə müraciət etməyimə tövsiyə olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə müvafiq olaraq - Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006- cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətlərinə əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edərək həmin siyasətin həyata keçirilməsini təmin etmək, məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınması və uçotdan çıxarılması, sığorta haqlarının uçotu, hesablanması və toplanması qaydalarının müəyyən olunmasında iştirak etmək, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təşkil etmək, tabeliyində olan sosial xidmət müəssisələrinin fəaliyyətini və inkişafını təmin etmək, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək daxildir. Bununla əlaqədar hesab edir ki, cavabdeh AR Ə və ƏSMN yanında DSMF-nun Binəqədi rayon şöbəsi xx.xx.2006-ci il tarixdən xx.xx.2010-cü il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara Məktəbi” məktəb-liseyində işlədiyi dövr üzrə əmək haqqından məcburi dövlət sosial sığorta ödəmələri hesablanaraq düzgün pensiya təyin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı onun xx.xx.2006-ci il tarixdən xx.xx.2010-cü il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara Məktəbi” məktəb-liseyində işlədiyi dövrün sığorta sosial stajı kimi nəzərə alınmaqla pesiyanın yenidən hesablanaraq yaranacaq fərqin ödənilməsi vəzifəsinin ödənilməsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, qeyd etmişdir ki, hesab edirlər ki, Fondun Binəqədi rayon Şöbəsi vətəndaşa pensiyanın yenidən hesablanmasından imtina etmiş, 01,07.2006-cı il tarixdən xx.xx.2017ci il tarixədək “Ankara məktəbi” məktəb- liseyində işlədiyi dövrün pensiya kapitalının məbləğinin PAS-da göstərilmədiyindən sığorta yığım kapitalının ödənilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hər iki normanın məzmunundan da göründüyü kimi şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi (hazırki adı: Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial) tərəfindən verilmiş sorğuya cavab məktubunda “Ankara Məktəbi” məktəb-liseyi tərəfindən 2007- 2009-cu və 2011-2015-ci illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin “Sığorta AS (Flesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. İddiaçı “Ankara Məktəbi” məktəb-liseyində əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara Məktəbi” məktəb-liseyində işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat (pensiya kapitalı) pensiya alt sistemində (PAS) əks olunmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və nəticədə pensiyanın yenidən hesablanması qanunun tələblərinə uyğun deyil. 18 may 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 18 may 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı əmək pensiyasının yenidən hesablanaraq pensiya məbləğinin 398.23 manata çatdırıldığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 13133989 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıı xx.xx.1954-cü il tarixdə xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının pensiyasının yenidən hesablanması barədə ərizəsinə baxılmış, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara məktəbi” məktəb liseyində işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat (pensiya kapitalı) pensiya alt sistemində (PAS) əks olunmadığı üçün pensiyanın yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə araşdırması dövründə “Ankara məktəbi” məktəb-liseyinin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fəaliyyət olub-olmaması, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara Məktəbi” məktəb-liseyində işləyib-işləməməsi, işlədiyi təqdirdə buna dair əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən sorğu əsasında tələb edilmiş, iddiaçıya məxsus arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi barədə sorğuya cavab məhkəməyə daxil olmuşdur. Məhkəmə araşdırması dövründə “Ankara məktəbi” məktəb-liseyi tərəfindən məhkəməyə daxil olan xx.xx.2020-ci il tarixli məktubda liseyin kimya müəllimi İddiaçı (SNN **********283) 2007, 2008, 2009, 2011, 2012, 2013, 2014 və 2015-ci illər üçün olan əmək haqqısı texniki səbəblərdən B3 hesabatına düşmədiyi, “Ankara məktəbi” məktəb - liseyinin yazılı surətdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Bakı Şəhər İdarəsinə müraciət edərək həmin dövrlər üzrə (2007,2008,2009,2011,2012,2013,2014 və 2015) B3 hesabatının dəqiqiləşmiş hesabatının verilməsinə köməklik göstərilməsi xahiş edildiyi, liseyin hesabatlarda dəyişiklik və ya hansısa düzəliş etmək səlahiyyətinin olmadığı üçün hesabatların yenidən baxılıb düzəliş edilməsinin sosial müdafiə fondunun səlahiyyətlərinə aid olduğu bildirilmişdir. Sonradan “Ankara məktəbi” məktəb-liseyi tərəfindən məhkəməyə bir neçə dəfə eyni məzmunlu məktublar ünvanlanmışdır. Məhkəmə araşdırması dövründə iddiaçının xx.xx.2006-xx.xx.2015-ci illər üzrə əmək haqqı ödənişləri "xxxx" ASC və "xxxx" ASC-dən sorğu əsasında tələb edilmiş, "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda iddiaçı barəsində hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli Qərardadı əsasında İddiaçı “Ankara Məktəbi” məktəb-liseyində işlədiyi xx.xx.2006- xx.xx.2015-ci illər ərzində əmək haqqı ödənişləri barədə məlumatın məhkəməyə göndərilməsi "xxxx" ASC-dən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunan İddiaçı xx.xx.2009- xx.xx.2010-cu illər arasında olan əmək haqqının ödənilməsini təsdiq edən hesabdan çıxarışdan görünür ki, qeyd olunan aylar üzrə iddiaçıya əmək haqqı ödənilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli Qərardadı əsasında İddiaçı “Ankara Məktəbi” məktəb-liseyində işlədiyi xx.xx.2006- xx.xx.2015-ci illər ərzində əmək haqqı ödənişləri barədə məlumatın məhkəməyə göndərilməsi "xxxx" ASC-dən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunan İddiaçı xx.xx.2010-xx.xx.2015-ci illər arasında olan əmək haqqının ödənilməsini təsdiq edən hesabdan çıxarışdan görünür ki, qeyd olunan aylar üzrə iddiaçıya əmək haqqı ödənilmişdir. Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filial tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan 03 mart 2021-ci il tarixli Xidməti məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “məcburi dövlət sosial sığorta ödəmələri nəzərə alınaraq pensiyanın yenidən hesablanması barədə öhdəlik qoyulması” tələbinə dair 2-1(112)- 632/2021 nömrəli inzibati iş üzrə hazırda əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, sosial müavinətlər, təqaüdlər və digər ödənişlərin həyata keçirilməsi Sosial ödənişlər təyinatı üzrə mərkəzi filialının səlahiyyətləri dairəsinə aid edildiyi, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “Bak şəhəri üzrə Təhsil İdarəsi”ndə işlədiyi illər üzrə həmin müəssisə tərəfindən təqdim olunmuş sığortaolunanlar haqqında hesabatlarda məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatları öz əksini tapmadığı, məhz bu səbəbdən vətəndaşa pensiya yenidən hesablanarkən qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilmədiyi və həmin tələb üzrə məhkəmə mübahisəsinin yarandığı bildirilmiş və mübahisənin məhkəmədənkənar həll edilməsi üçün “Bakı şəhəri üzrə Təhsil İdarəsi” tərəfindən bütün prosedurlar həyata keçirilərək lazımi sənədlər təqdim edildiyi və nəticədə İddiaçı yuxarıda qeyd olunmuş dövri üzrə bütün məcburi dövlət sosial sığorta ödənişləri onun fərdi şəxsi hesabına daxil edilmiş və B3 hesabatında yerləşdirildiyi, mübahisənin mahiyyəti üzrə qərar qəbul edilmədən həll edildiyi üçün İddiaçı pensiyasının yenidən hesablanılması məsələsinə baxılmasına tapşırıq verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında **********1 №li 05 may 2021-ci il tarixli Qərarından görünür ki, İddiaçı əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 398.23 manata çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanan 06 may 2021-ci il tarixli Xidməti Məktubdan görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanaraq pensiya məbləğinin 398.23 manata çatdırıldığı, 10 noyabr 2017-ci il tarixdən yaranmış əskik ödəmənin keçmiş dövr üzrə ödəniləcəyi bildirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı İddiaçı yuxarıda qeyd olunan dövrlər üzrə tələb olunan əmək haqqı cədvəllərinin liseyə təqdim olunduğu və bunun əsasında bütün məcburi dövlət sosial sığorta ödənişləri onun fərdi şəxsi hesabına daxil edilərək B3 hesabatında yerləşdirildiyi və bununla da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə və xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Ankara məktəbi” məktəb-liseyində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması barədə **********1 №li 05 may 2021-ci il tarixli Qərara əsasən həyata keçirilərək əmək pensiyasının məbləğinin 398.23 manata çatdırıldığı iş materialları ilə müəyyən edildiyindən və cavabdeh inzibati orqan tərəfindən 10 noyabr 2017-ci il tarixdən yaranmış əskik ödəmənin keçmiş dövr üzrə ödəniləcəyi bildirildiyindən iddiaçının tələblərinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (3-cü şəxslər “Ankara məktəbi” məktəb-liseyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-632/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-632/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver