Məhkəmə qərarları › İş №2-1(112)-632/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-632/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-632/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 və mütəxəssis X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək pensiya təyin edildikdən sonra 6 ildən artıq işlədiyinə görə şəxsi hesabında toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla aparılması öhdəliyinin Azərbaycan Reapublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi “əmək pensiyanın yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, 2022-ci ilin iyul ayına qədər toplanmış pensiya kapitalı 5912,79 manat olmaqla, eyni zamanda istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi ilə pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadaına əsasən iddia tələbi “pensiya təyin edildikdən sonra 6 ildən artıq işlədiyinə görə şəxsi hesabında toplanan pensiya kapitalının düzgün hesablanması, həmçinin həmin kapitalın məbləğinin hər il inflyasiya səviyyəsinə görə indeksləşdirilməklə pensiyanın yenidən hesablanması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə pensiyaya çıxmışdır. Müharibə veteranıdır. xx.xx.2016-cı il tarixdən hazırkı vaxtadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləyir. Qeyd olunan yerdə 6 il işlədikdən sonra - xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə, fərdi hesabında toplanmış pensiya kapitalına (hazırda 8425 manat) əsasən, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə görə əmək pensiyanın, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanıb artırılması barədə Azərbaycan Reapublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin, qeyd olunan Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş indeksləşdirmə məsələsini tənzimləyən 29.2-ci maddəsi əsas gətirilərək, bundan imtina edilmişdir. (Həmin maddədə, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasını sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda qulluq satajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulurdu). Cavabdehin hər iki müraciəti üzrə pensiyanın yenidən hesablanmasından imtina etməsi, aşağıda qeyd olunan Qanunların müddəalarına, mütləq hüquqi faktlara görə tam əsassız və qanunsuzdur və onun üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Belə ki: 1) Pensiya hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi, “2017-ci il iyulun l-dən əmək pensiyasına çıxmış bu Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” redaksiyasında mövcud olmuşdur. Yəni, “əlavələrin məbləğinin artımlar qədər azaldılması” müddəası 2017-ci il iyulun l-dən sonra pensiyaya çıxan şəxslərə şamil olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1362- VQD nömrəli Qanunu ilə qeyd olunan 29.2-ci maddədə “2017-ci il iyulun l-dən əmək pensiyasına çıxmış bu” sözləri, “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın l-dən qüvvəyə minmişdir. Ona görə də, pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığ, yəni pensiyaya xx.xx.2015-ci il tarixdə çıxdığım üçün şəxsi hesabımda toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. Cavabdeh bu hüquqi reallığı nəzərə almır. 2) Məlumdur ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 05 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanunu ilə yuxarıda qeyd olunan 29.2-ci maddə ləğv edilmiş və qüvvədən düşmüşdür. Həmin Qanun xx.xx.2023-cü il tarixdən qüvvəyə minsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxsləri hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Heç bir Qanun və ya Qərar isə ölkənin ali Qanunu olan Konstitusiyanın müddəalarına zidd ola bilməz. Qeyd olunan Azərbaycan Respublikasının 05 noyabr 2022ci il tarixli, 627-VİQD nömrəli Qanunu onun hüquqi vəziyyətimi yaxşılaşdıran normativhüquqi akt olduğu üçün, Qanunun 37.3.1 -ci maddəsinin tələbinə uyğun olaraq, mənə pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyimə görə ona təyin edilmiş pensiyanın qulluq stajına görə əlavənin məbləğinin azaldılmaması ilə yenidən hesablanmalıdır. Cavabdeh bu hüquqi reallığı da nəzərə almır. Onu da qeyd etmək lazımdır ki, bu barədə artıq çoxsaylı hüquqi presedentlər - məhkəmə Qərarları, o cümlədən Ali Məhkəmənin qərarları vardır. Buna misal olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2003-cii il tarixli, 2-1(102)- 1398/2023 nömrəli Qərarını göstərmək olar. Bütün bunların mövcudluğunda, cavabdehin məhkəmə Qərarı olmadan Qanunun tələblərinin hüququ olan digər şəxslərə də şamil edilərək icra etməməsi tam qanunsuzdur.

5. Fərdi şəxsi hesabdan çıxarışa əsasən 8 425,69 manat qeyd edilmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli pensiya məbləğinin hesablanması haqqında məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filial tərəfindən 10 mart 2015-ci il tarixindən hərbi qulluqçu kimi güzəşli şərtlərlə yaşa görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanın 2526,60 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-526,41 manat; -qulluq stajına görə əmək pensiyana əlavəsi-2000,19 manat. Mərkəzi Filiala əmək pensiyanın yenidən hesablanması ilə bağlı 4 iyul 2022-ci il tarixindəki müraciətlə əlaqədar əmək pensiyanın sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığını pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5073,82 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddələrinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə əmək pensiyanın sığorta hissəsi 596,88 manat, qulluq stajına görə əmək pensiyana əlavəsi isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 1929,72 manat müəyyən edilib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətə əsasən istifadə olunaraq əmək pensiyanı yenidən hesablanıb. Buna görə də topladığı pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanın təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildirilmişdir ki, Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X4 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyanın topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab olunmur. Əmək pensiyanın yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda və ya işləyən əmək pensiyaçısı kimi pensiyanın topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanın həmin tarixdən etibarən 2779,26 manata, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 3187,81 manata artırılaraq ödənilir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli pensiya işinə dair sənədlərin məktubu ilə İddiaçı pensiya işinə dair sənədləri təqdim edilmişdir: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyası təyin edən komissiyanın 15/1546 nömrəli xx.xx.2015-ci il tarixli qərarına əsasən xx.xx.2015-ci il tarixdən ömürlük 2086,50 manat pensiya təyin edilmişdir. - 24.01.2020-ci il tarixli əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan dəqiqləşdirilmiş məlumat vərəqəsinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixində tərxis olunmuşdur. Ali təhsil (əmsal 0,5) – 02 il, 04, 25 gün Təqvimi xidmət illəri – 24 il, 04 ay, 15 gün Cəmi: iş stajı və xidmət illəri (iş stajı, ali təhsil, təqvimi xidmət illəri, güzəştli xidmət illəri) – 46 il, 3 ay - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2483,46 manat pensiya məbləği yenidən hesablanaraq 2526,60 manat təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarında qeyd edilmişdir ki, 2526,60 manat (SH=526,41; QƏ=2000,19) pensiya məbləği yenidən hesablanaraq 2526,60 manat (SH=596,88; QƏ=1929,72) təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-7-1435/2024 nömrəli qərarında qeyd edilmişdir ki, 3544,85 manat pensiya məbləği yenidən hesablanaraq 3643,70 manat təyin edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli ödənilmiş məcburi dövlət sosial sığorta haqları haqqında məktubda qeyd edilmişdir ki, İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat təqdim edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında məktubda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən 10 mart 2015-cı il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası topladığı pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 4 iyul 2022-ci il tarixində Mərkəzi Filiala müraciət edib. Bununla əlaqədar bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Ona əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi 4 iyul 2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalının 5580,72 manat təşkil edib. Həmin 5580,72 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (5580,72:72 ay (144 ay-72 ay)=77,51 manat)) həmin tarixədək mövcud olmuş pensiyanızın (2526,60 manat) üzərinə əlavə edilərək əmək pensiyanın həmin tarixdən 2604,11 (2526,60+77,51) manat məbləğində hesablanıb. Eyni zamanda Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanın həmin tarixdən 2856,77 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 3276,71 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 3643,70 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, əmək pensiyanın üzrə keçmiş müddət üçün hesablanmış 1613,26 manat fərq məbləği cari ilin fevral ayından etibarən hissə-hissə (hər ay 146,66 manat) pensiyanın (3643,70 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qismində iştirak edən cavabdeh qurumun Hərbi rütbəli şəxslərə pensiya təyinatı şöbəsinin baş mütəxəssisi X3 izahat verərək bildirdi ki, vətəndaşların illər üzrə pensiya kapitalı həmin il üçün indeksləşdirilir və bu zaman fərdi şəxsi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınır. Bununla bağlı onun tərəfindən iddiaçının pensiya kapitalının hesablanmalı olduğu düsturu məhkəməyə təqdim edir.

İllər Ödənilmiş məcburi dövlət fərdi şəxsi hesabın sığorta sosial sığorta haqları - hissəsində qeydə alınmış manatla vəsait (ödənilmiş sosial sığorta haqlarının 90%) manatla 2016 279,50 251,55 2017 595,72 536,15 2018 302,62 272,36 2019 716,49 644,84 2020 1518,11 1366,30 2021 1522,82 1370,54 2022 1013,28 911,95 5948,54

İstehlak qiymətləri indeksinin illik səviyyəsi 2016-cı ildə 12,4%, 2017-ci ildə 5,7%, 2018ci ildə 3%, 2019-cu ildə 2,6 %, 2020-ci ildə 2,8%, 2021-ci ildə 6,7%, 2022-ci ildə 14,7%, 2023-cü ildə 11,2% olmuşdur. Odur ki, müvafiq indeksasiya illər üzrə ayrılıqda aparılmalıdır. İllə fərdi İstehla İstehla İstehla İstehla İstehla İstehla İstehla İstehla Pens r şəxsi k k k k k k k k iya hesabı qiymət qiymət qiymət qiymət qiymət qiymət qiymət qiymət kapit n ləri ləri ləri ləri ləri ləri ləri ləri alı sığorta indeks indeks indeks indeks indeks indeks indeks indeks hissəsi inin inin inin inin inin inin inin inin ndə illik illik illik illik illik illik illik illik qeydə səviyy səviyy səviyy səviyy səviyy səviyy səviyy səviyy alınmı əsi əsi əsi əsi əsi əsi əsi əsi ş 2016- 2017- 2018- 2019- 2020- 2021- 2022- 2023vəsait cı il ci il ci il cu il cı il cı il cı il cü il (ödənil miş sosial sığorta haqları nın 90%) manatl a 20 251,55 +12,4 +5,7% +3% +2,6% +2,8% +6,7% +14,7 +11,2 441, 16 % % % 84 20 536,15 - +5,7% +3% +2,6% +2,8% +6,7% +14,7 +11,2 837, 17 % % 87 20 272,36 - - +3% +2,6% +2,8% +6,7% +14,7 +11,2 402, 18 % % 67 20 644,84 - - - +2,6% +2,8% +6,7% +14,7 +11,2 925, 19 % % 6 20 1366,3 - - - - +2,8% +6,7% +14,7 +11,2 1911 20 0 % ,49 % 20 1370,5 - - - - - +6,7% +14,7 1865+11,2 21 4 % ,20 % 20 911,95 - - - - - - +14,7 1163+11,2 22 % ,16 % 7547 ,80 Beləliklə, iddiaçının pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq 7547,80 manat nəzərə alınmalı, müvafiq proqram təminatı ilə hesablama həmin məbləğin 7527,63 manat olduğunu göstərir.

II. İddianın növü və mümkünlüyü

12. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

13. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

14. İddia qaldırıldıqdan sonra iddiaçının 6 ildən artıq işlədiyinə görə şəxsi hesabında toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla aparılmışdır. Lakin mübahisə sonradan nəzərə alınan sığorta kapitalı ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması zamanı nəzərə alınan sığorta kapitalının məbləği ilə razılaşmır və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilmədiyini bildirir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

17. “Əmək pensiyaları haqqında” qanundan: 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 29.2ci maddə ləğv edilmişdir. Həmin maddəyə əsasən: 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

18. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra cavabdeh quruma müraciət etdiyi xx.xx.2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 5580,72 manat nəzərə alınmışdır.

19. Məhkəmənin sorğusuna cavab olaraq Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial tərəfindən sığorta olunan İddiaçı barədə məlumatdan görünür ki, iddiaçının 6 illik əmək fəaliyyəti dövrünün tamamlandığı həmin tarixədək (iyun 2016-iyun 2022-ci il) İddiaçı xeyrinə ödənilmiş sığorta kapitalı 5912,86 manat təşkil edir. 20.İstehlak qiymətləri indeksinin illik səviyyəsi 2016-cı ildə 12,4%, 2017-ci ildə 5,7%, 2018ci ildə 3%, 2019-cu ildə 2,6 %, 2020-ci ildə 2,8%, 2021-ci ildə 6,7%, 2022-ci ildə 14,7%, 2023-cü ildə 11,2% olmuşdur.

21. Məhkəmə araşdırması zamanı (tərəflərin iştirakı ilə) mütəxəssis tərəfindən aparılmış hesablamaya əsasında iddiaçının müvafiq dövr üzrə nəzərə alınan pensiya kapitalı ən azı 5917,71 manat ən çoxu 5948,54 manat olmaqla Qanunun 29-1.1-ci maddəsinə əsasən iddiaçının pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq ən azı 7527,63 manat ən çoxu 7547,80 manat təşkil edir. Odur ki, məhkəmə müəyyən edir ki, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməmişdir. Belə ki, müvafiq hesablamaya əsasən iddiaçının əmək pensiyası indeksləşdirmədən sonra (mütəxəssis tərəfindən aparılan hesablamaya əsasən) ən azı 7527,63 manat nəzərə alınmalı olduğu halda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 5580,72 manat kimi nəzərə alınmışdır.

22. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbində xeyrinə ödənilmiş sığorta kapitalının məbləğinin göstərilməsi təklif edilsə də, iddiaçı tələbini qeyd edilən şəkildə dəqiqləşdirməmiş, pensiya təyin edildikdən sonra 6 ildən artıq işlədiyinə görə şəxsi hesabında toplanan pensiya kapitalının düzgün hesablanması, həmçinin həmin kapitalın məbləğinin hər il inflyasiya səviyyəsinə görə indeksləşdirilməklə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmişdir.

23. Məhkəmə araşdırmasının nəticəsində iddiaçının xeyrinə ödənilmiş sığorta kapitalının məbləği Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial tərəfindən sığorta olunan İddiaçı barədə təqdim edilmiş məlumata əsasən, illər üzrə aşağıdakı məbləğdə müəyyən edilmişdir. İllər Ödənilmiş məcburi dövlət fərdi şəxsi hesabın sığorta sosial sığorta haqları – hissəsində qeydə alınmış manatla vəsait (ödənilmiş sosial sığorta haqlarının 90%) – manatla 2016 (iyun daxil olmaqla) 279,5 251,55 2017 595,72 536,15 2018 302,62 272,36 2019 716,5 644,85 2020 1518,11 1366,30 2021 1522,82 1370,54 2022 (iyun daxil olmaqla) 977,53 879,77 5912,86

24.Odur ki, iddiaçının müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan məhkəmə tərəfindən nəzərə alınan (müvafiq sorğuya cavaba əsasən) vəsaitlərin məbləği ilə (5912,86 manat), mütəxəssis tərəfindən müvafiq proqram təminatına əsasən hesablanmış məbləğ (5917,71) arasında cüzi fərq (5,15 manat) vardır.

25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin sorğusu əsasında Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial tərəfindən sığorta olunan İddiaçı barədə təqdim edilmiş məlumata əsasən, əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədiyi dövrdə (iyun 2016-iyun 2022-ci il) İddiaçı əmək pensiyası yenidən hesablanarkən xeyrinə ödənilmiş (qeydə alınmış) sığorta kapitalı cəmi 5912,86 manat nəzərə alınmaqla pensiya kapitalının illər üzrə (ödənilmiş sosial sığorta haqlarının 90% olmaqla) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. Əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədiyi dövrdə (iyun 2016-iyun 2022-ci il) İddiaçı əmək pensiyası yenidən hesablanarkən xeyrinə ödənilmiş (qeydə alınmış) sığorta kapitalı cəmi 5912,86 manat nəzərə alınmaqla pensiya kapitalının illər üzrə (ödənilmiş sosial sığorta haqlarının 90% olmaqla) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi vəzifəsi cavabdeh Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar