Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6321/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X2) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə iddiaçının “iş üzrə icraata xitam verilməsi” barədə ərizəsinə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112 saylı mənzildə daimi pasport qeydiyyatında olan iş üzrə üçüncü şəxs X1 daimi pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmə işin bir şifahi məhkəmə baxışı iclasında həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə sərəncam vermiş, məhkəmənin həmin tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, iş üzrə məhkəmə hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, üçüncü şəxsin daimi pasport qeydiyyatından çıxdığını bildirmiş, işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 ünvan 1 ünvanında yerləşən 112 saylı mənzildə qeydiyyatdadır. İddiaçı həmin şəxsin 112 saylı mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırsa da, işdə olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, A.Kazımova hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçının nümayəndəsi də məhkəməyə ünvanladığı ərizədə üçüncü şəxsin mübahisəli ünvandan qeydiyyatdam çıxdığını, işin mahiyyəti üzrə mübahisə mövcud olmadığını bildirmişdir. Belə olan halda aydın olur ki, üçüncü şəxs artıq iddiaçıya məxsus mənzil üzrə qeydiyyatdan çıxmışdır və iş üzrə mübahisə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin olunaraq üçüncü şəxs mübahisəli ünvandan qeydiyyatdan çıxdığına və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X2) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(112)-6321/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6321/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver